Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2181/2022 26.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı, eyni zamanda cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun və müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qaytarılması” tələbinə, müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “X23” markalı, Rusiya Federasiyasının E 4** KA *** dövlət nömrə nişanlı (2015-ci il buraxılışlı, göy rəngli, mühərrikin modeli N74B66A90501112, ban nömrəsi SCA664S03FUX41801) avtomobilin Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli avtomobilin idarə edilməsi üçün iddiaçı tərəfindən həmçinin, Cavabdeh2 da etibarnamənin verildiyini və həmin etibarnamənin qüvvədə olma müddətinin 04 mart 2020-ci il tarixdə bitdiyini, lakin tələb edilməsinə baxmayaraq, avtomobilin onun tərəfindən də könüllü olaraq qaytarılmadığını bildirmiş və bu səbəbdən onun da cavabdeh qismində işə cəlb edilməsini və avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, “X23” markalı, Rusiya Federasiyasının E 4** KA *** dövlət nömrə nişanlı (2015-ci il buraxılışlı, göy rəngli, mühərrikin modeli N74B66A90501112, kuzov SCA664S03FUX41801) avtomobilə dair İddiaçı adına olan şəhadətnamənin verilməsinə əsas olmuş əqdin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddiası icraata qəbul edilmişdir. Bundan sonra müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X23” markalı, Rusiya Federasiyasının E 4** KA *** dövlət nömrə nişanlı (2015-ci il buraxılışlı, göy rəngli, mühərrikin modeli N74B66A90501112, kuzov SCA664S03FUX41801) avtomobilə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 21 may 2015-ci il tarixli, 2**-GH-***01 nömrəli müqavilənin etibarsız hesab edilməsi və 21 may 2015-ci il tarixli, 77 33 403749 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, eyni zamanda cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etmiş, müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddiasını isə qəbul etməmiş və onun iddiasına qarşı etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, bildirmişdir ki, “X23” markalı, Rusiya Federasiyasının E 4** KA *** dövlət nömrə nişanlı avtomobilə dair İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və hazırda avtomobil onun mülkiyyətindədir. İddiaçı xx.xx.2015-ci il tarixdə bu avtomobillə Azərbaycan Respublikasının Bakı şəhərinə gələrək, avtomobili Azərbaycan Respublikasının ərasizində idarə və istifadə etmək, habelə etibarlı şəkildə saxlamaq üçün yaxın münasibətdə olduğu X5 qardaşı, yəni Cavabdeh1 bir illik etibarnamə ilə vermişdir. Etibarnamənin müddəti 30 may 2016-cı il tarixdə bitdikdən sonra iddiaçı Cavabdeh1 tələb etməsinə baxmayaraq, sonuncu avtomobili, ona aid texniki pasportu və qeydiyyat şəhadətnaməsini iddiaçıya qaytarmaqdan imtina etmişdir. İddiaçıya qarşı eyni hərəkətlərə digər Cavabdeh2 da yol vermiş və o da avtomobili qaytarmaqdan imtina etmişdir. Bu avtomobilin "xxxx" MMC-yə məxsus olması və bu avtomobilə dair alqı-satqı müqaviləsinin İddiaçı ilə formal olaraq bağlanması, bu səbəbdən həmin müqavilənin etibarsız olması barədə üçüncü şəxs "xxxx" MMC-nin dəlilləri əsassızdır. Belə ki, avtomobillə bağlı müqavilə məhz İddiaçı ilə bağlanmışdır və avtomobilin dəyəri "xxxx" MMC tərəfindən ödənilsə də həmin məbləğ İddiaçı məxsus olmuşdur. Belə ki, İddiaçı ilə cavabdehin qardaşı X12 arasında mövcud olan birgə fəaliyyət nəticəsində sonuncunun İddiaçı qarşısında pul öhdəliyi yaranmışdır. İddiaçı da ona verilməli olan pul vəsaiti hesabına avtomobilin dəyərini ödəməyi tapşırmışdır. X12 da həmin pulu onlara məxsus olan "xxxx" MMC vasitəsi ilə köçürmə yolu ilə "xxxx" MMC-yə ödəmişdir. Avtomobil 500.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmışdır. Qeyd edilən avtomobillə bağlı alqı-satqı müqaviləsi İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və onların həqiqi iradələrini ifadə edən bir müqavilə olmuşdur. Həmin müqaviləyə uyğun olaraq avtomobil müqavilə imzalanan tarixdə də İddiaçı təhvil verilmişdir. Bundan sonra İddiaçı etibarnamələrlə həmin avtomobili müvəqqəti olaraq cavabdehlərin istifadə və sahibliyinə vermişdir. İddiaçı Azərbaycan Respublikasında olanda avtomobili özü də idarə etmişdir. Həmin müqavilənin bağlanması zamanı da "xxxx" MMC iştirak etməmiş və müqavilənin tərəfi olmamışdır. Bu baxımdan onun həmin müqavilənin etibarsızlığını mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Həmçinin, qeyd edilən müqavilənin yalan əqd olması üçün tərəflərin hər ikisinin, yəni həm "xxxx" MMC-nin, həm də İddiaçı yalan əqd bağlamaq niyyəti olmalı idi. Lakin onların belə bir niyyəti olmamış, ötən dövr ərzində tərəflərin hər hansı biri müqaviləni mübahisələndirməmiş, müqavilə tərəflərin iradəsinə, məqsədinə və niyyətinə uyğun bağlanaraq tam şəkildə 7 il bundan əvvəl yerinə yetirilmişdir. Bununla da iddiaçı, həmçinin bu əqdi mübahisələndirmək üçün Mülki Məcəllə ilə müəyyən edilmiş 1 illik müddəti də ötürmüşdür. Bu səbəbdən onun iddiası iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və İddiaçı iddiasının təmin, müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddiasının isə həm əsassız olması, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, “X23” markalı, Rusiya Federasiyasının E 4** KA *** dövlət nömrə nişanlı avtomobil heç vaxt onun istifadə və sahibliyində olmamışdır. Həmin avtomobil həqiqətdə onun atası X7 məxsusdur və avtomobilə dair bütün sənədlərin əsilləri onun atasında olmuşdur. Avtomobil alınan tarixdən bütün, o cümlədən avtomobilin sığortalanması və vergisinin ödənilməsi xərcləri onun atası tərəfindən qarşılanmışdır. Bunu iddiaçı da bilir, sadəcə olaraq bir müddət əvvəl onunla iddiaçı arasında başqa bir məsələ üzrə mübahisə yaranmış və iddiaçı da həmin mübahisənin nəticəsi olaraq ona qarşı hazırki iddianı qaldırmışdır. Həqiqətdə bu avtomobilin iddiaçıya hər hansı aidiyyəti yoxdur və avtomobilin onun mülkiyyətində olması formal xarakter daşıyır. Bu avtomobilin alınması ilə bağlı "xxxx" ASC ilə onun atasına məxsus olan "xxxx" şirkəti arasında müqavilə bağlanmış və avtomobilin dəyərini təşkil edən 18.700.000 rubl məbləğində pul onun atasının tapşırığına əsasən X10 adlı şəxs tərəfindən, 3.700.000 rubl məbləğində ilkin ödəniş isə "xxxx" Şirkəti tərəfindən ödənilmişdir. Sonradan şirkətin adı və təşkilati hüquqi forması dəyişmiş və "xxxx" MMC olmuşdur. Avtomobilin daxili görünüşü ilə bağlı sifariş də atası tərəfindən verilmiş və avtomobilin salonunda hətta atasının adına uyğun hərflər həkk olunmuşdur. Sifarişə uyğun olaraq avtomobil "xxxx" ASC tərəfindən Moskva şəhərinə çatdırıldıqdan sonra onun Azərbaycan Respublikasına keçirilməsini təmin etmək üçün Rusiya Federasiyasının vətəndaşı olan şəxsin adına texniki pasport əldə edilməsinə zərurət yarandığından onlar bu məsələ ilə bağlı tanışları olan İddiaçı müraciət etmişdilər. O, da buna etiraz etməmiş və nəticədə texniki pasport onun adına alınmışdır. İddiaçı avtomobili cəmi bir dəfə gömrük məntəqəsində, avtomobil Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçirilən zaman görmüş və rəsmişləşdirmədə iştirak etmişdir. Avtomobil Azərbaycan Respublikasına keçiriləndən sonra isə onun adına etibarnamə vermişdir. Lakin həmin etibarnamənin vaxtı hələ 2016-cı ildə birmişdir. Bundan sonra isə onun atasının sürücüsü olan, yəni digər Cavabdeh2 adına 3 illik etibarnamə verilmişdir. Avtomobil sərhədi keçdikdən sonra bir başa Masallı rayonuna gətirilmiş və ad günü hədiyyəsi olaraq onun atasına təqdim edilmişdir. Həmin ziyafətin video yazısı da mövcuddur. Avtomobili Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilməsini təmin edən məhz onların qohumu Şahid olmuşdur. Bununla belə, İddiaçı avtomobilin dəyərini ödəməmiş, avtomobil heç vaxt onun istifadə və sahibliyində olmamış, o cümlədən onun tərəfindən idarə edilməmiş, avtomobil alındığı gündən onun atasının istifadə və sahibliyində olmuş, İddiaçı avtomobili cəmi bir dəfə gömrük məntəqəsində görmüş və həmin vaxt da Azərbaycan Respublikasında olmuş, avtomobilə dair xx.xx.2015-ci il tarixdə müqavilə bağlanan zaman İddiaçı ümumiyyətlə Rusiya Federesiyasında olmamışdır. Bu baxımdan həmin müqavilənin onun tərəfindən imzalanması da mümkün deyil. Avtomobilə dair illik vergilər də İddiaçı tərəfindən deyil, mütəmadi olaraq onlar tərəfindən ödənilmişdir. Bu hal “whatsapp” sosial şəbəkə vasitəsi ilə İddiaçı onlara göndərdiyi səs yazıları ilə də təsdiq edilir. Belə ki, İddiaçı səsli ismarıcla müraciət edərək, avtomobilə görə ödənilməli olan vergi məbləğinin ona tam göndərilmədiyindən narazıçılıq edir və qalan məbləğin də göndərilməsini, habelə avtomobilin istəklərinə uyğun başqa bir şəxsin adına rəsmiləşdirilməsini, yəni onun adından çıxarılmasını xahiş edir, əks halda avtomobili adından çıxarıb axtarışa verəcəyi barədə xəbərdarlıq edir. Bütün bunlar xx.xx.2015-ci il tarixli müqavilənin formal müqavilə olduğunu və avtomobilin həqiqətdə İddiaçı deyil, onun atasına məxsus olduğunu təsdiq edir. Bu səbəbdən də İddiaçı avtomobil barədə heç vaxt hər hansı məlumatı olmamış, avtomobillə heç vaxt maraqlanmamış, avtomobilə dair hər hansı sənədə malik olmamışdır. Hətta Cavabdeh2 etibarnamə verməsini də xatırlamır və məhkəmə iclasında bu barədə məlumatlar təqdim edildikdən sonra ona qarşı da tələb irəli sürmüşdür. Avtomobilin əldə edilməsi ilə əlaqədar avtomobili satan şirkətin rəsmi nümayəndəsindən onun atasının adına məktub da ünvanlanmışdır. Hər bir halda, avtomobili reallıqda İddiaçı alsa idi onun atasının adına deyil, İddiaçı adına məktub ünvanlanmış olardı. Göstərilənlərin nəzərə alınmasını və iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, bildirmişdir ki, o, "xxxx" MMC-nin rəhbəri olan X1. “X23” markalı avtomobil 2015-ci ildə X4 ad gününə hədiyyə olaraq alınmışdır və həmin vaxtdan da avtomobil onun istifadə və sahibliyindədir. O, sadəcə olaraq X4 tapşırığına əsasən hərdən “X23” markalı avtomobili idarə edir. Bunun üçün ona etibarnamə də verilmişdir. Avtomobil heç vaxt İddiaçı olmamış və onun tərəfindən idarə edilməmişdir. Avtomobil ona məxsus deyil və bu səbəbdən o, avtomobili iddiaçıya təhvil verə bilməz. Göstərilənlərin nəzərə alınmasını və iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 İddiaçı iddiasını qəbul etməyərək və üçüncü şəxs "xxxx" MMC-nin iddiasını müdafiə edərək, bildirmişdir ki, İddiaçı mübahisələndirdiyi “X23” markalı, Rusiya Federasiyasının E 4** KA *** dövlət nömrə nişanlı avtomobilə dair "xxxx" MMC ilə "xxxx" MMC-nin hüquqi sələfi olan "xxxx" Şirkəti arasında xx.xx.2015-ci il tarixdə, 2**-GH-***5 saylı nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə avtomobilin dəyəri 18.700.000 rubl müəyyən edilmişdir. Müqavilədə ilkin ödəniş qiyməti və digər xüsuxi şərtlər müəyyən edilməklə tərəflərin hüquq və vəzifələri razılaşdırılmışdır. xx.xx.2015-ci il tarixli Müqaviləyə 1 saylı Əlavə ilə avtomobilin ümumi texniki xüsusiyyətləri barədə razılıq əldə edilmişdir. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə 1 saylı Əlavə Müqavilə imzalanmış və həmin Əlavənin məqsədi müqavilə dəyəri və ödəniş qaydası barədə olmuşdur. Avtomobilə dair əməliyyatın aparılması üçün pul vəsaitinin hesaba köçürülməsini təmin etmək məqsədi ilə satıcı tərəfindən müvafiq ərizə ilə banka müraciət olunmuş, daha sonra "xxxx" Şirkəti tərəfindən müvafiq ödəniş həyata keçirilmiş və avtomobil əldə edilmişdir. "xxxx" Şirkətinin hazırda isə "xxxx" MMC-nin təsisçisi olan X14 avtomobilin sifariş edilməsi məqsədi ilə iki dəfə Rusiya Federasiyasında olmuş, avtomobil hazır olduqdan sonra isə gətirilməsi onun dayısı oğlu Şahid həvalə edilmişdir. Məhz Şahid Rusiya Federasiyasına gedərək avtomobili qəbul etmiş, daşıyıcı vasitəsi ilə gömrük məntəqəsinə gətirmişdir. Avtomobilin Rusiya Federasiyasından Azərbaycan Rüspublikasının ərazisinə keçirilməsini təmin etmək məqsədi ilə Rusiya Federasiyası vətəndaşı olan şəxsin adına texniki pasport əldə edilməsi zərurəti yarandığından, cəmiyyətin təsisçisinin ailə üzvlərinin tanışı olan İddiaçı adına texniki pasport alınmaqla avtomobil Azərbaycan Respublikasına gətirilmiş, İddiaçı da avtomobili ilk dəfə gömrük məntəqəsində görmüş, rəsmiləşdirmədə iştirak etmiş və avtomobil ölkə ərazisinə keçirildikdən sonra avtomobilə dair etibarnamə vermişdir. Bununla belə, İddiaçı avtomobilə dair mülkiyyət hüququnun yaranması üçün zəruri şərtlər mövcud olmadığından, yəni avtomobilin sifariş verilməsi, əldə edilməsi, pulun köçürülməsi baş vermədiyindən və bütün bu proseslər qeyd edilən cəmiyyət tərəfindən həyata keçirildiyindən, avtomobilə dair bağlanmış müqavilə və onun əsasında verilmiş qeydiyyat şəhadətnaməsi formal olmuş, İddiaçı avtomobilin faktiki olaraq mülkiyyətçisi və sahibi olmamışdır. Hüquqi nəticə etibarı ilə onun adına uydurma əqd bağlanmış və çıxarış verilmişdir. Bütün bunlar bir neçə saat ərzində yalnız avtomobilin ölkə ərazisinə keçirilməsini təmin etmək üçün baş vermişdir. Avtomobilin alındıqdan sonra bütün müddət ərzində cəmiyyətinin təsiçisinin istifadəsində və sahibliyində olması, İddiaçı bu qədər müddət ərzində avtomobilə dair heç bir tələb və pretenziya irəli sürməməsi qeyd edilən faktların həqiqiliyini təsdiq edir. Göstərilənlərin nəzərə alınmasını və İddiaçı iddiasının rədd, üçüncü şəxs "xxxx" MMC-nin isə iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, “SİRR-“MMC-nin təsisçisi X6 və Cavabdeh1 yaxın qohumudur. X6 tapşırığına əsasən o, 2015-ci ilin may ayında Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Belə ki, Cavabdeh1 ad gününə “X23” markalı avtomobil alınmış və ona verilmiş tapşırığa əsasən o, həmin avtomobilin Azərbaycan Respublikasına gətirilməsini təmin etməli idi. Moskva şəhərinə getməsi, orda qalması və Azərbaycan Respublikasına qayıtması ilə bağlı xərclər də X13 tərəfindən qarşılanmışdır. Xatırlayır ki, Moskva şəhərində olduğu müddət ərzində onun müvəqqəti yaşaması üçün “Ukrayna” Mehmanxanasında otaq sifariş verilmiş və bunun üçün 17.000 rubl məbləğində pul ödənilmişdir. Moskva şəhərində onu digər şəxslər qarşılamışlar və avtomobilin ona təhvil verilməsi təmin edilmişdir. Bundan sonra o, Dərbənd şəhərində yaşayan Murad adlı tanışını Moskva şəhərinə çağırmış və həmin şəxs Rusiya Federasiyasının sərhədinə kimi onun müşayiət etmişdir. Sərhədi keçən zaman sənədləşmənin aparılması üçün avtomobilə dair sənədləri təqdim etdikdən sonra ona avtomobilin mülkiyyətçisi olan şəxsin bu prosedurda iştirak etməsinin zəruri olduğu bildirilmişdir. O, həmin vaxt bilmişdir ki, avtomobil İddiaçı adlı şəxsin adına rəsmiləşdirilmişdir. O, da bu barədə dərhal X7 məlumat vermişdir. Bir müddət sonra həmin şəxs onların olduğu yerə gəlmiş və aidiyyəti sənədləri imzaladıqdan sonra getmişdir. O, isə avtomobilin Azərbaycan Respublikasının ərazisinə keçməsini və Masallı rayonuna çatdırılmasını təmin etmişdir. İddiaçı İsmayıl oğlu həmin vaxt Rusiya Federasiyasında olmamış Azərbaycan Respublikasında olmuş və sənədləri imzaladıqdan sonra da Rusiya Federasiyası istiqamətində sərhədi keçməmişdir. Məhkəmə tərəfləri, habelə şahidin ifadəsini dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası rədd, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddiası isə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, alıcı "xxxx" Şirkəti ilə satıcı "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2**-GH-***5 saylı “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinə əsasən satıcı "xxxx" MMC istehsalçıdan Rolls-Royce Ghost markalı avtomobili sifariş etməyi və bu müqavilədə müəyyən edilmiş müddətdə alıcı "xxxx" Şirkətinin sonradan mülkiyyətinə ötürülməsi üçün anbarına təhvil verməyi, alıcı "xxxx" Şirkəti isə bu avtomobilin dəyərini (18% ƏDV də daxil olmaqla) təşkil edən 18.550.000 rubl məbləğində pulu satıcı "xxxx" MMC-yə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin müqaviləyə 1 saylı əlavə ilə tərəflər avtomobilin ümumi texniki və əlavə xüsusiyyətləri barədə razılığa gəlmişlər. xx.xx.2015-ci il tarixli ödəniş qəbzinə əsasən alıcı "xxxx" Şirkəti tərəfindən satıcı "xxxx" MMC-nin hesabına 3.710.000 rubl məbləğində pul köçürülmüşdür. Bu tərəflər arasında xx.xx.2015ci il tarixli müqaviləyə xx.xx.2015-ci il tarixdə bağlanmış 1 saylı əlavə müqaviləyə əsasən avtomobilin dəyəri 18 % ƏDV də daxil olmaqla 18.700.000 rubl məbləğində müəyyən edilmiş, həmçinin avtomobilin spesifikasiyasına və ödəniş qaydasına dəyişiklik edilmişdir. Bundan sonra alıcı İddiaçı ilə satıcı "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2**-GH-***01 saylı “Avtomobilin alqı-satqı” müqaviləsinə əsasən satıcı "xxxx" MMC Rolls- Royce Ghost markalı avtomobili alıcı İddiaçı mülkiyyətinə verməyi, alıcı İddiaçı isə avtomobili qəbul edib, avtomobilin müqavilə ilə müəyyən edilmiş 18.700.000 rubl məbləğində dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Avtomobilin müqavilə üzrə müəyyən edilmiş 18.700.000 rubl məbləğində dəyəri xx.xx.2015-ci il tarixdə X10 tərəfindən "xxxx" MMC-yə ödənilmiş və həmin tarixli avtomobilin təhvil-qəbul aktına əsasən avtomobil alıcı İddiaçı təhvil verilmiş və avtomobilə dair onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, ona E 4** KA *** dövlət nömrə nişanı və qeydiyyat haqqında şəhadətnamə verilmişdir. Həmin avtomobil sərəncam vermək hüququ da daxil olmaqla İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdə bir il müddətinə Cavabdeh1, xx.xx.2017-ci il tarixdə isə üç il müddətinə Cavabdeh2 etibar edilmişdir. "xxxx" şirkəti xx.xx.2015-ci il tarixdə təşkilati-hüquqi formasını dəyişərək, "xxxx" MMC-yə çevrilmişdir. "xxxx" MMC isə onun hüquqi varisidr. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, “X23” markalı, Rusiya Federasiyasının E 4** KA *** dövlət nömrə nişanlı avtomobilin onların qanunsuz istifadə və sahibliyində olduğunu, tələb etməsinə baxmayaraq, cavabdehlərin avtomobili, ona aid texniki pasportu və qeydiyyat şəhadətnaməsini iddiaçıya qaytarmaqdan imtina etdiyini iddia edir və avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasını xahiş edir. Cavabdeh1 iddianı qəbul etmir, avtomobilin heç vaxt onun istifadə və sahibliyində olmadığını, avtomobilin onun atasının ad gününə hədiyyə verildiyini və atasına məxsus olduğunu, avtomobilin dəyərinin onun atasına məxsus olan "xxxx" MMC tərəfindən ödənildiyini, avtomobil alınan tarixdən hazırki vaxtadək atasının istifadə və sahibliyində olduğunu, avtomobilə dair bütün sənədlərin əsillərinin də atasında olduğunu, sadəcə olaraq avtomobilin Moskva şəhərinə çatdırıldıqdan sonra onun Azərbaycan Respublikasına keçirilməsini təmin etmək üçün Rusiya Federasiyasının vətəndaşı olan şəxsin adına texniki pasport əldə edilməsinə zərurət yarandığını və bu məsələ ilə bağlı onların tanışları olan İddiaçı müraciət etdiklərini, sonuncunun da avtomobilin onun adına rəsmiləşdirilməsinə etiraz etmədiyini, İddiaçı avtomobili cəmi bir dəfə gömrük məntəqəsində gördüyünü, həmin vaxt da onun Azərbaycan Respublikasında olduğunu, avtomobilə dair xx.xx.2015-ci il tarixdə müqavilə bağlanan zaman İddiaçı ümumiyyətlə Rusiya Federesiyasında olmadığını, həmin müqavilənin həqiqətdə onun tərəfindən imzalanmadığını, avtomobilə dair illik vergilər də İddiaçı tərəfindən deyil, mütəmadi olaraq onlar tərəfindən ödənildiyini, bütün bunların xx.xx.2015-ci il tarixli müqavilənin formal müqavilə olduğunu, avtomobilin həqiqətdə İddiaçı deyil, onun atasına məxsus olduğunu, u səbəbdən də İddiaçı avtomobil barədə heç vaxt hər hansı məlumatının olmadığını, avtomobillə heç vaxt maraqlanmadığını, avtomobilə dair hər hansı sənədə malik olmadığını bildirir və iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. Cavabdeh2 da iddianı qəbul etmir, "xxxx" MMC-nin rəhbəri olan X2 olduğunu, “X23” markalı avtomobil 2015-ci ildə X4 ad gününə hədiyyə olaraq alındığını, həmin vaxtdan da avtomobilin onun istifadə və sahibliyində olduğunu, avtomobili X4 tapşırığına əsasən hərdən idarə etdiyini, avtomobilin heç vaxt İddiaçı olmadığını və onun tərəfindən idarə edilmədiyini, avtomobilin ona da məxsus olmadığını və bu səbəbdən iddiaçıya təhvil verə bilməyəcəyini bildirir və iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. Üçüncü şəxs "xxxx" MMC İddiaçı qarşı iddia qaldıraraq, İddiaçı mübahisələndirdiyi “X23” markalı, Rusiya Federasiyasının E 4** KA *** dövlət nömrə nişanlı avtomobilə dair "xxxx" MMC ilə "xxxx" MMC-nin hüquqi varisi olduğu "xxxx" Şirkəti arasında xx.xx.2015-ci il tarixdə, 2**-GH-***5 saylı nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsinin, xx.xx.2015-ci il tarixli Müqaviləyə 1 saylı Əlavənin, xx.xx.2015-ci il tarixdə 1 saylı Əlavə Müqavilənin bağlandığını, avtomobilin dəyərini təşkil edən 18.700.000 rubl məbləğində pulun "xxxx" Şirkəti tərəfindən ödənilərək, avtomobilin əldə edildiyini, "xxxx" Şirkətinin hazırda isə "xxxx" MMC-nin təsisçisi olan X8 avtomobilin sifariş edilməsi məqsədi ilə iki dəfə Rusiya Federasiyasında olduğunu, avtomobil hazır olduqdan sonra Azərbaycan Respublikasına gətirilməsinin onun dayısı oğlu Şahid tərəfindən təmin edildiyini, məhz Şahid Rusiya Federasiyasına gedərək avtomobili qəbul etdiyini, daşıyıcı vasitəsi ilə gömrük məntəqəsinə gətirildiyini, avtomobilin Rusiya Federasiyasından Azərbaycan Rüspublikasının ərazisinə keçirilməsini təmin etmək məqsədi ilə Rusiya Federasiyası vətəndaşı olan şəxsin adına texniki pasport əldə edilməsi zərurəti yarandığından, cəmiyyətin təsisçisinin ailə üzvlərinin tanışı olan İddiaçı adına texniki pasport alınmaqla avtomobilin Azərbaycan Respublikasına gətirildiyini, İddiaçı avtomobili ilk dəfə gömrük məntəqəsində gördüyünü, rəsmiləşdirmədə iştirak etdiyini, bütün proseslərin "xxxx" MMC tərəfindən həyata keçirildiyindən, avtomobilə dair müqavilənin formal olaraq bağlandığını, hüquqi nəticə etibarı ilə onun adına uydurma əqdin bağlandığını və çıxarış verildiyini, bütün bunların bir neçə saat ərzində yalnız avtomobilin ölkə ərazisinə keçirilməsini təmin etmək üçün baş verdiyini, avtomobilin alındıqdan sonra bütün müddət ərzində cəmiyyətin təsisçisinin istifadəsində və sahibliyində olduğunu, İddiaçı ötən müddət ərzində avtomobilə dair heç bir tələb və pretenziya irəli sürmədiyini bildirir və avtomobilin alqı-satqısına dair onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və müqaviləyə əsasən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid “SİRR-“MMC-nin təsisçisi X6 və Cavabdeh1 yaxın qohumu olduğunu, X6 tapşırığına əsasən onun ad gününə alınmış “X23” markalı avtomobili Azərbaycan Respublikasına gətirilməsinin təmin edilməsi üçün 2015-ci ilin may ayında Rusiya Federasiyasının Moskva şəhərinə getdiyini, səfərlə bağlı bütün xərclərinin X13 tərəfindən qarşılandığını, Moskva şəhərində avtomobilin ona təhvil verilməsi təmin edildikdən sonra Dərbənd şəhərində yaşayan Murad adlı tanışı ilə birlikdə Rusiya Federasiyasının sərhədinə kimi avtomobillə birlikdə gəldiyini, sərhədi keçən zaman sənədləşmənin aparılması üçün avtomobilin mülkiyyətçisinin iştirakına zərurət yarandığını, bu barədə dərhal X7 məlumat verdikdən bir müddət sonra həmin şəxsin onların olduğu yerə gəldiyini və aidiyyəti sənədləri imzaladıqdan sonra getdiyini, bundan sonra avtomobilin Azərbaycan Respublikasının ərazisinə keçməsini və Masallı rayonuna çatdırılmasını təmin etdiyini, İddiaçı İsmayıl oğlunun həmin vaxt Rusiya Federasiyasında olmadığını, Azərbaycan Respublikasında olduğunu və sənədləri imzaladıqdan sonra da Rusiya Federasiyası istiqamətində sərhədi keçmədiyini bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəyə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Həmçinin qeyd olunmuşdur ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Nəticələr üzrə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir və yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə ilk növbədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin iddiasına hüquqi qiymət verilməsini zəruri hesab edir və bu iddia ilə bağlı qeyd edir ki, “X23” markalı avtomobilin alqı-satqısına dair ilk olaraq "xxxx" Şirkəti (hazırki hüquqi varisi "xxxx" MMC) ilə satıcı "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə 2**-GH-***5 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə 1 saylı eyni tarixli əlavədə isə həmin tərəflər arasında bu avtomobilin ümumi texniki və əlavə (spesifikasiyalar) xüsusiyyətləri razılaşdırılmış və bundan sonra müqavilənin 3.1.1-ci yarımbəndində razılaşdırılmış 3.710.000 rubl məbləğində pul xx.xx.2015-ci il tarixdə "xxxx" Şirkəti tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. Bundan sonra bu tərəflər arasında xx.xx.2015-ci il tarixdə xx.xx.2015-ci il tarixli müqaviləyə 1 saylı əlavə müqavilə imzalanmış və həmin müqaviləyə uyğun olaraq həmin avtomobilin spesifikasiyasına dəyişiklik edilmiş və bununla bağlı avtomobilin yeni qiyməti razılaşdırılmışdır. xx.xx.2015-ci il tarixli müqavilənin 1.1-ci bəndinə (satıcı istehsalçıdan Rolls-Royce Ghost markalı avtomobili sifariş etməyi və bu müqavilədə müəyyən edilmiş müddətdə alıcının sonradan mülkiyyətinə ötürülməsi üçün anbarına təhvil verməyi öhdəsinə götürür) uyğun olaraq "xxxx" MMC-nin sifarişinə əsasən avtomobil ona çatdırıldıqdan sonra xx.xx.2015-ci il tarixdə həmin avtomobilə dair artıq "xxxx" MMC ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin tarixli təhvil-təslim aktına əsasən bu nəqliyyat vasitəsi və onun pasportu İddiaçı təhvil verilmiş və onun avtomobilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, ona qeydiyyat haqında şəhadətnamə təqdim edilmişdir. Avtomobilin xx.xx.2015-ci il tarixli müqavilə üzrə müəyyən edilmiş 18.700.000 rubl məbləğində dəyəri xx.xx.2015-ci il tarixdə X11 adlı şəxs tərəfindən "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. İddiaçı (məhkəmə iclaslarında vəkili və nümayəndəsi ilə təmsil olunurdu) xx.xx.2015ci il tarixli müqavilə, ona 1 saylı əlavə, xx.xx.2015-ci il tarixli müqavilə, xx.xx.2015-ci il tarixdə aparılmış 3.710.000 rubl məbləğində ödəniş barədə ümumiyyətlə məlumatlı deyil və bu barədə hər hansı məlumat, o cümlədən sənəd məhkəməyə təqdim edə bilmir. Cavabdeh2 qarşı tələb də qarşı tərəfin onun adına verilmiş etibarnamə məhkəməyə təqdim edildikdən sonra irəli sürülmüşdür. Onun Cavabdeh1 Bayram oğluna qarşı eyni məzmunlu iddiası üzrə işə baxılan zaman (həmin iddia iddiaçının ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-335/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır) iddiaçı tərəf (eyni vəkil və nümayəndə ilə təmsil olunurdu) avtomobilin mülkiyyətçisi olmasını əsas gətirərək, onun alınması qaydası, şərtləri, məbləği və sair barədə məlumat verməyi zəruri hesab etməmiş və yalnız avtomobilin Moskva şəhərində salondan pulunu birbaşa ödəməklə aldığını bildirmiş, lakin yenə də avtomobilin dəyəri barədə məlumat verməkdən imtina etmişdir. Hazırki icraat çərçivəsində də yalnız üçüncü şəxs tərəfindən qeyd edilən müqavilələr, ödəniş qəbzləri və digər sənədlər məhkəməyə təqdim edildikdən sonra (onlarla tanış olduqdan sonra) avtomobilin dəyəri olaraq "xxxx" MMC tərəfindən ödənilmiş məbləğin İddiaçı məxsus olduğunu, İddiaçı ilə cavabdehin qardaşı X12 arasında mövcud olan birgə fəaliyyət nəticəsində sonuncunun İddiaçı qarşısında pul öhdəliyinin yarandığını, İddiaçı da ona verilməli olan pul vəsaiti hesabına avtomobilin dəyərini ödəməyi tapşırdığını, X5 da həmin pulu onlara məxsus olan "xxxx" MMC vasitəsi ilə köçürmə yolu ilə "xxxx" MMC-yə ödədiyini, avtomobili 500.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına aldığını bildirmişdir. Buna baxmayaraq, İddiaçı ilə X12 arasında hər hansı iş birliyinin olması, o cümlədən bu münasibətlər nəticəsində X5 ona məhz avtomobilin dəyəri məbləğində borcunun yaranmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iddiaçı avtomobilin alınması, o cümlədən sənədləşdirilməsi və dəyərinin ödənilməsi ilə bağlı ya məlumat verə bilməmiş, ya da ziddiyyətli məlumat vermişdir. Hər bir halda, qeyd olunmalıdır ki, bu dəyərdə və markada olan avtomobilin alqı-satqısı prosesi həmin sahədə formalaşmış davranış təcrübəsinə uyğun olaraq onun sifariş verilməsindən və spesifikasiyalarının müəyyən edilməsindən, razılaşdırılmış dəyərinin ilkin olaraq müəyyən hissəsinin ödənilməsindən başlayır. Reallıqda belə bir prosedurun mövcud olması xx.xx.2015-ci il tarixli müqavilənin, ona 1 saylı əlavənin şərtləri ilə, habelə xx.xx.2015-ci il tarixdə həyata keçirilmiş ödənişlə təsdiq olunur. Bu baxımdan İddiaçı ilə də ilkin olaraq xx.xx.2015-ci il tarixli müqaviləyə uyğun müqavilə imzalanmalı idi. Lakin imzalanmamışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, xx.xx.2015-ci il tarixli müqavilə "xxxx" şirkətinin imzaladığı xx.xx.2015-ci il tarixli müqavilədən (xx.xx.2015-ci il tarixli müqavilədə müqavilənin predmeti, tərəflərin hüquq və vəzifələri, hesablaşma qaydası, mülkiyyət hüququ və zəmanət öhdəlikləri, tərəflərin məsuliyyəti, fors-major hallar, məxfilik, tərəflər arasında yarana biləcək mübahisələrin həlli, müqaviləyə xitam verilməsi halları, müqavilənin qüvvədə olma müddəti razılaşdırılmış, habelə yekun müddəalar təsbit edilmişdir) forma və məzmun baxımdan əhəmiyyətli dərəcədə fərqlənir və hüquqi nəticə etibarı ilə avtomobilin alıcının mülkiyyətinə verilməsini, onun dəyərinin ödənilməsini, avtomobilin təhvil verilmə müddətini və qaydasını, habelə tərəflərin məsuliyyətini ümumi qaydada tənzimləyir, lakin digər mühüm şərtlər razılaşdırılmır. Bu müqavilədən fərqli olaraq xx.xx.2015-ci il tarixli müqavilədə tərəflər bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmişdilər. Hüquqi nəticə etibarı ilə xx.xx.2015-ci il tarixli müqavilə ilə "xxxx" MMC xx.xx.2015-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını tamamlayaraq, xx.xx.2015-ci il tarixli müqavilənin predmeti olan avtomobili sifariş əsasında əldə edərək, onun razlaşdırılmış dəyərini alaraq, ötürülməsini təmin etmişdir. Bu səbəbdən xx.xx.2015-ci il tarixli müqavilə xx.xx.2015-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəf qeyd edilən avtomobillə bağlı alqı-satqı müqaviləsinin onunla "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlandığını, həmin yəni xx.xx.2015-ci il tarixdə də avtomobilin ona təhvil verildiyini bildirir. Halbuki, sərhəd keçmə məlumatlarına əsasən İddiaçı xx.xx.2015-ci il tarixdə ümumiyyətlə Rusiya Federasiyasında olmamışdır və bu baxımdan onun xx.xx.2015-ci il tarixdə fiziki olaraq müqaviləni imzalaması qeyri-mümkündür. Bu halın mövcudluğu ümumiyyətlə avtomobilin xx.xx.2015-ci il tarixdə ona təhvil verilmədiyinə dəlalət edir. Məhkəmə bu avtomobillə bağlı tərəflər arasında formalaşan münasibətləri, onların davranışını və aralarında baş vermiş yazışmalarla bağlı qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli müqavilələr müvafiq olaraq "xxxx" Şirkəti və İddiaçı tərəfindən imzalansa da bu avtomobilin alqı-satqısı ilə bağlı Rolls Royce şirkəti tərəfindən tanışlıq və əməkdaşlıqdan məmnunluq məktubu məhz "xxxx" Şirkətinin təsisçisi X9 ünvanlanmışdır. İddiaçı onun da adına belə bir məktubun ünvanlandığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmir. İddiaçı ilə Cavabdeh1 biri birini xeyli müddətdir tanıyır. Hazırda aralarında başqa bir məsələ ilə bağlı mübahisə yaranmışdır və həmin mübahisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma davam edir (hər iki tərəf bu halı etiraf edir). Hazırki iddia da qeyd edilən mübahisədən sonra qaldırılmışdır. Aparılmış araşdırma nəticəsində İddiaçı avtomobili cəmi bir dəfə gömrük məntəqəsində gördüyü, həmin vaxt gömrük məntəqəsinə gələrək sənədlərə imza edib, sonradan da qeyd edilən yeri tərk etdiyi, avtomobilin Moskva şəhərindən Azərbaycan Respublikasına, o cümlədən Masallı rayonuna ifadəsi məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş Şahid tərəfindən daşındığı müəyyən edilir. Həm cavabdeh, həm də üçüncü şəxs bu mövqedən çıxış edir. İddiaçı isə bu mövqeyi təkzib edən hər hansı sübut təqdim edə bilmir. Ümumiyyətlə xx.xx.2015-ci il tarixdə müqaviləni və təhvil-təslim aktını imza etdiyini iddia edən iddiaçı X15 avtomobilin hansı tarixdə, hansı şəraitdə, hansı şəxs tərəfindən və hansı şəxsə təhvil verilməsi barədə hər hansı məlumat verə bilmir. Hər bir halda, bu avtomobilin "xxxx" MMC-nin təsisçisi olan X6 istifadə və sahibliyinə keçməsi vaxtı, şəraiti, bunu həyat keçirən şəxs barədə İddiaçı məlumatı, ən azı qarşı tərəfin mövqeyi ilə üst-üstə düşməyən öz mövqeyi olmalıdır, lakin hər hansı mövqe müəyyən edilmir. Nəticə etibarı ilə avtomobilin nəinki 1 gün, heç bir saat belə onda olması öz təsdiqini tapmır. Avtomobil xx.xx.2015-ci il tarixdə "xxxx" MMC tərəfindən təhvil verildikdən sonra Azərbaycan Respublikasına daşınmış və Masallı rayonunda "xxxx" Şirkətinin təsisçisi olan (Cavabdeh1 atası) X6 ad günü ilə bağlı (doğum günü 20 may tarixidir) təşkil edilmiş tədbirdə ona hədiyyə olaraq təqdim edilmişdir. Bu hal məhkəmə iclasında nümayiş etdirilmiş video yazı ilə öz təsdiqini tapır. Avtomobil alındıqdan 8 gün sonra, yəni xx.xx.2015-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh1, bundan sonra xx.xx.2017-ci il tarixdə isə Cavabdeh2 sərəncam vermək hüququ da daxil olmaqla etibarnamə verilmişdir. İddia qaldırılan tarixədək İddiaçı hər hansı formada avtomobillə maraqlanması, habelə avtomobili geri tələb etməsi halı müəyyən olunmur, o cümlədən bununla bağlı hər hansı sübut təqdim edilmir. Məhkəmə iclasında dinlənilmiş audio yazıda (whatsapp sosial şəbəkə vasitəsi ilə göndərilmiş səsli ismarıc) isə iddiaçı əksinə avtomobilə görə ödənilməli olan vergi məbləğinin ona tam göndərilmədiyindən narazıçılıq edir və qalan məbləğin də göndərilməsini, habelə avtomobilin istəklərinə uyğun başqa bir şəxsin adına rəsmiləşdirilməsini, yəni onun adından çıxarılmasını xahiş edir, əks halda avtomobili adından çıxarıb axtarışa verəcəyi barədə xəbərdarlıq edir. Bununla belə, məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini və buna uyğun olaraq aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub, belə qənaətə gəlir ki, xx.xx.2015-ci il tarixli müqavilə (artıq müəyyən edildiyi kimi xx.xx.2015-ci il tarixli müqavilənin tərkib hissəsi) onun tərəflərinin əsl hüquqi niyyətlərini əks etdirmir. Belə ki, "xxxx" MMC bu avtomobilin əsas olan xx.xx.2015-ci il tarixli müqaviləyə uyğun olaraq məhz "xxxx" Şirkəti (hazırki SİRR-M” MMC) tərəfindən alındığını bilirdi və məhz onların qarşılıqlı razılığı əsasında həmin müqavilənin tərkib hissəsi olan xx.xx.2015-ci il tarixli müqavilənin İddiaçı tərəfindən imzalanmasına razılaşmışdır. İddiaçı bu müqaviləni bağlamaqda məqsədi və niyyəti həmin avtomobili təhvil alıb "xxxx" şirkətinin təsisçisi (tanışının atası) olan X7 ötürülməsi olmuş və artıq müəyyən edildiyi kimi də ötürmüşdur. Həmin əqdi bağlayarkən tərəflər əslində xx.xx.2015-ci il tarixli müqavilə üzrə yaranmış öhdəliklərin icrasını təmin etmişdilər. Avtomobilin İddiaçı mülkiyyətinə keçməsi də formal olmuş və xx.xx.2015-ci il tarixli müqavilənin onu tərəfindən imzalanmasından irəli gəlmişdir. Bu səbəbdən "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə tərəflərin əsl hüquqi niyyətlərini əks etdirməyən və görüntü üçün bağlanmaqla xx.xx.2015-ci il tarixli müqaviləyə uyğun olaraq razılaşdırılmış alqı-satqı müqaviləsini pərdələyən müqavilə kimi qiymətləndirilməlidir. Bu da onun hüquqi nəticə etibarı ilə etibarsız olmasını və bu müqaviləyə əsasən İddiaçı adına verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsini şərtləndirir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddiası əsaslıdır və təmin edilməlidir, “X23” markalı, Rusiya Federasiyasının E 4** KA *** dövlət nömrə nişanlı (2015-ci il buraxılışlı, göy rəngli, mühərrikin modeli N74B66A90501112, kuzov SCA664So3FUX41801) avtomobilə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 21 may 2015-ci il tarixli, 2**- GH-***01 nömrəli müqavilə etibarsız hesab edilməli və 21 may 2015-ci il tarixli, 77 33 403749 nömrəli qeydiyyat haqqında şəhadətnamə ləğv edilməlidir. Məhkəmənin bu mövqeyi öz növbəsində İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiasının rədd edilməsini şərtləndirir. Məhkəmə İddiaçı “iddia (kəsici) müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına istinadən qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Bununla belə, məhkəmə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüququ mövqeyə istinadən qeyd edir ki, bu tələbə Mülki Məcəllənin 354-cü maddəsinə uyğun olaraq kəsici müddət tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiası rədd edilməli, müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddiası təmin edilməli, “X23” markalı, Rusiya Federasiyasının E 4** KA *** dövlət nömrə nişanlı (2015-ci il buraxılışlı, göy rəngli, mühərrikin modeli N74B66A90501112, kuzov SCA664S03FUX41801) avtomobilə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 21 may 2015-ci il tarixli, 2**-GH-***01 nömrəli müqavilə etibarsız hesab edilməli, həmin müqaviləyə uyğun olaraq İddiaçı adına verilmiş 21 may 2015-ci il tarixli, 77 33 403749 nömrəli qeydiyyat haqqında şəhadətnamə ləğv edilməlidir. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddiası təmin edilsin. “X23” markalı, Rusiya Federasiyasının E 4** KA *** dövlət nömrə nişanlı (2015-ci il buraxılışlı, göy rəngli, mühərrikin modeli N74B66A90501112, kuzov SCA664S03FUX41801) avtomobilə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 21 may 2015-ci il tarixli, 2**-GH-***01 nömrəli müqavilə etibarsız hesab edilsin və həmin müqaviləyə uyğun olaraq İddiaçı adına verilmiş 21 may 2015-ci il tarixli, 77 33 403749 nömrəli qeydiyyat haqqında şəhadətnamə ləğv edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-2181/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2181/2022
26.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver