Məhkəmə qərarları › İş №2(001)-2487/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(001)-2487/2023

15.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2487/2023 15.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair mülki iş üzrə məhkəmə öz təşəbbüsü ilə əlavə qətnamənin çıxarılması məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 231 saylı alqı-satqı müqaviləsinin ləğv ediməsi, cavabdehə ödənilən 2788 manat məbləğində pulun, məhkəməyə müraciət edilməsi üçün ödənilən 230 manat pul vəsaitinin və 50.18 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-770/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-dən 2788 (iki min yeddi yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra, məhkəmə tərəfindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-770/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində məhkəmə xərclərinə münasibət bildirilmədiyi aşkar edilmişdir. Bu səbəbdən məhkəmə xərclərinə münasibət bildirilməsinə dair əlavə qətnamənin qəbul edilməsini məhkəmə məqsədəmüvafiq hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə qətnamə çıxara bilər. - 229.1.3-cü maddəsinə əsasən, məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə çıxara bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə komputer-texniki ekspertizasının keçirilməsi ilə bağlı xidmət haqqının tutulması təmin edilməlidir. Belə ki, iş materiallarında olan rəydən görünür ki, mütəxəssis Mehmet Erdem tərəfindən iş üzrə müvafiq rəy verilmiş, rəyin verilməsi üzrə xidmət haqqı 300 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, əlavə qətnamə qəbul edilməli və iş üzrə keçirilmiş məhkəmə komputer-texniki ekspertizasının xidmət dəyəri olan 300 manat Cavabdeh MMC-dən tutularaq mütəxəssis Mehmet Erdemə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cımaddələrini rəhbər tutaraq məhkəmə, QƏ T E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-770/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə keçirilmiş məhkəmə komputer-texniki ekspertizasının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq mütəxəssis Mehmet Erdemə (kart hesabı 4169 7413 9731 7130) ödənilsin. Əlavə qətnamədən qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar