Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2205/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçılar İddiaçı və X1 iştirakları ilə, İddiaçı və X1 Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 və X2 Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabeh Cavabdeh 6600 manat məbləğində pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edillməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun anası X2 dostu Cavabdeh 3000 manat dəyərində İphone markalı telefonu öz adına “Kontakt Home” mağazasından götürüb və pulunu ödəmişdir. Sonradan cavabdehə 1500 manat əlavə olaraq isə 1000 manat vermişdir. Ondan 2000 manat maşının bank borcunun ödənilməsi üçün almışdır. Onlar cavabdehə cəmi 7500 manat pul qaytarmaq şərti ilə vermişlər. Cavabdeh isə 900 manat qaytarmış, yerdə qalan 6600 manat borcu müxtəlif bəhanələr gətirərək bu günki günə qədər qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, ona borc məbləğindən hər hansı vəsait ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 izahatında bildirmişdir ki, cavabdeh telefonu satmışdır. Telefonun borcundan ödəniş etməmişdir. Bütün borcu özü ödəmişdir. O borcdan cəmi 900 manat ödəniş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh tərəfindən Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisi polis polkovnik-leytenantı Rahi Mirzəyevə yazılan izahatında bildirmişdir ki, Şahbazov Bürhan onun keçmiş dostudur. 2020-ci ilin yay aylarında ona pul lazım olduğu üçün 2000 manat almışdır. Maşınını satıb Burhana 2000 manat qaytaracağına söz vermişdir. Bundan sonra əlavə pul lazım olduğundan anası Kəmalədən 1500 manat almışdır. Bundan əlavə Kəmalənin adına “Kontakt Home” mağazasından kredit yolu ilə iphone pro max telefonu götürmüşdür. Həmin telefonun 1 ay ödənişini etmişdir. Ondan sonra işlərində durğunluq olduğundan telefonun kreditini ödəyə bilməmişdir. Bundan əlavə avtomobilini lizinqə təhvil verdiyi üçün sata bilməmişdir. Burhan və anası Kəmalənin pulundan ümumilikdə 3500 manat qaytara bilməmişdir. Daha sonra Burhanla danışığı olmadığı üçün, mübahisə yarandığından onunla arasında danışıq olmamışdır. Məsələnin böyüməsi tərəfdarı deyil. Qısa müddətə onların pullarını tam olaraq qaytaracağına söz vermişdir. İş materiallarında olan ödəniş qəbzlərindən və ödəniş cədvəlindən görünür ki, X2 tərəfindən 20123832 saylı müqavilə üzrə ilkin ödəniş xx.xx.2020-ci il tarixində sonuncu ödəniş isə xx.xx.2021-ci il tarixində edilmişdir. Müqavilə üzrə tələb olunan məbləğ 2940 manat olmuşdur və borc məbləği qalmamışdır. Mübahisə ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İşin faktiki halları ilə məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, iddiaçılar ana və oğuldur. Cavabdeh İddiaçı əsgər yoldaşı olmuşdur. Cavabdeh İddiaçı 2020-ci il yay aylarında 2000 manat borca pul almışdır. Cavabdeh digər iddiaçıdan isə 1500 manat pul almış və cavabdehin onun adına götürdüyü telefona görə iddiaçı X2 2940 manat kredit ödəmişdir. Cavabdeh bu halı polisə verdiyi ifadəsində etiraf etmişdir. İddiaçı X2 isə cavabdehin 900 manat ödəniş etdiyini etiraf edir. İddiaçı Vəliyeva Kəmalə cavabdehə əlavə 1000 manat da borca pul verməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, sübutetmə yükü baxımından İddiaçı cavabdehə 2000 manat pul verdiyini, iddiaçı K.Vəliyeva isə cavabdehə 1500 manat borca pul verdiyini və cavabdehin yerinə 2940 manat pul ödəməklə sonuncunu əsassız olaraq varlandığını sübut edir. İddiaçı K.Vəliyeva həmin məbləğlərdən 900 manat pul qaytarıldığını etiraf edir. Odur ki, cavabdehdən 2000 manat pul vəsaiti İddiaçı xeyrinə, 3540(1500+2940- 900=3540) manat isə iddiaçı X1 xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin faktiki halları ilə müəyyən edildiyi kimi cavabdehlə 1-ci iddiaçı arasında 2000 manat məbləğində borca dair, ikinci iddiaçı ilə 1500 manat məbləğində borca dair öhdəlik münasibətləri yaranmışdır və cavabdeh müqavilədən irəli gələn öhdəliyini pozaraq aldığı borc məbləğini qaytarmamışdır. Bundan başqa cavabdeh ikinci iddiaçının adına rəsmiləşdirilməklə telefon əldə etmiş və ikinci iddiaçı onun yerinə 2940 manat ödəməklə cavabdehi varlandırmışdır. Beləliklə, cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi hesab edilməli və öhdəliyini icra etməyən borclu kreditora vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə, 3540 manat məbləğində pul vəsaiti isə iddiaçı X1 xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılara aid edilməlidir Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə, 3540 (üç min beş yüz qırx) manat məbləğində pul vəsaiti isə iddiaçı X1 xeyrinə tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2205/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2205/2021
11.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver