Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2475/2025 11.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal rayon İcra Şöbəsi cəlb edilməklə) “qiymətləndirmə hesabatının ləğv edilməsi” iddia tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal rayon İcra Şöbəsi cəlb edilməklə) “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Yasamal rayon İcra Şöbəsinin sifarişi ilə ona məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,36 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********13) qiymətləndirilməsinə dair Cavabdeh MMC tərəfindən tərtib edilmiş 11 oktyabr 2024-cü il tarixli qiymətləndirmə hesabatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlər "xxxx" MMC-dən və İddiaçı müştərək qaydada ******* manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə həvalə edilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək üçün icra məmuru Aslan Aslanbəyli mülkiyyətində olan, Abşeron rayonu, Novxanı kəndində yerləşən 2,06 ha torpaq sahəsi, Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 8,53 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-422/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,36 ha torpaq sahəsi üzərinə borcun ödənilməsi məqsədilə həbs qoyulması qərara alınmışdır. Daha sonra Yasamal rayon İcra Şöbəsinin qiymətləndiricinin dəvət olunması barədə qərarına müvafiq olaraq torpağın qiymətləndirilməsi üçün cavabdeh "xxxx" MMC-yə qiymətləndirmə sifarişi verilmiş və qiymətləndirici tərəfindən tərtib edilmiş 11 oktyabr 2024-cü il tarixli hesabata əsasən əmlakın bazar qiyməti 61200 (altmış bir min iki yüz) manat qiymətləndirilmişdir. Həmçinin məlumat üçün bildirir ki, qiymətləndirmə hesabatı onun ünvanına rəsmi qaydada gəlməmişdir. O, hesabatı xx.xx.2025-ci il tarixdə Yasamal rayon İcra Şöbəsindən əldə etmişdir. Cavabdeh "xxxx" MMC-nin torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı mübahisəli qiymətləndirmə hesabatına əsasən torpaq sahəsi real bazar qiymətindən dəfələrlə və qeyri-mütənasib dərəcədə aşağı qiymətə, yəni cəmi 61200 manata qiymətləndirilmişdir. Mübahisəli qiymətləndirmə hesabatı səthi, qeyri-obyektiv, əsassız, qeyri-real olduğundan, qiymətləndirmə standartlarına, qiymətləndirmə prosesinə dair normativlərə, müvafiq qanunvericilik massivinin tələblərinə riayət olunmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə tərtib olunduğundan ləğv edilməlidir. Hal-hazırda tələbin yönəldildiyi sözügedən torpaq sahəsinin real bazar qiyməti mübahisəli qiymətləndirmə hesabatlarında müəyyən edilmiş qiymətlərdən xeyli yüksəkdir. Beləliklə, cavabdeh "xxxx" MMC tərəfindən qiymətləndirmə düzgün aparılmamış, əmlakın dəyəri qiymətləndirmə qaydalarına müvafiq təyin edilməmiş, Yasamal rayon İcra şöbəsi tərəfindən əmlakın qeyri-adekvat qiymətə açıq hərracdan satılmaq üçün sifariş verilməsi və tələbkar tərəfindən real bazar qiymətindən də xeyli aşağı qiymətə mənimsənilməsi üçün şərait yaradılmışdır. Ona görə də hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Yasamal rayon İcra Şöbəsinin sifarişi ilə İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,36 ha torpaq sahəsi (reyestr nömrəsi: **********13) torpaq sahəsinin qiymətləndirilməsinə dair cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş 11 oktyabr 2024-cü il tarixli qiymətləndirmə hesabatı ləğv edilməlidir. İddiaçı 27 fevral 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən hazırlıq iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilib, mülki işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Yasamal rayon İcra Şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli 2(004)- 376/2020 saylı qətnaməsindən görünür ki, cavabdehlər "xxxx" MMC-dən və İddiaçı müştərək qaydada ******* (bir milyon iki yüz otuz min) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 8(004)-422/2022 saylı qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli 2(004)-376/2020 saylı icra sənədi üzrə borclu İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,36 ha torpaq sahəsi üzərinə borcun ödənilməsi məqsədilə həbs qoyulmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatından görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.36 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixinə bazar qiyməti 61200 (altmış bir min iki yüz) manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 02/2021 nömrəli 24 noyabr 2021-ci il tarixli qərardadına əsasən icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Həmin qərardadın 32-ci bəndinə əsasən məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, hal-hazırki iddia tələbi iddiaçının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Yasamal rayon İcra Şöbəsinin sifarişi ilə ona məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,36 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********13) qiymətləndirilməsinə dair Cavabdeh MMC tərəfindən tərtib edilmiş 11 oktyabr 2024-cü il tarixli qiymətləndirmə hesabatında müəyyən edilən qiymətlə razı olmaması ilə bağlıdır. Lakin hal-hazırkı tələbə isə hərrac keçirilmədiyi üçün iddia icraata qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, qanunvericiliyin tələblərinə görə İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal rayon İcra Şöbəsi cəlb edilməklə) “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair mülki işə iddia icraatı qaydasında, yəni mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə, halhazırki mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, o, ilkin (başlanğıc) satış qiymətini hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 170, 261.0.1-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal rayon İcra Şöbəsi cəlb edilməklə) “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair mülki işin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixli, ********** №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah olunur ki, o, ilkin (başlanğıc) satış qiymətini hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2475/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2475/2025
11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver