Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2344/2020 01.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X2 qarşı ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Goradil bağları 1293a saylı bağ sahəsindən və bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmasına və bağ sahəsinin ona təhvil verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X2 qarşı ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Goradil bağları 1293a saylı bağ sahəsindən və bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmasına və bağ sahəsinin ona təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X7 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ******* saylı, xx.xx.2009-cu il tarixli çıxarışına əsasən 0,12 ha-dan ibarət Bakı şəhəri Binəqədi rayonu Goradii bağları 1293a saylı bağ sahəsi iddiaçının mülkiyyətindədir. Belə ki, qeyd edilən bağ sahəsi özəlləşdirilməzdən əvvəl uzun illərdən bəri iddiaçıya məxsusdur, bağa dair iddiaçının Bakı şəhəri Bağlar İdarəsi ilə müqaviləsi olmuşdur. Bağ sahəsi iddiaçı tərəfindən daş hasara alınmış, dəmir darvaza qoyulmuş və 1 mərtəbəli ev inşa edilmiş, ağaclar əkilmişdir. İddiaçı ixtisasca həkimdir, işlərilə əlaqədar bir müddət bağa qulluq edə bilməmiş, bağ nəzarətsiz qalmışdır. Bundan istifadə edən X4 bağa daxil olmuş, ailəsi, yəni 2 övladı ilə birlikdə orada məskunlaşmışdır. Bununla bağlı iddiaçının ailə üzvləri tərəfindən cavabdehin bağdan çıxması üçün tədbirlər görülsə də, əhəmiyyəti olmamışdır. Bundan sonra iddiaçı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət etmiş, Cavabdeh bağdan çıxarılması üçün tədbir görülməsini xahiş etmişdir. Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən müraciətə verilmiş xx.xx.2019-cu il tarixli cavabda iddiaçıya məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də Cavabdeh ailə üzvləri ilə birgə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ******* saylı, xx.xx.2009-cu il tarixli çıxarışına əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Goradil bağları 1293a saylı bağ sahəsindən və bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmasına və bağın iddiaçıya təhvil verməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X5 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı iddia tələbində Bakı şəhəri Binəqədi rayonu Goradil bağları 1293a saylı bağ sahəsindən onun çıxarılmasını qeyd etsə də o, Bakı şəhəri Binəqədi rayonu Fatmayı bağları 1 ev 133/A ünvanında qeydiyyatsız yaşayır. Həmin bağ sahəsindəki evi isə o, öz vəsaiti hesabına təmir və inşa etdirmişdir. O, 30 ilə yaxındır ki, Fatmayı bağları ərazisində yaşayır, əvvəl yaşadığı bağın sahibi onu bağından çıxardığı üçün o, hazırda yaşadığı bağ sahəsinə heç kimdən icazə almadan girmişdir. Bakı şəhəri Binəqədi rayonu Fatmayı bağları 133A saylı evdə 14 ilə yaxındır qeydiyyatsız yaşayır, bu bağın sahibi yoxdur. Bu bağa dair onun da heç bir sənədi yoxdur. Su və işığı ona qonşular köməklik edərək vermiş, elektrik və digər kommunal xərclərə görə ödənişləri o ödəyir. Bu müddət ərzində heç kəs onun yaşadığı ərizəyə gəlib hər hansı bir ərazini zəbt etməsi barədə mübahisə etməmişdir. Yaşadığı evin ünvanı qonşularının notarial qaydada təsdiq edilmiş ərizəsi ilə də təsdiq olunur. Yaşadığı bağ barədə arayış verilməsi üçün o, Binəqədi Bələdiyyəsinə müraciət etsə də, ona bu barədə arayış verilməmişdir. Həmin ünvana gələn qəbzlərə baxış keçirdikdə orada Bakı şəhəri Binəqədi rayonu Fatmayı bağları 1 ev 133/A ünvanı göstərilmişdir. İddiaçının tələb etdiyi bağ sahəsi ilə onun yaşadığı bağ sahəsi ayrı-ayrı ərazilərdir. Ona görə də İddiaçı ona qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Goradil bağları 1293a saylı bağ sahəsindən və bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmasına və bağın iddiaçıya təhvil verməsinə dair iddia ərizəsinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X1 vəkili X8 iddia ərizəsini qəbul etməyərək cavabdeh X1 izahatını təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. X20 Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli MA seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Goradil bağ sahəsi 1293a saylı bağ sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 232 saylı reyestr kitabının 21612 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Goradil kəndi 1293 saylı bağ sahəsi X10 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 728 saylı reyestr kitabının 68989 saylı vərəqində qeydiyyata alınmışdır. Binəqədi RPİ-nin 43-cü PB-nin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli 330-2683/A 3219 saylı məktubunun surətindən müəyyən olunur ki, İddiaçı 9.10.2019-cu il tarixli ərizəyə cavab olaraq ərizədə göstərilən xüsusatlar mülki xarakterli olduğuna görə DİN-nin 015 saylı əmrinin 10.22-ci bəndinə əsaslanaraq material baxılmadan işə alınmış və faktla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. X11, X6 və X14 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, X5 Bakı şəhəri Binəqədi rayonu Fatmayı bağları 1 ev-133/A ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli BRB/d-478 saylı məktubundan müəyyən olunur ki, İddiaçı məxsus Binəqədi rayonu Goradil bağları 1293A saylı bağ ünvanına xx.xx.2020-ci il tarixdə Binəqədi Bələdiyyəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən X1 ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatsız yaşaması müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli ********* saylı Azərsu ASC X13 hesab fakturasından müəyən olunur ki, Binəqədi rayonu Fatmayı bağları 1 ev-133/A ünvanında abonent X3 sərfiyyatına görə 99,75 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli ********* saylı Azərsu ASC X13 hesab fakturasından müəyən olunur ki, Binəqədi rayonu Fatmayı bağları 1 ev-133/A ünvanında abonent X3 sərfiyyatına görə 130,05 manat borcu yaranmışdır. Məhkəmə iclasında şahid X9 izahatında göstərmişdir ki, Binəqədi rayonu Goradil bağları 1293a saylı bağ onun qardaşı İddiaçı, Binəqədi rayonu Goradil bağları 1293 saylı bağ isə onun oğlu X10 mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan bağa nəzarət etməyi ona tapşırmışdır. X5 ailə üzvləri ilə birlikdə uzun müddət Rasim adlı qonşunun bağında yaşamışdır. Lakin 2016-cı ildə Rasim Cavabdeh öz bağından çıxarmışdır. Həmin vaxt onun qaynanası Məhbubə öz əşyaları ilə küçədə qalan Cavabdeh vəziyyətinə acıyaraq onu 1-2 ay müddətinə İddiaçı bağına buraxmış, əlavə olaraq ona təmir işlərinə görə 300 manat pul vermişdir. Lakin bir müddətdən sonra o, qardaşı İddiaçıla birlikdə Cavabdeh bağı boşaltmağı tələb etsələr də, Cavabdeh onlardan 10000-15000 manat pul tələb etmişdir. Bundan sonra onun qardaşı polisə və məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh heç bir hüquqi əsası olmadan iddiaçının mülkiyyətində olan bağ sahəsində yaşayır, mülkiyyətçi bağ sahəsinin boşaldılmasını tələb etsə də, cavabdeh öz etirazını bildirmişdir. Cavabdeh etirazında iddiaçının mülkiyyətində olan bağda yaşamadığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Goradil bağları 1293 a saylı bağ sahəsini zəbt etməsi öz təsdiqini tapdığından iddiaçının X1 Bakı şəhəri Binəqədi rayonu Goradil bağları 1293a saylı bağ sahəsindən və bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmasına dair iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə İddiaçı Cavabdeh ailə üzvlərinə qarşı tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsində cavabdehlərinin adını qeyd etmək iddiaçının vəzifəsidir, məhkəmə isə qeyri-müəyyən şəxslərə qarşı yönələn tələb üzrə qərar qəbul edə bilməz. Ona görə də məhkəmə iddia ərizəsini bu hissədə təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. X5 Bakı şəhəri Binəqədi rayonu Goradil bağları 1293a saylı bağ sahəsindən və bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın. Bakı şəhəri Binəqədi rayonu Goradil bağları 1293a saylı bağ sahəsi İddiaçı təhvil verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2344/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2344/2020
01.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver