Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2293/2021 08.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlardan gizləndiyi üçün onun məcburi məhkəməyə gətirilərək İddiaçı1 Yaqub oğluna olan 15900 manatın, X1 olan 5600 manatın və İddiaçı3 olan 3600 manat pulun cavabdeh tərəfindən onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar cavabdeh ilə yaxın dostluq münasibətində olmuşlar. Belə ki, cavabdeh Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən “Cənub” kafesini işlətdiyindən onlar hər gün həmin kafeyə gedərək, orada istirahət etmişlər. Aralarında uzun müddət dostluq və yoldaşlı münasibəti olmuşdur. Cavabdeh bir müddət əvvəl mağazalardan onlarından adından 10000 manatlıq əşya götürmüşdür. Vaxtıvaxtında ödəniş edərək hər birinin etibarını qazanmışdır.Sonuncu dəfə öz adlarına mal götürərək ona vermələrinin səbəbi bu olmuşdur. Bildirir ki, cavabdeh onun İddiaçı1 adına “xxxx” MMC-dən 3900 mnat dəyərində məişət əşyaları, “Maqnit“ mağazasından 8000 manat dəyərində qızıl əşyaları, və 4000 manat dəyərində ondan nağd pul almışdır. Göstərilən 4000 manat pulu onun oğlu gəlib evdən aparmışdır. Hazırdada etiraf edir. Atasının bu hərəkətlərini lənətləyir. Məhkəmədə şahid qismində ifadə verməyə söz vermişdir. O, yəni Yolçiyev Zəfər cavabdehi yaxşı, etibarlı bir yoldaş kimi tanımışdır. Ona görə də, cavabdehə etibar etmiş, cavabdeh onun adın “xxxx” MMC-dən onun adına sənədləşdirilməklə məişət əşyaları almışdır. İlk əvvəl ödənişləri etsə də, sonradan 1600 manat həcmində ödəniş etməmişdir. Ona 4000 mnaat məbləğində bir kartdan pul çıxarıb vermişdir. Mağazalardan olan xəbərdarlıqdan sonra məlum olmuşdur ki, cavabdeh pul ödəmir. İddiaçı3 bildirir ki, İddiaçı1 ilə əsgər yoldaşı olmuşdur. Çox uzun müddətdir ki, bir dost kimi ailəvi gediş-gəlişləri olmuşdur. O cavabdehə inanıb 3600 manatlıq məişət əşyaların alıb ona vermişdir.İndi isə cavabdehi tapa bilmirlər. İddiaçı4 cavabdehi Cənub kafesindən tanımışdır. Onun ailəsini və yaşadığı evi tanımışdır. Cavabdeh onun etibarından sui-istifadə edərək, bir neçə dəfə onun adına müəyyən yerlərdən kreditə pul və məişət əşyaları götürmüşdür. Sonunu dəfə “Baku Electronicsə” 1766 manat borclu qalmışdır. Daha sonra “Klass” mağazasından 19.000 manatlıq qızıl zinət əşyalarını götürmüş və heç bir ödəniş etməmişdir. İddiaçı5 cavabdehi 6-cı mikrorayondan olan cənub kafesindən tanıyır. Cavabdeh onun etibarından sui-istifadə edərək, onu aldatmış və ondan 11.000 manat pul almışdır. “Klass” mağazasından qızıl-zinət əşyalarını onun adına kredit götürmüş, bir aylıq ödəniş etmiş, geridə qalan 4060 “Kontakt Home” mağazasından 6500 manat, “İrşad Elektronics” mağazasından 1200 manat, “Era Elektronics” mağazasından 1100 manat məbləğində məişət əşyaları götürmüşdür. Ümumilikdə ona olan faizlə borcu 25.000 manatdır. İddiaçı6 Cavabdeh 6-cı mikrorayonda Cənub kafesindən tanıyır. Cavabdeh onu aldadaraq, onun adına “Baku Electronikcs” mağazasından 3000 mnaat məbləğində məişət əşyaları, və “Klass” mağazasından 24.000 manat dəyərində qızıl-zinət əşyalarını kreditə götürərək ödəniş etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçılar qismində İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 göstərilsə də, ərizənin xahiş etdim hissəsində cavabdehdən yalnız İddiaçı1, İddiaçı2 və İddiaçı3 münasibətdə pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Digər şəxslər iddiaçı qismində qeyd edilsələr də, cavabdehə qarşı hər hansı tələb irəli sürməmişlər. Belə ki, mülki-prosessual qanunvericiliyin mənasına görə iddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Bir qayda olaraq, tələb iddia ərizəsində konkret formada ifadə olunmalıdır. Bundan başqa iş materiallarından görünür ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd də əlavə edilməmişdir. Lakin MPM-nin 108.1.1-ci maddəsində qeyd edilmişdir ki, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 20 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu ödənilir. MPM-nin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə məhkəməyə verilmədiyindən, həmçinin iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçılara izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2293/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2293/2021
08.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver