Məhkəmə qərarları › İş №2(001)-2500/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2500/2025

06.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2500/2025 06.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (əri) X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən ona qaytarılmalı olan 15500 manat məbləğində pulun əvəzinin, 790.5 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, 3000 manat məbləğində mənəvi zərərin əvəzinin, məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 148 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən (VÖEN: **********) tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, “Alqı-satqı Müqaviləsi №C10” saylı alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli həmin Alqı-satqı müqaviləsinin 2.1-ci bəndində (Müqavilnin Predmeti) qeyd edilmişdir ki, tərəflər qeyd edirlər ki, “Alıcı”ya Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və “C”) hündür mərtəbəli yaşayış binasının “C” bloku, 12-ci mərtəbə, ümumi sahəsi 103.0 kv.m olan 1 (bir) otaqlı 5 (beş) saylı mənzil verilmişdir. Mənzilin dəyəri “Alıcı tərəfindən tam ödənilmişdir. Hazırda binanın 12-ci mərtəbəsinin tikintisi dayandırıldığından “Alıcı” mənzilin dəyişdirilməsini xahiş etmişdir. Bu səbəblərdən “Alıcı’nın razılığı ilə ona “C” bloku, 11-ci mərtəbədə, ümumi sahəsi 86,0 kv.m olan 2 (iki) otaqlı 6 (altı) saylı mənzil verilir. Əvvəlki Müqavilə və Maliyyə Arayışı ləğv edilmişdir. xx.xx.2024-cü il tarixli həmin Alqı-satqı müqaviləsinin 2.2-ci bəndində qeyd edilmişdir ki, tərəflər razılığa gəlirlər ki, mənzillərin sahəsində fərqlənmə olduğundan “Satıcı” “Alıcı” tərəfindən artıq ödənilmiş 19000 (on doqquz min) manat məbləğinə pulu ona qaytaracaqdır. xx.xx.2024-cü il tarixli həmin alqı-satqı müqaviləsinin 2.3-cü bəndində qeyd edilmişdir ki, tərəflər qeyd edirlər ki, “Satıcı” tərəfindən qaytarılmalı olan 19000 (on doqquz min) manatdan 3500 (üç min beş yüz) manat “Alıcı”ya qaytarılmışdır. Yerdə qalan 15500 (on beş min beş yüz) manat “Satıcı” tərəfindən “Alıcı”ya 01 sentyabr 2024-cü il tarixinə kimi tam qaytarılmalıdır. Eyni zamanda, Cavabdeh MMC-nin təsisçisi kimi Qanuni nümayəndəK tərəfindən imzalanmış və möhürlənmiş xx.xx.2024-cü il tarixli, C 10 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, həqiqətən də Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və “C”) hündür mərtəbəli yaşayış binasının “C” bloku, 11-ci mərtəbədə, ümumi sahəsi 86,0 kv.m olan 2 (iki) otaqlı 6 (altı) saylı mənzilin ümumi dəyərini tam ödəmişdir. Borcu yoxdur”. Onu da məhkəmənin nəzərinə çatdırır ki, hazırki günə qədər müqavilədə göstərilən Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və “C”) hündür mərtəbəli yaşayış binasının “C” bloku, 11-ci mərtəbədə, ümumi sahəsi 86,0 kv.m olan 2 (iki) otaqlı 6 (altı) saylı mənzil Cavabdeh MMC tərəfindən inşa edilib ona təhvil verilməmişdir, belə ki, binanın tikintisi hələ də tamamlanmamış, binanın damı açıqdır, hələ də dam örtüyü ilə örtülməmişdir. Bundan başqa Cavabdeh MMC tərəfindən aralarında bağlanmış 10 iyul 2024-cü il tarixli müqavilənin 2.3-cü bəndi ilə üzərinə götürdüyü öhdəliyə də əməl edilməmiş, yəni artıq 5 (beş) aydır ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixə kimi ona qaytarmalı olan 15500 manat məbləğində pul ona qaytarılmamışdır. 15500 manat pulun qaytarılması ilə bağlı dəfələrlə MMC-nə müraciət etmiş, lakin pulu ona qaytarılmayıb, müxtəlif bəhanələrlə ona qaytarılmalı olan 15500 manat pulum ona qaytarılmamışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, məsələni məhkəməyə qədər (pretenziya qaydasında) həll etmək üçün xx.xx.2025-ci il tarixli “Pretenziya qaydasında bildiriş”lə cavabdeh "Cavabdeh MMC-nə müraciət etmiş, lakin MMC xx.xx.2025-ci il tarixli, 2 nömrəli cavab məktubu ilə 15500 manat pulunu qaytaracağı barədə öhdəliyi olmasını etiraf etsə də, lakin real olaraq müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan yayınır. Sadalananlardan göründüyü ki, Cavabdeh MMC bu günə qədər qaytarmalı olduğu 15500 manat pulu qanunsuz olaraq özündə saxlayır, özü üçün istifadə edir, faydalanır. O, isə Cavabdeh MMC-nin ona qarşı "xxxx" törətməsi nəticəsində MMC-nin günahı ucbatından 15500 manat pulundan məhrum olmuş və gəlirlərindən (əldən çıxmış faydadan) məhrum olmuşdur. Belə ki, əgər Cavabdeh MMC qaytarmalı olduğu 15500 manat pulu xx.xx.2024cü il tarixdə ona qaytarsaydı, o, pulundan öz iradəsinə uyğun istifadə edərdi və adi mülkiyyə dövründə hər hansı bir daşınar və daşınmaz əmlak alıb faydalanardı, qazanc əldə edərdi. Belə ki, 2024-cü il üçün Azərbaycan Mərkəzi Bankının faiz uçot dərəcəsi 5,1 % təşkil etmişdir. Adi riyazi hesablama aparsaq (15500x 5.1 %=790.5 manat) görərik ki, MMC-nin günahı ucbatından, yəni 15500 manat pulunu qanunsuz saxlayıb özü üçün istifadə etməsi nəticəsində o, 790,5 manat gəlirindən (əldən çıxmış fayda) məhrum olmuşdur. Eyni zamanda Cavabdeh MMC-nin ona qarşı qanuna zidd rəftarı, davranışları, onun pulunu müxtəlif bəhanələrlə aldadıb qaytarmaması, yubandırması, məni get-gələ salması nəticəsində o, qonu-qonşu, qohumlar arasında rüsvay olmuş, nüfuzdan düşmüş, nüfuzuna xələl yetirilib, bu səbəblərə görə o, dəfələrlə əsəbləşmiş, gecələr yuxusu qaçıb, o, mənəvi sarsıntı keçirmiş, ağır iztirablar çəkmiş, sağlamlığına bərpaolunmaz mənəvi zərər yetirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (əri) X3 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, “Alqı-satqı Müqaviləsi” alqı-satqı müqaviləsi bağlanmış və həmin alqı-satqı müqaviləsinin 2.1-ci bəndində (Müqavilnin Predmeti) qeyd edilmişdir ki, tərəflər qeyd edirlər ki, “Alıcı”ya Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və “C”) hündür mərtəbəli yaşayış binasının “C” bloku, 12-ci mərtəbə, ümumi sahəsi 103.0 kv.m olan 1 (bir) otaqlı 5 (beş) saylı mənzil verilmişdir. Mənzilin dəyəri isə iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Hazırda binanın 12-ci mərtəbəsinin tikintisi dayandırıldığından İddiaçı mənzilin dəyişdirilməsini xahiş etmiş, bu səbəblərdən razılığa əsasən “C” bloku, 11-ci mərtəbədə, ümumi sahəsi 86,0 kv.m olan 2 (iki) otaqlı 6 (altı) saylı mənzil verilir. Əvvəlki müqavilə və maliyyə arayışı ləğv edilmişdir. Bundan əlavə tərəflər razılığa gəlmişlər ki, mənzillərin sahəsində fərqlənmə olduğundan “Satıcı” “Alıcı” tərəfindən artıq ödənilmiş 19000 (on doqquz min) manat məbləğinə pulu ona qaytaracaqdır. xx.xx.2024-cü il tarixli həmin alqı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən tərəflər razılaşmışlar ki, satıcı tərəfindən qaytarılmalı olan 19000 (on doqquz min) manatdan 3500 (üç min beş yüz) manat alıcıya qaytarılmışdır. Yerdə qalan 15500 (on beş min beş yüz) manat isə 01 sentyabr 2024-cü il tarixinə kimi tam qaytarılmalıdır. Eyni zamanda, Cavabdeh MMC-nin təsisçisi kimi Qanuni nümayəndəK tərəfindən imzalanmış və möhürlənmiş xx.xx.2024-cü il tarixli, C 10 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, ümumi sahəsi 86,0 kv.m olan 2 (iki) otaqlı 6 (altı) saylı mənzilin ümumi dəyərini tam ödəmiş və borcu yoxdur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, hazırki günə qədər müqavilədə göstərilən Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və “C”) hündür mərtəbəli yaşayış binasının “C” bloku, 11-ci mərtəbədə, ümumi sahəsi 86,0 kv.m olan 2 (iki) otaqlı 6 (altı) saylı mənzil Cavabdeh MMC tərəfindən inşa edilib ona təhvil verilməmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh MMC-dən tərəfindən iddiaçıya qaytarılmalı olan 15500 manat məbləğində pulun əvəzinin, 790.5 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, 3000 manat məbləğində mənəvi zərərin əvəzinin, məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 148 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən (VÖEN: **********) tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsinin göstərdiklərini təsdiq edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə ilə İddiaçı arasında bağlanmış 10 iyul 2024-cü il tarixli, C10 nömrəli alqı-satqı müqaviləsindən görünür ki; 2.1-ci bəndinə əsasən – tərəflər qeyd edirlər ki, “Alıcı”ya Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və ”C”) hundürmərtəbəli yaşayış binasının “C” bloku, 12-ci mərtəbədə, ümumi sahəsi 103.0 kv m olan 1 (bir) otaqlı 5 (beş) saylı mənzil verilmişdir. Mənzilin tam dəyəri “Alıcı” şərəfindən tam ödənilmişdir. Hazırda binanın 12-ci mərtəbəsinin tikintisinin dayandırıldığından “Alıcı” mənzilin dəyişdirilməsini xahiş etmişdir. Bu səbəblərdən "Alıcı”nın razılıqı ilə ona “C” bloku, 11-ci mərtəbədə, ümumi sahəsi 86.0 kv.m. olan 2 (iki) otaqlı, 6 (altı) saylı mənzil verilir. Əvvəlki Müqavilə və Maliyyə Arayışı ləğv edilmişdir. 2.2-ci bəndinə əsasən - tərəflər razılığa gəlirlər ki, mənzillərin sahəsində fərqlənmə olduğundan “Satıcı” "Alıcı” tərəfindən artıq ödənilmiş 19 000 (on doqquz min) AZN məbləqində pulu ona qaytaracaqdır. 2.3-cü bəndinə əsasən tərəflər qeyd edirlər ki, “Satıcı” tərəfindən qaytarılmalı olan 19000 (on doqquz min) manatdan 3500 (üç min beş yüz) manat “Alıcı”ya qaytarılmışdır. Yerdə qalan 15 500 (on beş min beş yüz) manat “Satıcı” tərəfindən “Alıcı”ya 01 sentyabr 2024-cü il tarixinə kimi sum qaytarılmalıdır. Cavabdeh MMC tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli, C10 nömrəli arayışdan görünür ki, həqiqətəndə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və”C”) hündür mərtəbəli yaşayış binasının “C” bloku, 11-ci mərtəbədə, ümumi sahəsi 86.0 kv.m. olan 2 (iki) otaqlı 6 (altı) saylı mənzilin ümumi dəyərini tam ödəmişdir. Borcu yoxdur. Cavabdeh MMC tərəfindən İddiaçı müraciətinə edilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, bildirilmişdir ki, göstərdiyi hallar həqiqətdir və Cavabdeh MMC-i 2024-cü ilin 01 sentyabr 2024-cü il tatixinə kimi İddiaçı 15500 manat pulun qaytarılması barədə öhdəlik götümüş, hazırki gündə həmin öhdəliyi tanıyır və mübahisələndirmirlər. Diqqətinə çatdırılmışdır ki, digər şəxslər kimi, sizdən də Alqı-Satqı Müqaviləsi üzrə alınmış pul vəsaitləri binanın tikintisinə sərf olunmuş və binanın 11 mərtəbəsi tikilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən binanın tikintisi dayandırıldıqından və MMC-i tərəfindən heç bir gəlir əldə edilmədiyindən Sizə qaytarılmalı olan 15500 manat pulun qaytarılması hazırda imkan xaricindədir. Tərəflərindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilərək yaranmış problemin həll edilməsinə çalışırlar. Məsələ həll edildikdən sonra qısa zamanda 15 500 manat Sizə ödəniləcəkdir. Məhkəməyə müraciət edibetməmək Sizin hüququnuzdur. Lakin bu halda Sizin pulunuzun qüytarılıb-qaytarılmaması məsələsinə iddianız üzrə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra məhkəmə qətnaməsinə əsasən həll ediləcəkdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İŞ-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 02 dekabr 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona geri qaytarılmalı olan 15.500 manat pulun qaytarılmaması barədə Nərimanov rayon Prokurorluğuna ünvanladığı ərizəsi araşdırma aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilmiş. Araşdırma zamanı izahatı alınmış Qanuni nümayəndə izahatında göstərmişdir ki, 2022-ci il tarixdən Cavabdeh MMC-nin təsisçisidir. “X4” MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi 945 saylı məhəllədə inşa ediləcək bir girişli iki bloklu 18 hündürmərtəbə binanın tikintisi üçün bütün hüquqları xx.xx.2020-ci il tarixdə “X4” MMC-ilə aralarında olan müqaviləyə əsasən həmin MMC-dən almışdır. “X4” MMC-nin qeyd olunan ünvanda həmin binanı tikməsi ilə bağlı bütün lazımi sənədləri vardır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 18 mərtəbəli binanın tikintisinə icazə verilməsi barədə müvafiq sənədləri aldıqdan sonra tikintiyə başlamışdır. Binanın 11-ci mərtəbəsi tikildikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binanın 11-ci mərtəbəsindən sonrakı mərtəbələrin tikintisinə sıxlıq olmasını bildirib icazəni ləğv etmişdir. Bundan sonra müvafiq məhkəmə prosesləri başlamış və hazırda da tikintinin davam etdirilməsi ilə bağlı proseslər davam edir. İddiaçı da tikintiyə başladıqdan sonra tikdiyi binanın “C” bloku 12-ci mərtəbədə ümumi sahəsi 103 kv.m. olan 1 otaqlı 5 saylı mənzili almaq üçün 82.400 manat pul ödəmiş və müqavilə bağlamışlar. 11-ci mərtəbədə binanın tikintisi dayandırıldığı üçün 10 iyul 2024-cü il tarixdə Amaliya xanımla yenidən müqavilə bağlamışlar ki, ona həmin binanın 11-ci mərtəbəsində ümumi sahəsi 86 kv.m. olan 2 otaqlı 6 saylı mənzil verilsin. Mənzillərin sahəsində fərqlənmə olduğundan Amaliya tərəfindən artıq ödənilmiş 19.000 manat pul ona qaytarılmalı idi. Bu xüsusat da ikinci dəfə bağladıqları müqavilədə öz əksini tapmışdır. Müştəriyə qaytarılmalı olan 19.000 manat puldan 3.500 manat pulu Amaliya xanıma qaytarılmışdır. Lakin hazırda binanın tikintisi dayandırıldığından, həmçinin binadan mənzil alışı olmadığı üçün və pulu olmadığından geri qalan15.500 manat pulu qaytara bilməmişdir. Binadan mənzil alışı olduqda və tikinti davam etdirilməyə başladıqda Amaliya xanımın geri qalan 15.500 manat pulu qaytarılacaqdır. Qərara əsasən toplanmış materialda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş və tərəflərə ev alqı-satqısı ilə bağlı aralarında yaranmış mübahisənin həlli ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 450.1. Öhdəliyin lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad etmir. Maddə 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İlk olaraq qeyd edilməlidir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Hazırki iş üzrə iddia tələbinin 15500 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya qaytarılması ilə bağlı hissəyə münasibətdə məhkəmə qeyd edir ki, iş materlları ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə ilə İddiaçı arasında bağlanmış 10 iyul 2024-cü il tarixli, C10 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 2.1-ci bəndinə əsasən – tərəflər qeyd edirlər ki, “Alıcı”ya Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və ”C”) hundürmərtəbəli yaşayış binasının “C” bloku, 12-ci mərtəbədə, ümumi sahəsi 103.0 kv m olan 1 (bir) otaqlı 5 (beş) saylı mənzil verilmişdir. Mənzilin tam dəyəri “Alıcı” şərəfindən tam ödənilmişdir. Hazırda binanın 12-ci mərtəbəsinin tikintisinin dayandırıldığından “Alıcı” mənzilin dəyişdirilməsini xahiş etmişdir. Bu səbəblərdən "Alıcı”nın razılıqı ilə ona “C” bloku, 11-ci mərtəbədə, ümumi sahəsi 86.0 kv.m. olan 2 (iki) otaqlı, 6 (altı) saylı mənzil verilir. Əvvəlki Müqavilə və Maliyyə Arayışı ləğv edilmişdir. Bundan əlavə müqavilənin 2.2-ci bəndinə əsasən, tərəflər razılığa gəlirlər ki, mənzillərin sahəsində fərqlənmə olduğundan “Satıcı” "Alıcı” tərəfindən artıq ödənilmiş 19 000 (on doqquz min) AZN məbləqində pulu ona qaytaracaqdır. Daha sonra müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər qeyd edirlər ki, “Satıcı” tərəfindən qaytarılmalı olan 19000 (on doqquz min) manatdan 3500 (üç min beş yüz) manat “Alıcı”ya qaytarılmışdır. Yerdə qalan 15 500 (on beş min beş yüz) manat “Satıcı” tərəfindən “Alıcı”ya 01 sentyabr 2024-cü il tarixinə kimi tam qaytarılmalıdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli, C10 nömrəli arayışa əsasən, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və”C”) hündür mərtəbəli yaşayış binasının “C” bloku, 11-ci mərtəbədə, ümumi sahəsi 86.0 kv.m. olan 2 (iki) otaqlı 6 (altı) saylı mənzilin ümumi dəyərini tam ödəmiş və borcu yoxdur. Daha sonra müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı müraciətinə edilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, Cavabdeh MMC-i 2024cü ilin 01 sentyabr 2024-cü il tarixinə kimi İddiaçı 15500 manat pulun qaytarılması barədə öhdəlik götümüş, hazırki gündə həmin öhdəliyi tanıyır və mübahisələndirmir. Qaytarılmalı olan 15500 manat pulun qaytarılması hazırda imkan xaricindədir. Tərəflərindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilərək yaranmış problemin həll edilməsinə çalışırlar. Məsələ həll edildikdən sonra qısa zamanda 15 500 manat Sizə ödəniləcəkdir. Məhkəməyə müraciət edib-etməmək Sizin hüququnuzdur. Lakin bu halda Sizin pulunuzun qüytarılıb-qaytarılmaması məsələsinə iddianız üzrə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra məhkəmə qətnaməsinə əsasən həll ediləcəkdir. Göründüyü kimi iş materiallarında olan sübutlarla tam olaraq müəyyən edilmişdir ki, Cavabdeh MMC İddiaçı qarşısında 15500 manat məbləğində pulu ödəməyi öhdəsinə götürməsi (həm 10 iyul 2024-cü il tarixli, C10 nömrəli arayışla, Cavabdeh MMC tərəfindən İddiaçı müraciətinə edilmiş xx.xx.2025-ci il tarixli cavab məktubu və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində İddiaçı müraciəti araşdırılarkən Cavabdeh MMC-nin təsisçisi Qanuni nümayəndə izahatı ilə) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər, aralarında yazılı əqdlə razılığa gəlməklə Cavabdeh MMC iddiaçı qarşısında öhdəlik götürmüş, lakin öhdiliyi icra etməmiş və nəticədə onun iddiaçıya 15500 manat məbləğində borcu qalmışdır. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 15500 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 790.5 manat məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tələbini yuxarıda qeyd edilən kimi əsaslandırmaqla 790.5 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı həmin hissədə öz tələbi ilə bağlı hər hansı sübut təqdim etməməklə yanaşı, əldən çıxmış fayda kimi müəyyən edilmiş 790.5 manat məbləğin öz mülahizələri üzrə hesablamaqla yanaşı, əgər hüququ pozulmasaydı, həmin məbləği adi mülki dövriyyə şəraitində əldə edə biləcəyini təsdiq edən hansı sübutlarının olduğunu göstərməmişdir. Əldən çıxmış fayda şəklində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona əldən çıxmış fayda şəklində zərərin vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları da təsdiq edən sübutları təqdim etməli idi. Lakin ilk iddiaçı əldən çıxmış fayda şəklində vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbinə dair lazımi sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin iddia tələbinin 3000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilən xüsusatlardan da aydın olur ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının bilavasitə zərər vuran şəxs tərəfindən pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirə bilməsini, hazırki işdə isə cavabdeh tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini nəzərə alaraq, iddiaçının iddia tələbində bununla bağlı istinad etdiyi halların əsassız olması qənaətinə gəlir və belə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödənilmiş 148 manat məbləğində dövlət rüsumunun 136.5 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 15500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 15500 (on beş min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 136.5 (yüz otuz altı manat əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar