Məhkəmə qərarları › İş №2(001)-2219/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2219/2023

28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2219/2023 28.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi İddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə (X4 3-cü şəxs qismində cəlb edilməklə) qarşı torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə (X4 3-cü şəxs qismində cəlb edilməklə) qarşı torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinin nümayəndəsi X1 vəsatətlə məhkəməyə müraciət edərək hazırkı mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Bakı şəhəri Biləcəri Bələdiyyəsinin cavabdehlər X3 və X6 qarşı (İddiaçı 3-cü şəxs qismində cəlb edilməklə) Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi ev 12 saylı yaşayış binasının qarşısında xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən X2 bağ-bostan məsədi ilə icarə hüquqları üzrə ayrılmış torpaq sahəsinin bir hissəsini zəbt etməklə üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsinə və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə sahibinə qaytarılmasına dair 2(001)- 1405\2023 saylı mülki işlə bir icraatda baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti və mülki işin sənədlərini araşdırıb, tərəflərin mülki işlərin bir icraatda birləşdirilməsinə dair vəsatətin təmin edilməsinə dair münasibətlərini dinləyib vəsatətin təmin edilməsi qənaətinə gəlir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1405\2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Biləcəri Bələdiyyəsi cavabdehlər X3 və X6 qarşı (İddiaçı 3-cü şəxs qismində cəlb edilməklə) Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi ev 12 saylı yaşayış binasının qarşısında xx.xx.2020ci il tarixli icarə müqaviləsinə əsasən X2 bağ-bostan məsədi ilə icarə hüquqları üzrə ayrılmış torpaq sahəsinin bir hissəsini zəbt etməklə üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsinə və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə sahibinə qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 169.1. Hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. Maddə 169.2. Bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Maddə 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-1405/2023 saylı və 2(001)-2219/2023 saylı mülki işlər üzrə tərəflər Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilədən irəli gələn hüquqlarla bağlı iddia tələbləri irəli sürdüklərindən hazırkı işlərə bir icraatda baxılması məqsədə müvafiqdir. Ona görə də vəsatət təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-1405/2023 saylı və 2(001)-2219/2023 saylı mülki işlər bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Vəsatət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə (X4 3-cü şəxs qismində cəlb edilməklə) qarşı torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair 2(001)-2219/2023 saylı mülki işlə iddiaçı Bakı şəhəri Biləcəri Bələdiyyəsinin cavabdehlər X3 və X6 qarşı (İddiaçı 3-cü şəxs qismində cəlb edilməklə) Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi ev 12 saylı yaşayış binasının qarşısında xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən X2 bağ-bostan məsədi ilə icarə hüquqları üzrə ayrılmış torpaq sahəsinin bir hissəsini zəbt etməklə üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsinə və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə sahibinə qaytarılmasına dair 2(001)-1405/2023 saylı mülki iş bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar