Məhkəmə qərarları › İş №2(001)-239/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-239/2021

05.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-239/2021 05.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh2 Cavabdeh İddiaçı qarşı mənzilin əvvəlki vəziyyətə gətirilməsinə və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilin əvvəlki vəziyyətə gətirilməsinə və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mübahisəni həll etdiklərini bildirib iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər mübahisəni öz aralarında həll etdiklərindən o, qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmir, ilk iddia ərizəsinin geri qaytarılmasını və iş üzrə seçilən iddianın təmini tədbirinin ləğv edilməsini xahiş edir. İlk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 xx.xx.2021-ci il tarixə təyin olunan məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də B.Q. Abdullayev məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi A.M.Hüseynov iddia ərizələrinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0. maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Məhkəmə mülki işin sənədlərini araşdırıb, ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsinin geri qaytarılmasını tələb etməsini, məhkəmə iclasında iştirak edən tərəflərin ilk və qarşılıqlı iddia ərizələrinə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı məhkəmə iclasına gəlməməklə iddia ərizələrinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alıb hesab edir ki, ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair ilk iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilin əvvəlki vəziyyətə gətirilməsinə və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh1 MTK-dan iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar