Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2309/2021 16.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi və gələcəkdə yenidən su axımı probleminin cavabdehin hesabına aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi və gələcəkdə yenidən su axımı probleminin cavabdehin hesabına aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən mənzildən dəfələrlə su axıdılaraq iddiaçının mülkiyyətində olan əmlaka zərər vurulmuşdur. Altıq 5 ildir ki, cavabdehin mənzilində bu problem vardır. İddiaçı hər dəfə mənzilini özü təmir etdirmiş cavabdehə isə xəbərdarlıq edərək mənzilində olan problemin aradan qaldırılmasını xahiş etmişdir. Lakin, cavabdeh bu xəbərdarlıqlara məhəl qoymamış və bu problem yenə də təkrarlanmışdır. Nəticədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, Cavabdeh onun bacısıdır. Bacısının mənzilindən iddiaçının mənzilinə su axıntısı olmuş, onun tərəfiindən su axıntısına səbəb olmuş nasazlıqlar aradan qaldırılmış, lakin əsas məsələ bacısından yuxarı mərtəbədə yaşayan qonşunun mənzilindən axıdılan su ilə bağlıdır. Evin o hissəsi mütəmadi su axıdılmasına görə ümumiyyətlə qəzalı vəziyyətdədir. Bundan əlavə iddiaçı özü texniki şərtləri pozmuş və otağını Cavabdeh hamamının altında yerləşdirməklə ona daha böyük ziyanın dəyməsinə şərait yaratmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak 28.04.2012-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 113 saylı MKİS-in mühəndisi Məmmədov A.O., Babayev Z.Ə., Hüseynov S.E. tərəfindən imzalanmış 25.01.2021-ci il tarixli aktda göstərilmişdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5075, ev 2, mənzil 1 ünvanında yaşayan İddiaçı şikayəti əsasında göstərilən ünvana baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, üst qatdan – yəni, ikinci mərtəbədə yerləşən üçüncü mənzildən axan su nəticəsində qeyd olunan mənzil islanmışdır. Bu hadisə dəfələrlə təkrarlanıb. İş materiallarında olan Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5075, ev 2, mənzil 3 Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan 20.09.2021-ci il tarixli, 10/2939 saylı ekspert rəyində göstərilmişdir ki, “ ... Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5075 ünvanında yerləşən 2 saylı evin 3-cü mənzilinə baxış keçirilən zaman mənzilin su və kanalizasiya xətlərinin gizli (divardaxili) olduğu və aşkarda olan hissələrində qüsurların olmadığı müşahidə olunmuşdur. Lakin 1 saylı mənzildə müşahidə olunan su sızma izlərini və mülki işin materiallarında olan 113 saylı MKİS-in mühəndisləri tərtib etdikləri 25.01.2021-ci il tarixli aktı nəzərə alaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5075 ünvanında yerləşən 2 saylı evin 1 saylı mənzilinə həmin ünvanda yerləşən 3 saylı mənzildən su sızdığı müəyyən olunur. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5075 ünvanında yerləşən 2 saylı evin 1 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri 692 manat məbləğində müəyyən olunur”. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, su sızma o səbəbdən baş verir ki, cavabdehin evində trap yoxdur və istər-istəməz yer yaş olduğu təqdirdə, su aşağı sızır. Cavabdeh evində su sızan yerə trap qoyduğu təqdirdə, iddiaçının ondan hər hansı başqa tələbi olmayacaq. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddiaçının nümayəndəsinin təklifinə cavab olaraq bildirdi k, su cavabdehin mətbəxindən sızırdı. Mətbəxə də trap qoyulması mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1098.2-ci maddəsinə müvafiq olaraq, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli, hüquqi yardıma görə ödəmilmiş pulun 50 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bələliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, dəymiş maddi ziyanın əvəzi olaraq 692 manat məbləğində pul və hüquqi yardıma görə iddiaçı təfəfindən vəkilə ödənilmiş pulun 50 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, İddiaçı mülkiyyətində olan mənzilə suyun axıdılmasının qarşısının alınması üçün müvafiq təmirbərpa işlərinin aparılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 23.94% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 7,18 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Dəymiş maddi ziyanın əvəzi olaraq 692 (altı yüz doxsan iki) manat məbləğində pul, hüquqi yardıma görə iddiaçı təfəfindən vəkilə ödənilmiş pulun 50 (əlli) manat hissəsi və ödənilmiş dövlət rüsumunun 7,18 (yeddi manat on səkkiz qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı mülkiyyətində olan mənzilə suyun axıdılmasının qarşısının alınması üçün müvafiq təmir-bərpa işlərinin aparılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının 50 (əlli) manat dəyəri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Ödənilmiş dövlət rüsumunun 22,82 manat və vəkilə ödənilmiş pul vəsaitinin 50 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2309/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2309/2021
16.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver