Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2324/2021 09.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bakı Şəhər Binəqədi Rayon İcra Hakı̇ mı̇ yyətinin cavabdehlər Hacıyev Zakı̇ r Hüseyn oğluna və Cavabdeh2 qarşı birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması tələbinə dair iddiası üzrə mülki işə baxaraq, məhkəmə müəyyən e t d i:̇ İddiaçı Bakı Şəhər Binəqədi Rayon İcra Hakı̇ mı̇ yyəti cavabdehlər Hacıyev Zakı̇ r Hüseyn oğluna və Cavabdeh2 qarşı birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyini bildirərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, Cavabdeh1 isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Bakı Şəhər Binəqədi Rayon İcra Hakı̇ mı̇ yyətinin cavabdehlər Hacıyev Zakı̇ r Hüseyn oğluna və Cavabdeh2 qarşı birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2324/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2324/2021
09.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver