Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-226/2023 11.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ilə bağlı əsassız olaraq xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş və aktda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinin aşkarlanması, sayğacın çıxarılaraq yerinə qeydiyyatda olmayan sayğac quraşdırılması göstərilmişdir. xx.xx.2021-ci il tarixdə sayğacdan kənar qeyri-qanuni birləşmənin ləğv edilməsi haqqında akt tərtib edilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş və aktda sayğacdan kənar qeyri-qanuni birləşmənin ləğv edilməsi göstərilmişdir. Hər iki aktda iddiaçının imza etməkdən imtina etməyi qeyd edilmiş, halbuki bu aktlar iddiaçının iştirakı ilə tərtib edilməmişdir, nə vaxt tərtib edilməsindən məlumat olmamış, aktlar qanunvericiliyin tələbləri pozulmaqla kənar yerdə tərtib edilmiş, aktı yalnız cavabdeh tərəfin əməkdaşları imza etmiş, hal şahidləri belə dəvət edilməmişdir. 22 noyabr 2021-ci il tarixdə sayğac dəyişdirilmiş və "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında " ******* nömrəli akt tərtib edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı əsassız hesablanmış 1500 manat məbləğində borcun silinməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı (İHN: **********00000) iddia ərizəsində bəhs etdiyi xx.xx.2021-ci il tarixli, ******* saylı “Təbii X9nın pozulması haqqında” akta əsasən ona iddia etdiyi kimi 1500.00 manat deyil, 753.00 manat borc məbləği hesablanmışdır. Həmçinin həmin aktın yazılma səbəbi küçə qaz xəttinə hər hansı boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni qoşulma deyil, məhz istehlakçının onun ünvanında qanuni əsaslarla quraşdırılmış sayğacı çıxararaq sistemdə qeydiyyatı aparılmayan saxta sayğac quraşdırmaqla ödənişdən yayınmaq məqsədi ilə qanundan kənar əməli törətməsi olmuşdur. Həmin iş üzrə iddiaçının Binəqədi Rayonu Binəqədi kəndi, Nizami küçəsi ev 12 ünvanında aşkar edilmiş qanunsuz quraşdırılmış “Azərsənayecihaz”-ın istehsalı olan G-2.5 tipli, ******* nömrəli sayğacın iş üzrə İddiaçı (İHN: **********00000) hər hansı bir adiyyəti olmamışdır. Belə ki, həmin sayğac ünvan 2 ünvanında qeydiyyata alınmış **********00020 saylı istrhlakçı nömrəsinə sahib olan X1 məxsus olmuşdur. Sayğac xx.xx.2010-cu il tarixdə **********34109 saylı sayğacla əvəz edilmişdir. G-2.5 tipli, ******* nömrəli sayğac sonralar bizə məlum olmayan səbəblərdən iddiaçının əlinə keçmiş, daha sonra həmin sayğacı iki dəfə ayrı-ayrı vaxtlarda öz ünvanında quraşdırmış, bununla da “Təbii X9”nın tələblərini və bağlamış olduğu alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. İkinci dəfə eyni qanunazidd əmələ yol verən istehlakçı barədə xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii X9nın pozulması haqqında” akta əsasən ona 812.82 manat borc məbləği hesablanmışdır. Beləliklə, qeyri-qanuni şəkildə dövriyyədən çıxarılmış sayğacdan “ sayğacdan istifadə edilir” təəssüratını yaradaraq ödənişdən yayınmaq niyyətində olan iddiaçıya bu hərəkətinə görə 756.00 manat + 812.80 manat = 1568.80 manat borc məbləği yazılaraq onun saldosuna daxil edilmişdir. İddiaçı qanunsuz sayğacdan istifadə etməsini inkar etsə də, fakt mötəbər süburlarla öz təsdiqini tapmışdır. Belə ki, hər iki akt üzrə əlavə edilmiş fotoşəkillərdə saxta sayğacın məhz iddiaçının ünvanında, məhz onun qanuni sayğacının qoyulması üçün müəyyən edilmiş yerdə, əsl sayğacı çıxarmaqla yerində quraşdırması faktı öz əksini tapmışdır. Fotolarda dəqiq koordinantlar üzrə məkan və dəqiq tarix öz əksini tapdığı üçün faktın mövcud olması mübahisə belə doğurmamalıdır. Məlumat üçün onu da bildirmək istərdim ki, iddiaçının ötən ildə də Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş, sayğacdan kənar qeyriqanuni qoşulma faktına görə yazılmış borc məbləği Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2212/2021 saylı qətnaməsi ilə silinmişdir. Səbəb isə iddiaçının Birlikdə çalışan oğlunun qeyri-qanuni qoşulma izlərinin ustalıqla məhv edilməsi, Birliyin əməkdaşlarının onlara qanunsuz akt yazmalarına məhkəməni inandıra bilməsi olmuşdur. Məhkəmə iclasında iştirak edən məhkəmə iclasında iştirak edəddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təbii X9nın pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, həmin aktla İddiaçı məxus ünvanda sayğacın çıxarılaraq yerinə qeydiyyatda olmayan sayğacın bağlanmasının aşkarlanması aktlaşdırılıb, aktı yalnız Cavabdeh nümayəndələri imzalamışlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, “sayğacdan kənar qeyri-qanuni birləşmə qaynaq vasitəsilə ləğv edildi”, halbuki yuxarıda qeyd olunan aktın məzmunundan göründüyü kimi, iddiaçıya məxsus ünvanda qaz borusuna kənar birləşmə/qoşulma deyil, qeydiyyatda olmayan sayğacın bağlanması aşkar edilmişdir. Eyni zamanda aktın məzmunundan “qeydiyyatda olmayan sayğacın” sonrakı aqibəti və iddiaçıya məxsus ünvanda yeni qeydiyyatda olan sayğacın bağlanıb-bağlanmaması aktın məzmunundan aydın deyil. Eyni zamanda qeyd olunmalıdır ki, Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən İddiaçı məxus ünvanda sayğacın çıxarılaraq yerinə qeydiyyatda olmayan sayğacın bağlanmasının aşkarlanması deyil, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin aşkar olunması qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, həmin aktla İddiaçı məxus ünvanda quraşdırılmış qaz sayğacının “fasilələrlə qazı buraxır, ilişir” qeydi ilə əvəz edilməsi aktlarşdırılmışdır. Eyni zamanda cavabdehin etirazına əlavə etdiyi sənədlərdən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən akt tərtib edilmiş və iddiaçıya məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni qaz xəttinin mövcud olması aktlaşdırılmışdır. Həmin aktın özü iş materiallarında mövcud deyil. Yuxarıda göstərilənlərin əksi Cavabdeh nümayəndəsinin məhkəməyə təqdim edilmiş yazılı izahatında qeyd olunmuşdur. İzahatda göstərilmişdir ki, “ ... baxış keçirilən zaman aşkar edilən nöqsanlar bölməsindən və akta əlavə edilmiş fotoşəkildən də göründüyü kimi akt tərtib edilən tarixdə bəhs edilən sayğac yerində olmamış, o qanunsuz şəkildə istehlakçı tərəfindən çıxarılmış və yerinə oğurluq sayğac (ünvan 2 ünvanında qeydiyyata alınmış **********00020 saylı istehlakçı nömrəsinə sahib olan X1 məxsus , xx.xx.2010-cu il tarixdə **********34109 zavod nömrəli sayğacla əvəz edilmiş, G-2.5 tipli, ******* nömrəli sayğac) quraşdırılmışdır. Nəticədə iddiaçı göstəriciləri heç bir proqramda əks olunmayan saxta sayğacı quraşdıraraq əslində təbii qazdan sayğacdankənar şəkildə istifadə etmişdir. Bir daha qeyd etmək istərdik ki, iki dəfə aşkar edilmiş bu cür qanunsuz əməl hər dəfə dəqiq koordinantlar qeyd edilməklə şəkli çəkildiyi üçün təkzibedilməzdir və mübahisələndirilə bilməz. xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktla quraşdırılan **********8 saylı sayğac xx.xx.2021-ci il tarixədək istehlakçının adına qeydiyyatda olmuş, həmi tarixdə ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktla yeni sayğacla əvəz edilmişdir. Məhkəmənin diqqətinə bir faktı da çatdırmaq istərdim ki, **********8 zavod nömrəli sayğac quraşdırılan və çıxarılan zaman üzərində olan plomların da nömrələri müxtəlif olmuşdur. (Müvafiq olaraq ******* və 11003355 saylı plomlar) . Bu isə sayğacın çıxarılmasını, yenidən quraşdırılmasını sübut edən hallardan biridir. Daha sonra saxta sayğac çıxarılmış və yerinə qeydiyyatda olan sayğac quraşdırılmışdır. Bu barədə xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktda da qeyd vardır”. Göründüyü kimi, cavabdehin nümayəndəsi yazılı izahatında iddiaçıya məxsus evdə iki dəfə qeydiyyatda olmayan sayğacın qeyri-qanuni bağlanmasının aşkar edilməsi göstərilmişdir. Cavabdehin etiraza əlavə etdiyi aktlardan görünür ki, iddiaçının ünvanında pozuntulara dair hazırkı işin kontekstində iki dəfə - xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə akt tərtib edilmiş və “sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir”. Belə olan halda bu cür ciddi qanun pozuntusunu aşkar edən Cavabdeh hansı səbəbdən elə xx.xx.2021-ci il tarixdə nə hüquq mühafizə orqanlarına, nə də ki, müvafiq borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etməməsi və “qeydiyyatda olmayan oğurluq” sayğacın iddiaçının istifadəsində saxlanılması aydın deyil. Belə ki, cavabdeh etiraz və izahatlarında iddiaçıya məxsus ünvanda "oğurluq" sayğacın quraşdırılmasını göstərsə də, həmin sayğacla və sayğacı oğurlayan şəxslə bağlı Cavabdeh tərəfindən nə kimi tədbir görülməsinin üzərindən keçmişdir. Cavabdehin etirazında qeyd olunmuş xüsusatların aydınlaşdırılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4822/2022 saylı qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “ ... 1. G-2,5 tipli, ******* nömrəli qaz sayğacının quraşdırılmış olduğu ünvanın koordinatları ilə (koordinatlar cavabdehin təqdim etdiyi və iş materiallarında olan sənədlərdə öz əksini tapıb) İddiaçı (abonent kodu: **********00000) məxsus olan evin (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Nizami küçəsi, ev 12) koordinatları ilə üst-üstə düşürmü?
2. Koordinatlar üst-üstə düşdüyü təqdirdə, təbii qazdan qeyri-qanuni istifadə nəticəsində Cavabdehnə vurulmuş ziyanın məbləği hesablansın və İddiaçı (abonent kodu: **********00000) məxsus olan ünvanda (ünvan 3z cihazları müəyyən edilsin”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1440 saylı ekspert rəyində binci suala cavab olaraq aşağıdakılar qeyd olunmuş: “ ... Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi Orxan Səmədzadənin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 335.0 kv.m. təşkil edir (sahə mişar daş hasar və tikililərin çöl divarı ilə sərhədlənib). Torpaq sahəsinin üzərində yaşayış evləri və həyət tikililəri mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 335.0 kv.m. sahə **********13-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş ümumi ərazi daxilində yerləşir. Hal-hazırda **********13-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş daşınmaz əmlak paylı mülk olmaqla adları qeyd olunan şəxslərə məxsusdur: X6 (1/4 hissədən V tikilisi 1/5 hissə), X11 (1/4 hissədən V tikilisi 1/5 hissə), X12 (1/4 hissədən V tikilisi 1/5 hissə), X7 (1/4 hissədən V tikilisi 1/5 hissə), X8 (1/4 hissədən V tikilisi 1/5 hissə), X13 (1/4 hissə), İddiaçı (1/4 hissə), X4 (1/4 hissədən “B”tikilisi), X5 (1/4 hissədən 1 otağın ½ hissəsi), X3 (1/4 hissədən 1 otaq (ü/s 26.6 kv.m), X2 (1/4 hissədən 1 otağın ½ hissəsi)”; ikinci suala isə ümumiyyətlə cavab verilməmişdir. Göründüyü kimi, cavabdehin etirazda və izahatda qeyd etdiyi “qeydiyyatda olmayan oğurluq” qaz sayğacının məhz İddiaçı məxsus evdə quraşdırılması ekspert tərəfindən müəyyən edilməmiş, cavabdeh tərəfindən isə buna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan abonent kodu **********00000 olan İddiaçı saldosundan görünür ki, abonentin ünvanında xx.xx.2021-ci il tarixdə G-4 mexanika tipli sayğac quraşdırılmış və onun “qalıq və aktlar” üzrə cəmi 1597,26 manat borcu yaranmışdır (10.2021-ci il – 756 manat; 04.2022-ci il – 812,82 manat). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2212/2021 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış cərimənin siliməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 800 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 1352 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ... Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, mülki iş üzrə keçirilən ekspertizada ekspert qarşısında rəy verilən zaman yoxlanılan sayğacın məxsus olduğu evi dəqiqləşdirmək üçün videoçəkiliş və fotoçəkiliş etməsi həvalə edilmiş, bu barədə sual qoyulmuşdur. Bu məqama rəydə toxunulmamışdır. Cavabdeh İB tərəfindən ev 12 ünvanına borc məbləği yazılmışdır. Qanunsuz qoşulma faktı iş materiallarına əlavə etdikləri aktlarla təsdiq edilir. Azəriqaz” İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı ünvanında İtron tipli, G-4 markalı, 1002AQ**********0 nömrəli sayğac yeni Mexaniki tipli, G-4 markalı, **********8 nömərli sayğacla əvəz edilmişdir. Dəyişdirilən zaman sayğac dövlət yoxlamasına göndərilmişdir. BRQSD-nin Binəqədi rayon üzrə qrup rəhbəri H.Bağırov, mühəndis A.Baxşıyev və çilingər R.Əliyev tərəfindən tərtib edilən Təbii X9nın pozulması haqqında ******* saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus ünvanda yerləşən **********00000 abonent kodu olan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İddiaçı tərəfindən aktın imzalanmasından imtina edildiyi qeyd edilmişdir. Evdə istifadə olunan cihazların siyahısında PQ-4, QSQ və Radiator qeyd edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən 30 noyabr 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbmamədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Nizami küçəsi, ev 12 və abonent kodu **********00000 olan sayğacda fərdi evdə “X9”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazda istifadə olunduğu aşkar olunmuşdur. xx.xx.2020-ci il tarixli ******* №-li akt ilə sayğacdan kənar xətt ləğv olunmuşdur. BRQSD-nin Binəqədi rayon üzrə qrup rəhbəri H.Bağırov, mühəndis A.Baxşıyev və çilingər R.Əliyev tərəfindən tərtib edilən Təbii X9nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvanda yerləşən **********00000 abonent kodu olan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İddiaçı tərəfindən akta münasibət bildirilməmişdir. Evdə istifadə olunan cihazların siyahısında PQ-4, QSQ və Radiator qeyd edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbmamədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Nizami küçəsi, ev 12 və abonent kodu **********00000 olan sayğacda fərdi evdə “X9”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazda istifadə olunduğu aşkar olunmuşdur. Nəticədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Nizami küçəsi, ev 12 və abonent kodu **********00000 olan sayğacda 2520 Kub.m qaz sərfiyyatı hesablanmışdır. xx.xx.2020-ci il tarixli 2323 №-li akt ilə sayğacdan kənar xətt ləğv olunmuşdur. BRQSD-nin Binəqədi rayon üzrə qrup rəhbəri E.Tağıyev, mühəndis A.Baxşıyev və çilingər R.Əliyev tərəfindən tərtib edilən Təbii X9nın pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvanda yerləşən **********00000 abonent kodu olan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İddiaçı tərəfindən aktın imzalanmasından imtina edildiyi qeyd edilmişdir. Evdə istifadə olunan cihazların siyahısında PQ-4, QSQ və Radiator qeyd edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbmamədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Nizami küçəsi, ev 12 və abonent kodu **********00000 olan sayğacda fərdi evdə “X9”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazda istifadə olunduğu aşkar olunmuşdur. Nəticədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Nizami küçəsi, ev 12 və abonent kodu **********00000 olan sayğacda 2520 Kub.m qaz sərfiyyatı hesablanmışdır. xx.xx.2020-ci il tarixli 129 №-li akt ilə sayğacdan kənar xətt ləğv olunmuşdur. ... Mülki iş üzrə Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2428 saylı ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 108 mm-lik, polad qaz borusunun üzərində hərhansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) aşkar edilməmişdir. Belə olduğu halda cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranmasını sübuta yetirmədən ona borc hesablaması qanunsuz və əsassızdır. Odur ki, işin faktiki hallarına əsasən iddiaçının qaz sayğacından kənar qanunsuz qoşulma halı sübut edilmir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “X9”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.11-ci bəndinə əsasən, qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə müvafiq olaraq, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Həmin Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-4-cü bəndinə müvafiq olaraq isə, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, cavabdeh etirazında iddiaçının “qeydiyyatda olmayan oğurluq sayğacdan” istifadə etdiyini bildirsə də, iddiaçı tərəfindən qaz sayğacı ilə bağlı hər hansı qanun pozuntusunun icra edilməsi iş materialları ilə öz təsdiqini tapmır və cavabdehin dəlillərini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlıvaxtında baxış keçirilməsi və hər hansı pozuntu aşkar edildiyi təqdirdə dərhal qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00000) Cavabdeh tərəfindən hesablanmış borc məbləğinin 1500 manat hissəsi silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00000) Cavabdeh tərəfindən hesablanmış borc məbləğinin 1500 (min beş yüz) manat hissəsi silinsin. 35 (otuz beş) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat xidmət haqqı Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait iddiaçı Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar Nəbizadə