Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2461/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Qurbnəli qızının Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 qarşı Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5ci girişinin 96 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Qurbnəli qızı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 qarşı Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişinin 96 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişnin 96 saylı mənzilini Bakı şəhəri 44 saylı notariat ofisində İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, seriya RX № ******* saylı dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişnin 96 saylı mənzili iddiaçının tam mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 mənzili iddiaçıya satdıqdan sonra 60 gün müddətində qeydiyyatdan çıxacaqlarını bildirsələrdə bu günə kimi mənzildən qeydiyyatdan çıxmamışlar ki, bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehlərin harada yaşamaları iddia tərəfinə məlum deyildir. Ona görə də, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişnin 96 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş olunur. Məhkəmə iclasında İddiaçı Qurbnəli qızının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 məhkəməyə məlum ünvanları üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindənxx.xx.2017-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişinin 96 saylı mənzilinə dair Cavabdeh1 qızının tam mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 2748 nömrəli reystr kitabının 256138 nömrəli vərəqində qeydiyyata alınmışdır. Satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanmaqla Bakı şəhəri 44 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişinin 96 saylı mənzilini 100000 manata alıcıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişinin 96 saylı mənzilinə dair İddiaçı tam mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 2748 nömrəli reystr kitabının 256138 nömrəli vərəqində qeydiyyata alınmışdır. 7 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, İddiaçı, X11, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, X8, X9 və X1 Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişinin 96 saylı mənzilində qeydiyyatdadırlar. X5 ünvan ünvanladığı xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişinin 96 saylı mənzilinin satılmasına etiraz etmədiyini bildirmişdir. X3 ünvan ünvanladığı xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişinin 96 saylı mənzilinin satılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh4 ünvan ünvanladığı xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişinin 96 saylı mənzilinin satılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh2 ünvan ünvanladığı xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişinin 96 saylı mənzilinin satılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh3 ünvan ünvanladığı xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişinin 96 saylı mənzilinin satılmasına etiraz etmədiyini bildirmişdir. X2 ünvan ünvanladığı xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişinin 96 saylı mənzilinin satılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişinin 96 saylı mənzili cavabdehlərin razılığı ilə satıldıqdan sonra cavabdehlər himayələrində olan yetkinlik yaşına çatmayan uşaqlarla birlikdə mənzili boşaldaraq iddiaçıya təhvil verib daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, mənzil iddiaçıya satıldıqdan sonra cavabdehlər mənzili boşaldaraq yeni mülkiyyətçiyə təhvil verməklə daimi yaşamaq üçün başqa ünvana köçməklə mənzilə istifadə hüquqlarını itirdiklərindən iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1A saylı evin 5-ci girişinin 96 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2461/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2461/2023
31.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver