Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2472/2021 06.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmə baxış iclası 06 iyul 2021-ci il tarixə saat 09:45-ə təyin edilsə də, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirərək, ərizənin baxılmamış saxlanılmasını və daşınmaz əmlak üzərinə hazırkı mülki iş çərçivısində qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə müvafiq olaraq, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Mülki Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən, iddianın təmin edilməsi üçün görülmüş tədbirlər qətnamənin icrasının məqsədi ilə tətbiq edildiyi üçün məhkəmə aktının icrasına qədər qüvvəsini saxlayır. Beləliklə, məhkəmə ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və iddianın təmin edilməsi üçün görülmüş tədbir qətnamənin icrasının məqsədi ilə tətbiq edildiyi və hal-hazırda ona zərurət qalmadığı üçün, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 174 kv. metr qeyri-yaşayış sahəsinin (zirzəminin) özgəninkiləşdirilməsi üçün qoyulmuş qadağan götürülməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 162, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2472/2021 saylı, 09 fevral 2021ci il tarixli qərardadı ilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 174 kv.m. qeyriyaşayış sahəsinin (zirzəminin) özgəninkiləşdirilməsi üçün qoyulmuş qadağa götürülsün. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2472/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2472/2021
06.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver