Məhkəmə qərarları › İş №2(001)-2210/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2210/2022

01.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2210/2022 01.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunan məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, X1 yaxın qohumunun iş yerinin dəyişdirmək istədiyini demiş, G.L.Piriyev isə ona qohumu Cavabdeh bu işi həll edə biləcəyini bildirmişdir. Bundan sonra o, bu barədə Cavabdeh ilə danışmış və qohumunun iş yerinin dəyişdirlməsi üçün xx.xx.2018-ci il tarixdə cavabdehə 8000 manat vermişdir. Lakin bir müddətdən sonra ona məlum olmuşdur ki, cavabdeh aldığı pulu öz işlərinə görə xərcləmişdir. O, pulun qaytarılmasını Cavabdeh tələb etmiş, cavabdeh yazılı müqaviləyə əsasən, xx.xx.2019-cu il tarixə qədər pulun 50%-ni, xx.xx.2019-cu il tarixə qədər isə pulun qalan hissəsini qaytarmağı öhdəsinə götürmüş, bunu X2 da imzası ilə təsdiq etmişdir. Lakin iki ildən çox bir müddət keçməsinə baxmayaraq cavabdeh aldığı pulu geri qaytarmamışdır. O, dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh aldığı pulu qaytarmaqdan imtina etdiyindən o, Nizami rayon Polis İdarəsinə müraciət etmişdir. Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə ona mülki işlə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh ona aldığı puldan 1950 manat qaytarmış, hazırda 6050 manat əsas borcu qalmışdır. Ona görə də, Cavabdeh xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən 6050 manat əsas borcun, illik 10% bank faiz hesabı ilə üç il beş ay müddətinə istifadə edərək qazanc əldə etdiyi nəzərə alınaraq 2800 manat faiz borcunun və 124 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib, iddiaçının izahatını təsdiq edib əlavə olaraq izahatında göstəmişdir ki, cavabdeh vəd etsə də, aldığı puldan 1000 manatı xx.xx.2022-ci il tarixdə iddiaçıya qaytarmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, 24.10.18-ci il tarixli müqaviləyə əsasən iddiaçıdan qohumunun işi ilə bağlı 8000 manat alsa da, həmin iş alınmadığı üçün o, 8000 manat pulu öz işinə sərf etmək qərarına gəlmişdir. Lakin pandemiya ilə bağlı işləri alınmamış, ona görə aldığı pulu vaxtında tam qaytara bilməmişdir. Bundan sonra o, hisə-hissə 2020-ci ilədək İddiaçı nağd olaraq 900 manat, poçt vasitəsi ilə 500 manat, dostu Ədalətin vasitəsi ilə 600 manat ödəniş etmişdir. İddiaçı Nizami rayon Polis İdarəsində yazdığı xx.xx.2022-ci il tarixli ərizəsində 2000 manatı aldığını və ona 6000 manat borcun qaldığını qeyd etmişdir. Pandemiya ilə bağlı o, yaş həddinə görə yaşadığı evdən çıxa bilmədiyi üçün aldığı pulu qaytara bilməmişdir. İrana yollar açıldıqdan sonra o, həmin ölkəyə gedib ordakı işləri ilə bağlı qalan pulunu alıb borcunu qaytaracaqdır. Hal-hazırda onun İddiaçı cəmi 6050 manat borcu vardır. Bu məbləğin 1000 manatını o, bu ilin may ayının 30-dək, qalan hissəsini isə bu ilin avqust ayının 15-dək geri qaytaracaqdır. İddiaçıya faiz ödəməli deyildir. Ona görə də pulun qaytarılması üçün ona vaxt verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdehunun xx.xx.2018-ci il tarixdə yazdığı qəbzdən müəyyən olunur ki, o, İddiaçı iş görmək üçün 8000 manat almasını etiraf edərək, xx.xx.2019-cu il tarixə qədər həmin pulun 50%-ni, xx.xx.2019-cu il tarixə qədər isə geri qalanını qaytarmağı öhdəsinə götürmüşdür. Nizami RPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, müraciətdə qeyd olunan xüsusatların mülki xarakterli olduğundan İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 8000 manat pul vermiş, cavabdeh həmin məbləğin 1950 manatını qaytarmış, qalan 6050 manatını isə qaytarmamaqla ona maddi ziyan vurmuşdur. Ona görə də məhkəmə iddiaçının cavabdehdən maddi ziyana görə 6050 manat tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçının faiz tələbi ilə bağlı qeyd edir ki, ilk əvvəl qanuna zidd əməlin həyata keçirilməsi niyyəti ilə cavabdehə verdiyi pul vəsaitini, bu niyyətinin baş tutumasını görüb borc adlandıran iddiaçı faydalanmağa görə cavabdehdən faiz tələb etməkdə haqlı deyildir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 6050 manat, dövlət rüsumuna görə 124 manat olmaqla cəmi 6174 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar