Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2207/2025 31.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər Binəqədi Rayon İcra və Probasiya şöbəsinə və X2 qarşı “daşınmaz əmlakın üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 7(001)-473/2021 nömrəli və 7(001)-665/2023 nömrəli qərarları ilə İsmayıllı şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia tələbinin qəbul edilməsindən imtina edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-473/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının icrasını təmin etmək məqsədi ilə X2 məxsus əmlak üzərinə icra məmurunun təqdimatına əsasən İsmayıllı Rayonu, Diyallı kəndində, İsmayıllı şəhərində torpaq sahələri və ünvan 1 ünvanda yerləşən mənzil üzərinə həbs qoyulmuşdur. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-665/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Mərkəzi bankın ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarının icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh2 məxsus İsmayıllı şəhərində 06 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın notarial qaydada alqı-satqı müqaviləsindən görünür ki, satıcı Abasov X1 şəhəri ünvanında yerləşən 0.06 ha torpaq sahəsini alıcı İddiaçı 5400 manata satmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-184/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsi geri qaytarılmışdır. Həmin qərar CPM-nin 253.0-cı maddəsinin tələbi baxımından əsaslandırılmış və vətəndaşa izah edilmişdir ki, əmlak üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 253.0-cı maddəsində qeyd edilmişdir ki, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. İşin hallarından görünür ki, iddiaçı inzibati xətalara dair işlər üzrə icraat qaydasında tətbiq edilmiş inzibati cərimə növündə tənbeh tədbirinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı kimi ona məxsus olan torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edir. Halbuki, CPM-nin 253-cü maddəsi cinayət işi üzrə prosessual məcburiyyət tədbiri kimi səhvən qoyulmuş həbsin götürülməsi ilə bağlıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya inzibati xətalara dair işlər üzrə icraat qaydasında qəbul edilmiş qərarlardan şikayət vermək və ya həbsin götürülməsi ilə bağlı yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Binəqədi Rayon İcra və Probasiya şöbəsinə və X2 qarşı “daşınmaz əmlakın üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu İddiaçı dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2207/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2207/2025
31.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver