Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2192/2024 30.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022cı il tarixdə müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, borc verən 1728 manat məbləğində pul vəsaitinə mülkiyyət hüqüqünu borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Borc məbləğinin verilməsi borc verən tərəfindən borc alanın bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir və borc məbləğinin verildiyi an həmin məbləğin borc alanın bank hesabına köçürüldüyü an hesab olunur. Müqavilənin şərtlərinə əsasən borcun faiz üzrə verilməsi nəzərdə tutulmamışdır. Borc verən 1728 manat məbləğində vəsaiti müqavilə qüvvəyə mindiyi tarixdən 5 günündən gec olmayaraq tam həcmdə borc alanın bank hesabına köçürməli, borc alan isə borc məbləgini 12 aya - 08 oktyabr 2022-ci il tarixdən 08 sentyabr 2023-cü il tarixədək aylıq 144 manat ödəməklə tam həcmdə geri qaytarmalıdır. Borc alan borc məbləğini vaxtından əvvəl də, borc verənə qaytara bilər. Lakin artıq müqavilənin bağlandığı tarixdən 8 aydan çox vaxt keçməsinə baxmayaraql borc alan tərəfindən borc verənə cəmi 172 manat borc ödənilmişdir. Dəfələrlə tələb edilməsinə baxmayaraq borc verən hər dəfə borcun ödənilməsindən müxtəlif bəhanələrlə imtina edir. Hazırda borcun məbləği 1556 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, əslində Cavabdeh iddiaçıdan dəyəri 1728 manat olan kombi almış, həmin kombi ona təhvil verilərək evində quraşdırılmış, lakin həmin vaxtdan uzun müddət keçsə də, cavabdeh qalıq borcunu – 1556 manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. Qeyd olunanları iş materiallarına əlavə edilmiş Whatsapp tətbiqi vasitəsilə aparılmış yazışma təsdiq edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncunun iddiaçıya cəmi 1728 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan və Whatsapp yazışmalarından görünür ki, cavabdeh 1556 manat məbləğində borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin izahtından, tərəflər arasında olmuş Whatsapp yazışmalarından və xx.xx.2022-ci il tarixli qaimə-fakturadan göründüyü kimi, tərəflər arasında borc müqaviləsi bağlansa da, faktiki olaraq alqı-satqı münasibətləri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki Məcəlləsinin 567-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəlləsinin 600.4-cü maddəsinə müvafiq olaraq, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 1556 manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1556 (min beş yüz əlli altı) manat məbləğində borc və ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2192/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2192/2024
30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver