Məhkəmə qərarları › İş №2(001)-2224/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2224/2023

31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2224/2023 31.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı (Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlak üzərinə səhvən qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı1, X13, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X10 birgə iddiaçılar kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aşağıda adları göstərilən əmlakların üzərinə qoyulmuş həbsin götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər:

1. İddiaçı1 adına olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40;

2. İddiaçı4 adına olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası;

3. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143;

4. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25;

5. X5 adına olan ünvan 2 ünvanında yerləşən 0,0472 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi;

6. X3 adına olan Bakı şəhəri, İstiqlaliyyət küçəsi, ev 43, mənzil 28;

7. İddiaçı4 adına olan ünvan 4, mənzil 10;

8. İddiaçı1 adına olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsi;

9. İddiaçı3 adına olan ünvan 3 ünvanda yerləşən mənzil;

10. İddiaçı3 adına olan ünvan 5il 5,6,6A,7,8 və ümumi sahələri 43,6 kv.metr, 61 kv.metr olan mənzillər;

11. İddiaçı3 adına olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98; - 16 –

12. X3 adına olan Bakı şəhəri, Cavadxan küçəsi, 80 sayıl fərdi yaşayış evi;

13. İddiaçı1 adına olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b;

14. İddiaçı3 adına olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, Azərbaycan Respublikası Rabitə Nazirliyinin b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha. torpaq sahəsi;

15. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Qəbələ rayonu, Bum kəndində 0,9 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

16. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Qəbələ rayonu, Bum kəndində 0,69 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

17. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Qəbələ rayonu, Bum kəndində 0,53 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

18. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Qəbələ rayonu, Bum kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

19. İddiaçı3 adına olan Qəbələ rayonu, Bum kəndində 0,15 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

20. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan, sahəsi 1,5632 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

21. İddiaçı3 adına olan İsmayıllı rayonu, Tircan kəndində 0,52 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

22. İddiaçı3 adına olan İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

23. İddiaçı3 adına olan İsmayıllı rayonu, Tircan kəndində 0,18 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

24. İddiaçı3 adına olan İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

25. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

26. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

27. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndinə 0,3222 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

28. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

29. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

30. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

31. İddiaçı4 adına rəsmiləşdirilmiş Şamaxı rayonu, Məlhəm kəndində əmlak kompleksi kimi müəssisə;

32. İddiaçı1 adına rəsmiləşdirilmiş Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha. torpaq sahəsi;

33. X3 adına rəsmiləşdirilən Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a, mənzil 33;

34. X3 adına rəsmiləşdirilən Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, ev 56 saylı sahə, - 17 –

35. "xxxx" ASC-nin saxlancına verilmiş, X8 məxsus olan 17210 manat pul və gümüş sikkələr. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)- 3106/2022 saylı qərardadına əsasən, iş üzrə icraata xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində irəli sürülmüş tələblərə mülki məhkəmə icraatında baxıla bilməz. Qərardaddan iddiaçıların nümayəndəsi Vəkil tərəfindən şikayət verilmiş, həmin şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(001)- 3106/2022 saylı qərardadına əsasən təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(103)-4583/2022 saylı qərardadına əsasən, şikayət təmin edilməmişdir. Həmin qərardaddan iddiaçıların nümayəndəsi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(102)-5979/2022 saylı qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4853/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərardadı qismən – İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 aid hissədə ləğv edilmiş, X13 və X6 aid hissədə dəyişdirilmədən saxlanmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2023cü il tarixli, 2(103)-4690/2023 saylı qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)-3106/2022 saylı qərardadı qismən – İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 aid hissədə ləğv edilmiş, mülki iş həmin hissədə iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Beləliklə, hazırda İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə iddiaçılar kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “əmlak üzərinə səhvən qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinə baxılır, üzərindən həbsin götürülməsi xahiş olunan əmlaklar aşağıdakılardır:

1. İddiaçı1 adına olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40; Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b; Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha. torpaq sahəsi;

2. İddiaçı4 adına olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası; ünvan 4, mənzil 10; Şamaxı rayonu, Məlhəm kəndində əmlak kompleksi kimi müəssisə;

3. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143; Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25; Qəbələ rayonu, Bum kəndində 0,9 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,69 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,53 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 1,5632 ha. sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndinə 0,3222 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

4. İddiaçı3 adına olan ünvan 3 ünvanda yerləşən mənzil; ünvan 5il 5,6,6A,7,8 və ümumi sahələri 43,6 kv.metr, 61 kv.metr olan mənzillər; Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98; Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, Azərbaycan Respublikası Rabitə Nazirliyinin b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha. torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,15 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,52 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,18 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi məhkəmə tərəfindən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddia tələbinin əsası: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmünə əsasən, X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2, 308.2 və 313-cü maddələrinə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2-ci maddələri ilə 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 308.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 313-cü maddəsi ilə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən, qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmin hökmdən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmişdir. İddiaçı3 adına olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 24, mənzil 38; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nobel pr., məhəllə 1212, ev 15, mənzil 260; X15 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533-cü məhəllə, Qutqaşınlı küçəsi, blok 3-cü mərtəbə, mənzil 33; X15 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533-cü məhəllə, Qutqaşınlı küçəsi blok 2, 3-cü mərtəbə, mənzil 34; X4 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533cü məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 44; X4 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533-cü məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 45; X4 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533-cü məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 46; Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 40,5 kv.metr olan mənzil; X5 adına olan Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 59, mənzil 13,14,15; İddiaçı4 adına olan Bakı şəhəri, Səbail rayonu, Telnov Bağırov küçəsi, ev 6,4,10, 2/6 saylı mənzillər; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr., ev 68, mənzil 33; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 1a, mənzil 10; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 54 saylı evin 17, 17a, 19, 15 saylı mənzilləri və 14 saylı mənzilin bir hissəsi; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 2; Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin “X22” bağçılıq yoldaşlığının 16 saylı bağ sahəsi (0,1 ha.); Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Aslanov küçəsi, ev 8; İddiaçı3 adına olan İsmayıllı rayonu, Ticran kəndində 0,83 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İddiaçı3 adına olan İsmayıllı rayonu, Ticran kəndində 0,29 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İddiaçı3 adına olan İsmayıllı rayonu, Ticran kəndində 0,86 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və digər əmlaklar üzərinə qoyulmuş həbs ləğv edilmiş və həmin əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissə hökmdən xaric edilmişdir. Bu qərardan X5 müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmiş və bu qərarın V.Zeynalova münasibətdə əmlakların üzərinə həbs qoyulması və barəsində xüsusi müsadirə tətbiq edilməsinə dair hissədə ləğv edilməsi, həmin əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu qərardan eyni zamanda maraqlı şəxs X10 və nümayəndəsi tərəfindən də kassasiya şikayəti verilmiş və Şura Zeynalovanın mülkiyyətində olan daşınmaz əmlakların hazırki cinayət işi ilə heç bir əlaqəsi olmadığından apellyasiya instansiyası məhkəməsinin qeyd edilən əmlakların üzərinə həbs qoyulması və barəsində xüsusi müsadirə tətbiq edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1(102)-1/2021 saylı, 05 fevral 2021-ci il tarixli qərarı ilə məhkum X5 müdafiəçisi, maraqlı şəxs X10 və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli qərarı əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilmiş, İddiaçı3 adına olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 129b saylı ev və ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; X3 adına olan Yevlax rayonu, Kövər kəndində yerləşən 0,33 ha. torpaq sahəsi ilə bağlı əmlaklar üzərinə qoyulmuş həbs ləğv edilmiş və həmin əmlaklara xüsusi müsadirənin tətbiq edilməsinə aid hissə məhkəmə qərarlarından xaric edilmişdir. İddiaçılar hesab edir ki, Qeyd olunan əmlaklardan əlavə, adları bu iddia ərizəsində göstərilən əmlakların da üzərinə qoyulmuş həbs qanunsuz və əsassızdır, həbs götürülməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçıların nümayəndəsi iddianı müdafiə etdiklərini bildirərək, izahatında göstərdi ki, hazırki iddia tələbində göstərilən əmlakların sahibləri cinayət işində şahid qismində iştirak etmişlər. Onlar barəsində cinayət təqibi aparılmadığı halda, cavabdeh tərəfindən səhvə yol verilərək, əmlakların üzərinə həbs qoyulmuşdur. Buna görə də, iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, sözügedən əmlaklarla bağlı ibtidai istintaq zamanı araşdırma aparılmış, müəyyən edilmişdir ki, məhkum Vidadi Zeynalov həmin əmlakların faktiki sahibi olsa da, əmlakları öz qohumlarının adına rəsmiləşdirmişdir. Belə olan halda, həmin əmlaklardan həbsin götürülməsi əsassızdır. Sonda E.İ.Cəlilov məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, habelə, iddiaya yazılı münasibət bildirməmişlər. Tədqiq edilən sübutlar: - Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli, 1(103)-1607/17 saylı qərarından görünür ki:

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmünə əsasən, X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2, 308.2 və 313-cü maddələrinə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2-ci maddələri ilə 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 308.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 313-cü maddəsi ilə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən, qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

2. Həmin hökmə əsasən, X8 məxsus olub, digər şəxslərin adına qeydə alınmış bir sıra əmlakın, o cümlədən, hazırki iddia ərizəsində göstərilən əmlakların xüsusi müsadirə olunması qərara alınmışdır.

3. Hökmdən maraqlı şəxs X10 apellyasiya şikayəti verərək, hökmün onun əmlakları ilə bağlı hissədə ləğv edilərək, mülkiyyətində olan əmlaklar üzərindən xüsusi müsadirənin və həbsin götürülməsini xahiş etmişdir. Həmçinin, hökmdən məhkum edilmiş X5 müdafiəçisi apellyasiya şikayəti verərək, hökmün X8 aid hissədə ləğv edilərək, ona bəraət verilməsini və əmlakları üzərindən xüsusi müsadirənin və həbsin götürülməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2017-ci il tarixli qərarı ilə maraqlı şəxs X3, habelə məhkum Vidadi Zeynalovun müdafiəsilərinin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, X8 təqsirli bilindiri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təyin edilmiş cəzaya aid hissə hökmdən xaric edilmiş, V.Z.Zeynalov barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29, 179.3.1 və 29, 179.3.2-ci maddələri ilə təyin edilmiş 10 il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 3 ilə, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6 il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 3 ilə endirilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X8 qəti olaraq 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

5. Həmçinin, bu qərara əsasən, cinayət işi üzrə bir sıra əmlak üzərinə qoyulmuş həbs ləğv edilmiş, həmin əmlaklara dair tətbiq edilmiş xüsusi müsadiyə aid hissə hökmdən xaric edilsə də, hazırki iddia tələbində göstərilən əmlaklara bu şamil edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2021ci il tarixli, 1(102)-1/2021 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2017-ci il tarixli qərarından məhkum X5 müdafiəçisi, maraqlı şəxs X10 və onun nümayəndəsi, məhkum X1 müdafiəçisi, məhkum X11 və onun müdafiəçisi, məhkum X12 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, məhkumlar X13, X7, X11, X16 barəsində Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2017ci il tarixli qərarı əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilmiş, İddiaçı3 adına olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 129 b saylı ev və ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; X3 adına olan Yevlax rayonu, Kövər kəndində yerləşən 0,33 ha. torpaq sahəsi... ilə bağlı əmlaklar üzərinə qoyulmuş həbs ləğv edilmiş, həmin əmlaklara xüsusi müsadirənin tətbiq edilməsinə aid hissə məhkəmə qərarlarından xaric edilmiş, qərar qalan hissədə dəyişdirilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi: Maddə 183.2. Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 89. Tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslərin əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və mülki iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. İşin müəyyən edilən hallarına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmünə əsasən, X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2, 308.2 və 313-cü maddələrinə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2-ci maddələri ilə 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 308.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 313-cü maddəsi ilə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən, qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının yuxarıda qeyd olunan qərarları qəbul edilmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə çıxış edən iddiaçılar cinayət işi üzrə icraatda iştirak etməyən şəxslərdir və sözügedən hökm onlara münasibətdə preyudisiya yaratmır. Belə ki, qüvvəyə minmiş hökm mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, “...Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Odur ki, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları qanunvericilik ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır.”. Qeyd olunmalıdır ki, mülkiyyət münasibətlərinin tənzimlənməsi və mövcud qanunvericilik çərçivəsində qorunması istənilən hüquqi dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Bu təkcə daxili qanunvericilik çərçivsində yox, həmçinin beynəlxalq qanunvericilik çərçivəsində də öz əksini tapıb. Azərbaycan Respublikası Avropa Konvensiyasının ratifikasiya etdikdən sonra Konvensiyadan irəli gələn öhdəliklərə də əməl etməkdədir. Xüsusilə də mülkiyyət hüququ bu münasibətlər içərisində mühüm yer tutur. Azərbaycanda mülkiyyət hüququ iki əsas hüquqi sənəd – Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəllə ilə tənzimlənir. Həmin normaların başlıca prinsiplərindən biri də хüsusi mülkiyyət və bu mülkiyyətə оlаn hüquqlаr qаnunlа bərаbər şəkildə müdаfiə оlunması və hеç kəsin məhkəmənin qərаrı оlmаdаn mülkiyyətdən məhrum еdilə bilinməməsidir. Аzərbаycаn Rеspublikаsının tərəfdаr çıхdığı İnsаn Hüquqlаrı və Əsаs Аzаdlıqlаrın Müdаfiəsinə dаir Аvrоpа Kоnvеnsiyаsınа əlаvə оlunаn 1 sаylı Prоtоkоlun 1-ci mаddəsinə görə, hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən dinc istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlmаqlа, öz mülkiyyətindən məhrum еdilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). İş üzrə müəyyən olunur ki, İddiaçı1 adına olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40; Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b; Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha. torpaq sahəsi, İddiaçı4 adına olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası; ünvan 4, mənzil 10; Şamaxı rayonu, Məlhəm kəndində əmlak kompleksi kimi müəssisə, Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143; Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25; Qəbələ rayonu, Bum kəndində 0,9 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,69 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,53 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 1,5632 ha. sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndinə 0,3222 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, İddiaçı3 adına olan ünvan 3 ünvanda yerləşən mənzil; ünvan 5il 5,6,6A,7,8 və ümumi sahələri 43,6 kv.metr, 61 kv.metr olan mənzillər; Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98; Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, Azərbaycan Respublikası Rabitə Nazirliyinin b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha. torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,15 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,52 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,18 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə cavabdeh tərəfindən xüsusi müsadirə tətbiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Bu baxımdan belə nəticəyə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında formalaşdırdıcı hüquqi mövqeyinə görə Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur. Belə olan halda cinayət işi üzrə icraata cəlb olunmamış hazırki iş üzrə iddiaçıların mülki məhkəmə icraatı qaydasında siyahıya alınmış, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmuş əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmamasının yoxlanılması, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməsi mümkündür. Gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməsi yolverilən hesab olunmalıdır.”. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıdığından cinayət işi üzrə icraatda iştirak etməyən iddiaçıların iddia tələbində qeyd olunan əmlaklar barədə həbsin tətbiqi onların mülkiyyət hüuqularının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli Qərarında da göstərildiyi kimi “....Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına görə, əgər cinayətdən əldə olunan gəlirlər qismən və ya tam şəkildə digər əmlaka çevrilibsə və ya dəyişdirilibsə, onda bu maddədə nəzərdə tutulan tədbirlər həmin əmlaka münasibətdə də görülür. Əgər cinayətdən əldə olunan gəlirlər qanuni əsaslarla əldə edilmiş əmlaka qatılıbsa, onda hər hansı bir həbs qoyma və ya götürmə səlahiyyətlərinə xələl gətirmədən, əmlakın yalnız cinayət nəticəsində əldə olunmuş gəlir qatılmış hissəsinin mütənasib qiymətləndirilmiş hissəsi müsadirə edilir. Konvensiyada məhkəmələr tərəfindən cinayət törətmiş şəxsin cinayətdən əldə olunması güman edilən gəlirlərinin və ya müsadirə edilməli digər əmlakının qanuni mənbəyinin araşdırılaraq müəyyən edilməsi xüsusilə vurğulanmışdır... Burada xüsusilə qeyd olunmalıdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir... İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (Konstitusiya Məhkəməsi Plenumunun K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərarı). Məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 fevral 2022ci il tarixli Qərarında qeyd olunan “.....cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər” hüquqi mövqeyi bir daha vurğulayaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 adına olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40; Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b; Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha. torpaq sahəsi; İddiaçı4 adına olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası; ünvan 4, mənzil 10; Şamaxı rayonu, Məlhəm kəndində əmlak kompleksi kimi müəssisə; Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143; Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25; Qəbələ rayonu, Bum kəndində 0,9 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,69 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,53 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 1,5632 ha. sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndinə 0,3222 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İddiaçı3 adına olan ünvan 3 ünvanda yerləşən mənzil; ünvan 5il 5,6,6A,7,8 və ümumi sahələri 43,6 kv.metr, 61 kv.metr olan mənzillər; Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98; Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, Azərbaycan Respublikası Rabitə Nazirliyinin b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha. torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,15 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,52 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,18 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı1 adına olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40; Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b; Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha. torpaq sahəsi; İddiaçı4 adına olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası; ünvan 4, mənzil 10; Şamaxı rayonu, Məlhəm kəndində əmlak kompleksi kimi müəssisə; Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143; Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25; Qəbələ rayonu, Bum kəndində 0,9 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,69 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,53 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 1,5632 ha. sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndinə 0,3222 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İddiaçı3 adına olan ünvan 3 ünvanda yerləşən mənzil; ünvan 5il 5,6,6A,7,8 və ümumi sahələri 43,6 kv.metr, 61 kv.metr olan mənzillər; Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98; Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, Azərbaycan Respublikası Rabitə Nazirliyinin b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha. torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,15 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,52 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,18 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həbsdən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar