Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2491/2020 03.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X4 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 borclu olub qaytarmadığı 5600 manat, qaytarmadığı 6 il üçün illik 5% olmaqla 1680 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7310 manat pulun cavabdeh X2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, X5 ilə o, 2010-2013-cü il arasında ticarət əlaqələrində olmuş və bunun nəticəsində cavabdehin ona 5600 (beş min altı yüz) manat borcu qalmışdır. Cavabdeh bu barədə xx.xx.2016-cı il tarixində öz xətti ilə qəbz yazıb ona vermişdir. Həmin qəbzdə göstərilir ki, o, borcunu 4 (dörd) il ərzində qaytaracaqdır. Elman yenidən öz xəttiylə xx.xx.2016-cı il tarixində qəbz yazıb borcunu etiraf edərək, 2017-ci ilin mart ayından başlayaraq borcundan ayda 300 manat verəcəyini bildirmişdir. Daha sonra cavabdeh nəhayət xx.xx.2019-cu il tarixdə bir daha qəbz yazaraq borcunu təsdiq etmiş, həmin borcundan 2020-ci ilin yanvarından başlayaraq ayda 300 (üç yüz) manat ödəyəciyini göstərmişdir. O, cavabdehdən bu 6 ildə davamlı olaraq pulunu geri istəsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ondan əlavə vaxt istəmiş, pulları tezliklə geri qaytaracağını bildirmışdir. Amma cavabdeh aldığı borcdan bu günə kimi 1 manat belə ona qaytarmamışdır. Beləliklə, cavabdeh ona qaytarmalı olduğu 5600 manat məbləği özündə saxlamaqla ona maddi ziyan vurmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh X3 borclu olub qaytarmadığı 5600 manat, qaytarmadığı 6 il üçün illik 5% olmaqla 1680 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7310 manat pulun cavabdeh X2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 izahat verərək bildirmişdir ki, o, iddiaçıdan pul almamış, mal alaraq mağazalara vermiş, lakin həmin malların pulunu mağazalardan ala bilməmişdir. İddiaçının öz tələbinin əsası kimi məhkəməyə təqdim etdiyi iltizamlarda olan imzalar isə ona məxsus deyil. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki işin materiallarında olan cavabdeh X3 yazdığı və imzaladığı borcun etirafı barədə xx.xx.2016-cı il tarixli iltizamda göstərilmişdir ki, “Mən X1 Mikayıl İsrail oğluna 5600 (beş min altı yüz) manat borcum olduğunu təsdiq edirəm. Mən bu pulu ona 4 (dörd) il müddətinə ödəyəcəyəm.” Mülki işin materiallarında olan cavabdeh X3 yazdığı və imzaladığı borcun etirafı barədə xx.xx.2016-cı il tarixli iltizamda göstərilmişdir ki, “Mən X1 Mikayıl İsrail oğluna olan 5600 (beş min altı yüz) manat borcumdan mart ayından başlayaraq ayda 300 (üç yüz) manat ödəyəcəyəm.” Mülki işin materiallarında olan cavabdeh X3 yazdığı və imzaladığı borcun etirafı barədə xx.xx.2019-cu il tarixli iltizamda göstərilmişdir ki, “Mən X5 təsdiq edirəm ki, İddiaçı İsrail oğluna 5600 (beş min altı yüz) manat borcum var. Mən bu borcu ona yanvar ayından başlayaraq ayda 300 (üç yüz) olmaqla qaytaracağam.” İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 4/418 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, mülki işin 12-ci səhifəsində olan “İltizam”da “Soltanov E.” yazılarının qarşısında olan imza; mülki işin 11-ci səhifəsində olan xx.xx.2016-cı il tarixli “İltizam”da “İmza” qrafasında olan imza; mülki işin 10-cu səhifəsində olan xx.xx.2019-cu il tarixli “İltizam”da “İmza” qrafasında olan imza – X5 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir, 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, 324.4-cü maddəsinə əsasən, bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 326-cı maddəsinə əsasən, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır, 327-ci maddəsinə əsasən, birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd olmasın. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Eyni Məcəllənin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh X3 yazdığı iltizamın, yəni birtərəfli əqdin Mülki Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd olmamasını nəzərə alaraq həmin əqd məhz borc müqaviləsindən irəli gələn öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, borc alan birtərəfli əqd bağlayaraq üzərinə götürdüyü öhdəliyə uyğun olaraq götürdüyü borcun əvəzini müvafiq qaydada borc verənə qaytarmalı olduğu halda, bunu etməmişdir. Cavabdeh X3 5600 (beş min altı yüz) manat borcu yanvar (2020-ci il) ayından başlayaraq ayda 300 (üç yüz) olmaqla qaytaracağı barədə yazdığı iltizamla bağlı qeyd edilməldir ki, işin müyyən edilmiş hallarına əsasən həmin borc cavabdehin 2016-cı ildən etiraf etdiyi və dörd il müddətində qaytarmağı üzərinə götürdüyü borcdur və borcun 2016cı ildən bugünə kimi qaytarılmaması məhz borc alanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə dəlalət edir ki, bu halda da borc verənin borcun dərhal qaytarılmasını tələb etmək hüququ yaranır. Buna görə də, X3məhz borc müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə öhdəlik yaranmış, özünün də etiraf etmiş olduğu cəmi 5600 (beş min altı yüz) manat məbləğində borcu yaranmışdır. İşin hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh X5 öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin öhdəlikdən yaranan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiçının əldən çıxmış faydaya görə 1680 (bir min altı yüz səksən) manatın ödənilməsi tələbi ilə bağlı bildirir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi qanunverici özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini nəzərdə tutsa da, bunu sadalanan dörd hərəkət (hərəkətsizlik) nəticəsində borclunun müəyyən gəlir, artım, bəhər əldə etməsi ilə əlaqələndirmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehin aldığı borc puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosessual qanunvericilikdə nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbinin borc puldan faydalanmağa görə faizlər ödənilməsi hissəsini sübut olunmadığından əsassız hesab edir. Təsvir olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 5600 (beş min altı yüz) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin 124 (bir yüz iyirmi dörd) manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X2 5600 (beş min altı yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat cavabdeh X2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2491/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2491/2020
03.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver