Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2260/2022 04.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 və Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi, vurulmuş ziyanın və çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri 04 mart 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin adından, həmin MMC-nin qanuni təmsilçisi kimi Cavabdeh2 və onun nümayəndəsi Cavabdeh1 “Toyota Prius” markalı, 2008-ci il buraxılışlı, mühərrik nömrəsi ******* olan **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2600 manat pulun və 966 manat ödənilmiş cərimənin əvəzinin tutularaq ona qaytarılması, avtomobilin cavabdeh tərəfindən idarə edilərək yol hərəkəti qaydalarının pozulmasına görə toplanmış 5170 manat cərimənin cavabdehlər tərəfindən ödənilməsi və nəqliyyat vasitəsini ilkin alğı-satqısı barədə müqavilənin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddia tələbinin bir hissəsini alğı-satqı müqaviləsinin ləğvi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqavilənin ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin maddənin mətnində “yalnız” sözü işlədildiyindən müqavilənin ləğvi barədə tələb göstərilən qaydaya əməl edildikdən sonra məhkəmədə irəli sürülə bilər. Müraciət edilən ərizədə qanunvericilikdə göstərilən qaydaya əməl edilməsi barədə məlumat və sənəd təqdim edilməmişdir, ərizəyə əlavə edilən sənədlərdə iddiaçının müqaviləni ləğv etmək barədə təklif verməsi də müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Digər tərəfdən, İddiaçı iddia ərizəsində istinad etdiyi alğı-satqı müqaviləsindən görünür ki, müqavilə üzrə “Satıcı” qismində etibarnamə əsasında İddiaçı, “Alıcı” qismində "xxxx" MMC-nin adından Cavabdeh2 nümayəndəsi olaraq Cavabdeh1 çıxış etmişdir. Yəni, Cavabdeh1 müqavilə bağlanarkən Cavabdeh2 təmsil etmişdir. Belə olan halda iddia tələbi Cavabdeh1 qarşı deyil, "xxxx" MMC olan hüquqi şəxsə yönəlməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır. Həmçinin, o da qeyd olunur ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbində iddiaçı bir neçə tələbi – ziyanın ödənilməsi, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tətbiq edilmiş cərimələrin ödənilməsi və nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsinin ləğv edilməsi tələblərini bir iddia ərizəsidə birləşdirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 və Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi, vurulmuş ziyanın və çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2260/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2260/2022
04.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver