Məhkəmə qərarları › İş №2(001)-2359/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2359/2024

15.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2359/2024 15.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, müvafiq qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 bildirmişdir ki, məhkəmə tərəfindən onlara vaxt verilsə də, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 18 kv.metr olan bir otaqdan ibarət 14 saylı mənzilin yeni mülkiyyətçilərinə dair heç bir yeni hüquq verici sənəd əldə edə bilməmişlər. Məhkəmədən iddia tələbinin baxılmamış saxlanılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, o, qeyd edilən iş üzrə cavabdeh kimi qeyd edilsə də, onun ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 18 kv.metr olan bir otaqdan ibarət 14 saylı mənzili ilə heç bir əlaqəsi yoxdur. Yəni qeyd edilən mənzilin hazırki mülkiyyətçisi X3r. O, mübahisəli mənzilin yeni mülkiyyətçisinə xx.xx.2018ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışı məhkəməyə təqdim edərək qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. (149.2.3) Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən, iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1- 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. İddia ərizəsinin məzmunundan görünür ki, iş üzrə Cavabdeh və həmin mənzildə faktiki yaşayan digər şəxslərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 18 kv.metr olan bir otaqdan ibarət 14 saylı mənzilə görə cavabdehə 30.000 (otuz min) manat birdəfəlik maddi yardım ödənilməklə Cavabdeh və həmin mənzildə yaşayan digər şəxslərin qəzalı mənzildən çıxarılmaları tələb edilmiş və iş materiallarına xx.xx.2014-cü il tarixdə verilmiş Çıxarış əlavə edilmişdir. Məhkəmə, iddiaçıya ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 18 kv.metr olan bir otaqdan ibarət 14 saylı mənzilin hazırki mülkiyyətçisi barədə, yəni 2014-cü ildən sonra həmin mənzilin mülkiyyətçisinin, eləcə də həmin mənzildə qeydiyyatda olan şəxlərlə bağlı rəsmi arayış və ya digər hüquqmüəyyənedici sənədin məhkəməyə təqdim edilməsini təklif etsə də, iddiaçı tərəfindən qeyd edilən mənzillə bağlı yeni hüquq verici sənəd təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən yuxarıda qeyd edilən nöqsanları məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə aradan qaldırmamışdır. Halbu ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli mənzilin xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 18 kv.metr olan bir otaqdan ibarət 14 saylı mənzilin mülkiyyətçisi hazırki iş üzrə Cavabdeh yox, X3r. Məhkəmə qeyd edir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12 –ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikasının MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən yuxarıda qeyd edilən nöqsanlar məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə iddiaçı tərəfindən aradan qaldırılmadığından ərizə baxılmamış saxlanılmalı və iddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar