Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2354/2024 18.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12500 (on iki min beş yüz) manat məbləğində pulun və dövlət rüsumu qismində ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pulun alınalaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onu aldadaraq, etibarından suiistifadə etmiş, 12500 manat pulunu dələduzluq yolu ilə ələ keçirtmişdir. Belə ki, 2021-ci ildə o, ondan 12500 manat pul alıb ki, guya ona pensiya düzəldəcək. O, bildirib ki, onun vəzifədə işləyən Oktay adlı tanışı var və onun əli ilə ona pensiya düzəldəcək. O, inandırmışdır ki, dəfələrlə bu qaydada müxtəlif şəxslərə pensiya düzəldib. O, ilkin olaraq ondan 1500 manat, 2-ci dəfə 2500 manat, sonra isə 4000 manat pul aldı və inandırdı ki, xəstəliyi ilə əlaqədar ona pensiya düzəldəcəkdir. O, da həqiqətən xəstə olduğu üçün ona inandı. Qeyd edir ki, cavabdeh onun evinə tez-tez gəlib-getdiyi, bacısı gildə də dəfələrlə olduğu üçün ona inanmışdır. O, pensiya düzəltmək adı ilə əlavə olaraq, ondan 2500 manat və 1000 manat pul almışdır. Ümumilikdə, onun 12500 manat pulunu dələduzluq yolu ilə ələ keçirtmişdir. Dəfələrlə ondan pulunu geri istəsə də, o, “başına oyun açaram, mədən pul istəmə” cavabını vermişdir. Cavabdeh, başqa şəxslərə qarşı da dələduzluq cinayətləri törətmişdir. Onun bu iş üzrə şahidləri də var. Həmin şəxslərin məhkəmə iclasına şahid statusunda cəlb edilməsimə zərurət mövcuddur. Həmin şəxslər bacıcı X8, iş yoldaşı X2, iş yoldaşı X4r. O, 2021-ci ilin fevral ayında Bakı şəhər, Binəqədi rayon, Rəsulzadə qəsəbəsi, Bağ küçəsi, ev 3, mənzil 11-də bacısının iştirakı ilə cavabdehə 1500 manat pul vermişdir. 2021-ci ilin mart ayında 2-ci dəfə cavabdeh yaşadığım evə gəlmiş və orda ona bacısının iştirakı ilə 2500 manat pul vermişdir. Həmin pulun 1500 manatını lombarddan götürmüşdür. Cavabdeh 2021-ci ilin may ayında 3-cü dəfə iş yerində məndən 3000 manat pul almışdır. Bu dəfə pulu iş yoldaşı X1 yanında vermişdir. 2021-ci ilin iyun ayında 4-cii dəfə iş yoldaşı X3 yanında 3000 manat pul cavabdeh ondan almışdır. 2021-ci ilin aprel ayından etibarən ayrı-ayrı vaxtlarda cavabdeh ondan müxtəlif məbləğlərdə hissə-hissə olmaqla, təklikdə 2500 manat pul almışdır. Faktla bağlı Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Yekunda isə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Hesab edir ki, cavabdehin ondan taladığı 12500 manat pul məhkəmə qaydasında ondan tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, Cavabdeh 1 ilə yaxın idi tanıyırdı. Pensiya düzəltmək istəyirdi və cavabdeh onun yaxın qohumu pensiyanın düzəldilməsinə köməklik edə biləcəyini bildirdi və onu inandıraraq ona pul vermişdir. Hamısını bir dəfəyə yox, hissə-hissə vermiş, 2000 manat bir, 1500 manat bir, qızıllarını qoyub lombarddan pul alıb vermişdir. O, həmçinin bildirdi ki, o, sələmçiliklə məşğul deyil, onun o, qədər pulu olmayıb. İş üzrə istintaqda da, iştirak etmişlər və cavabdeh orada etiraf edici ifadə verib. Hazırda isə cavabdeh məhkəmə iclaslarında 7000 manat aldığını etiraf edir və həmin məbləğlərdən ödənişlər etdiyini, hazırda borcunun 1700 manat qaldığını bildirsə də, həmin ödənişlərlə bağlı heç bir sübut təqdim edə bilmir. Göstədiklərini nəzərə alaraq iddianın təmin edilməsini və cavabdehdən pulun tutularaq ona ödənilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edib və nümayəndəsi olduğu İddiaçı göstərdiyi xüsusatları təsdiq edib izahatında göstərmişdir ki, Cavabdeh iddiaçıdan ümumilikdə 12500 manata yaxın pul alıb lakin qaytarmayıb. Pulun alınmasına da səbəb İddiaçı əlliliyi ilə bağlı pensiya təyin etdirəcəyinə söz verməsi olmuşdur. Hesab edir ki, cavabdeh istintaqda da, iştirak edib, orada da ifadələr verib, məhkəmə iclaslarında da, iştirak edib etiraf edici izahatlar verib, lakin tələb onun borcdan hansı məbləğdə pulun qaytarılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Hesab edir ki, iddia tələbini qanuni və əsaslıdır. Ona görə də təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında göstərmişdir ki, o, İddiaçı ümumilikdə müxtəlif vaxtlarda 7000 manat məbləğində pul almış və həmin puldan hissə-hissə qaytarmışdır. Onun 3500 manat borcu qalmışdır, sonra yenə ödənişlər etmiş və hal-hazırda onun iddiaçıya 1700 manat borcu qalıb. O, iddiaçıdan 4-5 ay möhlət verilməsini xahiş etmiş, lakin iddiaçı hər yerə şikayət etməyə başlamışdır. İddiaçı ona pulu pensiya düzəltmək üçün verməyib, sələmə (faizə) verirdi. O, aldığı məbləğləri hissə-hissə geri qaytararkən iddiaçı ilə aralarında heç bir yazılı qeydiyyat aparılmadığından, hazırda qaytardığı məbləğləri sübut edə bilmir. Həmçinin bildirdi ki, o, həftə ərzində hər 100 manata, 15 manat faiz ödəmişdir. Əgər o, pulu qaytarmırdsa, iddiaçı niyə ona təkrar pul verirdi. 12500 manat məbləğində pulu hansı əsasla istəyir bunu başa düşə bilmir. O, iddiaçıdan həm pulu alanda, həm də ödənişlər edəndə həmişə ikisi olub, başqa heç kim olmayıb. Onun hazırda İddiaçı 1700 manat borcu qalıb. Hazırki işdə dindirilən şahidlərin hər biri yalan ifadələr veriblər. O, yuxarıda qeyd etdiklərini nəzərə alaraq, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, İddiaçı onun bacııdır. O, İlhaməXəlilovanı da tanıyır, bacısının iş yoldaşıdır. Bacısı İlhaməyə pensiya düzəltməsi üçün 1500 manat pul verib. Sonra qızıllarını lombarda qoyub 2500 götürüb. Onun yanında 4000 manat pul verib. Ancaq İlhamə nə pensiyanı düzəltmədi, nə də pulu geri qaytarmadı. 1500 manat məbləğində pul verilərkən qış ayları idi. 2500 manatı isə qeyd etdiyi kimi qızılları lombarda qoyub aldığı pul olub. 2500 manatı İlhaməyə verdiyini görməmiş yəqin ki, işdə olarkən verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, həm İddiaçı, həm də Cavabdeh onun iş yoldaşları olublar. Onlar oteldə bir yerdə işləmişlər. Tərəflərin pul haq-hesabı olmuşdur. Sucaqət onun yanında İlhaməyə 3000 manat pul vermişdir. Əvvəl pulun nə üçün verildiyini bilməsə də, sonra öyrənmiş ki, Cavabdeh İddiaçı üçün əlillik düəldəkdir. O, Sucaqətə bu işin alınmayacağını başa salmağa çalışsa da, ona qulaq asmamışdır. İş avqust ayında düzəlməli idi. 2021-ci ilin may ayında Sucaqət İlhaməyə pul verəndə o, görmüşdür. İlhamə Sucaqətə “bu işi həll edəcəm, qorxma kimi” ifadələr işlədirdi. İlhaməni iş yoldaşı kimi tanımışdır. O, müdürdən və digər işçilərdən də pul alıb qaytarmırdı. Sucaqət İlhaməyə 3000 manat verəndə yanında olmuşdur. İlhaməyə demiş ki, pul 3000 manatdır saymağa ehtiyac varmı? O isə ehtiyac olmadığını bildirmişdir. O, Cavabdeh tərəfindən pulun qaytarılmasını görməmişdir. Deyirdi ki, əgər iş düzəlməsə maşını satıb pulu qaytaracaq. Avqust ayında iş düzəlməli idi, avqust ayından Sucaqət pulun qaytarılmasını tələb etsə də, İlhamə qaytarmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, həm İddiaçı, həm də Cavabdeh onun iş yoldaşları olublar. İlhamə Sucaqətə pul verməli idi. İddiaçı Cavabdeh onun yanında 3000 manat məbləğində pul vermişdir. Həmin pulu Cavabdeh Sucaqəti əlillik pensiyasına çıxartması məqsədilə almışdır. Pulun nə vaxt verilməsi yadında deyil. Pulun qaytarılmasını görməmişdir. Çünki pul qaytarılanda orada heç kim olmayıb. Sucaqət pulu İlhaməyə verəndə 3000 manat olduğunu dedi. İlhamə pulu qaytaracağını demişdir. Pulun əlilliklə bağlı pensiyanın düzəldilməsi ilə bağlı verildiyini eşitmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmçinin həmin qərarla izahatı alınmış Cavabdeh göstərmişdir ki, təxminən iki ay müddətində Sucaqətlə birlikdə Allsizim otelində işlədiyini və həmin vaxtı şəxsi işlərini həll etmək üçün 3.700 manat faizə pul götürdüyünü və həmin pulun 1.800 manatını qaytardığını hazırki günə ona 1.900 manat borclu olduğunu bildirmişdir. Öz aralarında olan razılığa əsasən həmin pulunun faizinin saxlamasını və latareya alıb bütün borcunu bağlayacağını bildirmiş, lakin sonradan Sucaqət bununla razılaşmayaraq ona ümumilikdə 12500 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İlk növbədə məhkəmə qeyd edir ki, işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı 2021-ci ildən etibarən müxtəlif vaxtlarda pensiya düzəldilməsi üçün ümumilikdə cavabdehə 12500 manat pul verdiyini iddia edir, cavabdeh isə pulu pensiya düzəldilməsi üçün deyil ümumilikdə 7000 manat məbləğində pulun faizə götürdüyünü, həmin puldan hissə-hissə ödəyərək, hazırda iddiaçıya 1700 manat borcunun qalmasını iddia edir. Mülki Məcəllənin 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur. Bu tip öhdəliklər qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunduğu üçün müqavilənin deyil də, məhz qanunun birbaşa göstərişləri ilə əmələ gəlir. Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Mülki Məcəlləyə görə hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həyata keçirilməmiş əsas dedikdə bu əsas ya ümumiyyətlə nəzərdə tutulmur, ya da nəzərdə tutulmasına baxmayaraq heç bir hüquqi nəticə doğurmur. Sonralar aradan qalxmış əsas isə müəyyən bir müddət mövcud olmasına baxmayaraq daha sonra aradan qalxır və aradan qalxdıqdan sonrakı dövrdə şəxsin həmin əsasa söykənərək əldə etdiyi əmlak əsassız varlanma hesab olunur. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Əldə edilənlərdən götürülən faydaya (bu qayda sadəcə əsassız varlanan şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu hallara (vicdansız sahib) aiddir); Əldə edilənləri vermək mümkün olmadıqda, məsələn əsassız varlanma natura şəklində baş verdikdə, onların dəyəri ödənilir. Qeyd olunmalıdır ki, hazırkı halda həm iddiaçının iddiaçının tələbi, həmdə cavabdehin etirazı bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə hesab edir ki, tərəflər arasında əsassız varlanmadan irəli gələn münasibətlər yaranmışdır. Bu münasibətlər çərçivəsində də cavabdehə məhz 12500 manat pulun verildiyini iddiaçı, ona 1700 manat borcun qalmasını isə cavabdeh sübut etməlidirlər. Məhkəmə araşdırması zamanı izahat verən iş üzrə Cavabdeh izahatlarında iddia tələbini qismən qəbul edərək İddiaçı 7000 manat məbləğində faizlə pul aldığını, həmin puldan hissə-hissə ödəyərək, hazırda iddiaçıya 1700 manat borcunun qalması qeyd etmişdir. Həmçinin bildirmişidir ki, hissə-hissə etmiş olduğu ödənişlərlə bağlı o, yazılı qaydada qeydiyyat aparmadığından, həmin məbləğlərdə olan ödənişlərin ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmir. Göründüyü kimi iş üzrə iddia tələbində tələb edilən 12500 manat məbləğində pulun, 7000 manat məbləğində olan hissəsi Cavabdeh tərəfindən etiraf edilmişdir. Belə olan halda məhkəmə, iş üzrə cavabdeh ondan tələb edilən pulun 7000 manatını etiraf etdiyini, eləcə də həmin borcla bağlı hissə-hissə ödənişlər etməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbinin 7000 manat məbləğində olan hissəsi təmin olunmalıdır. Məhkəmə iddia tələbinin 5500 manat məbləğində olan hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı nə təhqiqat zamanı, nə də məhkəmə araşdırması zamanı qeyd edilən məbləğin hansı səbəbdən yaranması, ümumiyyətlə həmin məbləğin cavabdehə verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, qanunvericiliyə əsasən iş üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmənin qənaətinə görə, iddiaçının 5500 manat məbləğində pulun cavabdehdən alınması ilə bağlı mülahizəsinə əsasən irəli sürdüyü, öz təsdiqini tapmayan, faktiki hesab etdiyi hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin 5500 manat hissəsi əsassızdır və təmin edilməməldir. Belə ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh ilə aralarında olan watsap şəbəkəsi vasitəsi ilə danışıqlarının səs yazılarını əks etdirən yaddaş kartına (fleş kart) münasibət bildirərək məhkəmə qeyd edir ki, həmin danışıqların 101 kb, 99 kb və 173 kb olan səs yazılarında tərəflər arasında pulun qaytarılması ilə bağlı danışıqların olması müəyyən olunsada, ancaq hazırki iş üzrə tələb edilən məbləğlə bağlı hər hansı danışıq aşkar edilməmişdir. Bununla yanaşı iddiaçı iddia tələbini şahidlərin ifadələri ilə sübut olunduğunu bildirir. Məhkəmə qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, iddiaçı pulun verilməsi əsas kimi məhz yuxarıda göstərilən şahid ifadələrinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Dindirilmiş şahidlərdən X5 iddiaçının bacısı olduğundan məhkəmə onu iş üzrə maraqlı şəxs kimi qəbul edir və buna görə də onun ifadəsini iş üçün həhəmiyyətli sübut kimi qəbul etmir. Digər şahidlərdən X2 və X7 iddiaçının cavabdehə ona pensiya düzəldilməsi üçün 3000 manat pul verdiyini bildirmişlər. Göründüyü kimi iddiaçının istinad etdiyi hallarla cavabdehə məhz 12500 manat pulun verməsi tam sübuta yetirilmir. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı tələbini qismən əsaslandıra bildiyi halda cavabdeh iddiaçıdan götürdüyü 7000 manat məbləğində puldan hazırda 1700 manat borcunun qalmasına dair ümumiyyətlə heç bir sübut təqdim edə bilməmiş, etirazının dəlilini kimi yalnız şifahi izahla əsaslandırmışdır. Buna görə də bu hal sübuta yetmədiyindən məhkəmə onun mövcudluğunu qəbul etmir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin dövlət rüsumu qismində ödənilmiş 128 manat məbləğində pulun alınalaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 128 manat məbləğində pulun 100 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 128 (yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumunun 100 (yüz) manat məbləğində olan hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2354/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2354/2024
18.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver