Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2531/2023 11.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 5000(beş min) manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, qonşusu olan X3 Fövqəladə Hallar Nazirliyinə yanğınsöndürən işinə düzəltməsi adı ilə Cavabdeh ümumilikdə 5000 (beş min) manat pul vermişdir. Bir müddət keçdikdən sonra anlamışlar ki, Firdovsi onları dolandırır və vədini yerinə yetirməyəcək. Dəfələrlə pulunu geri qaytarılmasını tələb etsə də, həmin məbləğ bu günki günə qədər qaytarılmamışdır. Bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş, cavab olaraq “cinayət işin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Ona vurulan maddi ziyanın ödənilməsi üçün mülki qaydada baxılmasını tələb edir. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qismən qəbul etdiyini, iddiaçının ona 3000 (üç min) manat və 1000 (min) manat olmaqla cəmi 4.000 (dörd min) manat məbləğində pul verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, hissə-hissə olmaqla iddiaçıdan cəmi 4000 manat məbləğində pul almışdır və həmin məbləğidə qaytaracaq. Ona görə də iddianın qismən təmin edilməsinə, yəni ondan 4000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi X2 tərəfindən qəbul edilmiş 05 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “Cavabdeh araşdırma zamanı izahatında İddiaçı onun tanışı olan X3 Fövqəladə Hallar Nazirliyinə yanğınsöndürən işinə düzəltmək üçün aprel ayında 2000 manat, may ayında 2000 manat pul aldığını və həmin pulu tanışı X1 verdiyini qeyd edərək, sonuncunun onu aldatdığına görə hal-hazırda İddiaçı aldığı pulu qaytara bilmədiyini bildirmişdir”. 10 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüququ vardır. Lakin məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ondan 5000 manat məbləğində pul aldığını iddia etsə də, o, cavabdehə məhz həmin məbləğdə pul verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Lakin, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahatla müəyyən edildi ki, cavabdehin iddiaçıya cəmi 4000 manat məbləğində pul vermişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 4000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun 56 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı,14 manatı isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 56 (əlli altı) manatı İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2531/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2531/2023
11.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver