Məhkəmə qərarları › İş №2(001)-2205/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2205/2023

02.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2205/2023 02.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM **********49 saylı zaminlik müqaviləsinə əsasən ondan bankın hesabına tutulmuş 1213.24 manat pul vəsaitinin və 32.48 manat dövlət rüsumunun, ümumilikdə 1245.72 manat pul vəsaitinin Cavabdeh Səyyad oğlundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin predmetinə əsasən borc verən borc alana 36 ay müddətində, illik 24 faiz olmaqla 6100 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş qaydada krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin xahişi ilə zamin olmağa razılaşmış və bununla bağlı bankla onun arasında xx.xx.2018-ci il tarixdə BPM **********49 saylı zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh müqavilənin şərtlərinə əməl etmədiyindən qalıq borc iddiaçının əmək haqqına yönəldilmişdir. İddiaçı "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixdə almış olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər əmək haqqı hesabından tutmalar barədə hesabdan hesabdan çıxarış əldə etmişdir. Hesabdan çıxarışın əməliyyat tarixi hissəsində, yəni xx.xx.2019-cu il tarixdə həmin hesabın əməliyyat tarifi qrafasında 207RZL********** PKD silinmə 20191029azn saylı, CR məbləğə əsasən 240 manat, xx.xx.2020-ci il tarixdə həmin hesabın əməliyyat tarifi qrafasında 207RZL********** PKD silinmə 20200520azn saylı, CR məbləğə əsasən 487 manat, xx.xx.2020-ci il tarixdə həmin hesabın əməliyyat tarifi qrafasında 207RZL********** PKD silinmə 20200630azn saylı, CR məbləğə əsasən 0.74 manat, xx.xx.2020-ci il tarixdə həmin hesabın əməliyyat tarifi qrafasında 207RZL********** PKD silinmə 20200709azn saylı, CR məbləğə əsasən 150 manat, həmin hesabın əməliyyat tarifi qrafasında 207RZL********** PKD silinmə 20200821azn saylı, CR məbləğə əsasən 335,5 manat, ümumilikdə 1213,24 manat pul əmək haqqı hesabından tutulmuşdur. Bu səbəbdən də iddiaçı ödənilmiş pulun cavabdehdən tutulmasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə heç bir etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs "xxxx" ASC (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun (nümayəndəsi) iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən, xx.xx.2018cu il tarixdən, xx.xx.2021-ci il tarixə qədər: xx.xx.2019-cu il tarixdə həmin hesabın əməliyyat tarifi qrafasında 207RZL********** PKD silinmə 20191029azn saylı, CR məbləğə əsasən 240 manat, xx.xx.2020-ci il tarixdə həmin hesabın əməliyyat tarifi qrafasında 207RZL********** PKD silinmə 20200520azn saylı, CR məbləğə əsasən 487 manat, xx.xx.2020-ci il tarixdə həmin hesabın əməliyyat tarifi qrafasında 207RZL********** PKD silinmə 20200630azn saylı, CR məbləğə əsasən 0.74 manat, xx.xx.2020-ci il tarixdə həmin hesabın əməliyyat tarifi qrafasında 207RZL********** PKD silinmə 20200709azn saylı, CR məbləğə əsasən 150 manat, xx.xx.2020-ci il tarixdə həmin hesabın əməliyyat tarifi qrafasında 207RZL********** PKD silinmə 20200821azn saylı, CR məbləğə əsasən 335,5 manat, ümumilikdə 1213,24 manat pul əmək haqqı hesabından tutulmuşdur. - xx.xx.2018-ci il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 24 faiz olmaqla 6100 manat məbləğində kredit verilmişdir. - xx.xx.2018-ci il tarixli, BPM**********49 nömrəli zaminlik müqaviləsinə əsasən, İddiaçı xx.xx.2018-ci il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsi üzrə zamin kimi çıxış edir. - xx.xx.2018-ci il tarixli razılıq ərizəsinə əsasən, İddiaçı "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2018-cu il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən ödəniş cədvəli üzrə aylıq ödəniş məbləği gecikdirildikdə, ödənilməli olan gecikdirilmiş əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun "xxxx" ASC-də olan əmək haqqı, pensiya və digər hesablarından akseptsiz qaydada bloklaşdırılaraq gecikdirilmiş öhdəlik həcmində borcalanın kredit hesabına silinməsinə razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. - 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. - 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. - 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, zamin tərəfindən borclunun əvəzinə kreditora ödənilmiş 1213,24 manat pul və dövlət rüsumu kimi ödənilmiş 32,48 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin iddiaçı iddia ərizəsində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1213,24 manat pul məbləği və dövlət rüsumu kimi ödənilmiş 32,48 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar