Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2421/2025 29.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı2 6400 manatını və İddiaçı1 maddi ziyan 1000 manat borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Ziya Nəzərov vasitəsi ilə tanış olmuşlar. Onlar ev remont edirlər, pul lazımdır, evi bankdadır və batır. Mebel alıb satır, işgüzar adamdır. İddiaçı1 1000 manat almışdır. xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2024-cü ildə 4000 manat, xx.xx.2024-cü ildə 600 manat almışdır. Cəmi İddiaçı2 7000 manat pul almışdır. E.Etibar cəmi ikisinə 8000 manat maddi zərər vermişdir. Onlar Cavabdeh bu pulu ala bilmirlər. Gündə yalanlar, evimi satıram, gözləyin verərəm belə sözlərlə pulu vermək istəmir. Onlar Sabunçu rayon Polis 12 №-yə müraciət etmişdirlər. Polisdə Cavabdeh və Raya bacısı bildirmişdir ki, bilirik biz pulu hissə-hissə verəcəyik. 2 aydır ödəniş yoxdur. Onlara olan 7000 və 1000 manat pulun alınaraq verilməsinə köməklik edilməsini xahiş edirlər. Çünki, Cavabdeh əməli cinayət xarakterlidir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, onun İddiaçı1 1000 manat, İddiaçı2 isə 2600 manat məbləğində borcu vardır. Lakin bildirdi ki, bunları təsdiq edən heç bir sənəd təqdim edə bilmir. Həmçinin, o bildirdi ki, məhkəmə iclasının iddiaçıların iştirakı olmadan keçirilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçıların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İltizamın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı2 2000 manat borc almışdır. xx.xx.2024-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı2 4400 manat borc almışdır. xx.xx.2024-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı2 600 manat borc almışdır. xx.xx.2023-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı1 1000 manat borc almışdır. AA seriyalı 212620 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 məcburi köçkündür. AA seriyalı 388413 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 məcburi köçkündür. Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı2 hesabına ümumilikdə 150 manat məbləğində vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; İş materiallarından görünür ki, cavabdeh İddiaçı2 müxtəlif tarixlərdə ümumilikdə 7000 manat məbləğində borc almış, daha sonra isə İddiaçı2 hüquq mühafizə orqanına şikayət etdikdən sonra borcundan 600 manat məbləğində ödənişlər etmiş, hazırda cavabdehin İddiaçı2 6400 manat məbləğində borcu qalmışdır. Həmçinin, cavabdeh İddiaçı1 da 1000 manat məbləğində borc almış, lakin borcunu qaytarmamış, cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçılar cavabdehdən həmin məbləğləri tələb etsələr də, cavabdeh borcunu qaytarmamışdır. Belə olan halda da, iddiaçılar hazırkı iddia ərizəsini qaldırmaqda haqlı olmuşdurlar. Qeyd olunanları və cavabdeh tərəfindən iddianın qismən etiraf edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6400 manat məbləğində vəsait İddiaçı2 xeyrinə və Cavabdeh 1000 manat məbləğində vəsait İddiaçı1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçılar müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiklərindən cavabdehdən 94 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6400 (altı min dörd yüz) manat məbləğində vəsait İddiaçı2 xeyrinə və Cavabdeh 1000 (min) manat məbləğində vəsait İddiaçı1 xeyrinə tutulsun. Cavabdeh 94 (doxsan dörd) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2421/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2421/2025
29.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver