Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2335/2021 24.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil Vəkil1 oğlunun, Cavabdehin nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh 12200 manat məbləğində pulun, mənəvi ziyanın əvəzi olaraq 10000 manat və eləcə də hazırki iddia tələbinin qaldırılması üçün tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən avtomobil yuma məntəqəsində yuyucu kimi fəaliyyət göstərir. ünvan 1 ünvanında ailə üzvləri ilə təxminən 6-7 ildir ki, yaşayır. Qonşuluqda yaşayan Fərqanə adlı qadınnı və onun ailə üzvlərini tanıyır. Onlarla aralarıda ədavət və mübahisə olmamışdır. Əksinə münasibətləri daim yaxşı olmuşdur. 2018-ci ilin may ayında evə gələrkən həyat yoldaşı Sənurə onlara qonşu olan Fərqanə adlı qadının evlərinə gəldiyini, biraz söhbət etdiyini, xalası oğlanlarının qızıl alış-verişi ilə məşğul olduqlarını və verəcəklərin pul qarşılığında hər ay əlavə qazanc kimi pul verə biləcəyini demişdir. Həyat yoldaşınnın bu dediklərini fikirləşdikdən sonra onunla razılaşmışdır. İlkin olaraq həyat yoldaşına Fərqanəyə verməsi üçü 1500 manat pul vermişdir. Fərqanə növbəti ay onlara 300 manat pul qaytarmışdır. Maddi vəziyyəti yaxşı olmasdığı üçün bu fəaliyyəti davam etdirmək qərarına gəlmişdir. Beləliklə götürmüş olduğu kreditlər və əalmış olduğu borclarla birlikdə ümumilikdə Fərqanəyə ilkin olaraq 8500 manat pul vermişdir. 2018-ci ilin dekabr ayına qədər hər ay Fərqanəyə vermiş olduğu pulun faizini Fərqanə ona da vermişdir. Lakin 2019-cu ildən artıq Fərqanə pul verilməsini dayandırmışdır. O və yoldaşı Fərqanədən pulu tələb etdikdə Fərqanə xalası uşaqlarının işlərinin pis olması səbəbindən pulun qaytarılmasının gecikdirildiyini bildirmişdir. Həmçinin o aldığı puldan həyat yoldaşı Mehdinin xəbəri olmadığını bildirmişdir. O da, qalan pulun qaytarılması və əlavə qazanc əldə etmək üçün bacısı Ayseldən 3000 manat ə qardaşı Ceyhundan isə 3000 manat məbləğində pul almış və Fərqanəyə vermişdir. Bundan sonra o aldadıldığını bilmiş və pullarını Fərqanədən geri istəmişdir. Fərqanə ödəmədiyi halda polisə müraciət edəcəyini bildirrmişdir. Bundan sonra Fərqanə ona yalvararaq vaxt verilməsini xahiş etmişdir. Aralarında hər ay 2000 manat pulun ödənilməsi barədə razılaşma olmuşdur. Bundan sonra Fərqanə ona iki dəfə yəni 1400 manat , daha sonra isə 900 manat ödəniş etmişdir. Ondan sonra Fərqanə heç bir ödəniş etməmişdir. O, Binəqədi rayon polis idarəsinə şikayət etdikdə Fərqanə ona orclu olduğu 14500 manat məbləğində pul vəsaitini etiraf etmişdir. Cavabdeh X1 ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Borcun qaytarılması ilə bağlı Fərqanəyə müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən 11100 manat məbləğində pul vəsaitinin və 30 manat mələğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh 2018-ci ilin may ayından dekabr ayına kimi hər ay 100 manat olmaqla 800 manat, ayrı-ayrı vaxtlarda isə 1400 manat, 900 manat, 300 manat ödəniş etmişdir. Hə odur ki, cavabdehdən tələb edilən pul məbləği 11100 manatdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 tərəfindən qəbul edilən cinayət işinin başlamasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatı alınmışdır. Sonuncu izahatında göstərmişdir ki, 2012-ci ildən Sənurə Solyatona və onun əri İddiaçı ilə qonşuluq münasibətlərindədirlər. Onun əvvəl İddiaçı ilə tanışlığı olmayıb. İlk öncə onun həyat yoldaşı Sənurə ilə qonşu kimi tanış olmuşdur. Onlar hər ikisi bina evində kirayə yaşayırlar. Sənurə ilə işsizlikdə və imkansızlıqdan danışan zaman Sənurə ona demişdir ki, onlar əvvəllər də İmişli rayonunda yaşayan zaman faizə pul vermişlər. Sənurə demişdir ki, əgər ona pul lazım olarasa istəyə bilər. Daha sonra o, Sənurəyə demişdir ki, o bir nəfərdən qızıl alıb-satmaq istəyir. Pul tapsa al-ver edəcək. Bundan sonra Sənurə ona zəng vurub demişdir ki, ona 20 % dərəcəsi ilə 1500 manat borca pul verəcək. O da Sənurə ilə razılaşmışdır. 2018-ci ilin may ayında Sənurə ona yaşadıqları evdə 20 % dərəcəsi ilə aylıq borca 1500 manat məbləğində borc vermişdir. Bundan sonra o Sənurəyə hər ay 1500 manat borca görə ayda 300 manat ödəniş etmişdir. 2018-ci ilin iyun ayında Sənurə ona əlavə 1000 manat məbləğində faizə pul verəcəyini demişdir. O da Sənurəyə həmin aydan 20 % dərəcəsi ilə 2500 manat pulun faizini 500 manat olmaqla ödəmişdir. Beləcə Sənurə sentyabr ayının sonuna kimi 14500 manat məbləğində borca hissə-hissə olmaqla pul vermişdir. Sənurə həmin aydan 2018-ci ilin noyabr ayı daxil 14500 manat pulun 20 % məbləğini ondan faiz kimi almışdır. Bildiri ki, o, əri Cavidə də deyib ki, 10 % dərəcəsi ilə pul verib. Özü isə ondan 20 % dərəcəsi ilə 2900 manat faizə borc almışdır. Ümumilikdə onun hesablamalarına görə o Sənurəyə 12000 manat məbləğində pul vermişdir. Bundan başqa o Sənurənin və Cavidin ona verdiklərin pulun faizlərini ödəməkdən bezmişdir. Bundan sonra pulu ödəyə bilməmiş və Cavid ona görə ondan polisə şikayət etmişdir. Lakin sonradan Sənurə və Cavidlə hə ay 1500 və ya 1000 manat ödəniş edilməsi üçün razılaşmışlar. 2019-cu ilin aprel ayı ərzində o sənurəyə 1500 manat məbləğində pul vermiş və onlara olan ümumi məbləğdən faizləri saymasa 13000 manat borcu qalmışdır. Həmin 13000 manat borcu aybaay onlara ödəyəcəyi barədə sonuncularla razılaşmışdır. O nə Caviddən , nə də ki qohumlarından pul almamışdır. Hər dəfə Sənurə öz yaşadığı evdə ona faizə pul vermişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halları ondan ibarətdir ki, iddiaçı cavabdehə 2018-ci ilin may ayından müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə birgə qazanc əldə etmək məqsədilə pul vəsaiti vermişdir. İddiaçı həmin pul məbləğini cavabdehə həyat yoldaşı Sənurə vasitəsilə ötürmüşdür. İddiaçı cavabdehə həmin pul məbləğini o məqsdələ verdiyini etiraf etmişdir ki, cavabdeh qızıl alveri ilə məşğul olub ona qazandığı gəlirdən müəyyən faiz verməliydi. Tərəflər hansı müddətdə qaytarmaq və ya hansı məbləğdə gəlir ödəmək barədə razılaşmamışlar. Cavabdeh aldığı vəsait müqabilində gəlirdən bir müddət faiz ödəsə də, sonradan ödənişlər kəsilmişdir. Tərəflər arasında yaranmış mübahisə iddiaçının polisə müraciət etməsi ilə nəticələnmişdir.Cavabdeh 14500 manat pul aldığını polis bölməsində verdiyi izahatı ilə etiraf etmişdir. Onlar 2019-cu ilin aprel ayından aylıq ya 1500, ya 1000 manat ödəmək şərtilə yenidən razılıq əldə etmiş və cavabdeh 2019-cu ilin aprel ayı ərzində aldığı məbləğdən 1500 manat pul qaytardığını və yekunda 13000 manat borcunun qaldığını bir daha təsdiqləmişdir. Lakin iddiaçı cavabdehin aldığı puldan cəmi 3400 (1400+900+800+300=3400) manat pul vəsaiti ödədiyini bildirir və ondan qalıq qalan 11100 manatı tələb edir. Cavabdehin nümayəndəsi alınan pul məbləğinin faizə verilmiş borc olduğunu və ona alınmış ümumi məbləğdən artıq miqdarda faiz qaytardığını bildirir və bu səbəblə iddianı qəbul etmir. Məhkəmə mübahisəyə qiymət verilməsi üçün əvvəla tərəflər arasında yaranmış hüquq münasibətlərinin müəyyən edilməsinin zəruri olduğu qənaətinə gəlir. Bu səbəbdən hüquq münasibətlərinin yaranmış olduğu zaman qüvvədə olan aşağıdakı maddi hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından görünür ki, tərəflər arasında yazılı qaydada bağlanan müqavilə olmasa da, pulun cavabdeh tərəfindən qəbul edilməsi öz təsdiqini tapmışdır. Yəni borc müqaviləsinin forma və məzmununa əməl edilməməklə, etibarsız müqavilə bağlansa da, pul məbləği cavabdeh tərəfindən qəbul edilmişdir. Etibarsız müqavilə üzrə isə tərəflər müqavilə üzrə aldıqlarını qaytarmağa borcludurlar. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Odur ki, cavabdehin iddiaçıdan 14500 manat məbləğində pul vəsaiti qəbul etməsi və həmin məbləğdən 3400 manat ödəniş etməsi təsdiq olunduğundan, eyni zamanda cavabdeh iddiaçıya hər hansı borcu olmadığını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim etmədiyindən 11100 manat pul məbləğinin cavabdehdən tutulması barədə iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11100 manat məbləğində pul vəsaiti, həmçinin iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11100 (on bir min yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2335/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2335/2021
24.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver