Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2554/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil1, Cavabdeh X2, Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5 və “xxxx” MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, müqavilənin onunla bağlanması öhdəliyinin həvalə edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, M.Cəlal küçəsi, 3169-cu məhəllədə yerləşən “xxxx” MTK-nın inşa edilmiş yüksək mərtəbəli binanın 4-cü girişinin, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 101,32 kv.m olan 249 nömrəli mənzillə bağlı 16 yanvar 2009-cu il tarixində oğlu Cavabdeh1 adına dəyəri onun tərəfindən tam ödənilərək bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin mənzillə müqavilənin onunla bağlanmasının “xxxx” MTK-nın rəhbərliyinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yazılı vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, cavabdeh X3 onun iddia tələbində qeyd etdiyi mənzillə bağlı artıq Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi F.Abdıyevin icraatında ondan əvvəl məhkəməyə verilmiş iddia ərizəsi üzrə mülki iş vardır. Odur ki, qeyd edilən hər iki iddia ərizəsinin eyni mənzillə bağlı olmasına görə hakim F.Abdıyevdə olan mülki işlə birləşdirilməklə baxılması məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MTK-nın nümayəndəsi, Vəkil2 vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib, tərəflərin vəsatətə dair münasibətini öyrənib, iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Fuad Abdıyevin icraatında iddiaçı X11 qizinin Cavabdeh1 qarşı "nikahin pozulmasi, uşağın himayəyə verilməsi, alimentin tutulması ye birgə nikah dövündə əldə olunmuş əmlakın bölünməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki iş 17 noyabr 2020-ci il tarixində icraata qəbul edilmiş və hal-hazırda icraatdadır. Daha sonra Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)1208/2021 saylı, 04.03.2021-ci il tarixli qərardadı ilə iddiaçı X3 Cavabdeh1 qarşı “nikahın pozulması, uşağın himayəyə verilməsi, alimentin tutulması və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbi üzrə mülki iş “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” hissəsində ayrıca icraata ayrılmış, iddiaçı X3 Cavabdeh1 qarşı “nikahın pozulması, uşağın himayəyə verilməsi, alimentin tutulması” tələbinə dair mülki işdə 2(001)-1208/2021 nömrəsinin saxlanması, iddiaçı X3 Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbi üzrə mülki iş yeni nömrə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göründüyü kimi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü, yəni eyni mənzillə əlaqədar olan əmlak mübahisələrinə dair iki mülki iş vardır və məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədə müvafiqdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X6 və “xxxx” MTK-ya qarşı Binəqədi rayonu, M.Cəlal küçəsi, 3169-cu məhəllədə yerləşən “xxxx” MTKnın inşa edilmiş yüksək mərtəbəli binanın 4-cü girişinin, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 101,32 kv.m olan 249 nömrəli mənzillə bağlı 16 yanvar 2009-cu il tarixində oğlu Cavabdeh1 adına dəyəri onun tərəfindən tam ödənilərək bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin mənzillə müqavilənin onunla bağlanmasının “xxxx” MTK-nın rəhbərliyinə həvalə edilməsi tələbinə dair 2(001)-2554/2021 saylı mülki iş iddiaçı X4 Cavabdeh1 qarşı "birgə nikah dövündə əldə olunmuş əmlakın bölünməsi" tələbinə dair 2(001)-3202/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməli, birləşdirilmiş mülki iş üzrə 2(001)-3202/2021 qeydiyyat nömrəsi saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, X6 və “xxxx” MTK-ya qarşı Binəqədi rayonu, M.Cəlal küçəsi, 3169-cu məhəllədə yerləşən “xxxx” MTK-nın inşa edilmiş yüksək mərtəbəli binanın 4-cü girişinin, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 101,32 kv.m olan 249 nömrəli mənzillə bağlı 16 yanvar 2009-cu il tarixində oğlu Cavabdeh1 adına dəyəri onun tərəfindən tam ödənilərək bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin mənzillə müqavilənin onunla bağlanmasının “xxxx” MTK-nın rəhbərliyinə həvalə edilməsi tələbinə dair 2(001)-2554/2021 saylı mülki iş iddiaçı X11 qizinin Cavabdeh1 qarşı " birgə nikah dövündə əldə olunmuş əmlakın bölünməsi" tələbinə dair 2(001)-3202/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə 2(001)-3202/2021 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2554/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2554/2021
30.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver