Məhkəmə qərarları › İş №2(001)-23/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-23/2025

14.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-23/2025 14.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ cəlb edilməklə) “pul və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2.872,02 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməmiş 845,78 kv.m. hissəsinin dəyəri olaraq 1.691,560 AZN məbləğin cavabdehdən tutularaq ona ödənilməsi, zəzərin xx.xx.2016-cı il tarixli müqavilənin bağlandığı tarixdən hesablanması, ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2.872,02 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilmiş 2.026,24 kv.m. hissəsinin binanın təsdiq edilmiş layihəsinə uyğun vəziyyətə gətirilərək, qapı və pəncərələrin quraşdırılması öhdəliyinin cavabdeh şirkətin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış “Mənzil tikintisi və satışı haqqında" xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, "xxxx" MMC ünvan 1 ünvanda inşa edilən, çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində 2872.02 kv.m qeyri yaşayış sahəsini "SİFARİŞÇİ"-yə verməyi, SİFARİŞÇİ" isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. İddiaçı müqavilədə göstərilən məbləğləri ödəmiş, öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Bundan sonra cavabdeh şirkət iddiaçıya qeyri-yaşayış sahələrini təhvil verməkdən boyun qaçırmışdır. Dəfələrlə cavabdeh şirkətə müraciətlər edilsə də, bu müraciətlər cavabsız qaldığından iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. İddiaçının və qeyrilərinin cavabdeh “Aqana Servis" MMC-yə qarşı “yaşayış və qeyriyaşayış sahələrinin təhvil verilməsi" tələbinə dair ilk iddia ərizəsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Aqana Servis” MMC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmışdır. Həmin iş üzrə qəbul edilmiş məhkəmə qərarları: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(001)- 280/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı ilk iddiasının təmin edilməsi; ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2.872,02 kv.m. olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi; iddiaçı "Aqana Servis” MMC-nin cavabdehlər X26, X19, X14 və İddiaçı qarşı "müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi; ... qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-5922/2020 saylı qətnaməsi "Aqana Servis” MMC-nin, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6 və X2 nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 280/2020 saylı iş üzrə 21 yanvar 2020-ci il tarixli qətnaməsinin "X34 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Mənzil tikintisi haqqında miiqavilə"nin qismən, yəni ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən 90 və 91 saylı yaşayış sahələrinin ümumi sahəsini təşkil edən 337,80 kv.m. yaşayış sahəsinin X26 təhvil verilməsi hissəsində etibarsız hesab edilməsi" hissəsində ləğv olunması; qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması - qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-1909/2021 saylı Qərarı ilə cavabdeh "Aqana Servis” MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5922/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsinin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin həmin Qərarı qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Həmin məhkəmə qərarlarının icrası ilə bağlı: xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin icra məmurlarının və iş üzrə tələbkarların, hal şahidlərinin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5922/2020 saylı icra sənədinə əsasən, tələblər xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə qismən icra edilmiş, yaşayış və qeyri-yaşayış sahələrini tələbkarlara təhvil verilməsi istiqamətində müvafiq icra hərəkətləri aparılmışdır. ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2.872,02 kv.m. olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsinin "Aqana Servis” MMC-yə həvalə edilməsi qərara alınsa da, Binəqədi Rayon İcra Şöbəsi tərəfindən məhkəmə qərarında nəzərdə tutulmuş yalnız 2.026,24 kv.m. qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmiş, qalan 845,78 kv.m. qeyri-yaşayış sahəsinin isə faktiki mövcud olmadığı iddiaçıya bildirilmişdir. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahələrinin dəyərinin ödənildiyi işin mübahisələndirilməyən hallarındandır. Bu hala Binəqədi Rayon Məhkəməsində qaldırılan iddiada tam hüquqi qiymət verilmişdir. Eyni zamanda icra hərəkətləri aparılan zaman təhvil verilən 2.026,24 kv.m. sahənin qapı və pəncərələrinin olmadığı müəyyən edilmişdir. Belə ki, hazırda həmin binanın iddiaçıya məxsus olan qeyriyaşayış sahəsi istismara yararsız vəziyyətdədir. Cavabdeh şirkət tərəfindən binanın iddiaçıya məxsus olan hissəsinin təsdiq edilmiş layihəyə uyğun vəziyyətə gətirilməsi üçün heç bir tədbir görülmür. Binada iddiaçıya məxsus olan sahədən başqa bütün digər sahələrin pəncərə və qapıları quraşdırılmışdır. Dəfələrlə şirkətə iddiaçıya məxsus sahələrin qapı və pəncərələrinin quraşdırılmasının lazım olduğu bildirilsə də, buna heç bir məhəl qoyulmamışdır. Bununla da cavabdeh şirkət müqavilə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırır. Hal-hazırda qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə qeyri-yaşayış sahələrinin hər 1 kv.m.-nin dəyəri 2.000 AZN təşkil edir. Belə olan halda cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ aşağıdakı kimi hesablanmalıdır: 1 kv.m üçün hazırkı satış qiyməti - 2.000 AZN olduğu halda; 845,78 kv.m.*2.000 = 1.691,560 AZN. Daha sonra iddiaçının nümayəndəsi və vəkili “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2.872,02 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməmiş 845,78 kv.m. hissəsinin dəyəri olaraq 2.368.184 AZN məbləğin və ödənilmiş 2075 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi, ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2.872,02 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilmiş 2.026,24 kv.m. hissəsinin binanın təsdiq edilmiş layihəsinə uyğun vəziyyətə gətirilərək, qapı və pəncərələrin quraşdırılması öhdəliyinin cavabdeh şirkətin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, hazırkı iş üzrə İddiaçı Aqana Servis MMC-yə qarşı iddia qaldıraraq ünvan 3 ünvanında inşa edilmiş binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2872.02 kv.m olan qeyri yaşayış sahəsinin təhvil verilməmiş 845.78 kv.m hissəsinin dəyəri olaraq 1.691.560 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsi, ünvan 3 ünvanında inşa edilmiş binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2872.02 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilmiş 2026.24 kv.m hissəsinin binanın təsdiq edilmiş layihəsinə uyğun vəziyyətə gətirilərək, qapı və pəncərələrin quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsassızdır və hesab edirlər ki, aşağıdakı əsaslara görə təmin olunmamalıdır. 1) Hazırki mübahisə predmetini təşkil edən müqavilələri və eyni zamanda bundan əlavə bir neçə müqaviləni saxtalaşdırmaqla bağlı X27 və X28 tərəfindən cinayət əməllərinin törədilməsi faktlarına əsasən xx.xx.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.3, 178.3.2, 179.2.3, 179.3.2, 308.1-ci maddələri ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi başlanılmışdır. Bundan öncə də hazırkı mübahisə predmetini təşkil edən müqavilələr də daxil olmaqla bir neçə müqaviləni saxtalaşdırmaqla bağlı X27 və X9 əməllərinə görə xx.xx.2019-cu il tarixdə fakta görə Cinayət Məcəlləsinin 320.1-ci və 320.2ci maddələri ilə Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanmışdır. Həmin cinayət işi də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan cinayət işinə birləşdirilmişdir. Həmin iş üzrə ittiham aktı təsdiq edilərək Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Hökmü ilə X27 və X28 308.2 və 313-cü maddələr üzrə təqsirli bilinmişlər. Həmin Hökmlə müəyyən edilmişdir ki, X27 2015-ci ilin sentyabr ayının əvvəllərində X28 ilə birlikdə tanışı 2016-cı ilin iyul ayının ortalarında X28 ilə birlikdə tanışı İddiaçı 2.872.020 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini Cavabdeh MMC-nin xəzinəsinə mədaxil etmədən, İddiaçı həmin borcu qaytarmayacağı təqdirdə Cavabdeh MMC tərəfindən ünvan 4 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan onun adına borcu dəyərində qeyri-yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 558-566-cı məhəllə ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə özünün təsisçisi, Valeh Əliyevin isə direktoru olduğu Cavabdeh MMC tərəfindən ünvan 4 ünvanında inşası nəzərdə tutulan, lakin, hələ inşasına başlanılmamış binanın 1 və 2-ci mərtəbələrində yerləşən 2.872,02 kv.m ölçülü qeyri- yaşayış sahəsinin 2.872.020 manata 18 iyul 2016-cı il tarixdə İddiaçı satılması görüntüsü yaratmaq məqsədi ilə Valeh Əliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqaviləni və həmin qeyri-yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair həmin tarixli 07/01 nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor: Əliyev V.M” yazılarının qarşısında Valeh Əliyev tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri İddiaçı təqdim etməklə X28 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Cavabdeh MMC-nin təsərrüfat fəaliyyəti və işgüzar nüfuzu ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə Valeh Əliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Hökmlə müəyyən olunur ki, yaşayış və qeyri-yaşayış sahələrinin ittiham aktında göstərilən şəxslərə yəni, X31, X34, X20, İddiaçı, X10, X21, X22, X29 və X1 dair müqavilələr üzrə, həmin müqavilədə göstərilən məbləğlərlə bağlı Valeh Əliyev ifadələrində bildirir ki, həmin məbləğlər ona verilməmişdir, həmin məbləğlərdən xəbəri yoxdur. Hökmdə qeyd olunur ki, məhkəmə həmçinin məhkəmə istintaqı zamanı X31, X34, X20, İddiaçı və X11 Cavabdeh MMC-dən alqı-satqı əsasında mənzil və qeyri-yaşayış sahələri aldıqlarını, bunun heç bir borc məbləği ilə əlaqədar olmadığı, borcun qaytarılması üçün görüntü məqsədi olmadığını, real olaraq alqı-satqı bağlandığı barədəki ifadələrinə qiymət verərək, qeyd edir ki, həmin şəxslərin ifadələrinin bu hissələri digər şahidlərin ifadələri və iş materiallarındakı yuxarıda sadalanan sübutlarla təkzib edilir, təsdiq edilmir. Ona görə də onların bu ifadələri görüntü yaranmaq üçün bağlanmış həmin müqavilələrdəki yaşayış və qeyri-yaşayış sahələrini sonradan əldə etmək məqsədi daşıdığı, görüntü üçün bağlanmış həmin müqavilələrdəki yaşayış və qeyri-yaşayış sahələrini itirməmək, bununla bağlı əmlak hüquqlarından məhrum olmaqdan özünümüdafiə xarakteri daşıyır. 2) Nağıyev Azad tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli Aktda cəmi 36 mənzil satıldığını və qeyriyaşayış sahəsi satılmadığı göstərilmiş, xx.xx.2019-cu il tarixdə həmin dövrdə direktor olmuş Əliyev Valeh tərəfindən imzalanmış Aktda 37 mənzil satıldığını və qeyri-yaşayış sahəsi satılmadığı göstərmiş, İddiaçı həmin siyahıların heç birində yoxdur. Nağıyev Azad və Əliyev Valeh cinayətkar əməlləri üzrə həbs edildikdən sonra xx.xx.2019-cu ildə İddiaçı da daxil olmaqla və müxtəlif şəxslərlə Nağıyev Azad arasında bağlanılan saxta müqavilələrin və maliyyə arayışlarının surətləri Aqana Servis MMC-nin ünvanına poçt vasitəsilə daxil olmuşdur. 3) Yuxarıdakı hallar müəyyən etməyə əsas verir ki, bu müqavilələr üzrə iradə ifadəsi Cavabdeh MMC-nin yox, bu cür cinayətkar əməllər törətmiş və hazırda X28 ilə birgə həbsdə olan X12 iradə ifadəsidir. Yuxarıda qeyd edilən halların nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: “İcraçı” Cavabdeh MMC-nin direktoru X28 ilə “Sifarişçi” İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Mənzil tikintisi və satışına daiq müqavilə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Sifarişçi” bu müqavilədə göstərilənlərlə tam razılaşaraq və onlata qeyri-şərtsiz əməl edərək almaq üçün sifariş edir, “İcraçı” isə ünvan 6 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 2872,02 kv.m. olan qeyri-yaşayış sahəsini “Sifarişçi”yə satır. Qeyri-yaşayış sahəsinin 1 m² üçün qiymət 1000 manat məbləğində müəyyən edilmişdir. Qeyri-yaşayış sahəsinin X33 ******* manat təşkil edir. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 6 ünvanında inşa edilən yaşayış binasının 1 və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 2872.02 m² olan qeyri-yaşayış sahəsinə dair İddiaçı Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-280/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X15 Cavabdeh MMC-yə qarşı ilk iddiası təmin edilmiş, ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 2-ci blokunun, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 461,34 kv.m, 3-cü blokunun, 1-ci mrətəbəsində yerləşən ümumi sahəsi 384,44 kv.m. qeyri-yaşayış sahəsinin, A blokunun, 1-ci giriş, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99,6 kv.m. olan 62 saylı, iki otaqlı yaşayış sahəsinin, A blokunun, 2-ci giriş, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100,2 kv.m. olan 144 saylı, iki otaqlı yaşayış sahəsinin, B blokunun, 17 mərtəbəsində yerləşən ümumi sahəsi 150.9 kv.m. olan 112 saylı, 3 otaqlı yaşayış sahəsinin iddiaçı X19 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, iddiaçı X11 Cavabdeh MMC-yə qarşı ilk iddiasının təmin edilməsi, ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının B blokunun, 17 mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 111 saylı, 4 otaqlı yaşayış sahəsinin, B blokunun, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m. olan 35 saylı, 3 otaqlı yaşayış sahəsinin, B blokunun, 17-ci mrətəbəsində yerləşən ümumi sahəsi 68,7 kv.m. olan 109 saylı, 1 otaqlı yaşayış sahəsinin, A blokunun, 1-ci giriş, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,0 kv.m. olan 63 saylı, iki otaqlı yaşayış sahəsinin, B blokunun, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m. olan 28 saylı, 3 otaqlı yaşayış sahəsinin iddiaçı X14 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, iddiaçı X23 Cavabdeh MMC-yə qarşı ilk iddiasının qismən tımin edilməsi, ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının A və B blokunun, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 1,464 kv.m olan yaşayış sahəsinin 1.126,20 kv.m hissəsi (B blokunun, 14-cü mərtəbəsində yerləşən 90 saylı və 91 saylı yaşayış sahələrinin ümumi sahəsini təşkil edən 337,80 kv.m. istisna olmaqla), A və B blokunun, 3-cü mərtəbəsində yerləşən 1.464,46 kv.m. olan yaşayış sahəsinin iddiaçı X26 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, iddiaçı X23 Cavabdeh MMC-yə qarşı ilk iddiasının qalan hissədə rədd edilməsi, iddiaçı /kbərov Aləm Qulu oğlunun Cavabdeh MMC-yə qarşı ilk iddiasının təmin edilməsi, ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2.872,02 kv.m. olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X26, X19, X24 və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X35 oölunun iddiasının qismən təmin edilməsi, X34 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilə” qismən, yəni ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun, 14-cü mərtəbəsində yerləşən 90 saylı və 91 saylı yaşayış sahələrinin ümumi sahəsini təşkil edən 337,80 kv.m. yaşayış sahəsinin X26 təhvil verilməsi hissəsində etibarsız hesab edilməsi, ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m olan 90 saylı, 4 otaqlı və ümumi sahəsi 150,9 kv.m. olan 91 saylı, 3 otaqlı yaşayış sahələrinin iddiaçı X7 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 iddiasının qalan hissədə rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 cavabdeh X14, X19 və Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 5922/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh MMC-nin, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6 və X2 nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-280/2020 saylı qətnaməsi “X34 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin qismən, yəni ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının B blokunun, 14-cü mərtəbəsində yerləşən 90 və 91 saylı yaşayış sahələrinin ümumi sahəsini təşkil edən 337,80 kv.m. yaşayış sahəsinin X26 təhvil verilməsi hissəsində etibarsız hesab edilməsi” hissəsində ləğv olunmuş, X4 həmin iddia tələbinin təmin edilməməsi, qətnamənin “yaşayış binalarının A və B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 1464 kv.m. olan yaşayış sahəsinin 1126,20 kv.m. hissəsinin, A və B blokunun 3-cü mərtəbəsində yerləşən 1464,46 kv.m. olan yaşayış sahəsinin X26 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi” hissəsində dəyişdirilərək Faiq Qasımova A və B blokunun 14-cü mərtəbəsindən təhvil verilməli yaşayış sahəsinin 555,2 m², A və B blokunun 3-cü mərtəbəsindən təhvil verilməli sahənin 1180,96 m² müəyyənləşdirilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması, Bakı şəhəri, Mir Cəlal küçəsi, 145 ünvanında inşa edilən binanın 14-cü mərtəbəsində yerləşən 3 otaqlı 47 saylı mənzilin X13 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yı həvalə edilməsi, X8 iddia tələblərinin qalan hissədə təmin olunmaması, müvafiq qərardadla apellyasiya şikayətlərinin qismən təmin olunaraq müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 “ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 90 saylı 4 otaqlı və ümumi sahəsi 150,9 kv.m. olan 91 saylı 3 otaqlı yaşayış sahələrinin ona təhvil verilməsi” tələbinin baxılmamış saxlanıldığı və qətnamənin həmin hissədə ləğv edildiyi nəzərə alınması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollgeiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1909/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5922/2020 saylı qətnaməsi kassasiya şikayəti ilıə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli aktın sürətindən görünür ki, icra sənədi üzrə cəmi təhvil verilməli – 2872.02 m², hər iki mərtəbə üzrə ümumi təhvil verilən sahə - 2026,24 m², təhvil verilməsi mümkün olmayan sahə - 845,78 m². Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-190/2021 saylı hökmünün surətindən görünür ki, X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Cinayət Prosesual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X16 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə qəti olaraq təyin olunmuş 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 09 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunan cəza ilə, əsas və əlavə cəzalar ayrı-ayrılıqda qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə, ona qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzasının əvvəlinin 30 aprel 2019-cu il tarixdən hesablanması müəyyən edilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, X28 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X28 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Cinayət Prosesual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X17 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə qəti olaraq təyin olunmuş 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 09 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunan cəza ilə, əsas və əlavə cəzalar ayrı-ayrılıqda qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə, ona qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 30 aprel 2019-cu il tarixdən hesablanması müəyyən edilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-273/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs X12 müdafiəçisi X18, məhkum edilmiş şəxs X28 və zərərçəkmiş hüquqi şəxs Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin X27 və X9 Azərbaycan Respublikasl CM-nin 308.2-ci maddəsi ilə məhkum edilmələrinə dair xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmişdir. X27 və X17 vəzifə saxtakarlığı ilə bağlı irəli sürülmüş ittihamdan X34, X31 və X14 aid müddəalar hökmüdən və ittihamdan xaric edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-855/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum V.M./liyevin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Cavabdeh MMC-nin direktoru S.Y.Hüseynovun kassasiya şikayətləri təmin ediməmişdir. Dövlət ittihamçısı Z.A.Rmazanovun kassasiya protesti, məhkum A.X.Nağıyevin və onun müdafiəçiləri A.Ə.Kərimovun və V.İ.İsrafilovun kassasiya şikayətləri qismən təmin edilmişdir. X12 və X9 hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından və onunla bağlı Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən A.X.Nağıyevin və V.M.Əliyevin hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissələrdən onların X30 və X13 münasibətdə vəzifə saxtakarlığını törtəmələrinə dair müddəalar xaric edilmişdir. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən, Cavabdeh MMC inşa edilən çoxmərtəbəli yaşayış binasının birinci və ikinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsinin sahəsi 1891.9 kv.metr (936.12+956.8), ikinci mərtəbəsinin sahəsi isə 1700.8 kv.metr (836.8+864.0) təşkil etməklə, ümumi sahəsinin 3592.7 kv.metr (1891.9+1700.8) təşkil etdiyi müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 saylı çoxmərtəbəli yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsinin: 1 kv.metrinin bazar dəyəri: 2800 manat, Likvid dəyəri: 2600 manat təşkil edir. xx.xx.2022-ci il tarixli və xx.xx.2025-ci mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün məhkəmənin hesabına 2076 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2.872,02 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməmiş 845,78 kv.m. hissəsinin dəyəri olaraq 2.368.184 AZN məbləğin cavabdehdən tutularaq ona ödənilməsi, zəzərin xx.xx.2016-cı il tarixli müqavilənin bağlandığı tarixdən hesablanması, ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2.872,02 kv.m olan qeyriyaşayış sahəsinin təhvil verilmiş 2.026,24 kv.m. hissəsinin binanın təsdiq edilmiş layihəsinə uyğun vəziyyətə gətirilərək, qapı və pəncərələrin quraşdırılması öhdəliyinin cavabdeh şirkətin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin əsaslılığı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllınin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə “Mənzil tikintisi və satışına daiq müqavilə” bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, yəni ona satılacaq qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən ******* manat məbləği ödəmiş (maliyyə arayışına əsasən), lakin cavabdeh tərəf müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Belə ki, iş materiallarında olan aktdan müəyyən olunur ki, icra sənədi üzrə cəmi təhvil verilməli olan 2872.02 m² sahənin cəmi 2026,24 m² sahəsi təhvil verilmiş, qalan 845,78 m² sahənin isə təhvil verilməsi mümkün olmamışdır. Həmçinin, təhvil verilmiş 2026,24 m² qeyri-yaşayış sahə üzrə cavabdeh digər öhdəlikləri də yerinə yetirməmiş, yəni həmin qeyri-yaşayış sahəsinin təsdiq edilmiş layihəsinə uyğun vəziyyətə gətirilərək, qapı və pəncərələrin quraşdırılmasını təmin etməmiş, qeyri-yaşayış sahəsi natamam vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Belə olan halda, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin, Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə diqqətə çatdırır ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Bu səbəbdən məhkəmə iddianın təhvil verilməmiş sahənin əvəzinin ödənilməsi hissəsini qismən əsaslı hesab edir. Belə ki, məhkəmə hesab edir ki, illik 5 faiz zərərin hansı müddət üçün hesablanmasının müəyyən edilməsi məqsədi ilə ilk öncə cavabdehin əmlak kompleksinin dəyərini ödəmək vəzifəsinin hansı tarixdə yaranması aydınlaşdırılmalıdır. Mülki işdən görünür ki, iddiaçı və cavabdeh arasında müqavilə xx.xx.2016-cı il tarixdə bağlansa da, həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qərar icra olunması üçün icraya yönəldilmiş və xx.xx.2021-ci il tarixdə icra sənədi qismən icra edilmişdir. İşdən də göründüyü kimi, müqavilə bağlanarkan hər kvadrat metr üçün 1000 (min) manat müəyyən edilmişdir. İcra sənədinin icrası zamanı müəyyən edilmişdir ki, icra sənədi üzrə cəmi təhvil verilməli – 2872.02 m², hər iki mərtəbə üzrə ümumi təhvil verilən sahə - 2026,24 m², təhvil verilməsi mümkün olmayan sahə - 845,78 m². Ona görə də məhkəmə belə qənaətə gəlir ki, öhdəliyin icrasının gecikdirilməsinin başlanğıcı Binəqədi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli aktından götürülməlidir. Məhkəmə müqavilədə göstərilən məbləği, yəni 1000 (min) manatı götürərək riyazi üsulla (1000 X 845,78=845780 manat) və gecikdirilmə müddətinin xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixədək 3 il 4 ay (40 ay) olmasını nəzərə alaraq riyazi üsulla (845780 manat x 5% = 42289 manat (bir ilin faizi), gecikdirməni aylar üzrə hesablanarkan 40 aya bərabər tutulir. Bir ay üçün gecikmə faizi 3524,08 manat təşkil edir (42289/12). Gecikdirmə aylarının 40 ay nəzərə alsaq (3 il 4 ay)x3524,08=140963,20) hesabalandıqda 5 faizlə tutulmalı məbləğ 140963,20 manat təşkil edir. İddiaçı öz tələbində yaşayış-sahəsinin təhvil verilməmiş hissəsi üçün 2.368.184 AZN manat pul tələb etmişdir. Gecikdirilmə müddətinin xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixədək 3 il 4 ay (40 ay) olmasını nəzərə alaraq riyazi üsulla hesabalandıqda tutulmalı məbləğin ümumilikdə (845780+140963,20) 986743,20 təşkil etdiyinin nəzərə alaraq, iddia tələbi həmin hissədə qismən təmin edilməli və 986743,20 manat məbləğində vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə cavabdehin məhkəmə qərarının tam olaraq icra edilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə qərarının tam şəkildə 3 il 4 ay (40 ay) müddətində həmin icra edilməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur ki, bu, iddiaçıya qanunda nəzərdə tutulan gecikdirilmiş müddət üçün illik beş faiz zərər məbləği ödənilməklə kompenasiya edilə bilər. Məhkəmə xatırladır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xatakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarında eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2.872,02 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməmiş 845,78 kv.m. hissəsinin dəyəri olaraq 986743,20 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2.872,02 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilmiş 2.026,24 kv.m. hissəsinin binanın təsdiq edilmiş layihəsinə uyğun vəziyyətə gətirilərək, qapı və pəncərələrin quraşdırılması öhdəliyinin cavabdeh şirkətin üzərinə qoyulması müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən ödənilmiş 865 manat dövlət rüsumunun əvəzi olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyərini təşkil edən 10 manat məbləğində vəsait cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2.872,02 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməmiş 845,78 kv.m. hissəsinin dəyəri olaraq 986743,20 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 865 manatı tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC-nin üzərinə ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2.872,02 kv.m olan qeyriyaşayış sahəsinin təhvil verilmiş 2.026,24 kv.m. hissəsinin binanın təsdiq edilmiş layihəsinə uyğun vəziyyətə gətirilərək, qapı və pəncərələrin quraşdırılması öhdəliyi qoyulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar