Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-237/2022 07.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı (cavabdeh) İddiaçı, Cavabdeh (iddiaçı) X8, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı tikinti-inşaat materiallarının yığışdırılması və daş hasarın bərpa edilməsi tələbinə dair iddiası; iddiaçı X4 cavabdeh İddiaçı qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı tikinti-inşaat materiallarının yığışdırılması və daş hasarın bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində ailəsi ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayır. Ona məxsus evin qonşuluğunda isə cavabdeh X5 məxsus torpaq sahəsi var və onlara məxsus torpaq sahələrini də birgə tikdirdikləri 20 mişar daşı hündürlüyündə olan daş hasar ayırır. Fərdi yaşayış evinin qonşuluğunda yerləşən torpaq sahəsinin sahibi X8 özünə məxsus torpaq sahəsində tikinti işlərinin aparılması məqsədilə yaşayış sahələrini birbirindən ayıran daş hasarın ətrafına torpaq tikinti materialları tökmüşdür. Həmin torpaq kütləsinin ağırlığı isə daş hasarın bir neçə yerdən çatlamasına səbəb olmuş və eləcə də uçub tamamilə dağılması təhlükəsi yaratmışdır. Sərhəd daş hasarının fərdi yaşayış evindən 1-1,5 metr aralıda tikilmiş olduğunu nəzərə alaraq bildirilməlidir ki, daş hasarın tamamilə uçması nəticəsində iddiaçının evinin də zədələnməsi və ya dağılması qaçılmaz olacaqdır. Bundan əlavə olaraq, fərdi yaşayış evinin həyətində iddiaçının ailəsinin də rahat mühitdə həyatı təhlükə altında qalmaqda davam edir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, ətrafına torpaq materialının boşaldılmış olması səbəbindən daş hasar çatlamış durumdadır və iddiaçıya məxsus fərdi yaşayış evinə doğru əyilir. Qeyd olunanlarla əlaqədar Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocasən qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə, habelə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə yazılı müraciətləri olmuşdur. Aidiyyəti rəsmi qurumlar tərəfindən isə rayon məhkəməsinə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən xahiş etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında cavabdeh X5 məxsus torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsini biribirindən ayıran sərhəd daş hasarın ətrafına cavabdeh tərəfindən yığılmış tikinti inşaat materiallarının (torpaq və s.) cavabdeh tərəfindən yığışdırılmaqla təmizlənməsi; Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında cavabdehə məxsus torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsini biri-birindən ayıran sərhəd daş hasarın əyriliyinin və çat vəziyyətinin cavabdehin vəsaiti hesabına bərpa edilməklə əvvəlki sağlam vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilsin. İddiaçı X8 cavabdeh İddiaçı qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsil ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 ailə üzvləri ilə birlikdə Lənkəran rayonunun Ürgə kəndində yaşayır. O, cavabdeh İddiaçı yaşdığı evin qonşuluğunda 2008ci ildə özünə torpaq sahəsi almışdır. Torpaq sahəsinin sərhədindən cavabdehin evinə 0.80 metr məsafə var. Onun torpaq sahəsi ilə cavabdehin torpaq sahəsi arasında daş hasar çəkmək qərarına gəldilər. Daş hasarın hündürlüyü 2 metrdən artıq olmamalıydı. Çünki, ərazi yamac şəkilli maili olduğundan iddiaçının ərazisindən axan çirkab sulara görə relyef təsirindən daş hasar davamsız olardı. Hasarın ümumi uzunluğu 18 metr olmalı idi. Hasarın tam tikintisi üçün lazım olacaq usta və fəhlə pulu və daşıma pulunu iddiaçı ödəməliydi, materialın pulunu isə cavabdeh İddiaçı ödəməli idi. Cavabdeh isə razılaşmanı pozaraq daş hasarı 4 metr hündürlüyündə tikdirmişdir. Buna görə də cavabdeh iddiaçıya əlavə mişar daşı almaq üçün pul lazım olduğunu deyəndə iddiaçı ona 200 manat da əlavə pul göndərmişdir. Hasar çəkiləndən sonra məlum oldu ki, hasardan cavabdehin evinə qədər olan məsafə artıq 1,5 metrdir. Cavabdeh iddiaçının torpaq sahəsinin müəyyən hissəsini tikinti bəhanəsi ilə tutmuşdur. İddiaçı qonşuluq xatirinə buna da dözdü. Özü Lənkəran rayonunda müəllim işləyib, daimi yaşadığından 2020-ci ildən başlamış Covid-19 pandemiyasının təsirindən ictimai nəqliyyat vasitələri şənbə və bazar günləri işləmədiyindən, digər günlərdə isə işdə olduğundan, Bakıya gələ bilmirdi. İddiaçıya məhkəmədən bildiriş və iddia ərizəsinin sürəti gələndə təccüblənmişdir. Belə ki, hasarın tikinti qaydasını razılaşdırdıqlarından kənara çıxmaqla cavabdeh pozub, nəticədə hasar ağırlığa dözməyib, əyilibdir. X8 öz sahəsini tikinti materialları, topaq və sairdən təmizləşin, İddiaçı isə özünə məxsus tərəfi özü təmizləməlidir. Eyni zamanda tikinti işlərinə nəzarəti də cavabdeh öz üzərinə götürmüşdür. Həmçinin İddiaçı öhdəsinə götürmüşdür ki, Mürsəl Süleymanova məxsus və maili vəziyyətdə olan ərazinin hamarlanması üçün müəyyən qədər torpaq tökəcəyini də nəzərə almaqla torpaq sahəsini ayıran daş hasar 2 metr hündürlükdə və hər 3 metrdən bir beton kəmər atılmaqla 18 metr uzunluqda mişar daşından hörülməli idi. Bu razılaşmadan sonra Mürsəl Süleymanov hissə-hissə olmaqla 1490 manat pulu həmin ərazidə yaşayan qardaşı Mübariz Süleymanovun vasitəsilə fəhlə və ustalara vermək üçün cavabdehə vermişdir. Covid-19 pandemiyası dövründə Bakı şəhərinə gələ bilmədiyindən Mürsəl Süleymanov yalnız telefon vasitəsilə İddiaçıla əlaqə saxlamış və cavabdeh gördüyü işlər barədə ona məlumat verirdi. Yalnız Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən bildiriş gəldikdən və özünə məxsus torpaq sahəsinə baxdıqdan sonra ona məlum olmuşdur ki, cavabdeh İddiaçı razılaşdıqları kimi deyil, öz istəyi ilə daş hasarı 0.80 metrdən 1.50 metrə qədər iddiaçı tərəfə çəkməklə, daş hasarın hündürlüyü 4 metr, uzunluğu isə 18 metr olmaqla tikdirmiş, eyni zamanda qrunt və ya yağış sularının onun sahəsinə keçməsinin qarşısını almaq məsdəilə hasarın iddiaçı tərəfədən olan hissəsinə hasar boyu tol yerləşdirmişdir. Onun nəticəsində də küçədən gələn yağış suları çəpərin arxasına tökülərək yığılır. Nəticədə də cavabdeh tərəfindən iddiaçı ilə onun vəsaiti hesabına inşa edilmiş daş hasar əyilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı və cavabdehin torpaq sahələri eyni hündürlükdə olmuş, tikinti işləri apararkən cavabdeh özünə məxsus torpaq sahəsini iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini hamarlamaq məqsədi ilə qazıntı işləri apararaq nəticədə onun torpaq sahəsi 2 metrdən çox aşağı səviyyəyə çatdırılmışdır. Bu işlərin pulunu da cavabdeh iddiaçıdan almışdır. Bunun nəticəsində iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi hündürlükdə qalır və cavabdeh tərəfindən iddiaçının və onun vəsaiti hesabına inşa edilmiş daş hasar uçmaq təhlükəsi ilə üz-üzə qalmış və indi iddiaçı özünə məxsus torpaq sahəsində hər hansı tikinti işləri apara bilmir. Çünki, cavabdeh öz torpaq sahəsini o qədər qazmışdır ki, indi onun torpaq sahəsi iddiaçının torpaq sahəmdən 2 metrdən çox aşağıda yerləşir. Bununla da iddiaçı hesab edir ki, daş hasarın əyilərək çatlamasına səbəb, tikinti zamanı cavabdehin istifadə etdiyi keyfiyyətsiz material və onun üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməyərək öz maraqlarına uyğun daş hasarı tikməsi olmuşdur. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 1490 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı (cavabdeh) İddiaçı izahatında məhkəməyə bildirdi ki, Mürsəl Süleymanovla hasarın tikintisi ilə bağlı razılığa gəlməkləri həqiqətdir. Belə razılaşmışlar ki, Mürsəl Süleymanov ustaların pulunu, o isə materialların pulunu ödəyəcək. Mürsəl Süleymanov ona şəxsən pul verməyib. Ustaların pulu hissə-hisə ödənilib və hər dəfə o, lazım olan məbləğ barədə Mürsəl Süleymanova məlumat verirdi, Mürsəl Süleymanov isə qardaşına pul göndərirdi. Mürsəl Süleymanovun qardaşı onun illərdir qonşusu olub və hal-hazırda da orada yaşayır. Mürsəl Süleymanovun qardaşı gəlib tikintiyə nəzarət edirdi, ustalara pulu da verirdi. Mürsəl Süleymanov öz ərazisinə tikinti aparmaq üçün onların torpaq sahələrini ayıran daş hasarın ətrafına torpaq və tikinti materialları tökmüş, həmin torpaq kütləsinin ağırlığı daş hasarın bir neçə yerdən çatlamasına səbəb olmuş və eləcə də uçub tamamilə dağılması təhlükəsi yaranmışdır. Bunun hasarın hündürlüyü və ya izolyasiya olunması ilə heç bir əlaqəsi yoxdur. Mürsəl Süleymanov hasarın tikintsinə 1500 manat xərcləyibsə, o da tikinti materiallarına 3800- 4000 manatadək xərc çəkmişdir. Mürsəl Süleymanovun 1500 manatını o halda ödəyə bilər ki, ona ayrı normal hasar tikilsin. Hal-hazırda Mürsəl Süleymanovla hər hansı razılığa gəlməyi mümkün deyil. Tikintiyə rəhbərliyi iddiaçının qardaşı Mübariz edib. O, yalnız tikinti materiallarını tökdürmüşdür. Tolu da almışdır. Hasarın 1.60 sm-i qoşa daş ilə hörülüb. Qalan hissəsi isə tək daşla hörülüb. X18 özü ona bildirdi ki, əlavə daş alıb hasarın qalan hissəsini də qoşa daş ilə hördürsün. Qeyd olunanlara əsasən İddiaçı onun X5 qarşı iddia ərizəsinin təmin edilməsini, X4 isə ona qarşı olan iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı (cavabdeh) X8 izahatında məhkəməyə bildirdi ki, o, 2008-ci ildə mübahisəli torpaq sahəsini almış bu yaxınlarda həmin torpaq sahəsində hasar çəkmək qərarına gəlmişdir. O, qonşu torpaq sahəsinin sahibi İddiaçı ilə razılaşmışdır ki, torpaq sahələrinin arasında olan hasarı köməkləşib tikəcəklər. Aralarında olan razılığa əsasən, Mürsəl Süleymanov usta, fəhlə və daşıma xərclərini, İddiaçı isə materialların xərcini ödəməli idi. O, özü Bakı şəhərində yaşamadığına görə, tikintiyə nəzarət etmək imkanı yox idi. İddiaçı pul lazım olduqca ona məlumat verirdi, o da qardaşına pul göndərirdi ki, ustaların pulunu versin. İddiaçı şəxsən yalnız bir dəfə 200 manat pul verilib. Onda İddiaçı bildirmişdir ki, daş almağa pul çatmır, o da ona köməklik etmişdir. Qardaşı həmin ərazidə qonşuluqda yaşayır. İddiaçı kimə nə qədər pulun verilməsini deyirdi, qardaşı da ustalara həmin məbləğləri ödəyirdi. İddiaçı aralarında olan razılığı pozaraq daha hündür hasar tikdirməsindən X2 Fərhad Əhməd oğlu ona qarşı məhkəmədə iddia qaldırıldıqdan sonra xəbər tutmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, hasar onlar razılışdıqları kimi 2 metr deyil, 4 metr hündürlükdə tikilmişdir. Eyni zamanda İddiaçı hasarın aşağı hissəsini ustalara izolyasiya elətdirib və nəticədə hasar bütün bu təsirlər nəticəsində əyilmişdir. İddiaçı onun tərəfindən hasarın tikintisi üçün 1490 manat ödənilmiş və o, həmin məbləği hal-hazırda geri tələb edir. Qeyd olunanlara əsasən X8 onun İddiaçı qarşı iddia ərizəsinin təmin, İddiaçı isə ona qarşı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh (iddiaçı) X8, onun nümayəndəsi və vəkili Vəkil X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda məhkəməyə bildirdi ki, tərəflərə məxsus torpaq sahələrinin arasında olan daş hasarın əyilməsi İddiaçı hərəkətləri nəticəsində baş verib. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən hasarların hündürlüyü maksimum 2 metr 20 santimetr olmalı olduğuna baxmayaraq, İddiaçı torpaq sahələrinin bir-birinə münasibətdə hansı formada yerləşməsini və qanunvericiliyin tələblərini nəzərə almayaraq, hasarı 4 metr hündürlükdə inşa etdirmişdir. Bundan əlavə İddiaçı yağış və qrunt sularının onun tərəfinə keçməsinin qarşısını almaq üçün hasarı özünə aid tərəfdən tol materialı ilə izolyasiya etdirmişdir. X11 rayonundan yaşadığından və həmin dövr karantin vaxtlarına düşdüyündən, tikintiyə nəzarət etmək iqtidarında olmamışdır. Yalnız ona məhkəmə bildirişi gələndən sonra əraziyə gedib bütün bunların şahidi olmuşdur. Mürsəl Süleymanovun qardaşı İddiaçıla qonşuluqda yaşasa da, gün ərzində işdə olduğuna görə, onun da gedib tikintiyə nəzarət etmək imkanı olmamışdır. X12 qohumu tiksə də, tikintiyə tam rəhbərliyi İddiaçı həyata keçirmiş və usta məhz onun dediklərini etmişdir. Qeyd olunanlara əsasən o, X4 İddiaçı qarşı iddia ərizəsinin təmin, İddiaçı isə X5 qarşı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi qismən təmin edilməli; iddiaçı X4 isə cavabdeh İddiaçı qarşı iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6825 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Qərardadın 1-ci sualı ilə əlaqədar yuxarıda göstərilənləri, o cümlədən tədqiq olunan torpaq sahələri arasındakı sərhəd hasarının bütün hasar boyunca deformasiya olaraq iddiaçının (*İddiaçı) həyətinə və yaşayış evinə tərəf 50-80 sm əyildiyini, sərhəd hasarında 2 tərəfli keçici çatlar əmələ gəldiyini, hörgü daşlarının birbirindən aralandığını, hörgü arası monolit dəmir beton stunlardan birinin çatladığını nəzərə alaraq, həmin hasardakı zədələrin cavabdeh X5 məxsus torpaq sahəsində sərhəd hasarına tərəf torpaq qatının tökülməsi nəticəsində yaranan yükün təsirindən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Qərardadın 2-ci sualı ilə əlaqədar qeyd olunur ki, tədqiq olunan sərhəd hasarının hündürlüyünün 4,2 metr təşkil etdiyini nəzərə alaraq, həmin hasarın tikintisi zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin “hasarların tikintisinə dair tələblər” bölməsinin 73.1 bəndinə riayət olunmadığı müəyyən edilir. Qərardadın 3-cü sualı ilə əlaqədar qeyd olunur ki, tədqiq olunan sərhəd hasarının bütün hasar boyunca deformasiya olaraq iddiaçının həyətinə və yaşayış evinə tərəf 50-80 sm əyildiyini, sərhəd hasarında 2 tərəfli keçici çatlar əmələ gəldiyini, hörgü daşlarının birbirindən aralandığını, hörgü arası monolit dəmir beton stunlardan birinin çatladığını, həmçinin tədqiq olunan torpaq sahəsində atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülmədiyi, eləcə də sərhəd hasarının tikintisi zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq tələblərinə riayət olunmadığını nəzərə alaraq, həmin hasarın aşma təhlükəsinin mövcud olduğu müəyyən edilir. Qeyd olunur ki, tədqiq olunan hasarın aşma təhlükəsinin aradan qaldırılması üçün, həmin hasar sökülərək, tikinti normalarına və texnologiyasına uyğun yenidən inşa olunmalıdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində məhkəməyə bildirdi ki, İddiaçı onun qonşusudur, münasibətləri həmişə çox yaxşı olub. X1 da uzun illərdir ki, həmin ərazidə torpaq sahəsi var. Bu yaxınlarda qardaşı qərara gəldi ki, hasar tiksin və İddiaçıla belə razılaşdılar ki, materialın pulunu İddiaçı, ustaların pulunu isə Mürsəl Süleymanov ödəyəcək. Fərhad onlara bildirdi ki, ustaları onlar tapsınlar, material məsələsini izə o özü həll edəcək. Qardaşı Mürsəl Bakı şəhərində yaşamadığına görə, ustalarla haqq-hesabı o edirdi. Ustaların pulu hissə-hissə ödənilirdi. Pul ödənilməli vaxt Fərhad Mürsələ deyirdi, Mürsəl də Fərhada deyil, ona pul göndərirdi ki, ustaların pulunu versin. O özü bütün gün işdə olur. Tikintiyə nəzarət etmək imkanı yox idi. Belə olurdu ki, ustalar pullarını da gəlib onun evindən götürürdü. Ona görə də, hasarın razılığa uyğun tikilməməsini və tikinti qaydalarına zidd olaraq izolyasiya olunmasını görməmişdir. Usta deyir ki, Fərhad dedi izolyasiya elə - o da elədi. Hasar aşağısına tol vurulduğuna görə əyilib. Usta tolun vurulmasına görə əlavə pul almayıb. Usta onların qohumumu idi. Ustalar tolu Fərhadın göstərişinə əsasən vurublar. Tolun iki qat vurulması üçün materialları da Fərhad özü alıb. Yalnız bir dəfə 200 manat məbləğində pulu şəxsən Fərhada vermişdir. İş materiallarında olan Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova tərəfindən Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Ramil Cəbiyevə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, " ... Sulutəpə qəsəbə sakini vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixdə qeydə alınmış ərizə ilə bələdiyyəyə müraciət edərək qonşusu Mürsəl adlı şəxsdən şikayət etmişdir. Belə ki, Mürsəl adlı şəxs kənardan torpaq daşıyaraq həyətinə tökməsi nəticəsində daş hasarın uçması təhlükəsi yaranmışdır. Bələdiyyənin aidiyyəti əməkdaşları hadisə yerinə baxmış və fakt təsdiqini tapmışdır". Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflərin torpaq sahələri yanbayan yerləşir, X4 torpaq sahəsi İddiaçı torpaq sahəsindən daha hündürdədir. İddiaçı özünə məxsus torpaq sahəsində yaşayış evi tikib və orada ailəsi ilə birlikdə yaşayır. X8 hal-hazırda Lənkəran rayonunda yaşayır və ona məxsus torpaq sahəsində tikinti aparılmayıb. Tərəflər aralarında razılığa gəlmişlər ki, torpaq sahələrini ayıran daş hasarı birlikdə tikəcəklər. Razılığa görə İddiaçı tikinti materiallarının pulunu, X8 isə usta və daşıma xərclərini ödəyəcəkdir. Hasar 4.20 sm hündürlükdə tikilmişdir. Hal-hazırda hasar deformasiya olunub, aşma təhlükəsi var. İddiaçı iddiasına əsasən hasar X5 məxsus torpaq sahəsində sərhəd hasarına tərəf torpaq qatının tökülməsi nəticəsində; X4 iddiasına görə isə hasar İddiaçı tərəfindən üzərinə tolun vurdurulması nəticəsində əyilmişdir. Keçirilmiş ekspertiza nəticəsində İddiaçı iddiasının həmin hissədə əsaslı olması müəyyən edilmişdir. Lakin bununla yanaşı müəyyən edilmişdir ki, hasar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməməklə tikilmişdir. X2 Fərhad Əhməd oğlunun hərəkətləri nəticəsində ona 1490 manat maddi ziyanın dəyməsini iddia etsə də, buna dair tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə, iki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. Həmin Məcəllənin 73.4-cü maddəsinə müvafiq olaraq, qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. “X17rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X10rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərar, Rezorts 1998-Vİİİ s.3159.b.116). “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6825 saylı ekspert rəyi ilə hasardakı zədələrin cavabdeh X5 məxsus torpaq sahəsində sərhəd hasarına tərəf torpaq qatının tökülməsi nəticəsində yaranan yükün təsirindən əmələ gəlməyə xarakterik olduğunun müəyyən edilməsini və hasarın aşaraq həmin ərazidə yaşayan İddiaçı və onun ailəsinin həyatına təhlükə törədə biləcəyini nəzərə alaraq belə qənatə gəlir ki, İddiaçı cavabdeh X5 qarşı tikinti-inşaat materiallarının yığışdırılması və daş hasarın bərpa edilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilməli; İddiaçı ilə X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən torpaq sahələrini bir-birindən ayıran daş hasarına tərəf cavabdeh X8 tərəfindən tökülmüş torpaq qatının və hasarın ətrafına yığılmış tikintiinşaat materiallarının yığışdırılması öhdəliyi cavabdeh X4 üzərinə qoyulmalı; İddiaçı ilə X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən torpaq sahələrini bir-birindən ayıran daş hasar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müəyyən etdiyi qaydalara riayət edilməklə (hasarın hündürlüyü 2 metr 20 santimetrdən çox olmamaq şərtilə) cavabdeh X8 tərəfindən bərpa edilməli və təhlükəsiz vəziyyətə gətirilməli; iddiaçı X4 cavabdeh İddiaçı qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X5 qarşı tikinti-inşaat materiallarının yığışdırılması və daş hasarın bərpa edilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən torpaq sahələrini bir-birindən ayıran daş hasarına tərəf cavabdeh X8 tərəfindən tökülmüş torpaq qatının və hasarın ətrafına yığılmış tikinti-inşaat materiallarının yığışdırılması öhdəliyi cavabdeh X4 üzərinə qoyulsun. İddiaçı ilə X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən torpaq sahələrini bir-birindən ayıran daş hasar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müəyyən etdiyi qaydalara riayət edilməklə (hasarın hündürlüyü 2 metr 20 santimetrdən çox olmamaq şərtilə) cavabdeh X8 tərəfindən bərpa edilsin və təhlükəsiz vəziyyətə gətirilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı X4 cavabdeh İddiaçı qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdeh X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu X3 tutularaq İddiaçı ödənilsin. İddiaçı X8 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-237/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-237/2022
07.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver