Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2562/2021 07.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “müqaviləyə edilən əlavənin bağlandığı andan etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “əmək haqqının, son haqq-hesabın və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlk iddia üzrə İddiaçı ASC Cavabdeh qarşı “müqaviləyə edilən əlavənin bağlandığı andan etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “əmək haqqının, son haqq-hesabın və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 19 aprel 2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, qarşılıqlı iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi və vəkili X1iu 23 aprel 2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin baxılmamış saxlanılması və iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. 07 may 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “müqaviləyə edilən əlavənin bağlandığı andan etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “əmək haqqının, son haqq-hesabın və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı “müqaviləyə edilən əlavənin bağlandığı andan etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehİddiaçı ASC-yə qarşı “əmək haqqının, son haqqhesabın və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC-nin Cavabdeh qarşı “müqaviləyə edilən əlavənin bağlandığı andan etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı ASC-yə qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASCyə qarşı “əmək haqqının, son haqq-hesabın və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2562/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2562/2021
07.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver