Məhkəmə qərarları › İş №2(001)-2249/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2249/2021

29.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2249/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədzadə Fəridə Mehdi qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh İslam oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İslam oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İslam oğlundan 12148,98 manat pulun, ödənilmiş 30 mant dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 28 may 2015-ci il tarixdə Bakı şəhərində bulvarda təsadüfən tanış olmuşdur. Aralarında yaxın münasibətlər yaranmışdır, Mövlanverdi özünü ona iş adamı kimi təqdim etmişdir. O, X2 müxtəlif məişət avadanlıqlarının Azərbaycan Respublikasına İdxalı və topdan satışı ilə məşğul olduğunu demişdir. Mövlanverdi ona demişdir ki, BƏƏ-nin Dubay şəhərindən televizor, telefon, ətir, şampun və digər məişət avadanlıqları alaraq Bakı şəhərinə gətirir və «Sədərək» ticarət mərkəzində yerləşən mağazalara satır. 2015-ci ilin iyul ayının əvvəllərində Mövlanverdi ona demişdir ki, Dubay şəhərindən alıb gətirdiyi və satışını təşkil etdiyi mallara görə ticarətini genişləndirmək üçün ona 4000 manat pul borc versin. O, biznesini genişləndirdikdən sonra əldə olunan qazancdan ona da yaxşı pul verəcəyini bildirmişdir. Həmin vaxta qədər Mövlanverdi ilə aralarında olan münasibətlərə, danışığına və özünü iş adamı kimi təqdim etməyinə görə onun etibarını, inamını qazandığından Mövlanverdinin təklifi ona cəlbedici gəlmişdir və razılaşmışdır, özündə nağd pul olmadığından bankdan kredit götürmək istəmişdir. X11, əmçinin iş yoldaşları Şəhla Dadaşova və Orxan Hüseynovdan xahiş etmişdir ki, bankda ona zamin dursunlar. Onlar da razılaşdıqlarından kredit götürmək məqsədi ilə 08 iyul 2015-ci il tarixdə Bakı şəhəri Xətai rayon ərazisində, «Amay» ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən «X13»-ın Bakı filialına müraciət etmişdir. Həmin vaxt zaminlərlə yanaşı Mövlanverdi də ora getmişdir. Bankın əməkdaşı, təqdim etdiyi sənədləri yoxladıqdan sonra 374 saylı kredit müqaviləsi, həmçinin zaminlik müqavilələri bağlanmışdır və ona 4000 manat pul verilmişdir. Bankdan çıxdıqdan sonra atası və Şəhla ilə məlikdə Mövlanverdinin maşınına əyləşmişdir. Maşına əyləşdikdən sonra atası və Şəhlanın yanında 4000 manat pulu Mövlanverdiyə vermişdir. Həm bankda olarkən, həm də pulu verdikdən sonra maşında Mövlanverdi pulu biznesi genişləndirmək, yəni BƏƏ-nin Dubay şəhərindən daha çox televizor, telefon, şampun və digər məişət avadanlıqları alaraq Bakı şəhərinə gətirərək satışını təşkil etmək məqsədi ilə ondan aldığını bildirmişdir. Bundan bir neçə gün sonra söhbət zamanı Mövlanverdi, ona demişdir ki, yaxın zamanlarda Dubay şəhərinə gedib oradan müxtəlif avadanlıqlar alıb gətirəcək. Təxminən 2015-ci ilin avqust ayının əvvəllərində Mövlanverdi ilə görüşəndə o, Dubay şəhərinə gedib qayıtdığını, oradan televizor «iphone» markali telefon, ətir, şampun və digər malları alıb gətirdiyini, həmin malları Sədərək» ticarət mərkəzindəki mağaza işlədən tanışına satmaq üçün verdiyini, satıldıqdan sonra pulunu hissə-hissə alacağını bildirmişdir. Söhbət zamanı Mövlanverdi həm də demişdir ki, Dubay şəhərində olarkən ucuz qiymətə, bir qramı 33 manata olmaqla qızıl məmulatları var, həmin qızılı alıb asanlıqla Bakı şəhərində 38 manata satmaq olar. O dostunun anasının uzun müddətdir ki, qızıl alveri ilə məşğul olduğunu və alacağı qızılları Bakı şəhərində dostunun anası vasitəsilə asanlıqla sata biləcəyini demişdir. Movlanverdi dəfələrlə ondan xahiş etmişdir ki, bankdan kredit götürüb ona versin, o da qızıl alverinə başlasın. Movlanverdi onu inandırdığından onun təklifi ilə razılaşmışdır. Bu səbəbdən də 7000 manat kredit götürmək üçün «xxxx» bank olmayan kredit təşkilatına müraciət etmişdir. Həmin vaxt iş yoldaşı Şəhla Dadaşova ona zamin durmuşdur. 28 avqust 2015-ci il tarixdə «xxxx» bank olmayan kredit təşkilatından 7000 manat pul götürmüşdür. Bankdan çıxdıqdan sonra Şəhla ilə birlikdə Mövlanverdinin maşınına əyləşmişdir və 7000 manat pulu Şəhlanın yanında Mövlanverdiyə vermişdir. Bir neçə gün sonra Movlanverdi ona demişdir ki, Dubay şəhərinə gedib qayıdıb və qızıl işində problem yarandığından qızıl alıb gətirə bilməyib, əvəzində 7000 manatlıq televizor, telefon, şampun və digər avadanlıqlar alıb gətirib və Sədərək ticarət mərkəzində satılması üçün mağazaya təhvil vermişdir. 2015-ci ilin dekabr ayına qədər həm «X13» bankından, həm də«xxxx» BOKT-dan götürülmüş kreditlərə görə aylıq ödənişləri Mövlanverdi özü vaxtlıvaxtında ödəmişdir. O, hələlik ticarətin yaxşı getmədiyini, əldə olunmuş pulun yalnız kreditləri ödəməyə kifayət etdiyini demişdir. Movlanverdi ödənişləri vaxtında apardığından ona inamı qalmışdır. Bu səbəbdən də vəfat etmiş həyat yoldaşının bacısının adına olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini satmaq üçün evə dair DƏDRX-dən 2015-ci ilin dekabr ayında çıxarış almaq üçün kömək etməsindən ötrü Mövlanverdiyə müraciət etmişdir. O, DƏDRX-də tanışı olduğunu və 5000 manat pulun müqabilində uzağı 1 ay ərzində çıxarışı alıb ona verə biləcəyini demişdir. Ona inandığı üçün razılaşmışdır, Özünün pulu olmadığından Rusiya Federasiyasında yaşayan bacısı Samirə Əmirovadan ona borc pul göndərməsini xahiş etmişdir. O, da 03 dekabr 2015-ci il tarixdə pul köçürmə sistemi vasitəsi ilə X12nın adına 5158 manat pul göndərmişdir. X12 həmin gün 6-cı mikrorayon ərazisində yerləşən «Ekspress bank»dan pulu qəbul edərək həmin gün Binəqədi rayonu Naxçıvani küçəsində, «qoşa zapravka» adlanan ərazinin yaxınlığında 5000 manat pulu Mövlanverdiyə vermişdir. O, DƏDRX-nin Xırdalan şəhərində yerləşən ərazi idarəsində işləyən Anar adlı tanışı vasitəsi ilə onun işini həll edəcəyini bildirmişdir. Lakin Movlanverdi söz verdiyi vaxtda onun işini həll etməmişdir. Hər dəfə maraqlananda o, tezliklə işin həl olunacağını demişdir. Movlanverdi işin 2016-cı ilin mart ayına qədər tezliklə həll olunacağını deyərək onu aldatmışdır. Dəfələrlə təkid etdiyindən 2016- cı ilin mart ayında Movlanverdi ilə Xırdalan şəhərində yerləşən DƏDRX-nin ərazi idarəsinə getmişdir. Həmin idarənin inzibati binasının qarşısında adını Anar kimi təqdim edən, üzərində DƏDRX-nin xüsusi işarəsi (boyundan ad və vəzifəni göstərən qeyd) olan bir şəxs onları qarşılamışdır və onunla söhbət edərək ,həqiqətən də Mövlanverdinin həmin evin sənədlərini ona təqdim etdiyini, çıxarış alınması üçün lazımi iş getdiyini və 15-20 günə işlərin yekunlaşacağını, evə çıxarış veriləcəyini bildirmişdir. Anarın da söz verdiyi vaxt başa çatmışdır, amma yenə də çıxarış verilməmişdir. Bu səbəbdən də Mövlanverdidən sənədləri və verdiyi pulu geri qaytarmağını tələb etmişdir. Movlanverdi isə müxtəlif bəhanələr gətirərək sənədləri və pulu qaytarmaqdan imtina etmişdir. Movlanverdi ona sonradan demişdir ki, 5000 manat pulu Anardan alıb, Nazim adlı başqa bır şəxsə vermişdir. 2016-cı ilin avqust ayının ortalarında Mövlanverdi ona demişdir ki, çıxarışı almaq üçün 5000 manat pulu Nazimə versə də, Nazim nə işi həll edə bilməmiş, nə də ki, pulu qaytarmır. barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Movlanverdi təklif etmişdir ki, onunla borc müqaviləsi bağlasın ki, həmin müqaviləni Nazimə göstərib pulu geri ala bilsin. Movlanverdi onu inandırmaq üçün evin sənədlərini də qaytarmışdır. Movlanverdi ilə razılaşdığından 20 avqust 2016-cı il tarixdə onunla birlikdə 27 saylı notariat kontoruna getmişdir. Orada aralarında borcun etirafı barədə müqavilə bağlanmışdır. Lakin sonradan başa düşmüşdür ki, Movlanverdi müqaviləni ondan pulu çıxarış almaq deyil, guya borc aldığını təsdiq etdirmək məqsədi ilə bağlamışdır. «TBC- kredit»dən götürülmüş manat pula görə Movlanverdi 2339 manat pulu ödəniş cədvəlinə uyğun ödəmişdir. Sonradan etmədiyindən Banklarda külli miqdarda faiz və cərimə borcu yaranmışdır. “X13”-dan götürülmüş 4000 manat kreditə görə isə təxminən 1600 manat pul ödəmişdir. Mövlanverdi ondan ümumilikdə 16000 manat pul götürmüşdür. Mövlanverdinin bu hərəkətlərinə görə o, polisə müraciət etmiş, bundan sonra Mövlanverdi 2017- ci ilin fevral ayından iyun ayına kimi cəmi hissə hissə 4000 manata kimi pul qaytarmış, həmin vaxtın pulları ilə “X13”-dan götürülmüş 4000 manat kreditə görə borc tam bağlanmış, lakin xxxxə pul ödəmədiyindən, ödənilmiş pullar faizə və gecikdirməyə görə cəriməyə silinmişdir. Eyni zamanda Cavabdeh 5000 manat borcu da qalmışdır. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış 28.08.2015-ci il tarixli BAKU3-7744-4697 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər İddiaçı və X3 birgə qaydada “xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 6022 manat 32 qəpik kredit borcunun, 339 manat 66 qəpik faiz borcunun, 3934 manat 53 qəpik cərimə olmaqla, cəmi 10296 manat 51 qəpik borcun və 30 manat rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia qismən təmin edilmiş və kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər İddiaçı və X3 birgə qaydada “xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 6022 manat 32 qəpik kredit borcunun, 339 manat 66 qəpik faiz borcunun, 787 manat cərimə olmaqla, cəmi 7148 manat 98 qəpik borcun tutulması qət edilmişdir. Nərimanov RP İŞ-nin müstəntiqi X5 ********* saylı cinayət işi üzrə cinayət işinin xitam verilməsi barədə 10.08.2017-ci il tarixli qərarından da görünür ki, Cavabdeh qeyd edilən məbləğləri ondan aldadaraq götürməsini qismən, yəni borc kimi götürməsini etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırki iş üzrə pulun reqres qaydada tələb edilməsi üçün heç bir əsas yoxdur. Cavabdeh özü etiraf edir ki, 7000 manat pulu almışdır. İddia tələbinin əsasını isə götürülən kreditə əsasən banka ödənilən kreditə görə hesablanmış 7148 manat borcun və borcun etirafı müqaviləsinə əsasən etiraf edilən 5000 manat borcun, ümumilikdə 12148 manat borcun cavabdehdən tutulmasıdır. Cavabdeh “xxxx” BOKT MMC-dən götürülən kreditlə bağlı 2339 manat ödəniş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, əvvəlki məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş, sonrakı məhkəmə iclası üçün mülki işin təxirə salınması barədə məhkəməyə müraciət etmiş və təxirə salınmış məhkəmə iclasında da iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi, vəkilin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X7 tərəfindən qəbul edilən 10 avqust 2017-ci il tarixli cinayət təqibinə xitam verilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Cinayət işi 21 dekabr 2016-cı il tarixdə Bakı şəhəri Binəqədi RPİ İŞ-nin müstəntiqi polis kapitanı Rahib Əliyev tərəfindən 178.2.4-cü maddəsi ilə başlanılaraq istintaq aparılmışdır. Sonuncu dəfə cinayət işi üzrə icraat 10 avqust 2017-ci il tarixində təzələnmişdir. İstintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Cavabdeh oğlu ifadəsində göstərmişdir ki, 2006-c ildə mütəmadi olaraq təxminən ayda 1 dəfə BƏƏ-nin Dubay minik avtomobilləri, müxtəlif məişət əşyaları, parfumeriya , avtomobil ehtiyat hissələri alıb, özü ilə Azərbaycan Respublikasına gətirmiş, bəzən isə Dubaydan karqo vasitəsi ilə göndərmişdir. 2015-ci ildə 3-4 dəfə, 2016-cı ildə isə cəmi 1 dəfə Dubay şəhərinə gedib oradan müxtəlif məişət avadanlıqları, o cümlədən televizor , telefon, parfumeiya, qızıl məmulatları alıb gətirmişdir. Onları qohumlara, qonşulara fərdi qaydada satmışdır. 2015-2016-cı illər ərzində Dubay şəhərinə gedərək, oradan aldığı malları hər dəfə üçün dəyəri təxminən 3000-5000 ABŞ dolları məbləğində olmuşdur. İddiaçı ilə 2015-ci ilin yay aylarında bakı şəhərində bulvarda tanış olmuşdur. Tanış olduqdan sonra qeyri-rəsmi ər-arvad kimi Sulutəpə qəsəbəsi, Ş.Əfəndizadə küçəsi, ev 231 ünvanında birlikdə yaşamışlar. 2015-ci ilin təxminən iyunun sonu iyulun əvvəllərində Günayla söhbət edərkən biznesinin genişləndirmək istədiyini bildirmiş və xahiş etmişdir ki, ona bankdan 4000 manat kredit götürməsində köməklik etsin. Heç bir yerdə işləmədiyindən, Günay isə rəsmi olaraq “Rabitəbank”ın əməkdaşı olduğundan krediti öz adına götürməsini istəmişdir. Günay razılaşmış və kredit götürmək üçün “ X13”nın Bakı flialına müraciət etmişdir. Həmin bankdan Günaya razılıq verildiyindən, 08 iyul 2015-ci il tarixində bankın Bakı şəhəri, Xətai rayon ərazisində, “Amay” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən flialına getmişlər. Həmin vaxt Günayın atası və orxan, Şəhla adlı iş yoldaşları zamin durmaqla, 24 aylıq kredit müqaviləsi imzalanmışdır. Nəticədə ona 4000 manat kredit verilmişdir. Bankdan çıxdıqdan sonra onun idarə etdiyi maşına oturmuşlar və maşında Günay 4000 manat pulu ona vermişdir. Pulu günaydan aldıqdan təxminən 5-10 gün sonra həmin məbləği ABŞ dollarına çevirmişdir və Dubay şəhərinə gedib oradan müxtəlif məişət əşaları gətirmiş və qeydiyyatda olduğu Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsi, ev 25 ünvanında yerləşən mənzildə saxlamışdır. Müştəri tapdıqca satışını həyata keçirmişdir. 2015-ci ilin Avqust ayında təkrarən Dubaya getmək istəmişdir. Günaydan bankdan kredit götürməsini xahiş etmişdir. Günay nəqədər kredit götürmək istədiyini soruşduqda o, 7000 manat pula ehtiyacı olduğunu demişdir. Həmin pula nə edəcəyini soruşduqda isə yenə, həmişəki kimi məişət avadanlıqları və əlavə olaraq isə qızıl məmulatları gətirəcəyini demişdir. Günay kreditin götürülməsinə razılaşmış və “xxxx” BOKT-a müraciət etmiş, 28 avqust 2015-ci ildə pulu götürüb ona vermişdir. Bir neçə gün sonra Dubaya gedib oradan 70-100 qra çəkidə qızıl məmulatları, telefon. Televizor, şampun və digər avadanlıqlar alıb Bakı şəhərinıə gəlmişdir. Qızılları “Moskva Univermağı” da satmışdır. Digər əşyaların isə fərdi qaydada satışını həyata keçirmişdir. Günay onun üçün 2 dəfə bankdan pul götürdüyündən və həmin pulları tam ödəyib qurtarmadığından Günay onun üçün kredit götürə bilməmişdir. Pul əldə etmək üçün Rusiyada yaşayan bacısna müraciət etmişdir. 03.12.2015 bank köçürmə yolu ilə Günayın bacısı ayanın adına pul göndərildiyindən birlikdə “Expressbank” getmişlər. Günay qəbul etdiyi 5000 manat pulu bankın qarşısında ona vermişdir. Həmin pulu aldıqdan sonra İranın Təbriz şəhərinə gedib, ətir, çay, şampun və digər məhsullar alıb Bakı şəhərinə gətirmişdir. Fərdi qaydada satışını həyata keçirmişdir. Günayın onun üçün “X13” bankından götürdüyü kreditə görə müvafiq olaraq 195-286 manat olmaqla 9 ay ödəniş etmişdir. Lakin sonradan maddi imkanı yaxşı olmadığından ödənişləri edə bilməmişdir. Lakin sonradan bankın ödənişləri etməyə başlamışdır. İddiaçı yaşadığı evə çıxarış almaq istədiyindən ondan xahiş etmişdir ki, yaşadığı evə çıxarışın verilib-verilməməsinin mümkün olub olmamasını araşdırsın. Ona görə də, təxminən 2016-cı ilin fevral, ya da mart aylarında Xırdalan şəhərində yerləşən DƏDRX-nin Ərazi İdarəsində işləyən Anar adlı tanışına zəng edib Günayın yaşadığı Sulutəpə qəsəbəsində yerləşən və çıxarışın alınmasının mümkün olub-olmamasını maraqlanmışdır. Anar da ona demişdir ki, həmin ərazidə yerləşən fərdi yaşayış evlərinə çıxarış verilməsi prosesi dayandırılmışdır. Bu barədə isə Günaya məlumat vermişdir. Bundan başqa Günayın yaşadığı. Baldızının adına olan evə çıxarış alınması ilə əlaqədar başqa heçkəslə maraqlanmamışdır. Nədə ki, buna görə evin sənədlərini , yaxud hər hansı məbləğdə pulu Günaydan almamışdır. Dubay və Təbriz şəhərindən gətirdiyi məhsulların satışı ilə məşğul olmasını məhsul satdığı şəxslər də təsdiq edə bilər. Gətirdiyi malları gah özü, gah da ki, ailə üzvləri satmışdır. Günaydan pulu sadəcə biznesini genişləndirmək üçü almışdır. “xxxx” BOKT MMC tərəfindən verilən 29.01.2021-ci il tarixinə olan arayışdan görünür ki, İddiaçı 28.08.2015-ci il tarixli BAKU3-7744-4697 saylı kredit müqaviləsi üzrə sonuncu dəfə 29.01.2021-ci il tarixində ödəniş etmişdir. Bununla da, onun 28.08.2015-ci il tarixli BAKU3-7744-4697 saylı kredit müqaviləsi üzrə borcu yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli, 2(001)- 3679/2018 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 28.08.2015-ci il tarixli BAKU3-7744-4697 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlər İddiaçı və X3 müştərək qaydada 6.022,32 manat əsas, 339,66 mnat faiz, cərimə üzrə 787 manat, cəmi 7148,98 manat borcun tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı ilə X4 arasında bağlanan 20.08.2016-cı il tarixli borcun etirafı haqqında müqavilədən görünür ki, İddiaçı Cavabdeh 5000 manat borc verdiyini, Həbibov X1 Günay Fərhad qızına 5000 manat borclu olduğunu etiraf etmişdir. Cavabdeh 5000 manat pulu 30.08.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə mübahisə ilə bağlı qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, faktiki olaraq borc münasibətləri mövcud olmuşdur. Bu münasibətlərin mövcudluğu həm iddiaçı, həm cavabdehin polis bölməsində verdikləri ifadələri ilə təsdiq edilmişdir. Belə ki, cavabdeh iddiaçıdan şifahi borc müqaviləsi əsasında müxtəlif vaxtlarda 4000 və 7000 manat aldığını və 5000 manat borc aldığına dair borcun etirafı müqaviləsini bağladığnı etiraf etmişdir. Yəni cavabdehin iddiaçıdan aldığını etiraf etdiyi borcun ümumi məbləği 16000 manat təşkil edir. İddiaçı cavabdehin 4000 manatlıq borc müqaviləsinə görə öhdəliklərini tamamilə icra etməsini və bundan əlavə 2339 manat ödəniş etdiyini qəbul edir. Odur ki, sübut edilmiş borc məbləği və iddiaçının qəbul etdiyi ödənişlər nəzərə alınarsa, cavabdehin iddiaçıya olan qalıq borcunun cəmi 9661((4000+7000+5000)-(4000+2339)=9661) manat olduğu müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, qalıq borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740-cı maddəsinə əsasən(31 may 2016-cı ilədək olan redaksiyada) Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9661 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 17 manat hissəsi iddiaçıya aid edilməli, 23 manat hissəsi isə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9661 (doqquz min altı yüz altmış bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 17 (on yeddi) manat hissəsi iddiaçıya aid edilməli, 23 (iyirmi üç) manat hissəsi isə Cavabdeh tutularaq İddiaçı ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar