Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2486/2022 17.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X42, X19 nümayəndəsi X31, X9 nümayəndəsi X32, X10, X24, X5 nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi X33 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və «X4 Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi, satış protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və «X4 Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi, satış protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakların açıq hərracdan satışının təşkili və keçirilməsi zamanı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 33-ci maddələrinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1, 218, 220, 224, 319, 414, 415, 416-cı maddələrinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İcra haqqında" Azərbaycan Respublikasının Qanunlarının tələbləri pozulmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı, 20 oktyabr 2014-cü il tarixli icra vərəqəsi üzrə iddiaçının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m. torpaq sahəsi üzərində yerləşən 4 mərtəbəli tikilinin; Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 10 saylı (442 kv.m. və 448 kv.m.) fərdi yaşyış evlərinin dəyərindən birgə nikah dövründə əldə olunmuş ümumi əmlak kimi təqsirləndirilən şəxs Hümbət Məmmədova düşən payın üzərinə yönəldilməsinə baxmayaraq cavabdeh “X4 Mərkəzi” MMC tərəfindən həmin əmlakların tam pay şəkildə açıq hərracı keçirilmişdir. “X4 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m. torpaq sahəsi üzərində yerləşən 4 mərtəbəli tikilinin, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 10 saylı (442 kv.m. və 448 kv.m.) fərdi yaşyış evləririn açıq hərracı təşkil olunan və keçirilən zaman iddiaçının iştirakı təmin edilməmiş, hərracın keçirilməsi zamanı iddiaçıya məlumat verilməmişdir. Hərrac iddiaçının iştirakı olmadan keçirilməklə iddiaçının adına rəsmiləşdirilmiş daşınmaz əmlakların iddiaçıya aid pay hissəsinə də qanunsuz olaraq tutma yönəldilmişdir. Bununla da, hərracın keçirilməsi qaydası pozulmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən hərrac sifarişi verilən zaman, habelə “X4 Mərkəzi” MMC açıq hərracın təşkili və keçirilməsi zamanı təqsirləndirilən şəxs X25 və X11 payları müəyyən edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılov tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şəhriyar Şirinova ünvanlanmış 1(101)-77/2013 nömrəli, 25 sentyabr 2015-ci il tarixli məktubunda sözügedən daşınmaz əmlakların iddiaçıya aid hissəsində payların müəyyən edilməsi məsələsinin zəruriliyini diqqətə çatdırmasına baxmayaraq, rayon İcra Şöbəsi tərəfindən məhkəmə aktı təhrif olunaraq, qanunsuz şəkildə tam pay şəklində əmlaklara tutma yönəldilmişdir. “X4 Mərkəzi" MMC-nin xx.xx.2020-ci il tarixli. YP 004 nömrəli “Satış Protokolu”ndan, xx.xx.2020-ci il tarixli, YP 005 nömrəli "Satış Protokoİu”ndan, xx.xx.2020ci il tarixli, YP 006 nömrəli “Satış Protokolu”ndan, həmin tarixlər üzrə eynilik təşkil edən mətn əsasında tərtib edilmiş "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqavilələrdən görünür ki, əmlakların ilkin satış qiyməti və əmlakın hərracda satılmış son qiyməti göstərilir. Lakin daşınmaz əmlakın ilkin satış qiymətinin hansı faiz əmsalı üzrə azalması göstərilməmişdir. Hər üç daşınmaz əmlak üzrə xx.xx.2020-ci il tarixli "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqavilələrdə və xx.xx.2020-ci il tarixli YP№004, YP№005 və YP№006 nömrəli Satış protokollarında alıcı qismində 17 nəfər: X7, İsrafilov X15, X12, X49, X17, X42, X24, X34, X35. X43, X13, X44, X45, X46, X29, X67 iştirak etməsinə baxmayaraq, əmlakların hərracın baş tutmaması nəticəsində əldə edilməsi və ya hərrac keçirilməklə alqı-satqı üzrə hərracı udması naməlumdur. Çünki sözügedən müqavilələr protokolla zidiyyət təşkil edir. Belə ki, xx.xx.2020-ci il tarixli, YP№004, YP№005 və YP№006 nömrəli Satış protokollarının 7-ci bəndində "Hərracın nəticələn haqqında protokol” qeyd edilməsinə baxmayaraq sənəd satış protokolu adlandırılmışdır. Hər bir (nömrəsiz) daşınmaz əmlaka dair xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqavilələrdə əmlakların alqı-satqısı göstərilməsinə baxmayaraq beh məbləği, alış qiymətinin ödənilməsi müddəti və qaydası göstərilməmişdir. Halbuki qanunvericiliyə görə, elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Mülki Məcəllpnin 415.4-cü maddəsinə görə, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də belıi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Mülki Məcəllənin 414.4-ci maddəsinə əsasən, hərrac auksion və ya müsabiqə formaslnda keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Lakin mübahisələndirilən satış protokoları və müqavilələrdə qanunun tələblərinə əməl edilməmişdir. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxan qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Sözügedən daşınmaz əmlaklar ipoteka predmeti olmasını baxmayaraq qanunvericilikdə açıq hərracın keçirilməsinə dair müddəalar da eynilə tətbiq edilir. Hər üç daşınmaz əmlak üzrə xx.xx.2020-ci il tarixli, YP 004, YP 005 və YP 006 nömrəli Satış protokollarında alıcı qismində iştirak edən 17 nəfər vətəndaşlar cinayət işi üzrə zərərkəşmiş şəxslər olduğuna görə mübahisələndirilən daşınmaz əmlakları açıq hərracı udmaq yolu ilə əldə etməmişlər, baş tutmamış hərrac tələbkarlara təklif edilməklə əldə edilmişdir. Belə olan halda, baş tutmamış hərracın nəticələrinə dair sənədləşdirilməlidir. Göründüyü kimi sözügedən satış protokolları və müqavilələr qanunun tələbləri pozulmaqla formal xaratkerli daşıyır. Yuxarıda sadalanan əsaslara görə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin müvafiq hərrac sifarişi əsasında cavabdeh “X4 Mərkəri” MMC-nin xx.xx.2020-ci il tarixli, YP№004, YP№005 və YP№006 nömrəli Satış Protokolları, həmin tarixlər üzrə “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqavilələr qanunsuz təşkil edilmiş və keçirilmiş hərracın nəticəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-cİ maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iddiaya etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “X2 Mərkəzi” MMC-nin YP №004 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X4 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X36 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m. torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m.) alıcılar X8, X26, X52, X12, X49, X20, X42, X24, X34, X35, X43, X13, X44, X45, X46, X29, X1. Əmlakın ilkin satış qiyməti: ******* manat, əmlakın hərracda satılmış son qiyməti: 801900 manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmçinin “X2 Mərkəzi” MMC-nin YP N005 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X4 Mərkəzi» MMCnin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X36 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m.) alıcılar X8 və yuxarıda adları sadalanan digər 16 nəfərə satılmışdır. Əmlakın ilkin satış qiyməti: 442000 manat, əmlakın hərracda satılmış son qiyməti: 322218 manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmçinin “X2 Mərkəzi” MMC-nin YP N006 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X4 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X36 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m.) alıcılar X8 və yuxarıda adları sadalanan digər 16 nəfərə satılmışdır. Əmlakın ilkin satış qiyməti: 448000 manat, əmlakın hərracda satılmış son qiyməti: 326592 manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Yuxarıda da göstərilənlər kimi, hər bir əmlakla bağlı hərrac təşkilatı tərəfindən aparılan hərrac yekunlaşmış, müvafiq alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə xüsusi olaraq nəzərə almalıdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6261/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmündə də göstərildiyi kimi, X36 məxsus, lakin Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş altı adlı əmlakdan dördü qanunsuz olaraq İddiaçı tərəfindən satılmışdır. Həmçinin Ramazanova (Məmmədova) Manana Camal qızı hazırkı iddia tələbi ilə icra mərhələsindən keçmiş, qiymətləndirilməsi olmuş və keçirilmiş hərracdan məlumatsız olması barədə verdiyi istinadlar tam əsasszıdır. Belə ki, ərizədə əks edilmiş xüsusatların cəmindən belə bir nəticəyə gəlmək olar ki, iddiaçı hərracın yekunlarından tam məlumatlı olub. Binəqədi rayon İcra və Probasiya şöbəsində aparılan icra işi ilə bağlı dəfələrlə həm iddiaçıya həm də onun vəkilinə məlumatlar verilmişdir. Qeyd olunanlara əsasən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmədən, hərracın yekun protokolunun mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərədə tutulmuş müddətin ötürülməsi əsası ilə iddiaçının tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, iddiaçının adına rəsmiləşdirilmiş əmlaklar qanunsuz olaraq hərraca çıxarılmış və hərrac nəticəsində satılmışdır. Əmlakların hərraca çıxarılmasına əsas olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə də konkret olaraq göstərilir ki, birgə nikah dövründə əldə edilmiş əmlak olduğu üçün, hərrac vasitəsilə məhz Hümbət Məmmədova məxsus pay satılmalı idi. İddiaçı bununla bağlı dəfələrlə Cavabdeh1nə müraciət etsə də, bu heç bir nəticə verməmişdir. Hətta hökmə izah verilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət edilmiş, izahda da qeyd edilmişdir ki, borc iddiaçının payına deyil, onun həyat yoldaşının payına yönəldilməlidir. Hərrac qanunsuz olduğu üçün nəticələri ləğv edilməlidir. İddiaçı tərəfindən müddətinin ötürülməsinə münasibətdə isə bildirilməlidir ki, iddiaçının hərracın keçirilməsi presesindən xəbəri olmayıb. Hərracın keçirilməsi ilə bağlı bildirişlər Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ünvana göndərilmiş, lakin iddiaçı 2017-ci ildən Bakı şəhəri, Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində qeydiyyatdadır. İddiaçı ölkə hüdudlarından kənarda olduğu üçün, ölkəyə geri qayıtdıqdan sonra əmlakına sahiblik etmək istərkən əmlakının başqa şəxslər tərəfindən idarə edildiyini görmüşdür. Eyni zamanda hərracın nəticələrindən xəbəri hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən 1 ay əvvəl xəbəri olub. Ona görə də, hər hansı müddətin ötürülməsindən söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəməyə bildirdi ki, iddiaçının hərrac keçirilmə prosesindən, eyni zamanda hərracın nəticələrindən həm yazılı həm də şifahi məlumatı olub. Eyni zamanda iddiaçı Cavabdeh1ndə iş üzrə icraata xitam verilməsi qərarını imzalayaraq qəbul etmişdir. Əmlak birgə nikah dövründə əldə edilmiş əmlak sayıla bilməz, çünki mülki qanunvericiliyin tələbinə görə birgə nikah dövründə əldə edilmiş əmlak sayılması üçün həmin əmlak Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçməlidir. Hökmdə də qeyd edilmişdir ki, təqsirləndirilən şəxs X50 qanunsuz yolla əldə əldə etdiyi əmlakı həyat yoldaşı və digər şəxslərin adına rəsmiləşdirmişdir. Həmin hökm ilə 6 adda əmlakın üzərindən əmlaklar hərracda satılacağı üçün həbs götürülsə də, sonradan təkrar olaraq həmin əmlakların üzərinə həbs qoyulmuşdur. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə olduğu və üzərində həbs mövcud olduğu halda 4 əmlak iddiaçı tərəfindən qanunsuz olaraq satılmışdır. Qanunvericiliyin normaları birbaşa pozulduğu üçün hazırkı iş çərçivəsində İddiaçı barəsində xüsusi qərardadın çıxarılması da zəruridir. İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsinin əsas məqsədi ondan ibarətdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı İnzibati Məhkəməsinə əmlaklara çıxarışın alınması ilə bağlı müraciət etmişlər. İddiaçı isə çıxarışın alınmasına süni maneələr yaratmaq niyyətindədir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi X54 izahatında məhkəməyə bildirdi ki, Cavabdeh1ndə iş üzrə icraata xitam verilməsi qərarının təqdim edilməsi üçün o da daxil olmaqla 17 nəfər zərərçəkmiş, hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən şəxslər və İddiaçı da icra şöbəsinə dəvət edilmişlər. 17 nəfərin hər biri və İddiaçı imza edərək iş üzrə icraata xitam verilməsi qərarını aldılar. İddiaçı qanunsuz olaraq həbsdə olduğunu bilərək digər dörd əmlakı satmışdır. İki əmlak isə zərərçəkmişlərin borcunun ödənilməsinə görə hərraca çıxarılıb. Lakin bu da onlara olan borcun tam ödənilməsini qarşılayan məbləğ deyil. Məsələ uzanmasın deyə o və digər zərərçəkmişlər qalıq borcu tələb etməkdən imtina etdilər. Hətta o, iddiaçının keçmiş həyat yoldaşı məhkum X25 yanında olan zaman, Hümbət Məmmədov ona bildirdi ki, borclarını iki aya ödəyəcək və onlar əmlaka münasibətdə tələbdən imtina etsinlər. Lakin verdiyi sözə əməl etmədi. İddiaçının hərracın keçirilməsindən xəbərsiz olmasını iddia etməsi absurddur. Belə ki, həmin əmlaklar iddiaçının iştirakı ilə onlara təhvil verilmişdir. Həmin proseslər çərçivəsində aralarında dəfələrlə mübahisə düşmüşdür. İddiaçı özünə məxsus olan bütün əşyaları həmin əmlaklardan çıxarmışdır. Əmlakların birində hətta o özü köçüb yaşamağa başlamışdır. Həmin ərəfədə onun əşyaları İddiaçı tərəfindən hərracdan satılmış əmlakdan çıxarılaraq zibilxanaya atılmışdır. Onda İddiaçı İkram adına vəkili var idi, ona dedi ki, əşyalarını gedib zibilxanadan yığsın. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X42 izahatında məhkəməyə bildirdi ki, iddia tələbi əsassızdır. O, və digər zərərçəkmişlər bu məsələdə sonuna kimi gedəcəklər. İddiaçı uzun sürən məhkəmə mübahisəsindən sonra yenə də qanunsuz əməllərinə davam etdirir. Onlara vurduqları maddi ziyan az deyil, hələ mənəvi ziyan da vurur. Hərracdan satılmış əmlakda iddiaçıya məxsus tikiş maşınları var idi. Həmin əmlak digər əmlaklarla birgə onlara təhvil verilərkən, gəldi tikiş maşınlarını apardı. Belə olan halda onun hərracın keçirilməsindən xəbəri olmamasını deməsi cəfəngiyatdır. Məktubları özü bilərəkdən qəbul etmir. Bu onun məlumaltı olmamasına dəlalət etmir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 nümayəndəsi X31 izahatında məhkəməyə bildirdi ki, iddiaçı üzərində həbs olmasına baxmayaraq altı əmlakın dördünü satıb, qalan əmlaklara olan tələbi əsassızdır. Həmin əmlaklar zərərçəkmişlərə vurulmuş ziyanın ödənilməsinə yönəlmişdir. İddiaçının və həyat yoldaşının qanunsuz əməllərinə görə o, 4 uşaqla 12 ildir ki, kirayədə qalır. İddiaçının məqsədi zərərçəkmişləri süründürməkdir. Məqsədinə də nail olub. 17 nəfərdən hal-hazırda ölənlər də var, ölüm ayağında olanlar da. Bundan əlavə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçı Hümbət Məmmədovla 2013-cü ildən boşanıb. Belə olan halda ümumi əmlaklarına dair məhkəmə iddiaları 3 il müddətində verilməli idi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 nümayəndəsi X32 izahatında məhkəməyə bildirdi ki, iddia tələbi əsassızdır. İddiaçı özü elə həyat yoldaşı məhkum X50 ilə birlikdə qanunsuz əməlləri törədib. İndi isə zərərçəkmişlərə aid olan əmlaka dair tələb irəli sürür. Nümayəndəsi olduğu oğlu X3 Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq sücaət göstərmişdir. Lakin bu gün o və digər zərərçəkmiş şəxslər iddiaçının əsassız iddialarına görə mənəvi iztirablara məruz qalırlar. Erməni öldürə bilməyənləri də iddiaçı əsassız iddiaları ilə öldürəcək. Bu qanunsuzluqlara son qoyulmalıdır Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 izahatında məhkəməyə bildirdi ki, bu məsələ artiq uzun illərdir davam edir. İddiaçı və məhkum həyat yoldaşı Hümbət Məmmədovun zərərçəkmişlərə qarşı qanunsuz əməlləri sonlanmır deyə, o və digər zərərçəkmiş şəxslər güzəştə getdikləri qalıq borcunu yenidən tələb edəcəklər. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-77/2013 saylı icra vərəqəsindən görünür ki, ... təqsirləndirilən şəxs Hümbət Məmmədovun arvadı X18 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində yerləşən 10 saylı evin və Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində yerləşən 2 saylı evin dəyərindən, həmçinin Bakı şəhəri, Biləcəri bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 369 saylı qərarı ilə X18 adına rəsmiləşdirilmiş Bilcərəi qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m. torpaq sahəsinin üzərində olan tikilinin, Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 722 saylı qərarı ilə X18 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi 1-ci döngədə yerləşən 600 kv.m. torpaq sahəsinin üzərində, həmçinin orada ona bağ-bostan sahəsi kimi verilmiş 200 kv.m. torpaq sahəsinin üzərində olan tikililərin və Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 377 saylı qərarı ilə X18 adına rəsmiləşdirilmiş Biləcəri bələdiyyəsi ərazisində yerləşən 300 kv.m. torpaq sahəsinin üzərində olan tikililərin dəyərindən birgə nikah dövründə əldə olunmuş ümumi əmlak kimi təqsirləndirilən şəxs Hümbət Məmmədova düşən payın üzərinə yönəldilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2013-cü il tarixli, 1(101)-77/2013 saylı hökmünün mülki iddia hissəsindən Ramazanova (Məmmədova) Manana Camal qızı tərəfindən verilmiş və şəxsən imza edilmiş apellyasiya şikayətində aşağıdakılar qeyd edilmişdir: “ ... Mülki iddianı təmin edən məhkəmə mülkiyyət hüququ ilə dövlət qeydiyyatından keçməmiş torpaq və tikililər üzərinə yönəltməklə qanunu kobud surətdə pozmuşdur. ... birinci instansiya məhkəməsi mülki qanunvericiliyin tələblərinə zidd olaraq özbaşına tikililəri tamamilə qanunsuz olaraq ər-arvadın ümumi mülkiyyəti hesab etmiş və təmin etmiş iddia məbləğinin tutulmasını həmin özbaşına tikilidə guya ki, Hümbət Məmmədovun mülkiyyətinə düşən əmlakın ½ hissəsinə yönəldmişdir. Halbuki, göstərilən əmlakın mənim və Hümbət Məmmədovun mülkiyyətində olmasını təsdiq edən heç bir sənəd mövcud deyil”. İş materiallarında olan Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)-2051/2015 saylı qərarından X50 tərəfindən verilmiş və şəxsən imzalanmış apellyasiya şikayətində göstərilmişdir ki, “ ... icra vərəqində qeyd olunan əmlaklar Neft şirkətinə məxsus torpaqların üzərində qanunsuz, heç bir sənədi olmadan tikilmişdir. Bundan başqa, torpaq sahələri başqa adamın adına olduğu halda, onun üzərində olan əmlak necə satılıb ödəmələr ödənəcək? Bu icra vərəqinin qanuni nöqteyi nəzərəindən icrası qeyri-mümkündür”. İş materiallarında olan Cavabdeh1 icra məmurları və qeyriləri tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli aktda aşağıdakılar göstərilmişdir: “ ... Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-77/2013 saylı icra vərəqəsinin tələbinə görə zərəçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi üçün tələb borclu X25 arvadı X18 adına olan əmlaklardakı payına yönəldilməlidir. İcra sənədinin icrası ilə bağlı xx.xx.2015-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində yerləşən 10 saylı tikilidə olduq. ... Tikilinin giriş qapısı bağlıdır. Obyektin (tikilinin) qaraj qapısının (dəmir darvaza) girişində mühafizəçi üçün ayrılmış bir otaqdan ibarət obyektə bitişik tikilidə olan və özünü mühafizəçi kimi təqdim edən ... şəxs obyekti mühafizə etdiyini, lakin giriş qapılarının açarlarının onda olmadığını dedi. ***-***-**- ** nömrəli telefonla dəfələrlə X37 ünvana dəvət olunaraq, oraya baxış keçirilməsi üçün açarları verməsi təklif olundu. X66 bundan imtina etdi və bildirdi ki, obyektə baxış keçirilməsinə etiraz etmir. Sadəcə olaraq tikilinin açarlarını tapa bilmir və əlavə olaraq baxış keçirilməsində iştirak etmək istəmir”. İş materiallarında olan Cavabdeh1 icra məmurları və qeyriləri tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli aktda aşağıdakılar göstərilmişdir: “ ... Məmmədova (Ramazanova) X38 rayon İcra şöbəsinin inzibati binasına gəldi, icra məmuru tərəfindən icra sənədinin məzmunu, icrası qaydası, icradan imtina ilə bağlı məsuliyyəti barədə həm şifahi, həm də yazılı qaydada bildirildi. X6 açıq şəkildə imtina edərək, izahat verməkdən və icra ilə bağlı hər hansı xəbərdarlıqları qəbul etməkdən boyun qaçırdı. Barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə baxılması üçün verilməsi zamanı protokolu imzalamaqdan imtina edərək, icra məmurunun tələblərinə tabe olmadan Binəqədi rayon İcra şöbəsinin inzibati binasını özbaşına tərk etdi”. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 8(001)-1436/15 saylı qərardadında göstərilmişdir ki: “ ... tələbin yönəldiyi və üzərinə həbs qoyulmuş qeyd olunan əmlaklar hazırda X16 (Ramazanovanın) sahibliyi və istifadəsindədir. Manana Məmmədova hökmün icrasına aşkar şəkildə maneə yaratdığından məhkəmə hesab edir ki, təqdimat təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2013-cü il tarixli, 1(101)-77/2013 saylı hökmünə dair verilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-77/2013 saylı icra sənədi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 10 saylı ev və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 2 saylı evlərə (tikililərə) baxış keçirilməsinin təmin olunması məqsədilə evlərin giriş qapılarının qıfılları sındırılmaqla məcburi qaydada daxil olunmalıdır”. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-310/2016 saylı qərardadından görünür ki, həmin qərardadla X21 məxsus "xxxx" MTK, "xxxx" MTK, "Azər Ross İK” MTK-dakı payların, Məmmədov Hümbətin özünə məxsus "xxxx" MMC-dəki payların, M.Məmmədovanın adına "Azərbaycan Beynəlxalq Bankı” Sənaye filialındakı 150000 avro pul vəsaitinin, M.Məmmədovanın adına rəsmiləşdirilmiş Binəqədi qəsəbəsi, 1 May küçəsi, 2 saylı evin, Biləcəri Bələdiyyəsinin 11 iyul 2008-ci il tarixli, 369 saylı qərarı ilə M.Məmmədovanın adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.metr torpaq sahəsi üzərində olan tikilinin, Biləcəri Bələdiyyəsinin 09 avqust 2004-cü il tarixli, 722 saylı qərarı ilə M.Məmmədovanın adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.metr torpaq sahəsi üzərində, həmçinin bag-bostan məqsədi verilmiş 200 kv.metr torpaq sahəsi üzərində olan tikilinin, Biləcəri Bələdiyyəsinin 11 iyul 2008-ci il tarixli, 377 saylı qərarı ilə M.Məmmədovanın adına rəsmiləşdirilmiş Biləcəri Bələdiyyəsinin ərazisində yerləşmiş 300 kv.metr torpaq sahəsi üzərində olan tikilinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2017ci il tarixli cavab məktubundan görünür ki, X50 ilə Ramazanova (Məmmədova) Manana Camal qızı arasındakı nikah xx.xx.2013-cü il tarixdə pozulmuşdur. Məhkəməyə təqdim edilmiş icra iş(lər)inin materiallarından əlavə olaraq aşağıdakılar müəyyən edilir: “ ... xx.xx.2015-ci il tarixdə və təkrar olaraq xx.xx.2015-ci il tarixdə icra sənədinin izah edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət edilmiş, tələbin yönəldildiyi nikah dövründə əldə olunmuş ümumi əmlaklarda Hümbət Məmmədova aid olan payların hansı qaydada (fiziki bölgü və ya hərracdan satış və .s) realizə edilməsinə izah verilməsi xahiş olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş xx.xx.2015-ci il tarixli, 1(101)-77/2013 saylı məlumatda mülki qanunvericiliyə müvafiq olaraq borclunun ümumi paylı mülkiyyətdə olan əmlakına yönəldilmənin qanundan əmələ gələn əsas olduğu vurğulanmış və bununla bağlı olaraq mübahisə olmadığından ümumi qaydada yönəldilmənin tətbiq edilməli olması göstəriş edilmişdir. xx.xx.2015-ci il tarixdə qiymətlədiricinin dəvət edilməsi haqqında qərar qəbul edilərək, ”Sərraf-N” MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən verilən 30 saylı, xx.xx.2016-cı il tarixdə qiymətləndirilməsi sifariş edilən əmlakların olmaması əsas gətirilərək, xx.xx.2015-ci il tarixdə qiymətlədiricinin dəvət edilməsi haqqında qərar icra edilmədən Binəqədi rayon icra şöbəsinə geri qaytarılmışdır. xx.xx.2015-ci il tarixdə Ramazanova (Məmmədova) Manana Camal qızının “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye Filialında olan hesabına inkasso sərəncamı qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-865/15 saylı, 28 iyul 2015-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı, 01 iyul 2013-cü il tarixli hökmü dəyişdirilmiş və hökmün nəticə hissəsində “iş üzrə zərəçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutmanın X22 arvadı X18 adına “Azərbaycan Beynəlxalq Bankfmn Sənaye filialında olan 150.000 avro məbləğində pul vəsaitindən birgə bikah dövründə əldə olunmuş ümumi əmlak kimi təqsirləndirilən şəxs Hümbət Məmmədova düşən payın üzərinə yönəldilməsi"nə dair müddəlar xaric edilməsi qərara alınmışdır. Qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilmiş və “Sərraf-N" MMCdən qiymətləndiricinin dəvət edilməsi üçün qərar “Sərraf-N" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 1 May küçəsi, 1-ci döngədə yerləşən 600 kv.m. torpaq sahəsinin üzərində olan tikili 1.100.000 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2017-ci il tarixdə X23 X19 xeyrinə 73000 ABŞ dolları məbləğində pul vəsaiti milli manat məzənnəsinə uyğun olaraq tutulmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-310/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi Binəqədi rayon icra şöbəsinə daxil olmuşdur. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraata qəbul edilmiş, həmin gün icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrasına dair bildiriş tərəflərə göndərilmişdir. Qeyd olunan icra sənədləri əsasında açılmış icra işləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinə əsasən xx.xx.2017-ci il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. xx.xx.2017-ci il tarixdə 1.100.000 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 1 May küçəsi, 1-ci döngədə yerləşən 600 kv.m. torpaq sahəsinin üzərində olan tikilinin açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğin Binəqədi rayon icra şöbəsinin depozit hesabına ödənilməsi üçün "xxxx" MMC-yə sifariş göndərilmişdir. "xxxx" MMC-dən daxil olmuş 3292 saylı, 06 iyul 2017-ci il tarixli məlumatda göstərilmişdir ki, 1.100.000 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 1 May küçəsi, 1-ci döngədə yerləşən 600 kv.m. torpaq sahəsinin üzərində olan tikili hərrac mərkəzi tərəfindən keçirilən hərraclar zamanı alıcı olmadığı üçün satılmamışdır”. İş materiallarında olan Hərracın təşkili və keçirilməsi haqqında Sifarişdən görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən sifariş xx.xx.2020-ci il tarixdə “X4 Mərkəzi” MMC-yə göndərilmiş və X37 bu barədə hal-hazırda da qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 159, mənzil 24 ünvanı üzrə məlumatlandırılmışdır. İş materiallarında olan poçt qəbzlərindən görünür ki, “X4 Mərkəzi” MMC tərəfindən də Məmmədova (Ramazanova) Manana Camal qızı həm qeydiyyatda olduğu ünvan (ünvan 3 yerləşdiyi ünvan üzrə, həm də yaşaması ehtimal olunan digər ünvanlar üzrə məlumatlandırılmış, lakin bütün məktublar “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. X36 isə məktublar həbsxanaya göndərildiyindən, ünvan sahibi tərəfindən qəbul edilmiş və qəbzlərə imza edilmişdir (xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə). İş materiallarında olan qəzetlərdən çıxarışlardan görünür ki, “X4 Mərkəzi” MMC tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli buraxılışlarda müvafiq elanlar dərc edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli YP004, YP005, YP006 nömrəli Satış protokollarından və Hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə müqavilələrdən görünür ki, Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X36 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m. torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m.); Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m.) və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m.) cinayət işi üzrə zərərçəkmiş 17 nəfər şəxs - X7, X26, X52, X12, X49, X17. X42, X24, X34, X35, X43, X13, X44, X45, X46, X29, X67 tərəfindən alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında iddiaçının hazırkı iddia ərizəsi ilə məhz indi – hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə müqavilələrin bağlanmasından 2 ilə yaxın müddət keçdikdən sonra müraciət etməsini onunla əsaslandırmışdır ki, iddiaçı 2017-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ünvanında qeydiyyatda olsa da, ona hərracın keçirilməsi barədə bildirişlər Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ünvana göndərilmişdir. Halbuki, iş materiallarında olan poçt qəbzlərindən görünür ki, “X4 Mərkəzi” MMC tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdən hal-hazıradək qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 159, mənzil 24 ünvanına həm özünə, həm də cinayət işi üzrə adları keçmiş hüquqi şəxslərə ünvanlanan bildirişlər dəfələrlə göndərilmişdir. Eyni zamanda iddiaçının vəkili məhkəməyə bildimişdir ki, iddiaçının məhkəməyə məhz indi müraciət etməsinin səbəbi onun ölkə hüdudları xaricində olması olmuşdur. Halbuki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək davamlı olaraq ölkə ərazisində olmuşdur. Məhkəmə mülki işin və icra işinin materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdeh hərrac təşkilatçısı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli YP004, YP005, YP006 nömrəli Satış protokollarını və Hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə müqavilələri etibarsız hesab edilməsini mübahisələndirmək üçün qanunla müəyyən edilən müddət ötürülmüşdür. Məhkəmə hazırkı işin bütün hallarını və hadisələrin xronologiyasını nəzərə alaraq, iddiaçının hərracın keçirilməsindən və əmlakların başqa şəxslərə təhvil verilməsindən iki ilə yaxın müddətdən sonra xəbər tutmasını inandırıcı hesab etmir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, “… mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. ... maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur”. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və «X4 Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi, satış protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil1 iş üzrə xüsusi qərardad çıxarılması barədə vəsatətini əsaslı hesab etmir. Belə ki, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxarmamışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2486/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2486/2022
17.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver