Məhkəmə qərarları › İş №2(001)-2404/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2404/2021

08.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2404/2021 08.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı sol gözünün əməliyyatının aparılması üçün tələb olunan xərcin tutulması tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh3 valideynləri, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun sol gözünün əməliyyatının aparılması üçün nəzərdə tutulan 8000 manat məbləğində zərərin və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə xx xxxxxx 2019-cu il tarixində yeni il bayramı ilə əlaqədar olaraq qaynanası X4 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 11 də yerləşən evinə qonaq getmişdir. Həmin gün bacanağı İsmayılov Bəhram Həsənağa oğlu da, öz ailəsi ilə birlikdə oraya bayramlaşmağa gəmişdir. Həmin evin həyətində bacanağı ilə söhbət edən zaman onun 11 yaşlı oğlu Cavabdeh3 tərəfindən atılan partlayıcı onun üzündə partlamışdır. Partlayışdan sonra onun sol gözü tutulmuşdur. Onu dərhal X7 adına Milli Oftomologiya Mərkəzinə aparmışlar. O, 21 gün həmin xəstəxanada qalmışdır. Bundan sonra ponu həkim nəzarəti altında evə buraxmışdırlar. Bundan sonra xx.xx.2019-cu il tarixində yenidən sol gözündən əməliyyat olmuşdur.Həmin əməliyyatdan sonra yenidən gözündən əməliyyat olunsa da, iki əməliyyat sonrası gözü düzəlməmişdir. O, xəstəxanada yatarkən əməliyyatlara və dərmanlara 1500 manatdan çox xərci çıxmışdır. Həmin məbləği cavabdehlər ona ödəməmişlər. Hal-hazırda onun sol gözü demək olar ki, görmür. O gözünün tam görməsi üçün yenidən əməliyyat olunmalıdır və həmin əməliyyat 8000 manat dəyərindədir. Belə ki o, Respublika Diaqnostika Mərkəzində müayinə olunmuşdur. Oradan verilən çıxarışa əsasən onun gözünü tam görməsi üçün yenidən əməliyyat olunması qeyd edilmişdir. Həmin mərkəzin çıxarışında qeyd edilir ki, “xəstəyə iki etaplı cərrahiyə əməliyyatı tətbiq edilməlidir. 1-ci etap vitrektoaiya,silikon yağı, 2-ci etap silikon yağın çıxarılması və delate pupullanın bərpası icra olunmalıdır” Əməliyyatın toplam qiyməti 8000 manatdır. Lakin həmin əməliyyatın xərcini cavabdehlər ona ödəməkdən imtina edirlər. Dəfələrlə bu barədə onlardan xahiş etsələr də, ona əməliyyat xərcini ödəməkdən imtina etmişlər. Belə olan halda, o bacanağının oğlu tərəfindən gözünün kor edilməsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə şikayət etmişdir. Bu iş üzrə müxtəlif vaxtlarda araşdırmalar aparılmış və beş dəfə qərar qəbul edilmişdir. Müstəntiqin sonuncu xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən olunmuşdir ki, həqiqətən də onun gözü bacanağının oğlu Cavabdeh3 təqsirlidir və o partlayıcı maddənin oun sifət nahiyyəsinə atmı və partlayıcı maddə onun sol gözündə artlayaraq sol gözünün görmə qabiliyyətinin itməsinə səbəb olmaqla sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli zərər vurulmuşdur. Lakin Mirağanın 14 yaşı tamam olmadığı üçün onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş üzrə məhkəmə tibbi ekspertizası keçirilmiş və ekspertin xx.xx.2020-ci il tarixli rəyi vardır. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, onun sol gözündə qeyd edilən xəsarət sol göz almasının orta dərəcəli kontuziyası , hifema, buynuz qişasının eroziyası və ikincili qlaoukoma olmuşdur. Qeyd edilən xəsarət xx.xx.2019-cu ildə protekniki vasitənin partlaması nəticəsində yarana bilməsini inkar etmək mümkün deyildir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. Qeyd olunna hal istər kənar şəxs tərəfindən, istərsə də zərərçəkmişin öz əlində pirotexniki vasitənin partlaması nəticəsində yarana bilərdi. Beləliklə də, bir daha müəyən olunmuşdur ki, onun sol gözünə pirotexniki vasitəni atan cavabdehin övladı Cavabdeh3 olmuşdur. Uşağın atasının, anasının və dayısının səs yazısı vardır ki, onlar etiraf edirlər ki, bəli həmin partlayıcı maddəni uşaq onun üzünə atmışdır. Lakin bacanağı və onun arvadı ona heç bir köməklik göstərmirlər. Bəhram ona hədə-qorxu gəlur. Onun himayəsində 2 uşağı vardır. Gözünün biri kor olduğundan 2 ildən çoxdur ki, işləyə bilmir. Ailəsini dolandıra bilmir. Maddi vəziyyəti çox pisdir. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Belə ki, iş üzrə yeni hal vardır. Bu dəfə uşağın anasına qarşı da iddia tələbi ilə müraciət etmişdir, eyni zamanda məhkəmə qətnamələrinin çıxarılması üçün əsas olmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar ləğv edilmişdir. Yeni qərarda hadisənin cavabdehlərin uşağı tərəfindən törədildiyi öz təsdiqini tapmışdır. Bu səbəbdən icraata xitam verilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahatında bildirmişdir ki, hadisəni onun uşağı törətməyib. Həmçinin onun özü hadisə yerində olmamışdır. O, hadisə yerinə sonradan gəlmişdir. Elxan əgər uşağın elədiyini görmüşdüsə, bilirdisə hadisə zamanı biz ona yaxınlaşanda onun gözünü kor eliyənin söyüşlə ifadə edərək başqa şəxs olduğunu bildirmişdir. Evlərinə gəldikdə demişdilər ki, Elxanı vurublar. Onu “Zərifə Əliyeva” adına olan göz institutuna aparmışlar. Bütün analizlərə onun tərəfindən pul xərclənmişdir. Bu iş üzrə polisdə yeni qərar vardır. Hadisə yerində o yox, qaynı olmuşdur. Bu işə bir dəfə baxılmış və yekun akt çıxarılmışdır. Bu səbəbdən icraata xitam verilməsini xahiş etmişdir, bununla bağlı ərizəsi də xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir və məhkəmə digər cavabdehdin iştirakı olmadan işə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdə keçirib belə qənaətə gəlir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4001/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı Məmməd oğlu cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 çəkdiyi xərclər üçün 1050 manat, təkrar əməliyyat üçün 7500 manat, ay ərzində işləmədiyi aylar üçün 3600 manat kompensasiya olmaqla, ümumilikdə 12500 manat pulun tutulmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4001/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə, 7500 manat məbləğində dəymiş maddi zərərin əvəzi və 30 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş X2 apelyasiya şikayəti təmin edilmiş, qətnamə qismən, iddianın qismən təmin edilən 7500 manat məbləğində dəymiş maddi zərərin əvəznin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4005/2020 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci madəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göründüyü kimi iddiaçı əvvəlki və hazırki iddialarda gözünün əməliyyat edilməsi üçün pul tələb edir. Əvvəlki iddiada yalnız gözünə xəsarət yetirdiyi iddia edilən yetkinlik yaşına çatmayan Cavabdeh3 atası X3 qarşı maddi və mənəvi zərərlə bağlı iddia vermişdir, hazırki iddiada isə yetkinlik yaşına çatmayan uşağın hər iki valideyninə qarşı maddi zərərlə bağlı iddia qaldırmışdır. İddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia qaldırmadığını onunla əsaslandırır ki, əvvəla cavabdehlərin həcmi artmış və əvvəlki işdə sübut kimi tədqiq edilən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar ləğv edilmişdir. Məhkəmə cavabdehlərin həcminin artması ilə bağlı dəlilə münasibətdə aşağıdakıları qeyd edir. Mülki-Prosessual Məcəllənin 49.4-cü maddəsində qeyd edilmişdir ki, On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Həmin Məcəllənin 72.1-ci maddəsində qeyd edilmişdir ki, Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Mülki Məcəllənin 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Göründüyü kimi iddiaçı hər iki iddiada cavabdehi və ya cavabdehləri yetkinlik yaşına çatmayan uşağın nümayəndəsi kimi cəlb etmişdir. Əvvəlki iddiada belə digər cavabdeh, yəni yetkinlik yaşına çatmayan uşağın anası da qanuni nümayəndə kimi prosesə cəlb edilə bilərdi. Odur ki, hazırki iddiada yetkinlik yaşına çatmayan uşağın anasının da əlavə olaraq cavabdeh kimi işə cəlb olunması mübahisənin eyni tərəflər arasında yarandığını istisna etmir. Bundan başqa məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutun(cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın) sonradan ləğv edilməsi mübahisənin əsasını dəyişməməklə yeni açılmış hal üzrə ərizə verilməsi üçün əsas yaradır. İddianın predmeti isə sağlamlığa vurulmuş zərər olmaqla hər iki iddiada eynilik təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğunundan hazırki iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sol gözünün əməliyyatının aparılması üçün tələb olunan xərcin tutulması tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2404/2021 saylı mülki işi üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar