Məhkəmə qərarları › İş №2(001)-225/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-225/2025

29.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-225/2025 29.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Birləşdirilmiş iş üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun ödənilməsi” və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “maddi zərərin ödənilməsi” tələblərinə dair bir icraatda birləşdirilmiş mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, X4, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK-dan, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 180.000 manat, cavabdeh X1 55.000 manat pulun, habelə onun tərəfindən ödənilmiş 525 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Cavabdeh1 MTK-nın sədri Cavabdeh3 Məhərrəm oğlu ilə "xxxx" müqavilə bağlamışdır. Müqaviləyə əsasən MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasının 1-ci girişi, 7-ci mərtəbəsində ümumi dəyəri 35000 manat və ümumi sahəsi 106,5 kv.m olan iki otaqlı 44 saylı mənzili alıcıya verməyi, alıcı isə nəmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin alqı-satqısı üçün müqavilə bağlanmasında və ödənişin ödənilməsi prossesində cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirak edib. Cavabdehlər mənzilin dəyərinin 35000(otuz beş min) manat olduğunu bildirərək iddiaçıdan 35000 (otuz beş min) manat məbləğində pul alıb. xx.xx.2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən mənzilin dəyəri olan 32000 manat "xxxx" MTK-ya ödənilmişdir. Maliyyə arayışında göstərilən məbləğ 32000 (otuz iki min) manat olsa da, qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmin məbləğin faktiki olaraq 35000 manat olmaqla, onun tərəfindən MTK-nın hesabına köçürülmədiyini və hökmlə İddiaçı alınan məbləğ Cavabdeh3 və Cavabdeh4 şəxsi ehtiyaclarına sərf etmələri təsdiqləndiyini müəyyən edilmişdir. Lakin iddiaçıya sonradan məlum olmuşdur ki, cavabdehlər iddiaçının etibarından sui-istifadə etməklə onu aldatmış və müqavilə ilə iddiaçıya verməli olduğu Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasının 1-ci girişi, 7-ci mərtəbəsində ümumi dəyəri 32000 manat və ümumi sahəsi 106,5 kv. m. olan iki otaqlı 44 saylı mənzillə bağlı eyni müqaviləni iki başqa şəxslə X2 və Cavabdeh2 ilə də bağlamış və bunun müqabilində də onlardan müvafiq olaraq 54315 manat və 48000 manat pul almışdır. Bu məsələ ilə ilə bağlı olaraq isə məhkəmədə iddia qaldırılmışdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) 2(004)- 6260/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin iddiaçı Cavabdeh2 təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh1 MTK-dan tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər Cavabdeh1 MTKya və Cavabdeh2 qarşı Cavabdeh1 MTK-ya məxsus M.Xiyabani küçəsi, 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun üçüncü şəxs İddiaçı aid edilməsi qət edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd olunması və üçüncü şəxsin tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-907/2019 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) 2(004)-6260/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5494/2019 nömrəli iş üzrə 17 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər - A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.M.Rüstəmov və Ə.A.Əhmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m. sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair İddiaçı ilə Cavabdeh1 MTK-nın sədri Cavabdeh3 arasında xx.xx.2013-cü ildə bağlanmış "xxxx" müqavlənin və eyni tarixli maliyyə arayışının etibarsız sayılması, İddiaçı ünvan 4 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılması və boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) 2(004)- 34/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, ünvan 4 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, İddiaçı ünvan 4 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), C.A.Yusifov və P.A.Hüseynov) xx.xx.2023- cü il tarixli 2(103)- 760/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı, Cavabdeh1 MTK mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə, müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair 2(103)-760/2023 saylı mülki iş, İddiaçı cavabdeh “Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlə birləşdirilərək 2(103)-15/2023 nömrə altında bir icraatda baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və S.X.Bəhrəmzadə) xx.xx.2023-cü il tarixli 2(103)-15/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6260/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-34/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh2 iddia tələbləri təmin edilmiş, ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin iddiaçı Cavabdeh2 təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTKya həvalə edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh1 MTK-dan tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı Cavabdeh1 MTK-ya məxsus M.Xiyabani küçəsi, 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşər sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ünvan 4 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, İddiaçı ünvan 4 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi, Cavabdeh3 və Cavabdeh4 35000 manat tutularaq İddiaçı qaytarılması və apellyatorun ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, onun iddiasının təmin və iddiaçının iddiasının rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X7 (məruzəçi), X5 və X6 tərkibdə) 2 2(102)-3335/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli 2(103)-15/2023 saylı qətnaməsi qismən, Cavabdeh3 və Cavabdeh4 35000 manat tutularaq İddiaçı qaytarılması hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən xx.xx.2013-cü il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edildiyi üçün Cavabdeh3 və Cavabdeh4 35000 manat tutularaq İddiaçı qaytarılması barədə gəlinən nəticə prosessual hüquq normalarının tələblərinə ziddir. Belə ki, apellyasiya məhkəməsi İddiaçı alınan məbləğin maliyyə arayışında 32000 manat göstərilməsinə baxmayaraq, qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmin məbləğin faktiki olaraq 35000 manat olmaqla, onun tərəfindən MTK-nın hesabına köçürülmədiyini və hökmlə İddiaçı alınan məbləğ Cavabdeh3 və Cavabdeh4 şəxsi ehtiyaclarına sərf etmələri təsdiqləndiyini müəyyən etsə də, etibarsız əqd üzrə alınmış məbləğin qaytarılması məsələsini hazırki iddia çərçivəsində həll edə bilməzdi. Çünki Cavabdeh3 və Cavabdeh4 hazırki iş üzrə nə cavabdeh, nə də 3cü şəxs kimi cəlb edilməmişdirlər. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etdiyinə görə qətnamə həmin hissədə ləğv edilməli, İddiaçı mənzilin əldə edilməsinə görə ödədiyi vəsaitin qaytarılması üçün Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Odur ki, hazırda İddiaçı tərəfindən həmin mənzilin alınmasına və təmirinə sərf olunmuş vəsaitin və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldırılır. Hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən qanuni qüvvəyə minmiş məhkəmə aktlaı ilə müəyyən olunur ki, İddiaçı alınan məbləğin maliyyə arayışında 32000 manat göstərilməsinə baxmayaraq qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmin məbləğin faktiki olaraq 35000 manat olmaqla, onun tərəfindən MTK-nın hesabına köçürülmədiyini və hökmlə İddiaçı alınan məbləğ Cavabdeh3 və Cavabdeh4 şəxsi ehtiyaclarına sərf etmələri təsdiqləndiyini müəyyən edilmişdir. Cavabdehlər "xxxx" MTK, Cavabdeh3 və Cavabdeh4 İddiaçı 35000 (otuz beş min) manat məbləğində maddi zərər vurmuşdur. İddiaçı cavabdehlərin əməlinə görə üzun illər məhkəmə proseslərinə gedib-gəlib. Onu da nəzərə almaq lazımdır ki, iddiaçının həmin mənzili aldığı tarixdəki mənzilin bazar qiyməti ilə indiki bazar qiyməti eyni deyildir. Mənzilin hazırki dəyəri təqribən 150000 (yüz əlli min) manatdır. Yəni, cavabdehin iddiaçıya vurduğu maddi və əldən çıxmış faydanı hesablasalar, ümumilikdə iddiaçıya 180000 (yüz səksən min ) manat məbləğində ziyan vurulmuşdur. Həmçinin cavabdeh "xxxx" MTK-nın sədri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1ci maddələri ilə təqsirləndirilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)- 61/2021 saylı cinayət işi olmuşdur. Lakin cavabdeh bu günə qədər iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Eyni zamanda iddiaçı sözügedən mənzilin təmiri üçün xeyli miqdarda xərc çəkmişdir. Bütün bu hadisələr aşkar olunduqdan sonra işlə bağlı sayısız məhkəmə iclası keçirilmiş, yekunda isə iddiaçının tam təmirli vəziyyətə gətirdiyi mənzil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və S.X.Bəhrəmzadə) xx.xx.2023-cü il tarixli 2(103)-l5/2023 saylı qətnaməsi ilə Cavabdeh2 təhvil verilmişdir. Cavabdeh2 sözügedən mənzilin alqı-satqısı ilə bağlı müqavilə bağlayarkən mənzil təmirsiz vəziyyətdə idi. Cavabdeh mənzilin təmiri üçün bir manat belə xərc çəkməmişdir. Sözügedən mənzil iddiaçı tərəfindən tam təmir edilərək, yaşamağa hazır vəziyyətə gətirilmişdir. Cavabdeh məhkəmə qərarı ilə mənzili iddiaçıdan təhvil alarkən isə mənzil tam təmirli vəziyyətdə olmuşdur. Belə hesab edir ki, cavabdeh iddiaçı tərəfindən təmirə çəkilmiş xərclərin hamısını ödəməlidir. Təxmini hesablamalara əsasən, indiyədək həmin mənzilin təmirinə 50000 (əlli min) manat məbləğində xərc çəkilmişdir. Həmçinin iddiaçının sözügedən mənzildə yaşadığı dövrdə binanın lifti, su çəni və s. kimi ehtiyacları üçün də kifayət qədər xərc çəkmişdir. Mənzildən əlavə bina üçün ödənilmiş məbləğləri, mənzilin ətrafında da aparılmış kiçik təmir işlərini də nəzərə alsaq, iddiaçı mənzildən əlavə bina üçün də 5000 (beş min) manat xərc çəkmişdir. Hesab edir ki, məhkəmə prosesi zamanı təmirə çəkilən xərclərin dəqiq müəyyən olunması üçün müvafiq ekspertiza təyin olunmalı və təmirin dəyəri dəqiq müəyyən olunmalıdır. Ekspertiza rəyinin nəticəsindən asılı olaraq gələcəkdə iddia tələbini dəqiqləşdirəcəkdir. Hazırda isə iddianı təxmini hesablamalar əsasında 55000 (əlli beş min) manat məbləğində irəli sürür. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə onun özünə məxsus evdən istifadə edə bilməməsi nəticəsində dəymiş ziyana (əldən çıxmış faydaya) görə 33.600 manat məbləğində pul vəsaitinin və 191 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 33.791 manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(077)-248/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(077)- 248/2024 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, X4, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-3143/2024 saylı mülki işlə birləşdirilərək, bir icraatda baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 bundan sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiasının təmin edilərək onun özünə məxsus evdən istifadə edə bilməməsi nəticəsində dəymiş maddi ziyana (əldən çıxmış fayadaya) görə 54600 (əlli dörd min altı yüz) manat məbləğində pul vəsaitinin və 153 (yüz əlli üç) manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 54753 (əlli dörd min yeddi yüz əlli üç) manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddiasını belə əsaslandırılmışdır ki, mülki iş üzrə qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə qərardad çıxarılmış, həmin qərardad icra edilərək 0166 saylı, xx.xx.2025-ci il tarixli Hesabat təqdim edilmişdir. Qərardadda ekspert qarşısında ““ünvan 5 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 44 saylı mənziin yerləşdiyi ərazidə yerləşən və şəraiti, sahəsi, habelə texniki göstəriciləri baxımından bu mənzilə uyğun olan mənzillərin orta aylıq kirayə haqqı nə qədər təşkil edir?” sualı qoyulmuş, 0166 saylı, xx.xx.2025-ci il tarixli Hesabatda həmin suala cavab olaraq qeyd edilmişdir ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 106,5 kv.m olan 44 saylı mənzilin orta aylıq kirayə qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 650 (altı yüz əlli) manat kimi müəyyən olunmuşdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 106,5 kv.m olan 44 saylı mənzildən ümumilikdə 7 (yeddi) il müddətində qanunsuz istifadəsi nəticəsində Cavabdeh2 7 (yeddi) il müddətində (mənzilin orta aylıq kirayə qiyməti 650 (altı yüz əlli) manat olmaqla hesablandıqda) 54600 (əlli dörd min altı yüz) manat məbləğində ziyan vurulmuşdur. İlkin iddia tələbi üzrə müraciət olunduqda mülki iş üzrə qiymətləndirmə ekspertizası təyin edilməmişdir, bu səbəbdən iddia tələbi real bazar qiymətinə uyğun qoyulmamışdır. Hazırda iddia tələbini real bazar qiymətinə uyğun formalaşdırmışdır. İlk iddia üzrə cavabdeh birləşdirilmiş iş üzrə iddiaçı X8 həmçinin etiraz ərizəsi təqdim edərək, ilk iddia ərizəsinin əsassız olduğundan təmin olunmamasını xahiş etmiş və həmin etiraz ərizəsini belə əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçının özünün də qeyd etdiyi şəkildə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6260/2018 saylı, 02 noyabr 2018-cı il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-15/2023 saylı qətnaməsi və AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3335/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu. M.Xiyabani küçəsi 5 ünvanında Cavabdeh1 MTK ünvanında inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmiş, hazırki iş üzrə İddiaçı tərəfindən həmin iş üzrə verilmiş həmin mənzilə dair xx.xx.2013-cü il tarixli “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamış, eyni zamanda İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilmişdir. Həmin işlər üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 2(103)-15/2023 saylı icra vərəqi əsasında Cavabdeh2 təhvil verilmişdir. Həmçinin, müvafiq mənzil Cavabdeh2 təhvil verildikdən sonra İddiaçı "xxxx" MTK tərəfindən tikilmiş, dəyəri həmin mənzilin dəyərinə bərabər olan, təmirli mənzil verilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Cavabdeh2 mübahisə predmeti olmuş mənzilin müxtəlif şəxslərə satılması ilə bağlı Cavabdeh1 MTK-nın sədrləri Cavabdeh3 və Cavabdeh4 barəsində aparılmış cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmış, İddiaçı isə həmin işdə iştirakçı olmamışdır. Göründüyü kimi, İddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsi üçün Cavabdeh1 MTK və onun sədrləri Cavabdeh3 nə Cavabdeh4 maddi məsuliyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, müvafiq mənzil Cavabdeh2 məxsus olsa da, 2016-cı ildən 2023-cü ilədək orada Cavabdeh2 deyil, İddiaçı yaşamış, Cavabdeh2 isə kirayədə yaşamışdır. Bunun nəticəsində isə iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, Cavabdeh2 həmin dövrdə mülkiyyətində olan bu mənzildən 7 ilə yaxın müddətə istifadə edə bilməmişdir. Təbii ki, əgər bu mənzil iddiaçının istifadəsində olsaydı və hətta həmin ərazidə yerləşən analoji mənzillər üzrə ortalama kirayə haqqını hesablamaqla 1 ayını 300 manata kirayə versəydi, 1 ilə 3600 manat olmaqla, 7 ilə 25200 (iyirmi beş min iki yüz) manat məbləğdə fayda əldə edərdi. Göründüyü kimi, Cavabdeh2 hazırki iş üzrə İddiaçı hər hansı ziyan vurulmasının əsassız olması ilə yanaşı, İddiaçı özü tərəfindən Cavabdeh2 kifayət qədər ziyan vurulmuşdur. Ona görə də hesab edir ki, hazırki iş üzrə İddiaçı Cavabdeh2 qarşı qaldırdığı iddia əsassız olduğundan və Cavabdeh2 həmin iddia üzrə əsl cavabdeh qismində cəlb edilməli olmadığından İddiaçı iddiası həmin hissədə rədd edilməlidir. İlk iddia üzrə Cavabdeh3 məhkəməyə “mülahizə” adlandırdığı ərizə ünvanlayaraq bildirmişdir ki, 2017-ci ildə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəməyə verilmiş təqdimatla həbs olunmuşdur. Həmin cinayət işinin istintaqı zamanı iddiaçının verdiyi izahat və istintaqın gəldiyi nəticəyə əsasən Cavabdeh1 MTK və o, qanuni təmsilçi olaraq İddiaçı təqdim edilmiş müqaviləyə görə heç bir vəsait almamışdır. Amma buna baxmayaraq həmin şəxs zərərçəkmiş şəxs kimi tanınmışdır. Həmin zərərin əvəzi olaraq "xxxx" MTK tərəfindən Əhmədli rayonu ərazisində inşa olunan binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 54,56 kv.metr olan 25 saylı mənzillə təmin olunmuşdur. Xahiş edir ki, qətnamə qəbul edilərkən bu hallar nəzərə alınsın. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı və birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi, birləşdirilmiş mülki iddianın isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı və birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 da təmsil etdiyi şəxsin iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, ilk iddianın təmin edilməsini, birləşdirilmiş iddianın isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 təmsil etdiyi şəxsin iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmin iddianın təmin edilməsini, ilk iddianın isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş ilk iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə iclasında iştirak təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən ilk iddia tələbi qismən təmin edilməli, birləşdirilmiş iş üzrə iddia ərizəsi isə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-34/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsinin təmin edilməsi, ünvan 4 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, İddiaçı ünvan 4 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6260/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin iddiaçı Cavabdeh2 təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh1 MTK-dan tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər Cavabdeh1 MTKya və Cavabdeh2 qarşı Cavabdeh1 MTK-ya məxsus M.Xiyabani küçəsi, 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun üçüncü şəxs İddiaçı aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 907/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6260/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5494/2019 nömrəli iş üzrə 17 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-907/2019 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 15/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6260/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsindən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-34/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6260/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-34/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh2 iddia tələbləri təmin edilmiş, ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin iddiaçı Cavabdeh2 təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh1 MTK-dan tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı Cavabdeh1 MTK-ya məxsus M.Xiyabani küçəsi, 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ünvan 4 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, İddiaçı ünvan 4 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi, Cavabdeh3 və Cavabdeh4 35000 manat tutularaq İddiaçı qaytarılması və apellyatorun ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3335/2023 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli 2(103)-15/2023 saylı qətnaməsi qismən, Cavabdeh3 və Cavabdeh4 35000 manat tutularaq İddiaçı qaytarılması hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “mülki iddiaçı qismində tanınma haqqında” 17 aprel 2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 həmin idarədə Cavabdeh1, “Yüksəliş-C” və “Badu-Kübə” tikinti şirkətlərində törədilmiş qanunsuzluq faktları üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313 və 322.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 17 aprel 2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 həmin idarədə Cavabdeh1, “Yüksəliş-C” və “Badu- Kübə” tikinti şirkətlərində törədilmiş qanunsuzluq faktları üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313 və 322.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar: Cavabdeh2 və qeyrilərinin irəli sürmüş olduqları iddia tələbləri baxılmamış saxlanılmış və onlara, həmçinin həmin iş üzrə iddia tələbləri irəli sürməyən digər zərərçəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanın ödənilməsinə dair və həmçinin əldən çıxmış fayda ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbləri ilə təqsirləndirilən şəxslər Cavabdeh3 və Cavabdeh4, həmçinin digər şəxslərə qarşı müvafiq məhkəməyə müraciət etmək hüquqları olduğu izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-133/2022 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmü apellyasiya protesti və şikayətlərinə münasibətdə dəyişdirilmiş, həmin hökm ilə Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29,178.3.2-ci maddələri ilə təyin edilmiş AR CM-nin 46-cı maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası əsas cəza hissəsində artırılaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş AR CM-nin 46-cı maddəsi tətbiq edilməklə 2 (iki) il 6(altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası əsas cəza hissəsində artırılaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına qaldırılmış, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Cavabdeh3 təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin hökm ilə Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29,178.3.2-ci maddələri ilə təyin edilmiş AR CM-nin 46-cı maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası əsas cəza hissəsində artırılaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş AR CM-nin 46-cı maddəsi tətbiq edilməklə 2 (iki) il 6(altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası əsas cəza hissəsində artırılaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına qaldırılmış, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Cavabdeh4 təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-15/2023 saylı icra vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli 2(103)-15/2023 saylı qətnaməsi 27 sentyabr 2023-cü il tarixdə qüvvəyə minmiş və həmin qətnamə əsasında 06 dekabr 2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 0128 nömrəli hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 106,5 kv.m olan 44 saylı mənzilin real bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 180000 (bir yüz səksən min) manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 0166 nömrəli hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 106,5 kv.m olan 44 saylı mənzilin orta aylıq kirayə qiyməti tələblə təqribən 650 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin 0166-1 nömrəli 06 may 2025-ci il tarixli məktubuna əlavə edilmiş cədvəldən görünür ki, sözügedən mənzilin orta aylıq kirayə haqqı 2016-cı il üçün 491,7407 manat, 2017-ci il üçün 476,9885 manat, 2018-ci il üçün 483,1894 manat, 2019-cu il üçün 485,1221 manat, 2020-ci il üçün 491,4287 manat, 2021-ci il üçün 490,9373 manat, 2022ci il üçün 509,5929 manat və 2023-cü il üçün 539,1493 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2024-cü il tarixli 10/4682 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən 44 saylı mənzilin daxilində əlavə olaraq yaşayış otağı yaradılmaqla dəhliz, mətbəx və yaşayış otaqlarının döşəmələri parket ilə üzlənmiş, divarları divar kağızı ilə üzlənmiş, tavanı isə asma tavan şəklində yığılaraq boya ilə rəngləndiyi və eləcə də su, kanalizasiya və istilik sistemləri çəkilmişdir. ...görülən təmir işləri smetada tam ətraflı göstərilmişdir. Həmin mənzildə aparılmış təmir-tikinti və yenidənqurma işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 23495 manat məbləğində müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ilk iddia iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 525 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, birləşdirilmiş iş üzrə iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 153 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, birləşdirilmiş iş üzrə iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 191 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-15/2023 saylı qətnaməsi ilə ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin Cavabdeh2 təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi, həmin mənzilə dair İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, onun sözügedən mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə 27 sentyabr 2023-cü il tarixdə qüvvəyə minmiş və onun əsasında 06 dekabr 2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. Tərəflər mübahisələndirmirlər ki, mübahisə mövzusu mənzil 2023-cü ilin sonunda İddiaçı tərəfindən Cavabdeh2 təhvil verilmişdir və həmin mənzilin qanuni sahibi Cavabdeh2dır. Bundan əlavə müəyyən olunmuşdur ki, mənzil İddiaçı istifadəsində olarkən onun tərəfindən təmir etdirilmişdir. Hazırda ilk iddia üzrə İddiaçı mənzilindən məhrum olması nəticəsində məruz qaldığı zərər kimi 180.000 manat manat pulun cavabdehlər Cavabdeh1 MTK-dan, Cavabdeh3 və Cavabdeh4 onun xeyrinə tutulmasını tələb edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-133/2022 saylı qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh3 və Cavabdeh4 birlikdə İddiaçı aldatmış, mənzil satmaq adı ilə ondan pul vəsaiti alıb aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; bu səbəblə də İddiaçı dəyərini ödəyərək aldığı mənzildən məhrum olmasında adı çəkilən cavabdehlərin təqsirliliyi məsələsinin araşdırılmasına ümumiyyətlə zərurət olmamaqla bu, prosessual qənaət prinsipinə də uyğun hesab edilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Şərh edilənlərdən də göründüyü kimi, ilk İddiaçı dəyərini ödəyərək aldığı mənzildən məhrum olmasına görə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 təqsirli olduqları qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilməklə hazırkı işin mübahisəsiz halıdır. İlk İddiaçı mənzildən məhrum olması səbəbindən məruz qaldığı zərərin məbləğinə gəldikdə isə, iş üzrə əldə edilmiş qiymətləndirmə rəyi ilə onun məhrum olduğu ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 106,5 kv.m olan 44 saylı mənzilin real bazar qiymətinin 180000 manat məbləğində olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 180000 manat məbləğində pul alınaraq ilk İddiaçı verilməlidir. İlk iddia üzrə İddiaçı həmçinin həmin mənzilin təmir işlərinə xərclədiyi 55.000 manat pulun Cavabdeh2 onun xeyrinə tutulmasını tələb etmişdir. Cavabdeh2 isə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbini qəbul etmədiyini və İddiaçı ona məxsus mənzildə 7 ilə yaxın yaşadığına görə 54600 manat vurulmuş ziyanın İddiaçı onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə ilk iddia tələbinin qeyd edilən hissəsi - yəni, “mənzildə aparılmış təmir işlərinə görə 55.000 manat məbləğində pulun Cavabdeh2 tutulması” ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin iddiaçı tərəfindən təmir edilməsi və yaşayış üçün əlverişli şəraitə salınması, lakin mübahisəli mənzilin hazırda Cavabdeh2nın sahibliyində və istifadəsində qalması nəticəsində sonuncu əsassız olaraq varlanmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini mübahisəli mənzilin təmirinə çəkilmiş xərclərin Cavabdeh2 tutulmasını əsaslı hesab edir. Təmirə çəkilmiş xərclərin dəyərinə gəldikdə isə, məhkəmə ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, mənzilin təmirinə çəkilmiş xərcə görə 23495 manat məbləğində vəsait ilk iddia üzrə Cavabdeh2 tutularaq ilk iddiaçıya ödənilməlidir. Məhkəmə birləşdirilmiş iş üzrə iddia tələbini isə əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, mübahisəli mənzilə dair həm İddiaçı, həm də Cavabdeh2 ilə müvafiq müqavilələr bağlansa da, mənzil İddiaçı təhvil verilmiş, sonuncu orada təmir-tikinti işləri apararaq yaşamağa başlamışdır. Bundan sonra tərəflər arasında həmin mənzillə bağlı məhkəmə mübahisəsi başlamış, həmin mübahisə nəticə etibarilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 3335/2023 saylı qərarına əsasən yekunlaşmışdır. Sözügedən iş üzrə 06 dekabr 2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. Tərəflər mübahisə mövzusu mənzilin 2023-cü ilin sonunda İddiaçı tərəfindən Cavabdeh2 təhvil verildiyini mübahisələndirmirlər. Göründüyü kimi, mübahisəli mənzillə bağlı tərəflər arasında başlanmış məhkəmə mübahisəsinin yekununda İddiaçı mübahisəli mənzili Cavabdeh2 təhvil vermək öhdəliyi yaranmışdır və o, həmin iş üzrə 06 dekabr 2023-cü il tarixdə icra vərəqəsinin verilməsindən qısa müddət sonra öhdəliyini icra edərək mübahisəli mənzili Cavabdeh2 təhvil vermişdir. Mülki Məcəllənin 425.1-ci maddəsində göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 180.000 manat, cavabdeh X1 23495 manat pul vəsaiti alınıb İddiaçı verilməli, ilk iddia qalan hissədə və birləşdirilmiş iş üzrə iddia ərizəsi təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia tələbi qismən təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 525 manat məbləğində dövlət rüsumunun 500 manatı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 25 manatı isə cavabdeh X1 tutularaq ilk iddia üzrə İddiaçı ödənilməlidir. Həmçinin birləşdirilmiş iş üzrə iddia tələbi qismən təmin olunmadığından, ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh2nın özünə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda iş üzrə qiymətləndirmə xidmətinin dəyəri olan 200 manat Cavabdeh2 tutularaq qiymətləndirici təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 180.000(bir yüz səksən min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin Cavabdeh2 İddiaçı xeyrinə təmirə çəkilmiş xərcə görə 23495 (iyirmi üç min dörd yüz doxsan beş) manat tutulsun. İlk iddianın qaldırılması üçün ödənilmiş 525(beş yüz iyirmi beş) manat məbləğində dövlət rüsumunun 500(beş yüz) manatı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 25(iyirmi beş) manatı isə cavabdeh X1 tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Birləşdirilmiş iş üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Həmin iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh2 özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaiti Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 200 (iki yüz) manat X1 tutularaq "xxxx" MMC-nin hesabına (Benefisiarın adı "xxxx" MMC, Benefisiarın VÖEN-i **********, hesab nömrəsi M/h-Az12PAHA40060AZNHC**********, müxbir bank "xxxx" ASC, SWİFT PAHSSZ22, bank kodu 505141, valyuta AZN, Bankın VÖEN-i-**********, müxbir hesab AZ82NABZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar