Məhkəmə qərarları › İş №2(001)-2363/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2363/2022

15.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2363/2022 15.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təhsillə bağlı əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, universitet tələbəsi olmasına, normal qidalanmasına, geyiminə, dərs vəsaitlərinə, təhsil haqqına çəkiləcək xərclərə görə Cavabdeh hər ay sabit pul məbləğində 500 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(001)- 4860/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “təhsillə bağlı əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmış, İddiaçı nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə cavabdehin Azərbaycan Respublikasında əmlakının olduğu yer və ya məlum olan axırıncı yaşayış yeri üzrə aidiyyəti rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(001)- 4860/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(001)-4860/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1896/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(001)-4860/2021 nömrəli qərardadı ləğv edilmiş və iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Buna uyğun olaraq tərəflərə iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1896/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərardadında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutaraq iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxıb və iş materiallarını araşdırıb, nəticədə yenə də iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 149.2.2-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdəhakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur; 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir; 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Bununla belə, məhkəmə qeyd edir ki, iddia ərizəsində göstərilməli olan məlumatların siyahısı, o cümlədən iddia ərizəsində cavabdehin soyadının, adının, atasının adının, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatların, yaşayış yeri və ya olduğu yerin (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanın, olduğu halda – iş yerinin ünvanının, telefon nömrələrinin, elektron poçt ünvanının, cavabdehin eyniləşdirmə məlumatlarının (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməsi barədə tələb Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində təsbit edilmiş, eyni zamanda, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə tərtib edilməsi, onun geri qaytarılması üçün əsas kimi müəyyən edilmişdir. Bununla belə, iddia ərizəsində cavabdehin ünvanı olaraq Ukrayna Respublikası, Suminski vilayəti, Suminski rayonu, Stepanovka qəsəbəsi, Sentralnı küçəsi, ev 72, mənzil 15 ünvanının göstərilməsi artıq iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Hər bir halda, iddia ərizəsində Ukrayna Respublikasının vətəndaşı olan Cavabdeh Azərbaycan Respublikasında axırıncı yaşayış yerinin, olduğu yerin və ya onun adətən gəldiyi yerin ünvanı göstərilməli idi. Lakin göründüyü kimi, iddia ərizəsində cavabdehin Azərbaycan Respublikası üzrə hər hansı ünvanı göstərilməmişdir. Bu halın mövcudluğu artıq iddia ərizəsinin geri qaytarımasını şərtləndirir. Digər tərəfdən iddiaçı iddia ərizəsinə əsasən öz tələbində Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80-cı və 81-ci maddələrinə istinad edir, lakin bu zaman həmin maddənin tələblərinə əsasən əmək qabiliyyətinin olmadığını və maddi yardıma ehtiyacının olduğunu bildirmir. Əksinə açıq və aydın şəkildə universitet tələbəsi olmasına çəkilən xərclərin əvəzinin tutulmasını, yəni məhz təhsil alması ilə bağlı maddi yardım tələb edir ki, bu xərclər də həmin maddənin təsiri dairəsinə düşmür (bu məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı ilə aydınlıq gətirilmişdir). Belə olan halda, bu xərclərin əlavə xərc adlandırması onların həqiqətən də əlavə xərc olması anlamına gəlmir və bu iddiaya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinin tələbləri baxımından iddiaçının özünün yaşadığı yerə görə verilməsini hüquqi baxımdan mümkün etmir. Bu məsələ diqqətə alınmadığı təqdirdə belə, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələblərinə riayət edilməməsi yenə də iddianın icraata qəbul edilməsini istisna edir. Beləliklə, məhkəmə, göstərilənləri nəzərə alıb, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə (cavabdehin Azərbaycan Respublikasında əmlakının olduğu yer və ya məlum olan axırıncı yaşayış yeri üzrə aidiyyəti rayon (şəhər) məhkəməsinə) məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-cu, 152-ci, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “təhsillə bağlı əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə (cavabdehin Azərbaycan Respublikasında əmlakının olduğu yer və ya məlum olan axırıncı yaşayış yeri üzrə aidiyyəti rayon (şəhər) məhkəməsinə) məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar