Məhkəmə qərarları › İş №2(001)-2569/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2569/2023

05.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2569/2023 05.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə giriş-çıxış üçün torpaq sahəsinin ayrılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə giriş-çıxış üçün torpaq sahəsinin ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evinə müstəqil surətdə giriş-çıxışının təmin edilməsi üçün həmin həyətin evinə bitişik torpaq sahəsindən ona müvafiq yol ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1990-cı il tarixdə valideynləri ilə birlikdə hazırda yaşadıqları ünvana köçmüşlər. 2001-ci il tarixdə o ailə həyatı qurmuş və 2003-cü il tarixədək valideynləri ilə birlikdə yaşamışdır. 2003-cü il tarixədək valideynləri ilə birlikdə yaşamışdır. İki oğlu var, birinci oğlu hərbi xidmətini Zəngilan rayonunda Sərhəd Xidmətində şərəflə başa vurub evə qayıtmış, ikinci oğlu isə hərbi xidmətə getməyə hazırlaşır. Özü isə idman müəllimidir və məktəbdə idman dərsi keçir. 2005-ci il tarixdə valideynləri yaşadıqları evin həyətinin bir hissəsini satmaq qərarına gəlmişlər. Lakin satmaq istədikləri torpaq sahəsi onun yaşadığı evin arasına düşdüyü üçün anası ona demişdir ki, sən evinin qarşısındakı təxminən 1,5 sot torpaq sahəsini ver satsınlar, qoy torpaq satdıqları şəxs onların arasında olmasın, onlardan ayrı olsun və gələcəkdə ona əlavə torpaq sahəsi verər ki, onunda giriş çıxışı ayrı olsun. O da anasına inanmış və həmin torpaq sahəsinin satılmasına razı olmuşdur.Bu hadisəyə əmiləri, xalasə və bibiləri də şahidlik edə bilərlər. Təxminən bir neçə ildən sonra valideynləri ilə onun arasında məişət zəminində əsassız mübahisələr yaranmağa başlamış və heç bir səbəb olmadan ondan polis orqanlarına şikayət vermişlər. O da valideynləri ilə onun arasında soyuq münasibətlər dərinləşməsin deyə anasına bildirmişdir ki, onun torpaq sahəsini ayırsın, onun uşaqları da böyüyür, evinə giriş-çıxışı ayrı olsun. Aralarında hasar çəkilsin nə anası onu görsün, nə dəki yersiz mübahisələr olsun. Lakin anası bildirmişdir ki, nəinki ona evinə giriş üçün torpaq sahəsi ayırır, hətta tikdiyi evdən də çıx hara gedirsən get. O, isə bildirmişdir ki, o, artıq 20 ildir ki, ailəsi ilə birlikdə öz vəsaiti hesabına tikdiyi bu evdə yaşayır və onun evinə aid olan torpaq sahəsini də ona verəcəyinə inanıb halal torpağının satılmasına razı olmuşdur. Həmin ona məxsus olan 1,5 sot torpaq sahəsinin də satılaraq pulunu da anası götürmüşdür. Lakin haqlı tələbinə baxmayaraq bu günə kimi onlar münaqişəli ailə vəziyyətində yaşayırlar, anası onun öz evinə sərbəst surətdə giriş-çıxışına şərait yaradan hasar çəkməsinə imkan vermir, münaqişəli ailə kimi Binəqədi rayon Pİ-nin 6-cı PB-də qeydiyyatdadırlar. Gələcəkdə onunla valideynləri arasında hər hansı bir daha ciddi münaqişələrin, hadisələrin baş verməməsinin qarşısının alınması üçün bu mübahisəyə məhkəmə qaydasında qanuni olaraq baxılmalı, araşdırılmalı və onun evinin giriş-çıxışına yaradılan əsassız maneələrin aradan qaldırılması üçün qərar qəbul edilməlidir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil etirazla məhkəməyə müraciə edərək bildirmişdir ki, İddiaçı iddia tələbi əsassızdır. Belə ki, həmin evin hüquqi sənədi və hüquqi statusu yoxdur. Ev özbaşına tikili olmaqla, sadəcə olaraq həmin evə qeydiyyata düşmüşlər. Ev Cavabdeh həyat yoldaşı tərəfindən tikilmişdir. İddiaçı da cavabdehin oğlu olmaqla ailə üzvü kimi həmin evdə yaşayır. Evin otaqlarının yarısında onlar, digərində isə iddiaçı yaşayır. Evin darvazadan bir giriş və kiçik həyəti vardır ki, yalnız bir maşın daxil ola bilir. İddiaçı özü də daimi maşınını darvazının qarşısında saxlayır. Evin otaqlarına giriş bir qapıdan olmaqla koridordan ayrı otaqlara daxil olur. Burda hansısa yoldan ayrıca istifadə etmək mümkün deyil. Həyət eyni həyətdir və ev eyni evdir. Ona görə də məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbdən baş verdiyinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil işə mahiyyəti üzrə baxılmasını tələb etdiyinə görə məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə etiraza uyğun izahat verib, iddiaçının subyektiv hüququ olmadığından iddia tələbinin əsassız olduğunu bildirərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 19 may 2023-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsi haqqında məlumatın təqdim edilməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş məhkəmənin məktubuna baxılmış və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 14 iyun 2023-cü il tarixli 01/96 №-li məktubundan görünür ki, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 47 B ünvanında yerləşən torpaq sahəsi Biləcəri Bələdiyyəsinin hüdudları daxilindədir. Bələdiyyə tərəfindən qəbul olunan qərarlar və qərarın qəbul olunmasına əsas olan sənədlərin böyük əksəriyyəti qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilib. Bu səbəbdən Bələdiyyə tərəfindən həmin torpaq sahəsi ilə bağlı hər hansı hüquq müəyyənedici sənədin verilməsi barədə məlumat əldə etmək imkanları məhduddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşmış, o cümlədən “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmiş mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən,mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İşin hallarından da göründüyü kimi, iddiaçının “ünvan 4 ünvanında yerləşən yaşayış evinə müstəqil surətdə giriş-çıxışının təmin edilməsi üçün həmin həyətin evinə bitişik torpaq sahəsindən ona müvafiq yol ayrılması barədə” tələbi üzrə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən yaşayış evi özbaşına tikilidir və iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ tanınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi iddiaçının mülkiyyətinə və ya qanuni sahibliyinə verilmədiyindən, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə giriş-çıxış üçün torpaq sahəsinin ayrılması” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə giriş-çıxış üçün torpaq sahəsinin ayrılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar