Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2200/2025 28.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X12 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi və miras əmlakdan payının ayrılması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi və miras əmlakdan payının ayrılması barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü il tarixdə doğulmuşdur. Mərhum anası X6 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Anasının vərəsəsi sayılmağı üçün Bakı şəhər 11 saylı notariat ofisinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən notariat ofisinə müraciət müddətini ötürdüyünü bildirmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Bakı şəhər 11 saylı notariat ofisinə müraciət olunub. Bakı şəhər 11 saylı notariat ofisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə mərkəzi filialına müraciət edərək xx.xx.2024-cü il tarixli cavabda mərhum anası X2 Xüsusi Təyinat üzrə Mərkəzi Filialın hesabında 31334.90 manat məbləğində pul vəsaiti qaldığı qeyd edilmişdir. Ondan əlavə 3 vərəsə vardır. Anası vəfat etdiyi dövrə qədər onunla yaşamışdır və dəfn mərasimi onun iştirakı ilə həyata keçirilmişdir. Anası ilə bağlı bütün mirası faktiki olaraq qəbul etmişdir. Bu səbəbdən bu faktın məhkəmə qaydasında təsdiq edilməsi zərurəti vardır. Lakin, aralarında mübahisə olduğundan işə xüsusi icraat qaydasında baxılması mümkün olmamışdır. Bu səbəbdən bu faktın məhkəmə qaydasında təsdiq edilməsi zərurəti vardır. Tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xüsusi icraat qaydasında müraciət edilmişdir. Lakin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 izahatlarında məhkəməyə bildirdilər ki, mübahisələndirilən məbləğ anamın sağlığında verilsəydi, onun müalicəsinə xərclənərdi. Hazırda mirasın yalnız bacıları tərəfindən qəbul edilməsini deyil, onların hər birinin paylarının müəyyən edilməsi yolu ilə ədalətli şəkildə bölünməsini məhkəmədən xahiş etmişdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, anası vəfat etdiyi dövrə qədər onunla yaşamışdır və dəfn mərasimi onun və qardaş, bacılarının iştirakı ilə həyata keçirilmişdir. Anası ilə bağlı bütün mirası faktiki olaraq qəbul etmişdir. Bu səbəbdən bu faktın məhkəmə qaydasında təsdiq edilməsi zərurəti vardır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında məhkəməyə bildirdilər ki, mübahisələndirilən məbləğ anasının sağlığında verilsəydi, onun müalicəsinə xərclənərdi. Hazırda iddianın təmin edilməsinə etirazları yoxdur, öz aralarında razılığa gəliblər ki, analarının adına olan pul məbləğini bərabər şəkildə ədalətlə 4 yerə böləcəklər. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş (nümayəndəsinin iştirakını təmin etməmiş) və gəlməməsinin üzrlü səbəbi kimi hazırda xaricdə olmsını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh3 iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.1974-cü il tarixli, İİ-JQ №483758 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1974-cü il tarixdə doğulmuşdur və anası X3r. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ №344148 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 77 № ilə qey edilmişdir. Bakı şəhəri 11 saylı notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, mərhum X2 vəfat etdiyi xx.xx.2023-cü il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən mərhumun ölüm tarixindən 3 ay ərzində vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət edilməli, 6 ay keçdikdən sonra isə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli idi. Vərəsəlik işiniş açılması üçün notariat ofisinə müraciət müddəti ötürüldüyündən müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 anaları X3r. 7 saylı Bakı Asan xidmət mərkəzində qeydiyyat şöbəsinin -2.03.2025-ci il tarixli 05/09İS/030261- 25 saylı arayışının surətindən müəyyən olunur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: İddiaçı- atası: X5 (ölüb); anası: X7 (ölüb); qardaşı: Cavabdeh2; bacısı: Cavabdeh1; bacısı: Ağalarova X13; oğlu: X4; oğu: X9. Azərbaycan Respublikası ƏƏSMN DSMF Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-116453/2014 saylı məktubunun surətindən görünür ki, 11 saylı Notariat Ofisinin sorğusuna cavab olaraq mərhum X1 adına Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabında 31334,90 manat məbləğində pul vəsaiti qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 7-ci hissəsinə görə, Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar 1257.1-ci və 1257.2-ci maddələrinə əsasən əgər vərəsə hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o mirası tamamilə qəbut etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə mirasın qəbul edilməsinin 2 üsulu vardır: 1) vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verdikdə, 2) vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda. Vərəsə miras açıldığı gündən altı ay ərzində mirası qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki, ... məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir.
10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinin 5-ci hissəsində qeyd olunmuşdur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).
Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, miras qoyan X7 vəfat etdikdən sonra onun dörd (oğlu - Cavabdeh2; qızları - Cavabdeh1; Ağalarova X13, İddiaçı) nəfər birinci növbəli vərəsəsi olmuşdur. Miras qoyanın ölümündən sonra vərəsələrə onun hesabında Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabında 31334,90 manat məbləğində pul vəsaitinin qalması məlum olmuş və iddiaçı həmin məbləği vərəsə olaraq qəbul etməsi üçün müvafiq qaydada notariat orqanına müraciət etmiş, lakin vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət müddəti ötürüldüyündən müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı anasının xəstəliyi zamanı bacısı ilə bərabər xərcləri paylaşmış, ölümündən sonra ondan qalan şəxsi əşyaları faktiki olaraq qəbul etmiş, valideyninin yas mərasimini bacı-qardaşı ilə xərcləri bərabər hissələrdə bölərək iştirak etmişdir. Hazırki mirası qəbul etmək üçün notariat orqanına müvafiq qaydada müraciət etmiş, lakin ona çatası mirası adına rəsmiləşdirmə edə bilməmişdir. Daha sonra iddiaçı mirası qəbul edilməsi faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə icraatı zamanı digər vərəsələr maraqlı şəxs qismində cəlb edilmiş və onların da miras əmlaka dair mübahisələrinin olması aşkar edildiyindən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə hüquqa dair mübahisə olması əsası ilə baxılmamış saxlamışdır. Sonradan ərizəçi digər vərəsələri cavabdeh qismində işə cəlb etməklə iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı yuxarıda göstərilən diqqətəlayiq halları cavabdehlər də öz növbələrində etiraf etmiş və analarından sonra miras kimi yalnız həmin məbləğin qaldığını, həmin məbləğə münasibətdə iddiaçının ¼ hissədə payının tanınmasına heç bir etirazlarının olmadığını bildirdilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X2 Xüsusi Təyinat üzrə Mərkəzi Filialın hesabında olan 31334.90 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməli və həmin miras məbləğə ¼ hissədə vərəsə kimi payı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin şərtləri nəzərə alınmaqla, məhkəmə xərcləri də tələbin təmin olunan hissəsinə mütənasib olaraq cavabdehlərə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən X2 Xüsusi Təyinat üzrə Mərkəzi Filialın hesabında olan 31334.90 manat məbləğində pul vəsaitinin miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin və məbləğin ¼ hissəsi üzərində İddiaçı miras payı müəyyən olunsun. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Səidə Məmmədova