Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2311/2023 01.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzdə Fuad Fərhad oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehlərdən müştərək qaydada yol-nəqliyyat hadisəsi zamanı avtomobilinin əmtəə dəyərinin itirilməsi ilə bağlı dəymiş 4100 (dörd min yüz) manatın, əldən çıxmış fayda 2100 (iki min yüz) manatın, mütəxəssis rəyi üçün ödədiyi - 150 (yüz əlli) manatın ödədiyi dövlət rüsumu - 84 (səksən dörd) manatın, ümumilikdə 6434 manatın alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan **-KY-*** dövlət qeydiyyat nişanlı “Kia Forte” (Cerato) markalı avtomobili "xxxx" MMC ilə arasında bağlanmış müqavilə əsasında həmin şirkətin müvəqqəti sahibliyində olmuşdur. "xxxx" MMC ilə müştərisi Cavabdeh1 arasında 19 noyabr 2022-ci il tarixində müqavilə bağlanmış və bu əqd əsasında Cavabdeh1 **-KY-*** dövlət qeydiyyat nişanlı “Kia Forte” (Cerato) markalı avtomobili 2 günlük icarəyə götürmüşdür. Bu iki gün ərzində Cavabdeh1 avtomobili qanunla icazə verilmiş sürət həddini xeyli aşmaqla sürdüyünə görə bir neçə dəfə xəbərdarlıq edilmişdir. 21 noyabr 2022-ci il tarixdə Cavabdeh1 ona məxsus olan avtomobil ilə qəza törətmişdir. Belə ki, Bakı şəhəri “8 Noyabr” prospektində baş verən qəzada onun mülkiyyətində olan avtomobil Cavabdeh2 idarə etdiyi 99-F1S-576 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobillə toqquşmuşdur. Nəticədə avtomobilinə ciddi ziyan dəymişdir. Zərərin bir hissəsi sığorta şirkəti tərəfindən ödənmişdir. Qalan avtomobilinə dəymiş zərərlə bağlı Cavabdeh1 dəfələrlə müraciət etsəm də o əvvəlcə ödəyəcəyini bildirsə də sonradan ümumiyyətlə onunla kontakta girməmişdir. Həm müqavilələrdə göstərilən öhdəliklərin yerinə yetirilməməsi, həm də mülki hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdehlərin təqsiri ucbatından avtomobilinin əmtəə dəyəri itirmişdir. Avtomobilin öz əmtəə dəyərini yolnəqliyyat hadisəsi nəticəsində itirməsi real zərərin tərkibinə daxildir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən görünür ki, zərər 2 yerə bölür: real zərər və əldən çıxmış fayda. Əmlakın zədələnməsi real zərərə aiddir. “Əmlak” isə ümumi anlayışdır: mənzil, qaraj, avtomobil və digər əşyalar əmlakdır. Ona görə də real zərərin həcmi müəyyən edilərkən hər bir əşyanın özünəməxsus xüsusiyyəti nəzərə alınmalıdır. Avtomobilin xüsusiyyəti odur ki, o, qəzaya uğradıqda (mexaniki zədə aldıqda) əmtəə dəyərini itirir. Məs., qəza keçirmiş avtomobil təmir olunsa da qəza keçirməmiş bənzər bir avtomobildən ucuz satılır. Bunu başqa əşyaya, məs., mənzilə bütün hallarda aid etmək olmaz. Su axma nəticəsində tavanı və divarları zədələnmiş mənzil təmir olunduqdan sonra, su axmaya məruz qalmamış bənzər Bir mənzillə eyni qiymətə satıla bilir. Rusiyada bu məsələyə dair izahlar verilib. Belə ki, RF Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli, 20 №-li qərarının 41-ci bəndinə görə əmtəə dəyərinin itirilməsi - nəqliyyat vasitəsinin dəyərinin azalmasını ifadə edir, o, yol nəqliyyat hadisəsi və sonrakı təmir səbəbiylə ayrı-ayrı detalların, bənd və aqreqatların, birləşmə və qoruyucu örtüklərin möhkəmliyinin və uzunömrlüyünün azalması nətisəsində nəqliyyat vasitəsinin vaxtından əvvəl əmtəə (xarici) görünüşünün və istismar keyfiyyətlərinin pisləşməsi ilə yaranır. Plenum daha sonra qeyd edir ki, buna görə nəqliyyat vasitəsinin təmirinin və ehtiyat hissələrin dəyəri ilə yanaşı əmtəə dəyərinin itirilməsi də real zərərə aiddir. Aparılmış hesablamar nəticəsində bu tip avtomobillərin - qəzasız, rənglənməmiş, yaxşı vəziyyətdə olduğu halda 12 dekabr 2022-ci il tarixinə bazar dəyəri 20500 (iyirmi min beş yüz) manat təşkil edir və mütəxəssis tərəfindən edilən təhlillərə əsasən avtomobilinin əmtəə dəyərinin itirilməsi nəticəsində dəymiş zərərin məbləği nəqliyyat vasitəsinin bazar dəyərinin (20500 manat) məbləğinin 20% (itirilmiş əmtəə faizi) həcmində hesablanaraq 4100 (dörd min yüz) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı ümumiyyətlə qəbul etməyərək bildirdi ki, o, hadisəni digər cavabdeh səbəbindən törətmişdir. O, avtomaşını surətlə idarə etməsəydi və qırmızı işıqda keçməsəydi bu hadisə baş tutmayacaqdır. Avtomaşınına ziyan dəyib, maşınının qiyməti 14.000 manat olsa da, o, hadisədən sonra maşını məcbur olub 14.000 manata satmışdır. Ona cərimə yazılıb, həmin cəriməni də o, ödəmişdir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, müstəntiq ona nə deyibsə, həmin sözləri də o, izahatda yazmışdır. Müstəntiq ona demişdir ki, ziyanı sığorta ödəyəcək. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh1 iddianı ümumiyyətlə qəbul etməyərək bildirdi ki, o, rayona getmək üçün, "xxxx" MMC-dən kirayəyə avtomaşın götürmüşdür. Hadisə digər cavabdehin günahı ucbatından baş verib. İnzibati protokol onun barəsində deyil, Eminovun barəsində tərtib olunub. O, heç bir yerdə işləmir, himayəsində azyaşlı övladı var, sosial müavinət alır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını məcmu halda araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: "xxxx" MMC (icarəyəgötürən) ilə İddiaçı (icarəyəverən) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 033 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyəverən 2016-cı il buraxılışlı, **-KY-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” markalı avtomobili sonuncuya icarəyə verir. Bu müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədədir. Müqaviləyə əlavə edilmiş 1 nömrəli Təhvil-Təslim aktından görünür ki, avtomobil həm texniki, həm də vizual cəhətdən tam saz vəziyyətdə icarəyəgötürənə təhvil verilmişdir. ƏN-İ 940054 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı **-KY-*** dövlət qeydiyyat nişanlı, “Kia Forte” markalı avtomobili idarə etməyi "xxxx" MMC-yə etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər, etibarnamə 12.2032-ci il tarixədək qüvvədədir. "xxxx" MMC (icarəyəverən) ilə Cavabdeh1 (icarəyəgötürən) arasında bağlanmış 104 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyəverən 2016-cı il buraxılışlı, **-KY-*** dövlət qeydiyyat nişanlı, “Kia” markalı avtomobili icarədarın müvəqqəti istifadəsinə vermişdir. İcarəçi avtonəqliyyat vasitəsinin istifadəsinin 1 sutkası üçün 65 manat ödəyir. Toplam 130 manat qiymətlərə icbari/kasko sığorta daxildir. Bu müqavilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədədir. Müqaviləyə əlavə edilmiş 1 və 2 nömrəli Təhvil-Təslim aktlarından görünür ki, avtomobil tam saz vəziyyətdə sonuncuya təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC “Kia Forte” markalı avtomobili idarə etməyi xx.xx.2022-ci il tarixə qədər Cavabdeh1 etibar etmişdir. "xxxx" MMC və İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, **-KY-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” markalı avtomobili qəzalı vəziyyətdə və bu vəziyyətdə istismara yararsızdır. xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və TP ******* nömrəli qərardan görünür ki, göstərilən tarixdə Cavabdeh2 **-HS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz B200” minik markalı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törədərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində (327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona, bu səbəbdən 60 manat məbləğində cərimə tətbiq edilmişdir. Cavabdeh2 Bakı şəhəri BPİ-nin DYP-də verdiyi izahatın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:00 radələrində Babək prospektindən üzü 8 noyabr prospektinə doğru etibarnamə əsasında idarə etdiyi Mercedes Benz markalı, **- MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8 noyabr prospektinə daxil oldu. Hərəkət etdiyi yalnız düzünə nişan olan yerdən o isə idarə etdiyi avtomobilə sola dönmə edərkən ağşəhər dənizkənarından 8 noyabr prospektinə daxil olan ** KY *** nömrəli avtomobilin qabaq hissəsi ilə toqquşdur. Zərbədən avtomobili bardura dəydi. Qəza zamanı tək olmuşdur. Xoşbəxtlikdən bədən xəsarəti almamışdır. Hadisə baş verməzdən əvvəl spirtli içki qəbul etməmişdir. Cavabdeh1 Bakı şəhəri BPİ-nin DYP-də verdiyi izahatın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:00 radələrində Dənizkənarı Ağşəhər istiqamətindən üzü 8 noyabr prospektinə doğru yol vərəqəsi əsasında idarə etdiyi “KİA” FORTE minik markalı ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iləhərəkətdə olan zaman işıqfor yaşıl işığından sarı işığına keçən zaman **-MS-*** nömrəli avtomobilin sürücüsü qarşısında manevr edib sola dönən zaman onun idarə etdiyi avtomobillə toqquşdu. Zərbədə onun idarə etdiyi avtomobil bardura dəyərək yaşıllaşdırmaya dəydi. Qəza zamanı onunla bacısı maşında olmuşdur. Xoşbəxtlikdən bədən xəsarəti almamışlar. Hadisə baş verməzdən əvvəl spirtli içki təsiri altında olmamışlar. Qəza zamanl hava şəraiti yağmursuz idi. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, aparılmış hesablamalar nəticəsində bu tip avtomobillərin - qəzasız, rənglənməmiş, yaxşı vəziyyətdə olduğu halda 12 dekabr 2022-ci il tarixinə bazar dəyəri 20500,0 (iyirmi min beş yüz) manat təşkil edir. Nəzərə alınsa ki, qiymətləndirdikləri buraxılış ili 2016-cı il olan, “KİA” FORTE minik markalı ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpasına çəkiləcək xərc 8849,0 (səkkiz min səkkiz yüz qırx doqquz) manat təşkil edir, bu zaman təmirdən sonra əmtəə dəyərinin itirilməsi birmənalı olaraq avtonəqliyyat vasitəsinin bazar dəyərinə təsirsiz ötüşmür. Bu baxımdan təqdim edilmiş qüsur aktı təfərrüatlı tədqiq edilmişdir. Təhlil edildikdən sonra itirilmiş əmtəə faizi metodologiyaya uyğun olaraq dəymiş zərərin təyinatından və həcmindən asılı olaraq 20% təşkil etmişdir. Beləliklə, aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı məxsus olan buraxılış ili 2016-cı il olan, “KİA” FORTE minik markalı ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsi nəticəsində dəymiş zərərin məbləği nəqliyyat vasitəsinin bazar dəyərinin (20 500,0 iyirmi min beş yüz manat) məbləğinin 20% (itirilmiş əmtəə faizi) həcmində hesablanaraq 4 100,0 (dörd min yüz) manat təşkil edir. 441500 nömrəli kassa mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı "xxxx" MMCyə 150 manat məbləğində xidmət haqqı ödəmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, maddi zərərlə bağlı öhdəliyin əmələ gəlməsi üçün mülki hüquq pozuntusu (delikt) mövcud olmalıdır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə təxminən saat 20:00 radələrində Dənizkənarı Ağşəhər istiqamətindən üzü 8 noyabr prospektinə doğru yol vərəqəsi əsasında idarə etdiyi “KİA” FORTE minik markalı ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman işıqfor yaşıl işığından sarı işığına keçən zaman Cavabdeh2 Babək prospektindən üzü 8 noyabr prospektinə doğru etibarnamə əsasında idarə etdiyi Mercedes Benz markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yalnız düzünə nişan olan yerdən sola dönmüş, nəticədə hər iki avtomobilə zərbə dəymişdir. Cavabdeh2 həmin yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən cərimə edilmişdir. Beləliklə iş materiallarından aydın olur ki, baş vermiş yol nəqliyyat hadisəsinin birbaşa təqsirkarı Cavabdeh2 olmuş, delikti də məhz o törətmişdir. Çünki delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırki iş üzrə Cavabdeh1 hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Ona görə ona aid hissədə iddia təmin edilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş ekspert rəyindən görünür ki, 12 dekabr 2022-ci il tarixinə bazar dəyəri 20500,0 manat təşkil edir. Nəzərə alınsa ki, qiymətləndirdikləri buraxılış ili 2016-cı il olan, “KİA” FORTE minik markalı ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpasına çəkiləcək xərc 8849,0 (səkkiz min səkkiz yüz qırx doqquz) manat təşkil edir, bu zaman təmirdən sonra əmtəə dəyərinin itirilməsi birmənalı olaraq avtonəqliyyat vasitəsinin bazar dəyərinə təsirsiz ötüşmür. Bu baxımdan təqdim edilmiş qüsur aktı təfərrüatlı tədqiq edilmişdir. Təhlil edildikdən sonra itirilmiş əmtəə faizi metodologiyaya uyğun olaraq dəymiş zərərin təyinatından və həcmindən asılı olaraq 20% təşkil etmişdir. Beləliklə, aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı məxsus olan buraxılış ili 2016-cı il olan, “KİA” FORTE minik markalı ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsi nəticəsində dəymiş zərərin məbləği nəqliyyat vasitəsinin bazar dəyərinin (20 500,0 iyirmi min beş yüz manat) məbləğinin 20% (itirilmiş əmtəə faizi) həcmində hesablanaraq 4 100,0 (dörd min yüz) manat təşkil edir. Göründüyü kimi, “KİA” Forte minik markalı ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsi nəticəsində iddiaçıya 4100 manat məbləğində zərər dəymişdir və həmin məbləğ cavabdehlərin heç biri tərəfindən mübahisələndirilməmişdir, yalnız hər biri ayrılıqda iddiaya etirazlarında yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olmadıqlarını bildirmişlər. Ona görə də məhkəmə hesab edir ki, delikt Cavabdeh2 tərəfindən törədildiyindən iddiaçıya dəymiş 4.100 manat məbləğində zərər də məhz onun tərəfindən ödənilməlidir. Məhkəmə iddia tələbinin 2.100 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsi ilə əlaqədar hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı özünə məxsus avtomobili icarəyə verərək gəlir əldə etmiş, lakin baş vermiş yol nəqliyyat hadisəsindən sonra həmin gəlirlərindən məhrum olmuşdur. İddiaçının əldən çıxmış faydaya görə tələb etdiyi məbləği məhkəmə ağlabatan hesab edir. Belə ki, iddiaçı hadisə baş verdiyi gündən, yəni xx.xx.2022-ci il tarixdən hazırki günə qədər avtomobilindən gəlir əldə etməkdən məhrum olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, əldən çıxmış fayda cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıya 2.100 manat məbləğində əldən çıxmış fayda ödənilməlidir. Məhkəmə iddia tələbinin mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 150 manat məbləğində vəsaitin tutulması hissəsi ilə əlaqədar hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Çünki iddiaçı avtomobilinə dəymiş zərərlə bağlı "xxxx" MMC-yə müraciət etmiş və həmin MMC-yə 150 manat məbləğində xidmət haqqı ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün ödənilmiş 150 manat məbləğində vəsait Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən tələb edilən 84 manat məbləğində dövlət rüsumu da Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 dəymiş zərərə görə 4.100 manat, əldən çıxmış faydaya görə 2.100 manat, mütəxəssis rəyinə görə ödənilmiş 150 manat olmaqla cəmi 6.350 (altı min üç yüz əlli) manat və 84 (səksən dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2311/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2311/2023
01.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver