Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2262/2025 30.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 dörd ildir ki, Bakı şəhəri Nəsimi rayonu, C.Məmmədquluzadə küşəsi 101A ünvanında yerləşən Kəpəz hospitalda həkim xidmətçi kimi çalışıb. xx.xx.2024-cü il tarixdə iş yoldaşı Cavabdeh1 ondan mobil telefonunu danışmaq üçün isdədi. Təxminən bir saat ərizində digər iş yoldaşı Cavabdeh2 ilə birlikdə mobil telefonunu iş gördükdən sonra “gəl sənin şəkilini çəkim, proqram vasidəsi ilə gəşəngləşdirib sənə atacam” demişdi. O, borclu Cavabdeh1 inanaraq bir neçə formada üz şəkillərini çəkmişdi. Bir ay sonra ona "xxxx" ASC-dən zəng gələrək gecikdirilmiş kredit borcu olduğunun bildirmişlər. O, "xxxx"-ın 28 may küçəsində yerləşən filialına yaxınlaşanda məlum oldu ki, xx.xx.2024-cü il tarixdə mobil telefonu vasidəsi ilə adına 5704 manat kredit rəsmiləşdirilmişdir. O, bir qədər fikirləşəndən sonra həmin gün mobil telefonunun Cavabdeh1 olması yadına düşdü. Borclu Cavabdeh1 həmin gün Cavabdeh2 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək bu barədə məlumat verdi və səhəri gün iş yerində görüşdülər. Borclu Cavabdeh2 ona həmin krediti rəsmiləşdirməyə Cavabdeh1 köməky etdiyinin, ona heç bir məbləğdə pul gəlmədiyini bildirdi və Cavabdeh1 isə həmin krediti maddi vəziyyəti yaxşı olmadığı üçü onun götürdüyünü həmin krediti hər ay aylıq 184 manat olmaqla özü ödəyəcəyini bildirmişdi. Demək olar ki Cavabdeh1 və Cavabdeh2 onun etibarından istifadə edərək onu aldadıblar. Borclular 2-3 ay ödəniş etdikdən sonra krediti ödəmədilər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin həcminin azaldılmasını və Cavabdeh1 6060 manat pul və 84 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Həmçinin izahatında bildirmişdir ki, cavabdeh ona hər dəfə pulu banka ödəyəcəyini söz versə də lakin onu aldatmışdır. Hazırda Kapitalbank onu məhkəməyə vermiş və 6060 manat pulun ondan tutulmasını barəsində qətnamə çıxarılmışdır. O pulu Könülə vermiş və Könül əvvəlcədən onun yerinə banka ödənişlər edəcəyini bildirmişdir. Lakin Könül cəmi iki dəfə ödəniş etmiş və qalan pulu verməkdən yayınmışdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə (sms bildiriş, mobil telefon vasitəsilə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə icraatı barədə məlumatlı olmasını, şəxsiyyət vəsiqəsini itirdiyindən poçt vasitəsilə iddiaya münasibət bildirə bilmədiyini, hazırda rayonda olmasını və iddiaçının özünün könüllü bankdan pul götürərək ona verməsini, bir neçə ay ödəniş etməsini bildirmişdir. İddiaçının yazılı ərizəsi əsasında işə qiyabi icraat qaydasında baxılmağı qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qiyabi qətnamə ilə təmin edilməlidir. Əsaslandırıcı hissə: Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-nin İddiaçı ünvanladığı məktubun surətindən müəyyən olunur ki, cavabdehlə "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, 48 ay müddətinə, illik 23.2 faiz hesablanmaqla, 5704 manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 5630.83 manat, faiz borc məbləği 429.93 manat olmaqla, 6060.76 manat məbləğində ümumi borcu, gecikmə günü 135 gün olmaqla 776.9 manat məbləğində gecikmə yaranmışdır. Qrafikə uyğun ödəniş aparılmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunur. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarına uygun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumatlandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, “... Araşdırma zamanı X1 izahatında bildirmişdir ki, o, 4 ildir ki, ünvan 3 ünvanında yerləşən "Kəpəz" hospitalda xadiməçi kimi çalışır. xx.xx.2024-cü il tarixdə iş yoldaşı Könül Aydanov məndən mobil telefonunu danışmaq üçün istəmiş. Təxminın bir saat ərzində digər iş yoldaşı Nigar ilə birlikdə mobil telefon iş gördükdən sonra ona "gəl sənin şəklivi çəkim, program vasitəsi ilə gəşəngləşdirib sənə atacam" demişdir. O, Aydana inanaraq bir neçə formada üz şəklini çəkmişdir. Bundan 1 ay sonra ona "xxxx"ASC-dən zəng gələrək gecikdirilmiş kredit borcu olduğunu bildirdilər. O, "xxxx"-in 28 may küçəsində yerləşən filialına yaxınlaşdıqda ona məlum oldu ki, xx.xx.2024-cü il tarixdə onun mobil telefonu vasitəsi ilə onun adına 5704 manat kredit rəsmiləşdirilmişdir. O, bir qədər fikirləşdikdən sonra hemin gün mobil telefonunun Könül adlı şəxsdə olması yadıma düşmüşdür. O, həmin gün Nigarın İstifadəsində olan ***-***-**-** GSM nömrəsinə zəng edərək bu barədə məlumat vermiş, və səhəri gün biz iş yerində görüşmüşdürlər. Nigar ona hemin krediti rəsmiləşdirməyə, Könülə kömək etdiyini, ona heç bir məbləğdə pul gəlmədiyini bildirmiş. Könül isə həmin kredit özü maddi vəziyyəti yaxşı olmadığı üçün onun götürdüyünü, həmin krediti hər ay aylıq 184 manat olmaqla özü ödəyəcəyini bildirmişdir. O, Könülə inanaraq bu barədə polis müraciət etməmiş, lakin Könül krediti 2 ayda ödədikdən sonra geri qalanını ödəməkdən imtina etmişdir. Bunda sonra "xxxx"-ın əməkdaşı onu mütəmmadi olaraq narahat etdiyi üçün o, artıq bu barədə "DİN"-nin 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir. Verilən suallara cavab olaraq Afət Rəsulova bildirmişdir ki onların Aydanova Könül, və İbrahimov Nigar olmasını, Könülün istifadəsində ***-***-**-** GSM nömrəsi, Nigarın İstifadəsində ***-***-**-** GSM nömrəsi olmasını bilir və baş vermiş hadisə nəticəsində ona 5700 manat maddi ziyan dəymişdir. Hadisəni törətmiş şəxsləri müəyyən edilərək izahatının alınması məqsədilə şöbəyə gətirilməsinin təmin edilməsi, həmçinin ərazidə olan müşahidə kameralarından hadisəni əks etdirən və ya material üçün əhəmiyyət kəsb edən görüntülərin əldə edilməsi və hadisə şahidlərinin müəyyən olunması məqsədilə şöbəyə tapşırıq verilmişdir. Araşdırma zamanı X2 izahatında bildirmişdir ki, O, 1 il ünvan 5 ünvanında yerləşən "Kəpəz" hospitalda koordinator vəzifəsində çalışmışdır. O, maddi vəziyətinin yaxsı olmadığı hallarda "Kəpəz" hospitalda xadiməçi kimi işləyən tanıdığı Afət adlı şəxsdən borc hətta bəzən faizə pul götürmüşdur. 2024-cü ilin iyun ayında pul ehtiyacı olduğu üçün Afət adlı şəxsdən öz adına 6700 manat kredit götürməsini ve onun adına olan kredit ödənişini hər ay özü ödəyəcəyini demişdir. Afət onunla razılaşmış, lakin adına online kredit müraciəti edə bilmədiyi üçün iş yoldaşı Nigardan onun mobil telefon vasitesi ile Kapital Banka sorğu göndərməsini xahiş etmişdir. Bunda sonra onlarım müraciəti uğurlu alınmış Afət öz adına 6700 manat məbləğində kredit götürərək ona vermişdir. Bunda sonra o, aylıq 185 manat olmaqla 2-3 ay ödəniş etmiş, lakin daha sonra maddi vəziyyəti yaxsi olmadığı ödəniş edə bilməmişdir. Verilən suallara cavab olaraq Könül Aydanova bildirmişdir ki, Afət Rəsulova hemin pulu özü könüllü şəkildə razılaşaraq kredit rəsmiləşdirmiş və həmin pul vəsaitini ona vermişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, toplanmış material üzrə göstərilən xüsusatlar cinayət xarakterli deyil, mülki mübahisə predmeti olduğundan bu kimi hallar öz həllini mülki qaydada məhkəmədə tapmalıdır. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməlidir...” "xxxx" ASC-nin məhkəməyə təqdim etdiiyi İddiaçı bank hesabından çıxarış məlumatından müəyyən olunur ki, cavabdehə xx.xx.2024-cü il tarixdə 5704 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD-də olan səs yazıları məhkəmə araşdırılması zamanı tədqiq olunmuş və müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi məbləğin alınması və tezliklə banka ödəniləcəyi barədə qadın səs yazıları mövcuddur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı cəmi 6060,76 manat məbləğində pul və dövlət rüsumu qismində ödənilmiş 80,61 manatın tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixlli qərarında göstərilmişdir ki, “ ... mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin mövqeyi: Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edilməli, 6060 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 6060 manat məbləğində pul və dövlət rüsumu qismində ödənilmiş 84 manat tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-2262/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-2262/2025
30.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver