Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2265/2024 04.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkili Vəkil1, Cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, daha sonra tələbini azaltmaqla Cavabdeh "Hyundai Elantra” markalı , **-KC-*** dövlat qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 22500 manat məbləğində pulun və 170 məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh onun qaynatasıdır. Cavabdehin qızı X9 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından 2 uşaqları vardır. "xxxx" MMC-dən "əşyanın nisyə alqı-satqısı haqqında" xx.xx.2018-ci il tarixli, 1213 nömrəli müqavilə asasında kreditlə 26.432,63 AZN dəyərində "Hyundai Elentra" markalı avtomobil alınmışdır. Avtomobilin ilkin sahibinə 12.000 manat ödəndikdən sonra 2.500 manat isə ilkin ödəniş olaraq avtomaşını avto salondan götürərkən ödənilmişdir. Qalan məbləği isə hissə-hissə kredit müqaviləsinin müddətində tam şəkildə ödənilmişdir. Avtomaşını alarkən onun adına etibarnamə verilmiş, o isə öz növbəsində avtomobildən istifada etmişdir. Avtomobilin ödənişi tam başa çatdıqdan sonra avtomobil Bakı nömrəsi olsun deyə (həmin dövrlər bir müddət Bakı qeydiyyatı olmayan avtomobillərin Bakı şəhərinə girişi mahdudlaşdırılmışdır) formal olaraq cavabdehin adına rəsmiləşdirilmişdir. Bu səbəbdə də özü üçün etibarnamə almışdər. Avtomaşınla bağlı hər hansı formada mübahisə olmamışdır. Həmin avtomaşının dəyəri tam şəkildə ödənilmişdir. 2021-ci ilin sonlarında isə hayat yoldaşı ilə aralarında müəyyən mübahisələ yaranmış və faktiki olaraq ayrı yaşamağa başlamışdırlar. Lakin indiyı qədər rəsmi boşanmamışdırlar. 2022-ci ilin may-iyun aylarında etibarnamənin müddəti bitdiyi üçün cavabdehdə etibarnaməni təzələməsini və ya avtomaşını öz adına rəsmilaşdirməsini ələb etmişdir. Qarşı tərəf isə manasız arqumentlər getirərək halal zəhməti ilə aldığı avtomaşını geri qaytarmaqdan imtina etmişdir. O isə sənədi olmadığı üçün avtomaşını idarə edə bilməmişdir. Bir müddət sonra isə avtomaşını cavabdehin tələb etdiyi dayanacaqda saxlamışdır. Hər dəfə avtomaşını tələb etdikdə cavabdeh zamanı çatdıqda qaytaracağını bildirmişdir. Lakin bir müddət sonra avtomaşını yolda görmüş və saxlayaraq sürücüdən bu avtomaşını nə səbəbdən idarə etdiyini soruşduqda, sürücü avtomaşını aldığını bildirmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, qarşı tərəfin sadəcə bir arqumenti vardır. İddiaçı tərəfindən pul ödənilmiş, lakin pulu Cavabdeh vermişdir. Bununla da cavabdeh tərəf avtomobilin Samir Həmzəov tərəfindən alınmasını və pulu iddiaçının ödəməsini inkar etməmişdir. Məbləğ tam şəkildə ödənildikdən sonra avomobil cavabdehin adına rəsmiləşdirilmiş və cavabdeh dərhal iddiaçıya etibarnamə vermişdir. Avtomobil cavabdeh tərəfindən 22.500 manata satılmışdır. Bu işin mübahisəsi halıdır. İddiaçı da avomobili satsa idi həmin məbləğə satmış olardı. Sözgüdən avtomobilin birgə nikah dövründə alınmasını qəbul edir və hesab edir ki, avtomobilin alınmasında cavabdehin hər-hansı bir iştirakı yoxdur. Bundan əlavə bildirir ki, pandemiya dövründə Sumqayıt şəhərində qeydiyyatda olan şəxslərin avtomobilləri ilə bağlı məhdudiyyətdən söhbət gedir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı yolda öz avtomobilinin başqa şəxs tərəfindən idarə olunduğunu görmüş və avtomobili saxlatdırmışdır. Bu zaman avtomobili idarə edən şəxs avtomobili 22.500 manata aldığını bildirmişdir. Avtomobilin ödənişlərinə dair qəbzlər avtomobildə qalmışdır. Cavabdeh həmin qəbzləri avtomobildən götürmüşdür. İddiaçı avtomobilin ödənişini tam ödədikdən sonra Sumqayıt nömrələri ilə Bakıya girişin qadağan edilməsi səbəbindən avtomobili formal olaraq cavabdehin adına rəsmiləşdirmiş, elə həmin günü də cavabdehdən etibarnamə almışdır. Cavabdehin pulu olsa idi, avtomobili 36 ay müddətinə kreditə götürməzdi. İddiaçı təxminən 2022-ci ilin may-iyun aylarında etibarnamənin müddəti bitdiyi üçün cavabdehdən ya etibarnaməni təzələməyi, ya da ki, avtomaşını öz adına rəsmiləşdirilməsini tələb etmişdir. Cavabdeh isə avtomobili sataraq, pulu mənimsəmişdir.
5. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, sözügedən vəsait tərəflərindən İddiaçı verilmişdir və həmin ödənişlər onun tərəfindən ödənilmişdir. Avtomobilin cavabdehin adına rəsmiləşdirilməsi isə bunun təsdiqidir. Pul vəsaiti cavabdehin olduğundan, avtomobildə onun adına rəsmiləşdirilmişdir. İddiaçı tərəfin avtomobilin Bakı nömrəsi ilə qeydiyyata alınması ilə bağlı dəlilləri ona görə əsassızdır ki, avtomobil elə həmin vaxt Bakı nömrəsi ilə idi və alqısatqı zamanı isə Yol hərəkəti haqqında qanuna görə iddiaçının adında saxlanıla bilərdi, bunun üçün cavabdehin adına rəsmiləşdirilməsinə zərurət olmamışdır. Cavabdeh iddiaçıya pul vermiş, iddiaçı isə avto salona ödənişlər etmişdir. Hansı ki, iddiaçı avtomobil almaq iqtidarında olmamışdır. Çünki onun gəlirləri 650 manat idi və bundan əlavə gəlir barədə iddiaçı sübut təqdim edə bilmir. Halbuki, cavabdeh keçmiş polis işçisi olmuş və özünün və arvadının kifayət qədər pensiya gəliri olmuşdur. Bundan əlavə cavabdehin Abşeron rayonu, Novxanı ərazisində təsərrüfatı var və orada süd və süd məhsullarının satışı ilə məşğul olur. Cavabdehin 2106 markalı avtomobili var və mübahisə olunan avtomobili isə özü üçün alsa da, təsərrüfatda istifadəyə əl vermədiyindən kürəkəninin istifadəsinə vermişdir. Əşyanın nisyə alqı-satqısı haqqında xx.xx.2018-ci il tarixli müqaviləni təkzib edə bilmir, lakin əşyanın nisyə alqı-atqısı haqqında xx.xx.2018-ci il tarixli müqavilənin heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, ödənişləri təsdiq edən qəbzlər yoxdur. İddiaçının nümayəndəsi, vəkil tərəfindən təqdim edilmiş arayış ciddi hesabat blankı deyildir.
6. Bundan əlavə cavabdehin nümayəndəsi, vəkil “Elekron Məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə iddiaya yazılı qaydada etiraz vermiş və etirazını belə əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC-dən "Əşyanın nisyə alqı-satqısı" haqqında xx.xx.2018-ci il tarixli, 1213 nömrəli müqavilə əsasında kreditlə 26432,63 AZN dəyərində "Hyundai Elantra" markalı avtomobil alması, avtomobilin dəyərini avtomobilin ilkin sahibinə 12.000 manat, avtosalona 2500 manat ilkin ödənişlər, qalan kredit məbləğini isə hissə-hissə ödəmiş olması, avtomobilin tam ödənişi başa çatdıqdan sonra avtomobilə Bakı şəhər dövlət qeydiyyat nömrəsi alınması məqsədilə formal olaraq Bakı şəhərində qeydiyyatda olan, qaynatası Cavabdeh adına qeydiyyata alınması, 2022-ci ilin təqribən may-iyun aylarında avtomobil üçün Cavabdeh tərəfindən ona verilmiş etibarnamənin müddətinin başa çatmasına baxmayaraq, Cavabdeh tərəfindən ona yeni etibarnamə verilməməsi, sonradan isə avtomobilin Cavabdeh tərəfindən digər bir şəxsin adına özgəninkiləşdirib, pulu ona verməməsi ilə əsaslandırmağa çalışmışdır. İşin mahiyyəti ona aydın olduqdan sonra Cavabdeh İddiaçı iddiasını qəbul etmədiyini bildirmişdir. Onun bildirdiyinə görə İddiaçı xx.xx.2012-ci il tarixdə onun qızı Aynur Həmzətova ilə evləndikdən sonra az bir müddət Sumqayıt şəhərində yaşadıqdan sonra ailəsi ilə birlikdə Cavabdeh məxsus olmuş, Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsində yerləşən 137A saylı evdə yaşamağa başlamışdırlar. Bütün bu müddət ərzində İddiaçı ailəsi ilə birlikdə onun himayəsində olmuşdur. Cavabdeh bildirdiyinə görə İddiaçı tərəfindən iddia olunan avtomobil üçün zəruri olan ödəniş məbləği Cavabdeh verdiyi vəsait hesabına ödənilmişdir. Belə ki, İddiaçı əmək haqqı kredit məbləğinin ödənilməsi üçün kifayət etməmişdir və məhz bu səbəbdən də avtomobil son nəticədə onun adına qeydiyyata alınmışdır. Başqa sözlə, faktiki olaraq avtomobil Cavabdeh məxsus olmuşdur və avtomobil barədə sərbəst sərəncam vermişdir. Bildirirəm ki, İddiaçı vəzifə maaşı və digər gəlirlərinin müəyyənləşdirilməsi məqsədilə tərəfimdən "xxxx" MMC-nə və X10 xidmətinə tərəfimdən sorğular verilmişdir.
7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi, vəkili izahatında bildirmişdir ki, əgər iddiaçı iddia edirsə avtomobilin pulunu o ödəmişdir, bu halda həmin vəsaitin ər-arvadın ümumi gəliri olduğunun və hüquqlarını müdafiə etdiyi şəxsin payının nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
8. Cavabdeh iddiaçının keçmiş qaynatasıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3102/2024 saylı qətnaməsi ilə İddiaçı ilə X8 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahlarından olan uşaqların anasının yanında saxlanması və aliment ödənilməsi müəyyən edilmişdir.
9. X3 etibarnaməsi (tapşırığı) əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMCnin direktoru X7 ilə alıcı İddiaçı arasında xx.xx.2018-ci il tarixdə əşyanın nisyə alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Müqavilənin predmeti 2013-cü il buraxılışlı “Hyundai Elantra” minik markalı avtomobil olmuşdur. Müqavilənin şərləri belə olmuşdur ki, tərəflər avtomobili 26432.63 manata qiymətləndirirlər, alıcı avtomobilin dəyərindən 2500 manat ilkin ödəniş edir, əlavə xərclərə görə 3000 manat ödəyir, qalıq məbləği xx.xx.2020-ci il tarixədək qrafik üzrə ödəməyi öhdəsinə götürür. **-KC-*** qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobil X7 tərəfindən İddiaçı təhvil verilmişdir. Ödəniş qrafikinə əsasən alıcı 36 ay 665 manat ödəniş etməli idi. "xxxx" MMC tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanan məktubda qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixli, 1213 saylı müqaviləyə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə əsasən “Hyundai Elantra” minik markalı avtomobilin nisyə dəyəri 26432 manat müəyyən edilmişdir və həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir.
10. **-KC-*** qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatlardan görünür ki, avtomobilin ilkin sahibi X11 olmuş və xx.xx.2017-xx.xx.2027 müddət üçün "xxxx" MMC-yə nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə vermişdir. Bundan başqa xx.xx.2018-xx.xx.2022 müddət üçün İddiaçı nəqliyyat vasitəsində istifadə hüququ ilə bağlı etibarnamə vermişdir. Hansı ki, “Elektron notariat” X1 çıxarışdan görünür ki, həqiqətən X11 xx.xx.2018-ci il tarixdə İddiaçı etibarnamə vermişdir.
11. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X11 (onun adından Əliyev Coşqun) **-KC-*** qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobili 17500 manata Cavabdeh satmışdır. Eyni tarixdə, yəni xx.xx.2020-ci il tarixdə Cavabdeh xx.xx.2022-ci il tarixədək İddiaçı etibarnamə vermişdir.
12. 04.11.2022-ci il tarixdə Cavabdeh **-KC-*** qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı nəqliyyat vasitəsini 22500 manata X2. Satıcı Cavabdeh adından alqı-satqıda etibarnamə üzrə nümayəndəsi X12 iştirak etmişdir. Hansı ki, Cavabdeh tərəfindən xx.xx.2022-xx.xx.2023 müddətə ona nəqliyyat vasitəsinə dair sərəncam hüququ verən etibarnamə verilmişdir. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
15. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
16. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
17. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüqudan sui-istifadədir.
18. 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır.
19. 606.4. Alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz.
20. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
21. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
23. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
24. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
25. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
26. 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
27. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
28. 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilir.
29. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Məhkəmənin mövqeyi:
30. İşin faktiki halları ilə müəyyən edilir ki, **-KC-*** qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobilə dair ödənişləri birgə nikah dövründə iddiaçı ödəmişdir. Cavabdeh ödənişlərin iddiaçı tərəfindən icra edildiyini qəbul etsə də, həmin vəsaitin ona məxsus olması barədə etirazının dəlillərini sübut edə bilməmişdir. Hansı ki, tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, **-KC-*** qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı nəqliyyat vasitəsi X11 adlı şəxsin mülkiyyətində olmuş və iddiaçı mülkiyyətçinin tapşırığı əsasında onun avtomobilini satan avtomobil satışı ilə məşğul olan "xxxx" MMC-yə müraciət etmişdir. Avto salonla iddiaçı arasında əşyanın nisyə alqı-satqısına dair müqavilə bağlanmış, müqavilədə ödənişlərin tam icra olunmasınadək mülkiyyət hüququnun satıcıda saxlanması nəzərdə tutulmuşdur. Necə ki, tərəflər o qaydada da hərəkət etmiş və qrafik üzrə ödənişlər başa çatanadək mülkiyyət hüququ satıcıda saxlanmışdır. Alınan əşyanın dəyəri tam ödənildikdən sonra alıcının şifahi razılığına əsasən nəqliyyat vasitəsi cavabdehin adına rəsmiləşdirilmişdir. Hansı ki, həmin dövrdə tərəflər arasında mehriban qohumluq münasibətləri olmuş və iddiaçı həmin münasibətə güvənmişdir. Daha sonra tərəflər arasında münasibətlər korlandıqdan sonra cavabdeh əvvəlki rəftara zidd davranaraq hüquqdan sui istifadə etmiş və nəqliyyat vasitəsini iddiaçının əlindən almış(etibarnamənin müddətini uzatmayaraq), bundan sonra isə başqa şəxsə 22500 manata satmışdır.
31. Odur ki, cavabdehin hərəkətləri digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hesab edilməli və iddiaçının hüquqları bərpa olunmalıdır. Bununla belə məhkəmə hesab edir ki, əşyanın dəyərinin birgə nikah dövründə, birgə gəlirlər hesabına ödənilməsi işin mübahisə doğurmayan halıdır və həmin vəsaitə hüququ olan X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və ümumi əşya(pul vəsaiti) üzərində iddiaçının sərəncam verməyinə razılıq verməmişdir.
32. Bu səbəbdən də məhkəmə o qənaətə gəlir ki, iddia qismən əsaslı hesab edilməli və cavabdehdən 11250 manat vəsait tutularaq iddiaçıya ödənilməlidir. Tətbiq edilən prosessual normalar
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
36. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
37. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə
38. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11250 (on bir min iki yüz əlli) manat mabləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
39. Bundan əlavə iddia qismən əsaslı olduğundan, iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun 79 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
40. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehdən 11250 (on bir min iki yüz əlli) manat məbləğində pul vəsaiti və 79 (yetmiş doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev