Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2334/2024 14.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh2 Mədət qızı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mülkiyyət hüququ ilə ona məxsus qeyri yaşayış sahəsinə daxil olmağa yaradılan maneələrin aradan qaldırılması, maddi və mənəvi zərər” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli çıxarışla mülkiyyətinə verilmiş 75,5 kv/m sahəsi olan qeyri yaşayış sahəsinə daxil olmağına yaradılmış maneələr aradan qaldırılmaqla, qanunsuz təsirlərdən, digər maneələrdən azad olunaraq sahiblik, istifadə və sərəncam vermək hüquqlarının bərpa edilməsi, əldən çıxmış faydaya görə 18000 manat, mənəvi zərər görə 5000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus xx.xx.2012-ci il tarixdə verilmiş çıxarış əsasında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X4 küçəsi 3a ünvanda yerləşən 75.5 kv/m sahəsi olan zirzəmi mülkiyyətindədir. Həmin tarixdən bu günə kimi bina sakinləri olan Cavabdeh2 və Cavabdeh1 onu mülkiyyətinə daxil olmağa maneələr yaradırlar. Hətta ona qarşı əsasız olaraq dəfələrlə müvafiq icra hakimiyyətinə şikayətlər və daha da irəli gedərək məhkəmələrdə əsassız iddialar qaldıraraq mülkiyyət hüququnu məhdudlaşdırmışlar. Belə ki, həmin əraziyə çıxarış alarkən fikri, mülkiyyət hüququ ilə ona məxsus olan 75.5 kv/m sahəsi olan qeyri yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq müəyyən məbləğdə gəlir əldə etmək olmuşdur. Lakin cavabdehlər mülkiyyət hüququ ilə ona məxsus əmlaka daxil olmağa maneələr yaratmış və hətta təmir zamanı orda səs-küy salmaqla şər-böhtan xarakterli məlumatlar verərək Hüquq mühafizə orqanlarına şikayətlər etməklə mülkiyyətindən məhrum etmişlər. Hətta mülkiyyətinə daxil olan giriş qapısını mişar daşı ilə hörməkdən belə çəkinməmişlər. Cavabdeh olan Cavabdeh1 qeyri qanuni heç bir sənədi olmadan binanın zirzəmisinin bir hissəsini zəbt etmiş və giriş qapısı qoyaraq ondan hazıra kimi istifadə edir. Cavabdeh2 isə yaşadığı mənzilin mətbəx, otaq və eyvanın yük götürmə arakəsmə divarlarını sökmüş. Bununla da binanın dayanıqlığına təhlükə yaratmışdır. Bundan başqa əmlakına sərəncam vermək hüquqlarını da məhdudlaşdırmışlar. Belə ki, həmin ərazini alqı-satqı müqavilə ilə satmaq istərkən belə ora gələrək səs-küy salaraq almaq istəyən şəxsləri və onu nalayiq şəkildə təhqirlər etmişlər. Bu səbəbdən qeyri yaşayış sahəsindən gəlir əldə etmək hüququndan məhrum olmuşdur. Belə ki, 75.5 kv/m olan qeyri yaşayış sahəsini aylıq olaraq ən azından 300 manat məbləğində icarəyə versə idi ən azına 5 il müddətinə 18000 manatdan çox məbləğ qazanmış olardı. Bundan başqa mülkiyyətindən məhrum olduğu üçün həm də, ondan əsasız olaraq müvafiq icra hakimiyyəti orqanlarına şikayətlər və məhkəmə orqanlarına iddialar qaldırması nəticəsində mənəvi zərər görmüş və mənəvi zərəri 5000 manat məbləğində dəyərləndirir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Mədət qızı və onun nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Həmçinin, o bildirdi ki, həmin zirzəminin mülkiyyətçisinin iddiaçı olduğunu qəbul edirlər və iddiaçıya onlar tərəfindən heç bir maneə yaradılmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, o bildirdi ki, həmin zirzəminin mülkiyyətçisinin iddiaçı olduğunu qəbul edir, lakin onunu tərəfindən iddiaçıya heç bir maneələr yaradılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, iddia əsassızdır və aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 75.5 m² olan zirzəmi İddiaçı xüsusi mülkiyyətindədir. Qeydiyyat tarixi: xx.xx.2012-ci il. Bakı şəhər İcra Hakimiyyəti Layihə institutu “BAKİMƏNZİLKOMMUNLAYİHƏ” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli vizual texniki rəyin surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 saylı binanın zirzəmisində uerləşən qeyri-yaşayış obyektinə vizual texniki baxış keçirilmiş və aşağıdakılar məlum olmuşdur: - Həmin bina 1989-cu ildə inşa edilmişdir. Binanın zirzəmi hissəsi monolit-beton üslubunda işlənmiş, yükdaşıyan hissələrdə monolit divarların qalınlığı 30 sm və 100x90 ölçülərində sütunlarla işlənmişdir. Binanın ± 0.00 səviyyəsindən yuxarı 12 mərtəbə isə inşa olunduğu dövrün tələblərinə uyğun olan monolit-beton plitələrlə inşa edilmişdir, 75.5 m² daxili sahədə olan monolit divarlarla heç bir rekonstruktiv işlər aparılmamışdır. Zirzəmi səviyyəsinin xarici divarlarında binanın perimetri üzrə nəfəslik dəlikləri mövcuddur. - Binanın göstərilən zirzəmi hissəsini vətəndaşa qeyri-yaşayış məqsədi ilə istifadə etməsi üçün (27 fevral 2009-cu il) verildikdə, bayırdan qeyd olunan zirzəmi hissəsinə daxil ola bilmək üçün mövcud nəfəsliklərdən birinin yeri genişləndirilərək, 90x200 ölçüdə qapı yeri açılmışdır. 2009-cu ildə baxış keçirilən vaxta qədər, qapı yerinin açılması ilə bağlı kiçik də olsa heç bir qəzalı vəziyyət aşkarlanmadı, çünki qapı yeri yuxarıdakı panel plitənin birləşdiyi yerin altındadır. Beləliklə qeyd etmək olar ki, açılmış qapı yerinin gücləndirilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli texniki rəydən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.A.Axundov küçəsi 3a saylı binada (75.5 m²) fiziki şəxs İddiaçı məxsus zirzəmi mərtəbəsində qeyri-yaşayış obyektinə tərəflərindən aparılan texniki baxış zamanı qapı boşluğu (1960x960 mm) və dəlikləri (490x380 mm) olan yükdaşıyan dəmir-beton divarın konsturksiyasında çat və zədələrə rast gəlinmədi. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 160 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Hazırda iddiaçı onun mülkiyyətində olan qeyri yaşayış sahəsinə daxil olmağına yaradılmış maneələr aradan qaldırılmaqla, qanunsuz təsirlərdən, digər maneələrdən azad olunaraq sahiblik, istifadə və sərəncam vermək hüquqlarının bərpa edilməsi, əldən çıxmış faydaya görə 18000 manat, mənəvi zərər görə 5000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsini xahiş edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X4 küçəsi 3a ünvanda yerləşən 75.5 kv/m sahəsi olan zirzəmi iddiaçının mülkiyyətində olmaqla onun istifadəsindədir. İddiaçı cavabdehlər tərəfindən həmin zirzəmiyyə maneələr törədilməsini bildirsə də, bununla bağlı məhkəməyə heçbir sübut təqdim edə bilməmişdir. Halbuki, mülki qanunvericiliyə əsasən iddiaçı iddia etdiyi tələbləri sübut etməyə borcludur. Belə olan halda məhkmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mülkiyyət hüququ ilə ona məxsus qeyri yaşayış sahəsinə daxil olmağa yaradılan maneələrin aradan qaldırılması, maddi və mənəvi zərər” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2334/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2334/2024
14.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver