Məhkəmə qərarları › İş №2(001)-2345/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2345/2020

20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2345/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, xxx katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiaərizəsiilə, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-140/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ondan tutulması qət edilmiş və Cavabdeh1 hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin məbəğini təşkil edən 12.114,99 ABŞ dolları əsas borc, 2.708,74 ABŞ dolları faiz borcunun, ümumilikdə 14.823,73 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin məbləğini təşkil edən 2.000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, “xxxxxxxxxxxx” ASC-nin Babək filialı ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı avtomobil alınması məqsədi ilə illik 18% faiz olmaqla, 60 ay müddətinə 16.922 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kredit pulla İddiaçı xx xxxxxx 2014-cü il tarixdə “Hyundai Accent” markalı, **-GP-*** dövlət nömrə nişanlı avtomobili almış və avtomobil bankla bağlanmış xx xxxxxx 2014-cü il tarixli, NH/13535/37/24 saylı girov müqaviləsi ilə bankın xeyrinə girovla yüklü edilmişdir. Sonradan İddiaçı kredit ödənişlərinin həyata keçirilməsində çətinlik çəkdiyi üçün keçmiş həyat yoldaşı, həmin dövrdə birlikdə yaşadığı Cavabdeh3 ilə birlikdə avtomobili satmaq qərarına gəlmişdir. Bu səbəbdən avtomobil Cavabdeh1 satılmışdır. Cavabdeh1 ilə İddiaçı arasındakı razılaşmaya əsasən X5 Əliyevaya 2.500 manat ilkin ödəniş etmişdir və tərəflər razılaşmışlar ki, avtomobilə görə banka olan kredit borcu üzrə aylıq ödənişləri cavabdeh keçirəcəkdir və ödənişlər bitərək borc məbləği tam ödənildikdən sonra avtomobil Cavabdeh1 mülkiyyətinə keçəcəkdir. Avtomobil bankın xeyrinə girovla yüklü edildiyindən avtomobilin satılmasını notariusda rəsmiləşdirmək mümkün olmamışdır, bu səbəbdən də alqı-satqı onların arasında etibarnamə ilə rəsmiləşdirilmişdir. Belə ki, xx xxxx 2015-ci il tarixdə İddiaçı Cavabdeh3 xahişi ilə avtomobilə dair Cavabdeh1 etibarnamə vermişdir. Lakin Cavabdeh1 bir neçə ay avtomobilə dair kredit ödənişlərini həyata keçirsə də, sonradan ödənişləri etməmişdir. Mübahisəli avtomaşın onun və Cavabdeh3 iştirakı ilə Cavabdeh2 satılmış və o, kredit ödənişlərini həyata keçirəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Bu dəfə də Cavabdeh3 İddiaçı avtomobilə dair Cavabdeh2 adına etibarnamə verməsini xahiş etmişdir. Banka yaranmış 12.114,99 ABŞ dolları əsas borc, 2.708,74 ABŞ dolları faiz borcu, ümumilikdə 14.823,73 ABŞ dolları məbləğində borc Cavabdeh1 və Cavabdeh2 üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirilməyərək, avtomobil üçün aylıq kredit ödənişlərini ödəməmələri nəticəsində yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh3 və Cavabdeh2 da Cavabdeh1 ilə birlikdə İddiaçı qarşısında vurulmuş ziyana görə hüquqi məsuliyyət daşıyırlar. Cavabdeh3 tərəfindən təqdim olunmuş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3798/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsinə əsasən “Hyundai Accent” markalı, **-GP-*** dövlət nömrə nişanlı avtomobilin məcburi qaydada Cavabdeh2 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Lakin bu günə kimi, Cavabdeh2 qətnaməni icra etməmiş və avtomaşını İddiaçı qaytarmamışdır. Halbuki, təhvil verildiyi vəziyyətdə avtomobil qaytarıldığı təqdirdə borcun əksər hissəsinin dərhal ödənişi reallaşacaqdı. Belə ki, avtomaşın İddiaçı olduğu halda, o, bankla müəyyən razılığa gələ bilərdi, hətta avtomaşının banka təhvil verilərək borcun əvəzləşdirilməsi də həyata keçirilə bilərdi. Belə olan halda İddiaçı bank qarşısında külli miqdarda borca düşmüş olmazdı. Həmçinin, Cavabdeh3 da İddiaçı vurulmuş ziyana görə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Belə ki, Cavabdeh3 nəqliyyat vasitəsini satarkən qanun pozuntusuna yol vermiş, avtomobilin kreditdə olmasına baxmayaraq, avtomobilin satılması üçün bankın razılığını almamış, avtomobili aqı-satqı qaydalarına riayət etmədən, riski dəyərləndirmədən Cavabdeh1 və Cavabdeh2 satmış və bunun nəticəsində də İddiaçı çox çətin vəziyyətə salmış, onun bank qarşısında külli miqdarda borclanmasına səbəb olmuşdur. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 öz öhdəliklərini yerinə yetirməmələri nəticəsində, həmçinin İddiaçı mənəvi ziyan da dəymişdir. Belə ki, o, xeyli müddət qabaq satdığı avtomobilin kredit borcuna görə məhkəmə işinin olmasını bildikdə, buna görə xeyli əsəb, stress keçirmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı ona icra məmurları tərəfindən bildirişlər göndərilir, o, daim bu məsələyə görə narahat olur. İddiaçı qanuna zidd hərəkətlər nəticəsində ona dəymiş mənəvi zərəri 2.000 manat məbləğində dəyərləndirir. Bunlardan əlavə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin icrası məqsədi ilə avtomobil axtarışda olsa da, hələ avtomobil tapılmamışdır. İddiaçı evdar qadın olmuş, yoldaşı nə məsləhət görmüşsə onları etmişdir. Belə ki, mübahisəli avtomobilin alqı-satqıları iddiaçının keçmiş həyat yoldaşının təşəbbüsü ilə həyata keçirilmişdir. Həmçinin, iddiaçı tərəfindən Cavabdeh1 münasibətdə iddia müddəti ötürülməmişdir, çünki Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin borcun ödənilməsi ilə bağlı qətnaməsi xx xxxxxx 2017-ci il tarixdə qəbul edilmiş, iddiaçının da borcun ödənilməməsindən həmin qətnamə ilə xəbəri olmuşdur. Belə olan halda, iddia müddətinin axımı xx xxxxxx 2017-ci il tarixdə başlamış, iddia ərizəsi də xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə verildiyinə görə 3 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli avtomobili bir müddət etibarnamə ilə o, idarə etmiş və avtomobil onda olduğu müddətdə hər ay banka 430 ABŞ dolları məbləğində pul ödəmişdir. Həmin vaxt onun iddiaçı ilə nikahı pozulsa da, bir yerdə yaşayırdılar. Respublikası üzə baş vermiş devalvasiyaya görə avtomobilin ödənişlərini etməkdə çətinlik çəkdiklərinə görə iddiaçı belə bir qərara gəlmişlər ki, avtomobili başqa şəxsə satsın. Mübahisəli avtomobil ilk növbədə etibarnamə ilə Cavabdeh1 satılmışdır. X1 olduğu müddətdə o, bank ödənişlərini yeddi ay ərzində ödəmişdir. Daha sonra avtomobil B.Behbudov tərəfindən Elşən adlı şəxsə satılmışdır. Elşən adlı şəxs isə bank ödənişlərini ödəməmiş, həmin vaxtdan narazılıqlar yaranmağa başlamışdır. O, Elşəndən avtomobili tələb etsə də, Elşən ondan avtomobilin verilməsi qarşılığında 3.000 manat məbləğində pul istəmişdir. Beləliklə, o, 3.000 manatı ödəmədiyinə görə avtomobil də onlara verilməmişdir. Bu hadisədən sonra onlar, hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişlər. Eyni zamanda, iddiaçı avtomobilə dair verilmiş etibarnamələri də notariusda ləğv etmişdir. Bakı şəhəri Xətai rayon polis idarəsində araşdırılma aparılarkən məlum olmuşdur ki, arada vasitəçi kimi Elman adlı şəxs olmuş və həmin şəxs isə avtomobillərin hissə-hissə edilib hissələrinin satılması ilə məşğuldur. Hətta faktla bağlı cinayət işi də mövcud olmuşdur. Qeyd etdiklərinə əsasən ona aid hissədə iddia əsassız olduğundan iddianln rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəməyə iddiaya etiraz ərizəsi ilə, eyni zamanda iddia müddətinin tətbiqi barədə vəsatətlə müraciət edərək bildirmişdir ki, ona qarşı qaldırılmış iddia qanunsuz və əsasızdır. Belə ki, iddiaçı öz tələbində iddia edir ki, guya “xxxxxxxxxxxx” ASC tərəfindən ona verilmiş kreditlə aldığı **-GP-*** dövlət nömrə nişanlı avtomobilini ona etibarnamə ilə satmış, o, banka ödəniş etmədiyindən iddiaçının “ xxxxxxxxxxxx” ASC-yə borcu yaranmışdır. Lakin, iddiaçı ilə onun arasında heç vaxt alqı-satqı müqaviləsi bağlanmamışdır, bu səbəbdən də iddiaçı həmin sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbində göstərilən əsaslandırmalar iddiaçının fərziyyələridir. Hazırki iş üzrə iddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-140/2017 saylı qətnaməsinin icrasından yayınmaq, qətnamənin icrasına möhlət almaq məqsədi ilə edilmiş hərəkətdir. Belə ki, iddiada da qeyd olunduğu kimi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-140/2017 saylı qətnaməsini xx xxxxxx 2017-ci ildə qəbul etmiş, iddiaçı ilə aralarında hər hansı mübahisə olsaydı iddiaçı həmin müddətdə ona qarşı iddia qaldırar, 3 il gözləməzdi. Digər tərəfdən isə iddiaçının həyat yoldaşı Cavabdeh3 ilə onun münasibətləri olmuşdur. 2015-ci ilin ortalarında Musa ona bildirmişdir ki, həyat yoldaşının adına avtomobil var, həmin avtomobili satmaq istəyir, bu işdə ona köməklik edim. Belə ki, o, dəfələrlə avtomobil alqı-satqısı aparmışdır. Bu məqsədlə də iddiaçı həyat yoldaşının iştirakı ilə ona xx xxxx 2015-ci il tarixdə notariusda etibarnamə vermişdir. Bir-iki ay alıcılar avtomobillə maraqlanmış, sonra isə ona məlum olmuşdur ki, həmin avtomobil bank qarşısında girovdadır. O, iddiaçının həyat yoldaşı Cavabdeh3 bildirmişdir ki, avtomobil girov olduğundan alan yoxdur. Girovu ödədikdən sonra avtomobilin alqı-satqısını etmək olar. Bir neçə gün sonra Cavabdeh3 bildirmişdir ki, avtomobili istəyən var, ona satmaq istəyir. Maşın onda olduğundan, onunla görüşmək üçün onun dediyi yerə gəlmişdir. Onun yanında tanımadığı şəxs var idi. Notariusa getmiş və ona verilmiş etibarnamə əsasında həmin şəxsə etibarnamə verilmiş və etibarnamənin bir nüsxəsi də Cavabdeh3 verilmişdir. Avtomobilin pulu alınaraq, onun iştirakı ilə Cavabdeh3 verilmişdir. Həmin vaxtdan 5 ildən artıq vaxt keçmişdir. İddiaçı və həyat yoldaşı heç vaxt ona qarşı hər hansı tələb irəli sürməmişlər. Hazır ki, iddia isə yalnız Xətai Rayon Məhkəməsinin icrasına maneə olmaq üçün edilmiş qərəzli hərəkətdir. Göstərilənlərə əsasən iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəməyə gəlməmişlər, Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq yataq xəstəsi olduğundan məhkəmə proseslərində iştirak edə bilməyəcəyini bildirmiş, digər Cavabdeh2 isə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasının həmin cavabdehlərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, əvvəlki məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Cavabdeh3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının keçmiş həyat yoldaşıdır. Onlar, “Hyundai Accent” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili 2014-cü ildə bankdan kredit xətti vasitəsilə əldə etmişlər. Həmin avtomobili 17 ay istifadə etmiş, lakin daha sonra ölkədə baş verən devalvasiyaya görə dollarla götürülmüş kredit məbləğini ödəyə bilməmişlər. O da Qoxmaz adlı tanışına müraciət edərək bildirmişdir ki, o, kredit məbləğini ödəyə bilmir ona görə də avtomobili satmaq fikrindədir. Lakin avtomobili satdığı şəxs kredit məbləğini banka ödəmək öhdəliyini götürməlidir. Qorxmaz da maşını satmaq üçün Cavabdeh1 tapmışdır, beləliklə, iddiaçı Teyyuba etibarnamə verərək avtomobili cavabdehə satmışlar. Təxminən 3-4 ay keçdikdən sonra bankdan iddiaçıya zəng gəlmişdir ki, avtomobilin krediti ödənilmir. O da həmin vaxt Qorxmaza zəng vurmuşdur ki, Teyyub ilə görüşüb, avtomobili Teyyubun adına rəsmiləşdirsin. Daha sonra Elşən adlı bir şəxs ona zəng vuraraq bildirmişdir ki, avtomobil ondadır və krediti də özü ödəyəcəkdir. Lakin Elşən də verdiyi vədə əməl etməmiş, kredit məbləğini ödəməmişdir. Ödəniş olmadıqdan sonra o, avtomobilin geri qaytarılmasını tələb etsə də ondan 3.000 manat məbləğində ödəniş istəmişlər. O, bu təkliflə razı olmadığına görə avtomobili ona qaytarmamışlar. Həmçinin ona verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, “Hyundai Accent” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil halhazırda Elman adlı şəxsdədir. Mübahisəli avtomobil Cavabdeh1 o şərtlə verilmişdir ki, o, avtomobildən istifadə etsin və kredit məbləğindən hər ay 430 ABŞ dolları məbləğində vəsaiti banka ödəsin. Aralarındakı razılığa əsasən ödənişlər bitdikdən sonra avtomobil Teyyubun olmalı idi. O, tərəflərlə birlikdə notariusa getmiş və həmin notariusda iddiaçı cavabdehə avtomobilin idarə edilməsi üzrə etibarnamə vermişdir. O, qeyd olunan avtomobilin qaytarılmasını istədikdə onu döymüşər və o, bununla bağlı polis idarəsinə müraciət etmiş, həmin vaxt Teyyub polis idarəsinə çağırılmamışdır. Cavabdeh1 avtomobili digər şəxslərə hansı qaydada satmasından məlumatı yoxdur. Mübahisəli avtomobil tapılıb satılsa, qalan borcu o, iddiaçıya ödəməyə kömək edəcəkdir. Teyyub avtomobili onlardan aldıqda 2.000 manat ilkin ödəniş etmişdir. Avtomobil cavabdehin istifadəsində olan zaman o, banka ödənişləri vaxtında etmişdir. Avtomobil Elşənə verildikdən sonra kredit ödənişləri edilmədi. Bankdan avtomobilin başqa şəxsə verilməsinə dair razılıq verilsə də bununla bağlı rəsmi sənəd onlara verilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(011)-140/2017 saylı qətnaməsi ilə “xxxxxxxxxxxx” ASC-nin iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 12.114,99 ABŞ dolları əsas borc, 2.708,74 ABŞ dolları faiz borcu, cəmi 14.823,73 ABŞ dolları ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə, 200 manat məbləğində cərimə və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə verilməsi, tələbin cavabdeh İddiaçı məxsus olan xx xxxxxx 2014-cü il tarixli, 3553/37/24 saylı avtomobil krediti və girov/ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü dövlət qeydiyyat nişanı **-GP-*** olan “Hyundai Accent” markalı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılması, realizə edilmiş avtomobilin dəyərindən əldə olunan vəsait hesabına cavabdeh İddiaçı “xxxxxxxxxxxx” ASC-yə borcunun ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(006)-3798/2017 saylı qətnaməsindən görünür ki, “Hyundai Accent” markalı, ** GP *** dövlət nömrə nişanlı avtomobilin məcburi qaydada Cavabdeh2 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən müəyyən olunur ki, xx xxx 2016-cı il tarixdən xx xxx 2017-ci il tarixədək İddiaçı tərəfindən “Hyundai Accent” markalı, 99-GP 917-dövlət nömrə nişanlı avtomobilə dair sonuncu dəfə Cavabdeh2 etibarnamə verilmiş, həmin etibarnamə xx xxx 2016-cı il tarixdə İddiaçı tərəfindən ləğv edilmişdir. xx xxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı avtomobil alınması məqsədi ilə illik 18% faiz olmaqla, 60 ay müddətinə 16.922 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kredit pulla İddiaçı xx xxxxxx 2014-cü il tarixdə “Hyundai Accent” markalı, **-GP-*** dövlət nömrə nişanlı avtomobili almış və avtomobil bankla bağlanmış xx xxxxxx 2014-cü il tarixli, NH/13535/37/24 saylı girov müqaviləsi ilə bankın xeyrinə girovla yüklü edilmişdir. Daha sonra xx xxxx 2015-ci il tarixdə iddiaçı bank tərəfindən yüklü edilmiş “Hyundai Accent” markalı, **-GP-*** dövlət nömrə nişanlı avtomobilə dair Cavabdeh1, xx xxx 2016-cı il tarixdə isə sonuncu dəfə Cavabdeh2 etibarnamə vermişdir. xx xxx 2016-cı il tarixdə isə Cavabdeh2 verilmiş etibarnamə İddiaçı tərəfindən ləğv edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(011)-140/2017 saylı qətnaməsi ilə İddiaçı 12.114,99 ABŞ dolları əsas borc, 2.708,74 ABŞ dolları faiz borcu, cəmi 14.823,73 ABŞ dolları ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə, 200 manat məbləğində cərimə alınaraq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə verilməsi, tələbin cavabdeh İddiaçı məxsus olan xx xxxxxx 2014-cü il tarixli 3553/37/24 saylı avtomobil krediti və girov/ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü dövlət qeydiyyat nişanı **- GP-*** olan “Hyundai Accent” markalı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılması, realizə edilmiş avtomobilin dəyərindən əldə olunan vəsait hesabına cavabdeh İddiaçı “xxxxxxxxxxxx” ASC-yə borcunun ödənilməsi qət edilmişdir. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(006)-3798/2017 saylı qətnaməsi ilə “Hyundai Accent” markalı, **-GP-*** dövlət nömrə nişanlı avtomobil məcburi qaydada Cavabdeh2 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdehlərdən müştərək qaydada ümumilikdə 14.823,73 ABŞ dolları məbləğində dəymiş maddi zərərin və mənəvi zərər olaraq 2.000 manat vəsaitin tutulmasını xahiş edir. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi hissəsi bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2007-ci il tarixli, 564 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir; 521.1 və 522.2-ci maddələrinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Qanunvericiliyin qeyd olunan imperativ normalarından göründüyü kimi, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların, o cümlədən avtomobillərin alqı-satqısı haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bundan əlavə, ipoteka ilə yüklü edilmiş “Hyundai Accent” markalı, **-GP-*** dövlət nömrə nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 satılması üçün ipoteka saxlayan “xxxxxxxxxxxx” ASC-nin razılığının alınması zəruridir. Eyni zamanda, “xxxxxxxxxxxx” ASC qarşısında olan götürülmüş kredit məbləğinin qaytarılması öhdəliyinin iddiaçı tərəfindən digər şəxslərə verilməsi üçün bankın icazəsi olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 satıldığını, habelə həmin cavabdehlər tərəfindən iddiaçının bank qarşısında olan öhdəliklərinin icra edilməsi barədə öhdəlik götürüldüyü bildirilsə də, bununla bağlı ipoteka saxlayanın razılığı ilə notariat qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinin bağlanmasına dair, həmçinin iddiaçının bank qarşısında olan öhdəliklərinin həmin cavabdehlərə verilməsi barədə bankın icazəsinin olduğuna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə iş materiallarından müəyyən olunur ki, “xxxxxxxxxxxx” ASC-nin iddiasına əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə məhz iddiaçıdan kredit borcunun tutulması və tələbin ona məxsus ipoteka ilə yüklü edilmiş “Hyundai Accent” markalı, **- GP-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Məhkəmə Cavabdeh1 tərəfindən verilmiş iddia müddətinin tədbiqinə dair ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə həmin cavabdeh arasında avtomobilin alqı-satqısına dair öhdəlik münasibətləri olduğu təqdirdə belə iddia tələbi mülki qanunvericiliklə müəyyən edilmiş üç illik iddia müddəti keçdiyinə görə təmin edilə bilməzdi. Belə ki, iddiaçı ərizəsində göstərir ki, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli etibarnamə vermiş, onun tərəfindən ödənişlər bir neçə ay edilmişdir. İşdə olan qətnamədən görünür ki, iddiaçı tərəfindən xx xxx 2016-cı il tarixdə etibarnamə digər Cavabdeh2 verilmişdir. Göründüyü kimi, iddiaçı artıq hüququnun pozulduğundan xx xxx 2016-cı il tarixdə məlumatlı olmuş, hazırki iddia ilə isə məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iddia tələbinin Cavabdeh3 qarşı hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı məhz özü “Hyundai Accent” markalı, **-GP-*** dövlət nömrə nişanlı avtomobilə dair digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamələr vermişdir. Cavabdeh3 avtomobilin mülkiyyətçisi olmamış, habelə kredit müqaviləsi üzrə tərəf qismində çıxış etməmiş, onun həmin avtomobilə dair sərəncam vermək səlahiyyəti də olmamışdır. Göründüyü kimi, Cavabdeh3 tərəfindən iddiaçıya məxsus avtomobil ilə bağlı hər hansı hüquqa zidd hərəkətlərin edilməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə iddia tələbinin mənəvi zərərəin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehlər tərəfindən iddiaçıya münasibətdə hər hansı qanunsuz hərəkət və ya hərəkətsizlik edilməsi halları öz təsdiqini tapmadığına görə, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar