Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-234/2025 22.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı2 və onun vəkili Nümayəndə, İlkin iddia üzrə İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələblərini dəqiqləşdirməklə, məhkəmədən Cavabdeh 23000 manat borcun, 2875 manat illik faizin, vəkilə ödənilmiş 320 manat və 161 manat məbləğində dövlət rüsumunun tutulub, onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia ərizəsinin əsaslandırılması: Cavabdeh özünün Bakı şəhəri Binəqədi rayon ərazisində yerləşən həyət evini satmaq istəmişdir. O, İddiaçı2 sözü gedən evə baxmış bəyənmiş və həmin evi öz həyat yoldaşı olan və iddia ərizəsi üzrə iddiaçı olan İddiaçı1 ilə birgə almaq istəyini cavabdehə bildirmişdir. Evin qiyməti 48 000(qırx səkkiz min)manat dəyərində qiymətləndirilmiş və həmin məbləğdən 23000(iyirmi üç min)manat ilkin ödəniş edilməsi cavabdehlə aralarında razılıq əldə edilmişdir. Sözü gedən evin Daşınmaz Əmlakın Dövlət Reyistri Xidmətindən qeydiyyatdan keçmədiyi üçün cavabdehlə həyat yoldaşı arasında onun iştirakı ilə notariat kontorunda podrat müqaviləsi imzalandı və həmin tarixdə, yəni 26 avgust 2022-ci ildə tarixdə notariat ofisində cavabdeh onlardan 23000(iyirmi üç min) manatı almışdır. Qalan məbləği hissə-hissə ödənilməsinə dair cavabdehlə razılıq əldə edilmişdir. Əlavə ödənilməli olan 25000 manatın ödənilməsi tərəflərindən sonradan gecikdirilmişdir. Buna görədə Cavabdeh tərəfindən həmin ev 44000 manata digər şəxsə heç kimə demədən satılmışdır. Satışdan əldə etdiyi vəsaitdən cavabdeh onlara olan borcunu qaytarmamışdır. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə şikayət ünvanlanmışdır. Yuxarıda qeyd etdiklərini cavabdeh tam şəkildə etiraf etmiş və bildirmişdir ki,hal-hazırda qaytarılmalı olan 23 000 manatı borcu maddı vəziyyəti zəyif olduğundan icra edə bilmir. Lakin gələçəkdə maddi vəziyyəti düzələn kimi bizə olan 23000 manat borcu hissə hissə qaytarmağa öz öhdəliyinə götürürür. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı (N.Məmmədov) tərəfindən şikayəti ilə bağlı 29 fevral 2024-cü il tarixdə "Cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərar qəbul edilmişdir və məsələ mülki xarakter daşıdıqdan mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və İddiaçı1 müştərək qaydada ona 10250 manat maddi ziyan, 10000 manat mənəvi ziyan və 151 manat dövlət rüsumunun, cəmi 20401 manat pulun alınaraq, onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsinin əsaslandırılması: xx.xx.2022-ci il tarixdə mənə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "Nurlu" yaşayış massivi, döngə 13 ünvanında tikinti sahəsi 90 kv, metr sahəsi olan 1 mərtəbəli, 5 otaqlı yaşayış evini imumi dəyəri 48000 təşkil etməklə ilkin olaraq 23000 manat ödəməklə qalan 25000 manatı 8 müddətində ödəməklə İddiaçı1 ilə Podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci maddəsinə əsasən İddiaçı1 qeyd olunan evin dəyərini ilkin olaraq 23000 manat notarisun depazit hesabına qoymaqla ödəmiş, qalan 25000 manat pul vəsaitini 8 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə bağlandıqan sonra mən vasitəçi Qədir və Şahinə 3000 (manat pul vəsaiti vermişəm. Bunun təsdiqi ilə bağlı səs yazıları vardır. Müqavilə bağlanmamışdan qabaq Məmmədov Abuzər, İddiaçı1, vasitəçilər Şahin və Qədir bildirdilər ki, 8 ay müqavilə bağlanmasına baxmayaraq sənin qalıq 25000 manat pul vəsaiti 2 ay tamamında veriləcək. Məndə bunlara inanaraq 8 ay müqaviləyə razılıq verərək imzalamışdır. Bundan 2 ay keçdikdən sonra Abuzər qeyd olunan ünvana gələrək bildirdi ki, qızı Rusiyadan özünə məxsus ev avadanlıqları əşyaları ilə birgə Bakıya gəlir. Bu səbəbdən onun əşyalarını götürməklə evdən çıxmağını tələb etdi. Ona bildirdi ki, evin dəyərinin qalıq 25000 manat pul vəsaitini 2 ay vaxt ərzində ödəməyi öhdənizə götürmüşdüz həmin məbləği ödəyin evdən çıxsın. Lakin Abuzər yerdə qalan məbləği bir həfdəyə veriləcəyinə söz verdi. Buna inanaraq gecə ilə yük daşıma xidmətinə zəng vuraraq veşlərini oradan götürərək Masazır qəsəbəsində yerləşən mənzilə aylıq 250 manat ödəməklə kirayə yerləşmişdir. Bundan bir həfdə keçdikdən sonra Abuzərdən yerdə qalan pulunu isdədikdə o kobudcasına bildirdi ki, “sənə veriləcək pulum” yoxdur. Müqavilədə ki, 8 ay müddəti gözləməyini bildirdi. Bundan sonra 6 ay vaxt ərzində müxdəlif evlərdə kirayədə qalmışdır. Bu müddət ərzində Abuzərin qızı ora köçmədi. O, həmin evi satmamışdan öncə müqavilə bağlayaraq evi kirayə vermək fikri var idi. Lakin evi satdıqdan sonra Abuzər dedi ki, “kirayəyə vermə mən evi təmir edəcəm” Bundan 2 ay sonra onu aldadaraq evdən çıxartdı. Sonradan nə qızı həmin evə yerləşdi nə də ki, evi təmir etdi. Abuzərin verdiyi yalan vədlərə görə və Mehribanın müqavilinin şərtlərini pozduğuna görə evini kirayə verə bilməmiş, əksinə özü kirayədə qalmışdır. Bu səbəbdən kirayə köçərkən ona məxsus əşyalara ziyan dəyərək yararsız vəziyyətə düşdü. Eyni zamanda müxdəlif ünvanlara kirayə köçərkən ev əşyalarının daşınması üçün 750 manat yük daşıma xidmətinə ödəmişdir. Qeyd etmək istəyir ki, İddiaçı1la bağlanan müqavilənin şərtləri onlar tərəfindən pozulduğuna görə 8 ay müddətində aylığı 500 manat olmaqla cəmi 4000 (dörd min) manat qazancını itirmişdir. Bundan başqa 6 ay müddətində aylıq 250 manat ödəməklə cəmi 1500 (min beş yüz) manat kirayə qaldığına görə pul ödəmişdir. İddiaçıların öhdəlikərini yerinə yetirmədiyi səbəbindən evin dəyəri düşmüşdür. Nəticədə həmin evi 48000 manata yox 44000 manata satmış,bu səbəbdən 4000 (dörd min) manat maddi ziyan dəymişdir. Bundan başqa iddiaçıların səhvi ücbatından o və azyaşlı övladı xx.xx.2004-cü il təvəllüdlü X1 öz rahat evlərindən didərgin düşərək, əzab əziyyət stres həyacan çəkmişlər. Bu səbəbdən onlara mənəvi ziyan dəymişdir. Eyni zamanda bu işlərdən sonra onun əsəbləri pozulmuş, bir gözü tamamı ilə görmə qabiliyyətini itirmişdir. Mən bu barədə Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü və 6-cı polis bölməsində ətraflı öz izahatını vermişdir. Bir sözlə iddiaçılar onun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onu aldatmışlar və nəticədə ona 10.250 manat maddi ziyan və 10000 manat ona və qızına görə mənəvi ziyan vurmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:
5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı2 izahatında bildirmişdir ki, cavabdeh mənzili satanda iki otaqda özü qalmış, digər bir otaqda 1 xanım kirayəçi olmuş, 2 aydan sonra çıxmış, 1 otaqda isə gündəlik qalan kirayəçi olmuşdur. Qalan boş otaqda heç kim qalmamış, hətta həmin otaq yaşayış üçün tamamilə əlverişsiz olmuşdur. Cavabdeh evi alandan iki ay sonra evdən çıxmışdır. Hətta 1 il əvvəl zəlzələyə görə həyət evlərinin qiyməti qalxmışdı. Həmin ərəfədə xanım ona zəng edərək əslində evin qiymətinin qalxaraq, 65000-70000 arası olduğunu, evə görə etdikləri ödənişdən əlavə evin qalxan dəyərinə münasibətdə qalıq qalan borcu istəmişdir. Sonradan evə yaxınlaşanda evin bir qazi oğlana 45000 manata satıldığını öyrənmişdir. Hətta alan oğlan özü evi 45000 manata aldığını, mübahisənin cavabdehlə onun arasında həll edilməli olduğunu bildirmişdir. Xanımın əvvəl qaldığı otağı və ya evi qazi olan şəxs aylığı 200 manata kirayə verib. Günü 5 manatdan evdə qalan qadın isə mütəmadi evdə qalan şəxs olmayıb, qaldığı günlərin pulunu verib sadəcə. Cavabdeh öz qaldığı evi 200 manata, digər otaqları isə 100 manata kirayə verib.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, ailəvi problemlərlə bağlı qızına ev almaq niyyəti olmuşdur. Bu səbəbdən Naxçıvandakı evini satdıqdan sonra əlimdə 23000 manat pulu var idi. Qədir və Şahin adlı maklerlərə bu niyyətimi bildirmiş, onlar da cavabdehin sözügedən evini təklif etdilər. Evə baxan zaman həyətdə cavabdehin yaşadığı 2 otaqlı evdən başqa bir və iki otaq olmaqla iki ev də var idi və həmin evlərdə kirayəçilər qalırdı. O, yalnız cavabdehin yaşadığı evə baxış keçirmiş, cavabdeh də digər evlərin də eyni formada olduğunu bildirmişdir. Evin qiyməti ilə bağlı 48000 manata razılaşsalar da, həmin pulun tamamını ödəmək imkanı olmadığını qabaqcadan bildirmişdir. Bununla belə Göradildə torpaq sahəsi və Xırdalanda problemli binada mənzili olmuşdur. Bu səbəbdən də həmin torpaq və mənzilin sata biləcəyinə ümid edərək, evi almaq qərarına gəlmişdir. Maklerlər evin sənədi olmadığına görə nisyə alqısatqı müqaviləsini Podrat müqaviləsi kimi rəsmiləşdirməyi təşkil etdilər. Cavabdeh ondan 1 ay, daha sonra da 1 ay möhlət istəmiş və 2 ayın kirayə pulunu götürdükdən sonra evdən çıxmışdır. Çünki evləri ustalara göstərdikdən sonra ona məlum olmuşdur ki, evlərin əsaslı təmirə ehtiyacı var. Cavabdeh isə evdən çıxarkən bildirdi ki, 8 ayın tamamında pulun qalan hissəsini ödəməsə, ödədiyi pulu qaytarmayacaqdır. O da, maklerlərlə fikir mübadiləsi apararaq, bu alqı-satqının bitməsi üçün evi 54000 manata satmaq və öz 23000 manatını geri almaq qərarına gəlmişdir. Lakin keçən 6 ay müddətində ev satılmamışdır. 8 ayın tamamında isə evi təhvil vermək məcburiyyətində qalmışdır. Sonradan öyrənmişdir ki, cavabdeh evi 44000 manata satsa da, onun 23000 manatını qaytarmamışdır.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili (eyni zamanda digər iddiaçının nümayəndəsi və vəkili) izahatında bildirmişdir ki, tərəflər arasında bağlanan xx.xx.2022-ci il tarixli müqavilə əsasında iddiaçılar (alıcılar) 48000 manata aldıqları 5 otaqlı evə görə müqavilə bağlanan gün notariusun depozit hesabına 23000 manat ödəniş edir, qalan 25000 manat qalıq borcun isə 8 ay müddətinə cavabdehə (satıcıya) ödənilməsinə dair öhdəlik götürürlər. Cavabdeh müqavilə bağlanandan iki ay həmin öz evində yaşayır, sonrakı 6 ay isə evdən çıxır. Daha sonra cavabdeh tərəfindən mənzil satılır və satışından əldə edilən vəsaitlə iddiaçıların ödəmiş olduqları vəsait onlara qaytarılmır. Bundan başqa müqavilə xx.xx.2022-ci ildə bağlanıb və 8 ay sonra 2023-cü ilin aprel ayından, 2025-ci ilin aprel ayına (hazırki vaxta kimi) kimi ödənilməli olan məbləğin illik 5 % həcmində 2875 manat faiz tələb edirlər.
8. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı izahatında bildirmişdir ki, 20 ildir ki, həmin evi kirayə verməklə dolanışığını təmin edib. Otaqları 150+150+200 olmaqla, kirayə verib. Evin iki otağında özü qalıb, hansı ki, sanitar qovşağı, mətbəxi özünə aid olub. Digər 3 otaq isə sanuzeli, mətbəxi həyətdə olub. Müqavilə bağladıqları vaxt İddiaçı2 evdə kirayəçi istəmədiyini bildirdiyindən, kirayəçilərin ikisini evdən çıxartmışdır. Bir qadın isə belinin ağrıması səbəbindən dərhal çıxmamış, evin alıcı tərəfindən təmirinə qədər günü 5 manatdan qalmağı təklif etmişdir. Müqavilə bağlanan vaxtdan 2 ay ərzində İddiaçı2 evi təmir edəcəyini bildirmiş, müxtəlif vaxtlarda evə yanında 3-5 nəfərlə gəlib-getmiş, lakin təmir etməmişdir. 2 aydan sonra İddiaçı2 bildirdi ki, qızı boşanır və 3 uşaqla Bakıya gəlir. Buna görə də, ev boşaldılmalıdır. Evdən çıxandan 1 həftə sonra isə qalıq məbləğ ödəniləcək. 2 ayın tamam olmasına 1 həftə qalmış evdən çıxmışdır. Əvvəlki razılaşmalarına görə müqavilədəki 8 ay vaxt formal olaraq, qeyd edilmiş, əslində evin qalıq borcu 2 aya ödənilməli idi. Lakin 1 həftədən sonra pulu tələb etdikdə İddiaçı2 pulu 8 ay sonra verəcəyini bildirmişdir. Bunun üstünə 102 xidmətinə müraciət etmiş, sahə müvəkkili müqavilə ilə tanış olanda ona demişdir ki, 1 aya əslində satılan evdən çıxmalı imiş, nə yaxşı ki, onun 2 ay evdə yaşamasına icazə veriblər. Halbuki, həmin müqavilə şərti barədə notariat orqanında ona məlumat verilməmiş, həmin şərti gözlərinin zəif olması səbəbindən görməmişdir. 6 ay kirayədə (küçədə) qalmışdır. Evdən çıxartdığı əşyalar bir neçə yerdə kirayə qaldığından hər daşınmada zədələnmişdir. Bundan başa özü 300 manata kirayə qalmış, 5 otaqlı evin əşyalarını 2 otaqlı evə yerləşdirməkdə əziyyət çəkdiyindən, əşyalarının bəzilərini paylamış, bəzilərini atmışdır. Evdən necə bir maşınla nə qədər əşya ilə çıxsa da, qayıdanda əşyaları bir qazelə yerləşmişdir. Qayıdandan sonra evin abadlaşdırılmasına (yeni əşyalar alınmasına, lüstr, şkaf) 7000 vəsait xərcləmiş, qazını, işığını bərpa etmişdir. Evi heç vaxt super təmirli olmasa da, yaşayış üçün əlverişli olub. Ev üçün ödənilən ilkin vəsaiti isə öz pulu hesab edərək xərcləmiş, kafe açmış, onu işlədə bilməyib bağlamışdır.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı izahatında bildirmişdir ki, ilkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddianı müdafiə edir. Müqavilə bağlanan zaman iddiaçı müqavilədə göstərilən 8 aya fikir verməməyini və qalıq pulu 1-2 ay ərzində ödəyəcəyini bildirmişdir. Lakin 2 ayın tamamında iddiaçı qızının gələcəyini və təcili təmir elətdirməli olduğunu bildirməklə, onu gecə ilə evdən çıxartmışdır. O, həmçinin əşyalarını bir otağa yerləşdirməyə imkan verməmiş və məcburi olaraq yük daşıma xidməti çağırmaqla Masazıra kirayəyə köçmüşdür. Bundan sonra məcburiyyətdən bir neçə dəfə kirayə qaldığı evi dəyişmiş və əşyalarını da yerdəyişməyə görə sıradan çıxmışdır. Evdən çıxandan sonra iddiaçının nə qızı gəldi, nə də təmir elədilər. Məlum oldu ki, evini iddiaçı 54000 manata satdığa qoymuşdur . İddiaçı bu faktı məhkəmə iclasında təsdiq etmişdir. 8 ayın sonunda Polisin yardımı ilə iddiaçıdan açarı təhvil almışdır. İddiaçıların hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, maklerə 3000 manat (1000 manat xidmət haqqı, 2000 manat borc), kirayə köçərkən ev əşyalarının daşınması üçün 750 manat yük daşıma xidmətinə, kirayə ilə bağlı əldən çıxmış faydaya görə 4000 manat, kirayəyə ödədiklərinə görə maddi ziyan, evindən didərgin düşməsinə görə isə mənəvi zərərə məruz qalmışdır. Bundan başqa evinin dəyəri düşmüş və 44000 manata satmağa məcbur qalmışdır. Bu işlərdən sonra onun əsəbləri pozulmuş, bir gözü tamamilə görmə qabiliyyətini itirmişdir. Alqı-satqıya qədər tikililərin birində özü, ikisində isə kirayəçilər qalmışdır. Müqavilənin bağlandığı vaxtdan 2 ay sonra evdən çıxmış və 6 ay sonra evi iddiaçıdan təhvil almışdır. Bu səbəbdən həmçinin 8 ay ərzində əldən çıxmış fayda olaraq pul tələb edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. (birinci tərəf) Cavabdeh ilə (ikinci tərəf) İddiaçı1 arasında xx.xx.2022-ci il tarixində podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə birinci tərəf Cavabdeh öz materiallarından istifadə etməklə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Nurlu yaşayış massivi, döngə 13 ünvanında tikinti sahəsi 90 kv.m təşkil edən 3 metr daxili hündürlüyü, daxili və xarici mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, sanitar qovşağı kafel metlax, giriş qapı dəmir seyf qapı, pəncərələr olan 1 mərtəbəli, 5 daş kürsülü, 5 otaqlı mətbəxli dəhlizli,orta təmirli, fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək, müqavilə üzrə ümumi muzd dəyəri kimi 48000 manat pul vəsaitinin 23 000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı ilə ödəməyi, qalan 25000 manatını isə 8 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə görə birinci tərəf sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx.xx.2022-ci il tarixinədək yaşayış üçün hazır edərək, sifarişçiyə verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürmüşdür.
11. Mübahisəli fərdi yaşayış evi 5 otaqdan ibarət olmuş, Cavabdeh evin 2 otağında yaşamış, digər otaqların kirayəsi ilə dolanışığını təmin etmişdir. Məhkəməyə təqdim etdiyi Tik-tok sosial şəbəkəsində yayımlanan evin satışı barədə elan video görüntülərində evin 5 otağının kirayə üçün əlverişli olması və kirayədən aylıq 500 manat qazancın əldə edilməsinin real imkanı, evdə 5 ailənin yaşaması barədə məlumat verilir. Hansı ki, həmin elan (reklam) cavabdehin özünün cəlb etdiyi şəxs tərəfindən sosial şəbəkə istifadəçilərinə təqdim edilir.
12. Hər iki tərəfin izahatları ilə müəyyən edilir ki, fərdi yaşayış evinin satışından sonra yəni xx.xx.2022-ci il tarixindən sonra həqiqətən alıcının (iddiaçının) təkidi ilə cavabdeh kirayəçiləri evdən dərhal çıxarmış, özü evin iki otağında 2 ay yaşamış, özü ilə birlikdə isə yalnız bir otaq həmin 2 aylıq müddətdə bir nəfər başqa kirayəçinin (günü 5 manatdan) istifadəsinə olmuşdur. 2 aydan sonra həm cavabdeh, həm də kirayəçi həmin evdən çıxmış, ev 6 ay müddətinə iddiaçıların sahibliyində olmuşdur.
13. İddiaçılar etiraf edirlər ki, evə görə ödənilməli olan 25000 manat qalıq vəsaitin ödənilməsini təmin edə bilməmişlər.
14. Cavabdeh isə evin qalıq ödənişini 8 ay ərzində ala bilmədiyindən, evi iddiaçılardan təhvil almış, daha sonra 44000 manata başqa bir şəxsə satmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara görə Binəqədi RPİ-də izahatı alınan Cavabdeh mübahisəli fərdi yaşayış evini İddiaçı1 və İddiaçı2 məlumat vermədən 44000 manata başqa şəxsə satdığını, lakin İddiaçı1 və İddiaçı2 qaytarmalı olduğu 23000 manat vəsaiti maddi vəziyyətinn zəif olması səbəbindən qaytara bilmədiyini etiraf etmişdir.
15. Hazırda ilkin iddia üzrə iddiaçılar evə görə ödəmiş olduqları 23000 manat vəsaiti və müqavilə bağlandığı vaxtdan illik 5 faiz dərəcəsi ilə ödənilməli olan vəsaitin gecikdirilməsinə görə 2875 manat pulun cavabdehdən tutulmasını xahiş edirlər.
16. İlkin iddianın məhkəmədə qaldırılması üçün 161 manat dövlət rüsumu ödənilmiş, hüquqi yardım üçün vəkilə 320 manat pul vəsaiti ödənilmişdir.
17. Qarşılıqlı iddia üzrə iddiaçı isə evin satışından sonra 2 ay həmin evdə yaşasa da, evdən çıxarıldıqdan sonra 6 ay müddətində aylıq 250 manat ödəməklə kirayə qaldığını, 750 manat yükdaşıma xidmətinə ödədiyini, evin dəyərinin 48000 manatdan düşərək 44000 manata satdığını, 8 ay ərzində evini 500 manatdan kirayəyə vermiş olsaydı əldə edəcəyi qazancdan məhrum olduğunu bildirməklə, iddiaçılardan 10250 manat maddi ziyan, 10000 manat isə mənəvi ziyan tələb edir.
18. Məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinin (evlərinin) orta aylıq kirayə haqqının hesablablanması üçün mülki iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirlyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/7794 saylı ekspert rəyinə görə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Nurlu” yaşayış massivi, döngə 13 ünvanında yerləşən, yuxarıda qeyd edilən anoloji xüsusiyyətlərə malik fərdi yaşayış evlərinin aylıq kirayəsinə dair məlumat olmadığı müəyyən edilmiş, bu səbəbdən də, ekspertiza qarşısında qoyulmuş suala cavab verilməsi mümkün olmamışdır. Tətbiq edilən maddi hüquq normaları:
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
21. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
22. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
23. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir
24. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir;yeni redaksiyada-Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
27. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
28. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
29. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
30. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmənin mövqeyi:
31. İlkin iddiaya münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, (birinci tərəf) Cavabdeh ilə (ikinci tərəf) İddiaçı1 arasında xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan fərdi yaşayış evinin nisyə alqısatqısını bağlamaq niyyəti ilə podrat müqaviləsi bağlanmışdır. Yəni tərəflərin əsl hüquqi niyyətləri daşınmaz əmlakın nisyə alqı-satqısını həyata keçirmək olsa da, onu podrat müqaviləsi ilə pərdələmişlər. Hansı ki, tərəflərə məlum idi ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, daha dəqiq desək özbaşına tikili ilə bağlı notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması mümkün deyildir. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsi yalan əqd olmaqla etibarsızdır və tərəflərin əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi də mümkün deyildir.
32. Bununla belə, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, həmin etibarsız müqavilə üzrə İddiaçı1 tərəfindən 23000 manat cavabdehə ödənilmişdir, cavabdeh isə tərəflər arasında münasibətlərin pozulduğu 2023-cü ilin 26 aprelindən aldığını qaytarmayaraq əsassız olaraq varlanmışdır.
33. Beləliklə, məhkəmə ilkin iddianı həm əsassız varlanma predmetinin, həm də illik 5 faizlə əldə çıxmış fayda qismində İddiaçı1 vurulmuş zərərin tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə İddiaçı1 əldə çıxmış fayda qismində 2875 manat vəsait tələb etməsini ona görə qismən əsaslı hesab edir ki, tərəflər arasında münasibətlər 2023-cü ilin aprel ayında pozulmuşdur və onda olan 23000 manat vəsaitə hüquqi əsasının aradan qalxması cavabdehə həmin vaxt məlum olmuşdur. Buna görə də cavabdehdən əldən çıxmış fayda qismində vurulmuş zərərin əvəzi 2 il üçün illik 5 faiz olmaqla müəyyən edilməli və 2300 manat məbləğində vəsait ondan tutularaq İddiaçı1 ödənilməlidir. Digər iddiaçı isə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin tərəfi olmadığından və onun birgə kreditor kimi səlahiyyəti müəyyən edilmədiyindən öz xeyrinə hər hansı vəsait tələb etməsi əsassızdır. Məhkəmə qarşılıqlı iddianı da eyni əsaslarla qismən əsaslı hesab edir.
34. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 hüquqi əsas olmadan əşyaya 6 ay müddətində tam, 2 ay müddətində isə qismən (müqavilə bağlanan zaman ayrılıqda kirayəyə verilmiş 2 otaqdan birinin kirayəçisini çıxarmışdır) sahiblik etməklə əsassız olaraq varlanmışdır. Tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi 5 ayrı otaqdan ibarətdir və müqavilə bağlanana qədər onun dördü müstəqil olaraq kirayəyə verilmək üçün yararlı formada konstruksiya olunmuşdur. Eyni zamanda ekspertiza tədqiqatı ilə fərdi yaşayış evlərinin aylıq kirayə dəyərinin müəyyən edilməsi mümkün olmasa da, internet elanında həmin fərdi yaşayış evinin ümumilikdə 500 manat kirayə dəyərinin olduğu öz təsdiqini tapmışdır. Yəni, hər bir otağın aylıq kirayə dəyəri təqribi olaraq 100 manat qiymətləndirilə bilər. Beləliklə, məhkəmə qarşılıqlı iddiaçının həmin hissədə iddiasını qismən əsaslı hesab edir və o qənaətə gəlir ki, cavabdeh İddiaçı1 2 ay ərzində 3 otağa faktiki sahiblik etdiyindən, 1 otaq isə yaşamağa (kirayə üçün) yararsız olduğundan, 6 ay ərzində isə bütün əmlaka tam faktiki sahiblik etdiyindən ondan 3200(600x5+100x2) manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.
35. İddaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübut edilmədiyindən məhkəmə, qarşılıqlı iddianı digər hissələrdə əsassız hesab edir.
36. Qarşılıqlı iddianın mənəvi zərərin tutulması hissəsində də məhkəmə tələbi əsassız hesab edir.
37. Belə ki, iddiaçı yaranmış mübahisədən dolayı hansı mənəvi sarsıntı keçirməsi və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim etməmiş və işin halları ilə isə bu fakt müəyyən edilməmişdir.
38. Halbuki mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
39. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
40. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı1 məhkəməyə müraciət etmək üçün hüquqi xidmətlərə çəkilən xərc kimi tələb etdiyi 320 manat məbləğində vəsait keçirilmiş məhkəmənin hazırlıq və baxış iclaslarının sayı, mübahisənin mahiyyəti nəzərə alınmaqla ağlabatandır. Belə ki, iddia həmin hissədə təmin edilməklə 320 manat məbləğində çəkilən xərc Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. Tətbiq edilən prosessual normalar və qaydalar:
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
45. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
46. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 25300 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat, dövlət rüsumunun əvəzi kimi 155 manat olmaqla, ümumilikdə 25775 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı1 ödənilməli, iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, cavabdeh İddiaçı1 3200 manat və dövlət rüsumunun əvəzi kimi 25 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.
47. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia qismən təmin edilsin. Cavabdeh 25300 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat, dövlət rüsumunun əvəzi kimi 155 manat olmaqla, ümumilikdə 25775 (iyirmi beş min yeddi yüz yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı1 3200 (üç min iki yüz) manat və dövlət rüsumunun əvəzi kimi 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev