Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2418/2020 06.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, X2 Jaberin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hesab edilməsi, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Jaber iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 32 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində onun və Cavabdeh oğunun hər birinə ½ hissə məxsus olmaqla paylı mülkiyyətin müəyyənləşirilməsi, qeyri-yaşayış sahəsinin hər birinə ½ hissədə mülkiyyət hüququ əsasında məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 2418/2020 saylı qərardadına əsasən X2 Jaberin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hesab edilməsi, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. X2 Jaber məhkəmənin dəftərxanası vasitəsilə ərizə (vəsatətlə) ilə müraciət edərək, bildirmişdir ki, koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə aidiyyəti tədbirlərin görülməsi səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Nəticədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ona görə də iddia ərizəsinin baxılmamış saxlanılması barəsində qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 2418/2020 saylı qərardadına əsasən ərizə (vəsatət) təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-2418/2020 saylı qərardadı ləğv edilmiş, X2 Jaberin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hesab edilməsi, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Bundan sonra X2 Jaber məhkəmənin dəftərxanası vasitəsi ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin onun və Cavabdeh paylı mülkiyyətində olması, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin qeyri-yaşayış sahəsinin 1.943,8 kv.m. hissəsinə onun, yerdə qalan 502,20 kv.m. hissəsinə isə Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmənin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli baxış iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Eyni zamanda, cavabdehin məhkəməyə mülki işə mahiyyəti üzrə baxılması tələbini ifadə edən ərizəsi, vəsatəti və sair sənədlər daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 03 nömrəli Qərarının 9.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin, iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokoluna imza edilməklə rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi onun davranışının passiv formasıdır və mülki işin materiallarında onun belə tələbinin olduğunu təsdiq edən sübutun (ərizə, protokola qeyd və s.) olmaması vəziyyəti cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirmək üçün kifayətdir. Göstərilənləri və iddiaçının məhkəmənin təkrar çağırışına gəlməməsini, habelə cavabdehin məhkəmə iclasına gəlməməsi ilə yanaşı işə onun iştirakı olmadan baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və X2 Jaberə izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Jaberin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hesab edilməsi, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-2418/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2418/2020
06.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver