Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2443/2025 17.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan nikahın ləğv edilməsi, bir uşağı yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 235 aliment və uşaq 3 yaşına çatana kimi hər ay 100 manat olmaqla, cəmi 335 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Göründüyü kimi prosessual qanunvericilik yanında yetkinlik yaşına çatmayan uşaqları olan iddiaçılara nikahın pozulması haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün seçim imkanı vermişdir. Qanunvericinin bu mövqeyi himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan valideynlərin məhkəməyə əlçatımlılığının təmin edilməsindən irəli gəlmişdir. Belə ki, ya iddiaçı ümumi qaydada cavabdehin qeydiyyatda olduğu yerin, ya da özünün yaşadığı yerin məhkəməsinə müraciət etməlidir. Odur ki, müvafiq tələblərlə bağlı yaşadığı yer üzrə məhkəməyə müraciət etmək imkanı iddiaçıya verilsə də, cavabdehin yaşadığı yer üzrə məhkəməyə müraciət etmək üçün prosessual qayda nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşağı varsa, yəni tələb alternativ aidiyyət qaydasının təsir dairəsinə düşürsə iddia ərizəsi ya iddiaçının yaşadığı yerin, ya da cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə verilməlidir. Elektron Məhkəmə İnformasiya Sistemi (AZE MİS) vasitəsilə əldə edilən cavabdehin şəxsiyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Qanunvericiliyin imperativ tələbindən də aydın olduğu kimi iddia cavabdehin faktiki yaşadığı yerin deyil, onun rəsmi qeydə alındığı yerin məhkəməsinə təqdim olunmalıdır. Lakin iddiaçı MPM-nin 35-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarını pozmaqla iddia ərizəsini təqdim etdiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, yuxarıda göstərilən əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra cavabdehin rəsmi qeydiyyata alındığı ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1, 149, 152.1,152.2, 152.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2443/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2443/2025
17.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver