Məhkəmə qərarları › İş №2(001)-2485/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2485/2022

15.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2485/2022 15.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «hərracda bağlanmış müqavilənin, protokolun və sifariş məktubunun etibarsız hesab edilməsi» tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «hərracda bağlanmış müqavilənin, protokolun və sifariş məktubunun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər gəlməmələrinin səbəbləri haqqında məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə vəsatət ünvanlayaraq 15 iyul 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizədə göstərilən xüsusat məhkəmə iclasının təxirə salınmasına əsas hesab edilməməlidir. Belə ki, hazırki işlə bağlı məhkəmənin 22 iyun 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasına da tərəflər gəlməmiş, həmin tarixli qərardada əsasən iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışdır. Bundan sonra iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyət üzrə baxılmasını məhkəmədən xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, 22 iyun 2022-ci il tarixə digər iki məhkəmədə təxminən hazırki məhkəmə iclası ilə eyni vaxta məhkəmə iclasları təyin edildiyindən, məhkəmədə iştirak edə bilməmişdir. Məhkəmənin 30 iyun 2022-ci il tarixli qərardadına əsasən, Nümayəndə vəsatəti əsaslı hesab edilərək təmin edilmiş, iddia ərizəsinə mahiyyəti üzrə baxılması davam etdirilərək iş üzrə məhkəmə baxışı 15 iyul 2022-ci il tarixə, saat 10:20-ə təyin edilmişdir. Həmin qərardad, habelə, bildiriş tərəflərə həm poçt vasitəsi ilə, həm də Nümayəndə elektron kabinetinə 01 iyul 2022-ci il tarixdə yerləşdirilmişdir. Nümayəndə isə 15 iyul 2022ci il tarixdə, yəni məhkəmə iclasının təyin edildiyi gün elektron kabinet vasitəsi ilə məhkəmə iclasının təxirə salınmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Vəsatətə elektron kabinetdən çıxarış qoşma edilsə də, həmin çıxarışdan görünür ki, Nümayəndə iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsində 15 iyul 2022-ci il tarixdə keçirilməli məhkəmə iclasının saatı 11:00-dur. Hazırki iş üzrə isə məhkəmə iclası saat 10:20-ə təyin edilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, vəsatətdə göstərilənlər məhkəmə iclasının növbəti dəfə təxirə salınması üçün əsas hesab edilməməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «hərracda bağlanmış müqavilənin, protokolun və sifariş məktubunun etibarsız hesab edilməsi» tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar