Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2176/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı mirasın qəbul etmə müddətinin bərpa ediməsi tələbinə dair iddia ərizəsinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçın cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı mirasın qəbul etmə müddətinin bərpa ediməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1935-ci il təvəllüdlü, xx.xx.2019-cu il tarixdə ölmüş X3 iddiaçının doğma qardaşıdır. X3 xx.xx.1935-ci il tarixdə Şuşa şəhərində anandan olmuşdur. xx.xx.2019-cu il tarixdə iddiaçının evi ilə bir həyətdə yerləşən ünvan 1 ünvanda ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkdiyi üçün vəfat etmişdir. İddiaçının qardaşı ailə həyatı qurmamış, tənha olduğundan ona vəfat edənə kimi iddiaçı qulluq etmişdir. İddiaçının qardaşı X2 doğum haqqında şəhadətnaməsi itirildiyindən notarius vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edərək qohumluq faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etməyini iddiaçıya tövsiyyə etmişdir. Həmin fakt Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir. İddiaçı həmin qətnamə ilə 20 saylı Notariat Ofisinə müraciət etmiş, lakin notarius tərəfindən yenə imtina verilmiş və müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi iddiaçıya tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinin xüsusi notariusu Səristan Səmədov xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək işə Bakı şəhəri 20 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Bakı şəhəri 20 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 216 saylı cavab məktubundan görünür ki, mirasın qəbulu müddəti bərpa edilmədiyindən İddiaçı mirasın qəbulu barədə ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 7279/2020 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoruna qarşı qardaşı X2 ölümü ilə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və İddiaçı iddiası mümkün sayılmamışdır. Məhkəmə hazırkı mülki işin materiallarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Belə ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Hazırkı işin halları (ölmüş şəxsin iddiaçının qardaşı olması, onların bir həyətdə yaşaması və iddiaçının ölənədək qulluq etməsi, ölmüş şəxsin doğum haqqında şəhadətnaməsi məcburi köçkün olduqları şəhərdə qaldığından İddiaçı fakt təsdiqi üçün məhkəməyə müraciət etməli olması və s.) məhkəməyə imkan verir ki, müddətin üzrlü səbəbdən ötürüldüyünü hesab etsin. Belə ki, ərizəçi müəyyən bürokratik əngəllərlə üzləşmiş və müəyyən müddət kəsiyi çərçivəsində onları həll etməyə çalışmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı qardaşı X1 miras qalmış əmlakı qəbul etməsi müddəti 1 ay uzadılsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdə ölmüş qardaşı X1 miras qalmış əmlakı qəbul etməsi müddəti 1 (bir) ay uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2176/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2176/2021
11.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver