Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2383/2020 21.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X16 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin qanuni nümayəndəsi X5 iştirakları ilə, İddiaçı xxnın Cavabdehnə qarşı müqavilənin təsdiqlənməsi, maliyyə arayışının, protokoldan çıxarışın və layihə sənədlərinin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xxnın Cavabdehnə qarşı (məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh X2 Cavabdeh ilə əvəz edilmişdir) müqavilənin təsdiqlənməsi, maliyyə arayışının, protokoldan çıxarışın və layihə sənədlərinin verilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı xx ilə Cavabdeh MTK arasında Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən yaşayış binasının 1-ci korpusunda, 1-ci mərtəbəsində yerləşən 116,8 m2 –dən ibarət sahənin tikintisinə dair bağlanmış xx xxx 2005-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqavilənin və həmin müqaviləyə 1 nömrəli əlavənin Cavabdeh MMC tərəfindən təsdiqlənməsi, cavabdeh tərəfindən Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən yaşayış binasının 1-ci korpusunda, 1-ci mərtəbəsində yerləşən 116,8 m2 –dən ibarət sahəyə dair maliyyə arayışının, həmin sahəyə dair protokoldan çıxarışın və layihə sənədlərinin iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC ilə xx xxx 2005-ci il tarixində “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqavilə, o cümlədən həmin tarixdə “Əsas tikinti işləri” barədə “Müqaviləyə №1” imzalamaqla bağlamışlar. Həmin müqaviləyə əsasən “Sifarişçi”nin sifarişinə uyğun olaraq cavabdeh Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə tikilməkdə olan yaşayış binasının 1-ci korpusunda, 1-ci mərtəbədə yerləşən 116,8 m2 –dən ibarət sahənin tikintisini öz öhdəsinə götürür, “Sifarişçi” isə müqavilə imzalanarkən müqavilənin ümumi dəyərinin 100%-ni ödəməyi öhdəsinə götürür. O, həmin müqavilə üzrə göstərilən sahənin dəyərini tam ödəmiş və ödənişin təsdiq edilməsinə dair cavabdeh tərəfindən kassa mədaxil orderinin qəbzi verilmiş, həmin qəbz cavabdehin möhürü ilə təsdiq edilmişdir. Həmin sahənin yerləşdiyi binanın tikintisi 2008-ci ildə başa çatmışdır. Qeyd edilən 116,8 m2 –dən ibarət sahə 2008ci ildən bəri iddiaçının istifadəsində olmuş, keçən dövr ərzində göstərilən sahə iddiaçı tərəfindən iki dəfə təmir olunmuşdur. Həmin sahə illərdir ki, ofis kimi fəaliyyət göstərir. Keçən dövr ərzində qeyd olunan sahəyə dair hər hansı şəxs tərəfindən heç bir tələb, iddia olmamışdır. O cümlədən, xx xxxx 2015-ci il tarixdə iddiaçı tərəfindən əlavə olaraq kommunal xidmət üçün 1.400 manat məbləğində pul ödənilmiş və həmin ödənişə dair cavabdeh tərəfindən kassa mədaxil orderi verilmişdir. Bir neçə gün öncə cavabdeh MMCnin rəhbərliyi tərəfindən ona bildirilmişdir ki, mənzilə çıxarışların verilməsi ilə bağlı sənədlər toplanır. Ona görə də o, müqaviləni, ödəniş qəbzini götürüb cavabdehin ofisinə yaxınlaşmış, lakin rəhbərlik ona protokoldan çıxarışı, yeni maliyyə arayışını və lahiyə sənədlərini verməkdən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, müqavilə və 1 nömrəli əlavə hər iki tərəfdən imzalansa da, onlara MMM-nin möhürü vurulmamışdır. Belə olan halda MMC-nin arxiv sənədlərinə baxış keçirilmiş və məlum olmuşdur ki, qeyd olunan sahəyə dair arxivdəki sənədlər iddiaçıya təqdim olunmuş sənədlərlə eynilik təşkil etmir. Yəni ki, arxivdəki sənədlərin surətləri olduğu kimi iddiaçıya verilmişdir. Cavabdeh nəzərə almamışdır ki, həmin müqavilə arxiv sənədlərində də eyni onda olduğu kimidir və bu hal onun səhvi və ya qüsuru deyil. Onun tərəfindən həmin sahə üçün ödənişin edilməsinə dair verilmiş kassa mədaxil orderi və illər sonra kommunal xidmət üçün edilmiş ödənişə dair qəbz cavabdehin möhürü ilə təsdiqlənmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının əvvəl soyadı “Qurbanova” olmuş, ailə qurduqdan sonra isə ona “Abdullayeva” soyadı verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfindən Cavabdeh MTK-ya təqdim edilmiş müqavilə MTK tərəfindən möhürlə təsdiq edilməmişdir. Bu isə həmin müqavilənin doğruluğunu şübhə altına qoyur. Belə ki, oxşar tarixlərdə digər şəxslərlə bağlanmış müqavilələr möhürlə təsdiqlənmişdir. Hazırda iddiaçıya mübahisə edilən sahə ilə bağlı iddia edilən sənədlər verilsə və həmin sahə iddiaçının adına rəsmiləşdirilsə, gələcəkdə həmin sahəyə dair təsdiqlənmiş müqaviləsi olan başqa şəxs aşkar oluna bilər və bu da onun hüquqlarını pozacaqdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən yaşayış binası onlar tərəfimizdən 2016-cı ildə təhvil götürülmüşdür. Bina təhvil götürüldükdən sonra bina sakinlərinə mənzillərə dair çıxarışların alınması üçün sənədlər toplanmağa başlanmış, iddiaçıyada bu barədə dəfələrlə şifahi və yazılı şəkildə məlumat verilmişdir. İddiaçı onların şirkətinə yaxınlaşdıqdan sonra onlara məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx xxx 2005-ci il tarixli müqavilədəki iddiaçı tərəfindən icra edilmiş imza ilə iddiaçının şəxsiyyət vəsiqəsindəki imzalar tamam fərqlidir. Bu da onlarda əsaslı şübhələr yaratmışdır ki, müqavilədəki imza iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Həmçinin, sənədlərdə iddiaçının soyadı da düzgün qeyd edilməmişdir. Belə ki, tikilinin planında iddiaçı “A.Qurbanova” kimi qeyd edilmişdir. Bundan əlavə, iddiaçıya Cavabdeh MTK tərəfindən maliyyə arayışı və layihə sənədi də verilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, xx xxx 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzində X7 tərəfindən qeyri yaşayış sahəsinin dəyərinin tam ödənilməsi qeyd edilsə də, qeyd olunan qəbz həmin formada tərtib olunmamalı idi. Qeyd olunan mədaxil qəbzində yaşayış və ya qeyri yaşayış sahəsinin ölçüləri, nə üçün və nə qədər məbləğin ödənilməsi qeyd edilməmişdir. Həmin qəbzdəki möhür saxta deyil, belə ki, 2005-ci ildə Cavabdeh MTK-nın möhürü həmin formada olmuşdur, bunu sübut edən başqa şəxsə verilmiş qəbz də vardır. Mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı başqa şəxslə bağlanmış hər hansı bir müqavilə mövcud deyil. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirdi ki, o, iddiaçının ailəvi dostudur. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi təmirsiz olduğundan o, 2016-2017ci il ərəfəsində həmin yeri özü şəxsən təmir etmişdir. O, qeyd olunan yeri təmir edərkən binanın komendatı Xəqani müəllim onu və digər fəhlələri görmüşdür. Qeyd etdiyi qeyriyaşayış sahəsi Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşir. Həmin sahəninin təmirini təmənnasız etmişdir. O, təmir işləri ilə məşğul olan ustadır və vergi orqanında vergi ödəyici kimi qeydiyyatda deyil. O, həmin qeyri-yaşayış sahəsini təmir edərkən iddiaçı binanın komendatından işığa və suya görə arayışlar almışdır. O, həmin sahədə hər hansı fəaliyyətlə məşğul olmur, şəxsi işlərini görür və iddiaçı həmin sahədən istifadəni ona təmənnasız vermişdir. 2005-ci ilin dekabr ayında qeyd olunan bina tikilməyə başlamış, 2012-ci ildə binanın tikintisi yekunlaşmış və bina sakinləri həmin vaxtdan mənzilərini təmir etməyə başlamışlar. İş materiallarında olan: Podratçı Cavabdeh MTK ilə Sifarişçi X7 arasında bağlanmış xx xxx 2005-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” müqaviləyə əsasən, Podratçı Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə tikilməkdə olan yaşayış binasının İ korpusunda, İ mərtəbədə 116,8 m2 ümumi sahəsi olan mənzilin tikintisini öz üzərinə götürür, müqavilə imzalanarkən sifarişçi müqavilənin ümumi dəyərinin 100%-ni ödəməyi öhdəsinə götürür. Həmin tarixdə imzalanmış “Müqaviləyə əlavə №1” də əsas tikinti işlərinin siyahısı göstərilmişdir. Hər iki sənəd imzalanmış, lakin MTK tərəfindən möhürlənməmişdir; Cavabdeh MTK tərəfindən imzalanmış və möhürlənimş xx xxx 2005-ci il tarixli, 2 nömrəli “Kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, mənzilin dəyəri X7 tərəfindən ödənilmişdir; Cavabdeh MTK tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli “Kassa mədaxil orderi”ndən görünür ki, kommunal xidmətlər üçün X7 tərəfindən 1.400 manat ödənilmişdir; Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş AZ İİ seriyalı, 046350 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X7 xx xxxx 2015-ci il tarixdə nikahlarını bağlamış, bundan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir; “xxxxxx” ASC ilə X7 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” müqaviləyə əsasən tərəflər “Su təchizatı və tullantı suları haqqında” Qanuna əsasən bu müqaviləni bağlamışlar; Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən sahəyə görə “xxxxxxxx” ASC-yə və “xxxxxx” ASC-yə ödənişlər edilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxləsin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx xxxx 2020ci il tarixli, **********447400 nömrəli məktubla məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, Cavabdeh xx xxxx 2005-ci il tarixdə qeydiyyata alınmış, daha sonra xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh X1 çevrilmiş, daha sonra xx xxxx 2020-ci il tarixdə yenidən Cavabdehnə çevrilmişdir. X10, X6 və X11 tərəfindən imzalanmış ərizənin məzmunundan görünür ki, onlar təsdiq edirlər ki, Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən yaşayış binası inşa edilib istismara veriləndən bəri həmin binada yaşayırlar. Həmin bina inşa edilib istismara veriləndən sonra binanın 1-ci korpusunda, 1-ci mərtəbəsində yerləşən 116,8 m2-dən ibarət sahə xxna məxsus olmuşdur. Bina tikilib istismara veriləndən bəri həmin sahəyə başqa şəxslərin girişi-çıxışını görməmişlər və ya hər hansı digər şəxsin həmin sahəyə mülkiyyət hüququnu iddia etdikləri barədə hər hansı söhbət, mübahisə olmamışdır. Həmin sahəni alandan bəri o sahəyə yalnız İddiaçı və onun ailə üzvlərinin girişi-çıxışını görmüşlər. Cavabdeh tərəfindən təqdim edilmiş xx xxxxxx 2005-ci il tarixli, 61 nömrəli müqavilədən, müqaviləyə əlavə edilmiş əlavə №1 və Kassa mədaxil orderinin qəbzlərindən görünür ki, həmin sənədlər X4 aid mənzil ilə bağlı tərtib edilmiş, Cavabdeh tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı xx ilə Cavabdeh ilə xx xxx 2005-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, Podratçı Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə tikilməkdə olan yaşayış binasının İ korpusunda, İ mərtəbədə 116,8 m2 ümumi sahəsi olan mənzilin tikintisini öz üzərinə götürür, müqavilə imzalanarkən sifarişçi müqavilənin ümumi dəyərinin 100%-ni ödəməyi öhdəsinə götürür. Həmin tarixdə imzalanmış “Müqaviləyə əlavə №1” də əsas tikinti işlərinin siyahısı göstərilmişdir. Cavabdeh MTK tərəfindən iddiaçıya mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən eyni tarixli “Kassa mədaxil orderinin qəbzi” də verilmişdir. Bundan əlavə, iddiaçı həmin sahəyə görə “xxxxxxxx” ASC və “xxxxxx” ASC-yə elektrik enerjisindən və sudan istifadəyə görə müxtəlif vaxtlarda ödənişlər etmiş, habelə kommunal xidmətlərə görə cavabdehə ödəniş də etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır; 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir; 109-4.1 və 109-4.1.3-ci maddələrinə əsasən kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kopperativin üzvünün hüququdur; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1 və 139-1.1.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norma). 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir; 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx xxx 2005-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” müqavilə bağlanılmaqla və iddiaçı tərəfindən müqavilədə göstərilən 116,8 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə tam ödəniş edilməklə iddiaçı Cavabdehndə faktiki olaraq üzvlüyə qəbul edilməklə pay haqqını tam ödəmiş və bununla da həmin sahə üzərində mülkiyyət hüququnu əldə etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən həmin müqavilədə olan imzanın iddiaçıya məxsus olmadığı, iddiaçının soyadının düzgün olmadığı, habelə iddiaçıya verilən qəbzin düzgün formada doldurulmadığı bildirilsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya verilən qəbzdə olan möhür Cavabdehnə məxsus olmuş, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı başqa şəxslə bağlanmış hər hansı bir müqavilə mövcud deyil. Bundan əlavə cavabdeh tərəfindən təqdim edilmiş digər şəxslə 2005-ci ildə bağlanmış müqavilə, müqaviləyə əlavə və kassa mədaxil orderinin qəbzləri də iddiaçıya təqdim edilmiş həmin sənədlərlə eyni qaydada tərtib edilmiş, lakin iddiaçının müqaviləsi və ona əlavə cavabdehin möhürü ilə təsdiqlənməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə inşa edilmiş yaşayış binasının birinci korpusunda, birinci mərtəbəsində 116,8 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Hazırda iddiaçı tərəfindən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün onun tərəfindən qanunvericiliyə əsasən dövlət orqanına yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış və pay haqqının tam ödənilməsi barədə maliyyə arayışı təqdim edilməlidir. Bundan əlavə, Mənzil-Tikinti Kooperativinin üzvünün kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kimi hüqüqu da vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia cavabdeh tərəfindən maliyyə arayışının, protokoldan çıxarışın və layihə sənədlərinin iddiaçıya verilməsi barədə tələbi əsaslı hesab edilməklə təmin edilməli, Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə inşa edilmiş yaşayış binasının birinci korpusunda, birinci mərtəbədə 116,8 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin layihəsi, xx tərəfindən həmin sahənin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışının və həmin sahənin xxna verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın iddiaçı xxna təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin xx xxx 2005-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqavilənin və həmin müqaviləyə 1 nömrəli əlavənin təsdiqlənməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 331.2-ci maddəsinə görə tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, müqavilənin möhürlə təsdiqlənməsi barədə tələb tərəflərin razılaşmasında müəyyənləşdirilə bilər. Tərəflər arasında isə müqavilənin möhürlə təsdiqlənməsi barədə tələb bağlanmış müqavilədə əks olunmamışdır. Bundan əlavə, mülki qanunvericilikdə də yazılı əqdin mütləq möhürlə təsdiq edilməsi ilə bağlı imperativ norma yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə inşa edilmiş yaşayış binasının birinci korpusunda, birinci mərtəbədə 116,8 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin layihəsi, xx tərəfindən həmin sahənin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışının və həmin sahənin xxna verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın iddiaçı xxna təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manatı cavabdehdən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən yaşayış binasının birinci korpusunda, birinci mərtəbəsində yerləşən 116,8 m2 ümumi sahəsi olan qeyriyaşayış sahəsinin layihəsi, xx tərəfindən həmin sahənin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışının və həmin sahənin xxna verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın iddiaçı xxna təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Cavabdehndən 15 (on beş) manat məbləğində dövlət rüsumu iddiaçı xxnın xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2383/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2383/2020
21.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver