Məhkəmə qərarları › İş №2(001)-2420/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2420/2025

14.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2420/2025 14.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tapşırıq müqaviləsinə əsasən cavabdehə göstərdiyi xidmətə ödənilməmiş 1000 manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30.40 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, Cavabdeh ilə aralarında bağlanmış tapşırıq müqaviləsinə əsasən ona göstərdiyi xidmətə görə 2000 manat müəyyən etmişlər. Cavabdeh xidmət haqqının hamısını ödəməyə imkanını olmadığı üçün 1000 manat ödəmiş, qalan pulu isə iş başa çatan kimi ödəməyi öhdəsinə götürmüşdür. O, podrat müqaviləsinə əsasən öz üzərinə düşən ödəlikləri yerinə yetirərək çıxarış, texniki pasport hazırlanmış, xidmət haqqı və rüsum ödənilərək sənədlər əldə edilmişdir. Onunla cavabdeh arasında bağlanmış müqvilə üzrə öhdəlik 2022-ci il tarixdə bşa çatsa da, cavabdeh ödənilməmiş qalan 1000 manat məbləğində pul vəsaitini adına açılmış bank hesabına ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək cavabdehə göstərdiyi xidmətə ödənilməmiş 1000 manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30.40 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, bir neçə ay öncə əməliyyat olunduğu üçün, iddiaçıya olan borcunu verə bilməmişdir. Hazırda həm imkanı yoxdur, həm də yenidən əməliyyata hazırlaşır. Buna görə də hesab edir ki, əgər ona vaxt verilərsə, o, avqust-sentyabr aylarında iddiaçıya olan borcunu ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin işin hallarından görünür ki, cavabdehin faktiki iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, Cavabdeh müraciəti əsasında ona məxsus olan Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi 8 nömrəli evin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ” qeydə almınaraq onun adına rəsmiləşdirmək üçün müvafiq sübutların toplanması, təqdim edilməsi və müvafiq çıxarışın və texniki pasportun alınması barədə aralarında bağladıqları 26 noyabr 2021-ci il tarixli tapşırıq müqaviləsi əsasında 08 iyun 2022-ci il tarixdə çıxarış və texniki pasport hazırlanmış və cavabdeh tərəfindən xidmət haqqı və rüsum ödənilərək alınmışdır. Yəni, iş üzrə iddiaçı qeyd edilən tapşırıq müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul olunmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin olunduğundan onun verilməsi üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar