Məhkəmə qərarları › İş №2(001)-2584/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2584/2020

23.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2584/2020 23.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1 qarşı “pul ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh1 qarşı “pul ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2415 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx xxxxxxxx 2020-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək əsl olmayan Cavabdeh1 “Cavabdeh2 LTD” şirkəti ilə əvəz edilməsini xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixində iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək yenidən Cavabdeh1 əsl cavabdeh kimi əvəz eləməklə ondan 2415 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədilə aviabiletlər sifariş edilmişdir. İddiaçı MMC sifariş olunmuş xidmətləri şəxsi vəsait hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri vaxtında təqdim etmişdir. Lakin İddiaçı MMC cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq , cavabdeh bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı MMC tərəfindən ödənilmiş pul vəsaitləri cavabdeh tərəfindən ödənilməməsinə baxmayaraq İddiaçı MMC həmin aviabiletlər üzrə səfərlərin həyata keçirilməsində, nə də digər formada onlara hər hansı bir çətinlik yaratmamışdır. Qeyd edilir ki, cavabdeh tərəfindən sifariş edilən xidmətlərinin dəyərinin ödənilməməsi MMC-nin qanunla qorunan hüquqlarının pozulmasına və bununla da maddi ziyanın dəyməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, şirkət cavabdehi şəxsən tanımır. Cavabdeh sadəcə aviabiletlərlə MMC-yə müraciət etmişdir. MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına çox bilet satılmışdır. Novera və xxxx şirkəti ilə aralarında heç bir münasibət olmamışdır. Cavabdehin İddiaçı MMC-yə 2016-2017-ci il tarixlərinə borcları yığılmışdır. Bundan başqa iddiaçınnın nümayəndəsi cavabdehin etirazı ilə razılaşmayaraq, yazılı şəkildə bildirmişdir ki, Cavabdeh2 LTD şirkəti ilə İddiaçı MMC arasında heç bir müqavilə bağlanmamışdır. Biletlər birbaşa Cavabdeh1 tərəfindən sifariş edildiyindən onun adına rəsmiləşdirilmişdir. Əgər cavabdehin iddia etdiyi kimi onun ezamiyyə xərcləri Cavabdeh2 LTD şirkəti tərəfindən ödənilməli idisə , o zaman cavabdeh bununla bağlı ayrıca reqres qaydada iddia ilə məhkəməyə müraciət edə bilər. Bir daha qeyd edilir ki, Cavabdeh2 LTD ilə İddiaçı MMC arasında hər hansı bir müqavilə olmadığından, eyni zamanda biletlər cavabdehin adına rəsmiləşdirildiyindən və həmin xidmətlərdən istifadə edildiyindən cavabdeh tərəfindən istifadə edilmiş biletlərə görə ödənilməli olan pulun Cavabdeh2 LTD-dən tələb edilməsinə əsas yoxdur. Həmçinin Cavabdeh2 LTD şirkəti tərəfindən İddiaçı MMC-yə hazırda mübahisələndirilən xidmətə görə heç bir ödəniş edilməmişdir. Əgər ödəniş edilibsə bununla bağlı cavabdeh tərəfindən məhkəməyə belə bir sübut təqdim edilmiş olardı. Cavabdehin etiraz ərizəsində yazılanlar həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh2 LTD şirkəti Azərbaycan Respublikasında xx xxxx 2017-ci il tarixində qeydiyyatdan keçmişdir. Halbuki, hazırki iddia tələbində yalnız 2017-ci ilin aprel ayında istifadə edilmiş biletə görə deyil, həmçinin 2016-cı ilin noyabr ayında istifadə olunan aviabiletlərə görə də pul tələb edilir. xx xxxx 2017-ci il tarixdə qeydiyyatdan keçmiş şirkətin 2016-cı il tarixdə istifadə edilmin aviabiletlərə görə məsuliyyət daşıması, geri tarixə bilet sifariş etməsi qanunvericiliyin tələbinə zidd olmaqla yanaşı, eyni zamanda mümkünsüzdür. Eyni zamanda tərəflər arasında müqavilənin olmamasına dair qeyd edilir ki, hər biletə görə elektron bilet verilir. “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşınmalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nınn təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2207-ci il tarixli, 94 saylı qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, adi bilet (sərnişin bileti və baqaj qəbzi)- vərəqdə hazırlanaraq daşıyıcı tərəfindən təsdiq edilən, müqavilənin bağlanmasını və sərnişinin və onun baqajının hava ilə daşınması şərtlərini təsdiq edən müəyyən edilmiş nümunədə daşıma sənədidir. Elektron bilet-daşıyıcının kompüter məlumat bazasında yerləşdirilən və hava daşıması haqqında müqavilə hesab edilən adi aviabiletin elektron analoqudur. Bu bilet vərəqdə çap edilən adi aviabiletdəki məlumata analoji tam məlumatı əks etdirir və elektron ticarət haqqında qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan qaydada hava daşımalarının elektron satışı prosesində tətbiq edilir. Qanunvericiliyin tələblərindən görünür ki, cavabdehin istifadə etdiyi biletlər artıq tərəflər arasında müqavilə münasibətlərinin yaranmasını aydın şəkildə əks etdirir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia ərizəsi düzgün ünvanlanmamışdır. Belə ki, o İddiaçı MMC-ni tanımır. Heç bir vasitə ilə həmin şirkətdən bilet sifariş etməmiş və aralarında müqavilə imzalanmamışdır. Şirkəti tanımır və həmin şirkətdən bilet almamışdır. Ona ezamiyyət nazirlik tərəfindən verilmişdir. “xxxx” adlı naziliyin tabeliyində olan şirkət isə onun otel və günlük xərclərini qarşılamışdır. Cavabdeh xx xxx 2020-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onun iddiaçı şirkət ilə heç bir əlaqəsi olmamışdır. Prosedur bele olub ki, “xxxx” ASC tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə ezamiyyət üçün məktubla müraciət edilmişdir. Həmçinin bildirilmişdir ki, ezamiyyət xərclərinin Cavabdeh2 LTD tərəfindən ödənilməsi haqqında məlumat verilmişdir. KTN isə “xxxx” ASC-nin məktublarını əsas götürərək onun ezam edilməsi üçün əmr vermişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixində də ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Kənd Təsərrüfatı istehsalçılarının damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 2008-ci il 21 avqust tarixli 3000 saylı sərəncamı olmuşdur. Sərəncamın davamlı icra olunması məqsədilə AR Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan “xxxx” ASC xx xxxxxxxx 2014-cü il tarixində ASC/1-323 nömrəli məktubla xaricdən idxal olunan damazlıq heyvanların sağlamlığını və damazlıq parametrlərini heyvan göndərilməmişdən əvvəl yerində yoxlamaq məqsədilə mütəxəssis ayrılması barədə Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişdir. Kənd Təsərrüfatı naziri Heydər Əsədovun xx xxxxxxxx 2014-cü il tarixli 03/xx-xx-1318 saylı imzaladığı məktub ilə onun xaricə mütəxəssis kimi getməsi barədə namizədliyi “xxxx” ASC-yə təklif edilmişdir. Məktub nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “xxxx” ASC xaricdən idxal olunan damazlıq heyvanların sağlamlığını və damazlıq parametrlərini heyvan göndərilməmişdən əvvəl yerinə yoxlamaq məqsədilə müəyyən vaxtda ezam gününun tarixini və ezam xərclərinin ödəniləcəyi barədə məktubla Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmiş və uçuş biletlərini ona təqdim etmişdir. Bildirir ki, onun əsas vəzifəsi Prezidentin sərəncamında nəzərdə tutulmuş işləri yerinə yetirməkdən ibarət olmuşdur və bu sahədə görüləcək işlərlə bağlı ixtisaslı mütəxəssis olmuşdur. “İddiaçı “ MMC-ni ümumiyyətlə tanımamışdır. Uçuş bileti ilə əlaqədar heç bir alğı-satqı müqaviləsi imzalamamışdır. Faks, elektron poçt yaxud telefon vasitəsilə uçuş bileti sifariş etməmişdir. Heç bir iş birlikləri olmamış və notarial qaydada öhdəliyi yoxdur. Uçuş biletlərinin satışını İddiaçı MMC , sifarişini isə “Cavabdeh2 LTD” şirkətinin səlahiyyətlərinə aiddir. İşlərin təşkilatçısı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “xxxx” ASC, icraçısı isə Cavabdeh2 LTD şirkətinin xx xxxxxxx 2015-ci il tarixli, 26/15 nömrəli müqavilədə səlahiyyətli şəxsi X2r. Yəni İddiaçı MMC-yə bilet sifarişində “Cavabdeh2 “ LTD şirkətinin səlahiyyətli şəxsi X2r. Yekun olaraq bildirir ki, göstərilən şirkətlərin iş birliyi onun səlahiyyəti xaricindədir. O, işlərin təşkilatçısı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “xxxx” ASC-nin rəsmi məktubu əsas götürülərək, cənab nazirin əmri ilə ezam olunmuş, dövlət işçisi olaraq işini yerinə yetirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən verilən Kommersiya Təşkilatlarının Dövlət Reyestrindən 01/Ş-4761 saylı, xx.xx.2006-cı il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC şirkəti xx.xx.2006-cı il tarixində məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçmişdir. Təsisçilərin xx xxxxxx 2006-cı il tarixli qərarı ilə qanuni təmsilçi kimi X3 direktor təyin edilmişdir. İddiaçı MMC tərəfindən verilən xx xxxxx 2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 adına xx xxxxxx 2016-cı il tarixində Bakı-İstanbul-Vyana-Bremen-İstanbul- Bakı istiqamətındə dəyəri 1295 ABŞ dolları olan, xx xxxxxx 2016-cı il tarixində Münhen- Bremen istiqamətində dəyəri 625 ABŞ dolları olan və xx xxxxx 2017-ci il tarixində Bakı- İstanbul-Vyana istiqmətində dəyəri 495 ABŞ dolları olan bilet alınmışdır. Səfərlərə görə göstərilən xidmətlərin ümumi dəyəri 2415 ABŞ dollarıdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri Heydər Əsədov tərəfindən verilən M.M.Adullayevin Avstriya Respublikasına ezam edilməsi haqqında EZ-77 saylı,xx xxxxx 2017-ci il tarixli əmrdən görünür ki, Cavabdeh1 heyvandarlığın inkişafı şöbəsinin heyvandarlıq məhsulları istehsalının təşkili sektorunun baş məsləhətçisinin vəzifəsini icra edən kənd təsərrüfatı məhsulları istehlakçılarına lizinq yolu ilə satılacaq damazlıq heyvanların cins tərkibinin müəyyən edilməsində və seçilməsində iştirak etmək üçün 2017-ci ilin 5-10 aprel tarixlərində 6 günlük Avstriya Respublikasına ezam edilməsi, Cavabdeh1 ezamiyyə xərclərinin “İribuynuzlu cins damazlıq heyvanların satın alınması barədə” “xxxx” ASC ilə “Cavabdeh2 “ LTD şirkəti arasında bağlanmış 2015-ci il 14 oktyabr tarixli 26/15 nömrəli satınalma müqaviləsinin 5.3-cü bəndinə uyğun olaraq iribuynuzlu cins damazlıq heyvanların satın alınmasını həyata keçirən şirkət tərəfindən ödəniləcəyinin nəzərə alınması, bu əmrin icrasına nəzarətin nazir müavini Seyfəddin Talıbova həvalə edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri Heydər Əsədov tərəfindən verilən M.M.Adullayevin Avstriyaya və Almaniya Federativ Respublikasına ezam edilməsi haqqında EZ-268 saylı, xx xxxxxx 2016-ci il tarixli əmrdən görünür ki, Cavabdeh1 heyvandarlığın inkişafı şöbəsinin heyvandarlıq məhsulları istehsalının təşkili sektorunun baş məsləhətçisinin vəzifəsini icra edən kənd təsərrüfatı məhsulları istehlakçılarına lizinq yolu ilə satılacaq damazlıq heyvanların cins tərkibinin müəyyən edilməsində və seçilməsində iştirak etmək üçün 2016-ci ilin 20-25 noyabr tarixlərində 6 günlük Avstriyaya və Almaniya Federativ Respublikasına ezam edilməsi, Cavabdeh1 ezamiyyə xərclərinin “İribuynuzlu cins damazlıq heyvanların satın alınması barədə” “xxxx” ASC ilə “Cavabdeh2 “ LTD şirkəti arasında bağlanmış 2015-ci il 14 oktyabr tarixli 26/15 nömrəli satınalma müqaviləsinin 5.3-cü bəndinə uyğun olaraq iribuynuzlu cins damazlıq heyvanların satın alınmasını həyata keçirən şirkət tərəfindən ödəniləcəyinin nəzərə alınması, bu əmrin icrasına nəzarətin nazir müavini Seyfəddin Talıbova həvalə edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “xxxx” ASC-nin idarə heyətinin sədri Elşən Məmmədov tərəfindən Azərbaycan Respubliaksı Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbova göndərilən xx xxxxx 2017-ci il tarixli məktubun surətindən görünür ki, növbəti partiya 450 baş simmental cinsli damazlıq heyvanların seçimi xx xxxxx 2017-ci il tarixə planlaşdırılmışdır. Damazlıq heyvanların yerində seçilməsi məqsədilə Aparatın heyvandarlığın inkişafı şöbəsinin baş məsləhətçisi Cavabdeh1 xx xxxxx 2017-ci il tarixindən 6 gün müddətinə Avstriya Respublikasına ezam olunması üçün aidiyyatı göstəriş verilməsi xahiş edilmişdir. Ezamiyyə xərclərinin damazlıq heyvanları göndərən “Cavabdeh2 LTD” şirkəti tərəfindən ödəniləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “xxxx” ASC-nin idarə heyətinin sədri Elşən Məmmədov tərəfindən Azərbaycan Respubliaksı Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbova göndərilən xx xxxxxx 2016-cı il tarixli məktubun surətindən görünür ki, növbəti partiya 450 baş (0 cümlədən, 300 baş simmental, 150 baş Holştin-friz cinsli) damazlıq heyvanların yerində seçilməsi məqsədilə Aparatın heyvandarlığın inkişafı şöbəsinin baş məsləhətçisi Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixindən 6 gün müddətinə Avstriyaya və Almaniya Federativ Respublikasına ezam olunması üçün aidiyyatı göstəriş verilməsi xahiş edilmişdir. Ezamiyyə xərclərinin damazlıq heyvanları göndərən “Cavabdeh2 LTD” şirkəti tərəfindən ödəniləcəyi bildirilmişdir. “X6” Azərbaycan Nümayəndəliyinin Başçısı Seyfullah İlyas tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanlanan məktubdan görünür ki, Cavabdeh1 adlı sərnişin xx xxxxxx 2016-cı il-xx xxxxxx 2016-cı il tarixlərində Bakı-İstanbul-Vyana və İstanbul-Bakı marşurutu üzrə səyahət etmişdir. Sərnişinin bilet nömrəsi **********220-dir Cavabdeh1 xx xxxxx 2017-ci il tarixlərində Bakı-istanbul marşurutu üzrə səyahət etmişdir. Sərnişinin bilet nömrəsi **********092-dir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “xxxx” ASC-nin idarə heyətinin sədri Elmin Rəhmanov tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli, ASC/2- 1157 saylı məktundan görünür ki, “xxxx” ASC ilə İddiaçı MMC arasında hər hansı hüquqi münasibətlərin təsbit olunduğu müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova tərəfindən məhkəməyə ünvanlanan xx xxxx 2020-ci il tarixli, 02/10-xx-xx-1624 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi müxtəlif istiqamətlərdə səfərlərin təşkili məqsədilə aviabiletlərin sifariş edilməsi üçün İddiaçı MMC ilə müqavilə bağlamamışdır. Sifarişçi adlanan “xxxx” ASC ilə icraçı adlanan “Cavabdeh2 LTD” şirkəti ilə arasında bağlanan iribuynuzlu cins damazlıq heyvanların satınalınması barədə 26/15 saylı müqaviləyə əsasən icraçı müqavilədə nəzərdə tutulan şərtlər əsasında satın alınan damazlıq heyvanları 180 gün ərzində sifarişçinin Gəncə regional Nümayəndəliyinə və ya lizinq alanınn razılığı ilə onun təsərrüfatına təhvil verilməsini, sifarişçi isə müqavilədə nəzərdə tutulan şərtlər əsasında damazlıq heyvanları icraçıdan qəbul etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommerrsiya qrumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “Cavabdeh2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi xx.xx.2017-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixində Bakı-İstanbul-Vyana-Bremen- İstanbul-Bakı istiqamətində, xx xxxxxx 2016-cı il tarixində Münhen-Bremen istiqamətində, xx xxxxx 2017-ci il tarixində Bakı-İstanbul-Vyana istiqamətində səfərlərini həyata keçirməsi üçün ümumilikdə 2415 ABŞ dolları dəyərində aviabiletlər təşkil edilmiş və həmin səfərlər baş tutmuşdur. İddiaçı cavabdehdən həmin səfərlərin təşkil edilməsi üçün xərclənən 2415 ABŞ dolları məbləğində pul vəsaitini tələb edir. Cavabdeh isə həmin səfərlərin həyata keçirilməsi üçün bilet sifarişlərinin onun tərəfindən edilmədiyini, iddiaçı şirkəti tanımadığını, qeyd edilən istiqamətlər üzrə səfərlərini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ezamiyyət əmri ilə həyata keçirdiyini və bu səfərlər üzrə ezamiyyət xərclərinin “xxxx” ASC ilə “Cavabdeh2 LTD” şirkəti arasında bağlanan iribuynuzlu cins damazlıq heyvanların satınalınması barədə 26/15 saylı, xx xxxxxxx 2015-ci il tarixli müqavilənin 5.3cü bəndinə əsasən icraçı “Cavabdeh2 LTD” şirkəti tərəfindən ödənilməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 842.1-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 842.2-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. 862.1-ci maddəsinə əsasən turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. 862.2-ci maddəsinə əsaən Turist xidmətlərinin məzmununa turist səfərinin əhatə etdiyi bir və ya bir neçə yerə aparma, habelə geriyə, səfərin başlandığı yerə gətirmə daxil ola bilər. Lakin turist xidmətləri (turist səfəri) göstərilməsi yalnız o halda baş verir ki, onun təşkilatçısı daşımadan əlavə, aşağıdakı xidmətlərdən, heç olmasa, birini göstərir: 862.4-cü maddəsinə əsasən Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə bu Məcəllənin 844, 845 və 847-849-cu maddələri müvafiq surətdə tətbiq olunur. Məhkəmə cavabdehin iddiaçı ilə arasında müqavilənin olmaması fikrinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və Sənədlərin tərtib edilməsi Qaydalarında qeyd edilir ki, adi bilet (sərnişin bileti və baqaj qəbzi) — vərəqdə hazırlanaraq daşıyıcı tərəfindən təsdiq edilən, müqavilənin bağlanmasını və sərnişinin və onun baqajının hava ilə daşınması şərtlərini təsdiq edən, müəyyən edilmiş nümunədə daşıma sənədidir. Elektron bilet — daşıyıcının kompüter məlumat bazasında yerləşdirilən və hava daşıması haqqında müqavilə hesab edilən, adi aviabiletin elektron analoqu. Bu bilet vərəqdə çap edilən adi aviabiletdəki məlumata analoji tam məlumatı əks etdirir və elektron ticarət haqqında qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada hava daşımalarının elektron satışı prosesində tətbiq edilir. Qaydaların 3.1.1-ci bəndində qeyd edilir ki, bu qaydalar aviaşirkət (daşıyıcı) tərəfindən həyata keçirilən istənilən sərnişin, baqaj və yük daşımalarına (onlara aid olan xidmət daxil olmaqla) tətbiq edilir və aviaşirkətin, habelə hava nəqliyyatından istifadə edən müəssisə, idarə və təşkilatların vəzifələrini, hüquqlarını və məsuliyyətini müəyyən edir. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən xx xxxxxx 2016-cı il tarixində Bakı-İstanbul-Vyana-Bremen-İstanbul-Bakı istiqamətində, xx xxxxxx 2016-cı il tarixində Münhen-Bremen istiqamətində xx xxxxx 2017-ci il tarixində Bakı-İstanbul-Vyana istiqamətində təşkil edilən səfərlər üçün biletlər Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdehin həmin biletlərdən istifadə etməklə xx xxxxxx 2016-cı il-xx xxxxxx 2016-cı il tarixlərində Bakı-İstanbul-Vyana və İstanbul-Bakı marşurutu üzrə və xx xxxxx 2017-ci il tarixlərində Bakı-istanbul marşurutu üzrə səyahət etməsi “X6” Azərbaycan Nümayəndəliyi tərəfindən təsdiq edilir. Beləliklə yuxarıda qeyd olunan istiqamətlər üzrə səfərlərin həyata keçirilməsi ilə bağlı İddiaçı MMC ilə cavabdeh arasında müqavilə münasibətləri sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı andan, yəni həmin biletlər cavabdehin adına rəsmiləşdirildiyi tarixdən yaranmışdır. Bundan başqa cavabdeh məhkəməyə ünvanladığı etirazlarında həmçinin qeyd edir ki, biletlərin dəyəri Sifarişçi adlanan “xxxx” ASC ilə icraçı adlanan “Cavabdeh2 LTD” şirkəti ilə arasında bağlanan iribuynuzlu cins damazlıq heyvanların satınalınması barədə 26/15 saylı müqavilənin 5.3-cü bəndinə əsasən icraçı “Cavabdeh2 LTD” şirkəti tərəfindən ödənilməlidir. Lakin iş materialları ilə “Cavabdeh2 LTD” şirkəti tərəfindən İddiaçı MMC-yə bilet sifariş edilməsi halı müəyyən edilməmişdir. Odur ki, iddiaçı Cavabdeh1 ilə onun arasında biletlərin satışından irəli gələn müqavilə münasibətlərinin yarandığını sübut etdiyindən, cavabdeh isə öz növbəsində həmin müqavilə münasibətlərinin üçüncü şəxsin xeyrinə bağlanmış müqavilə olduğunu sübut edə bilmədiyindən və eyni zamanda müqavilədən irəli gələn öhdəliklərin icra edildiyini sübut edə bilmədiyindən iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 403.1-ci maddəsinə əsasən üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. 403.2-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. 403.6-cı maddəsinə əsasən borclu kreditora qarşı irəli sürə biləcəyi etirazları müqavilədə üçüncü şəxsin tələbinə qarşı irəli sürə bilər. Beləliklə, məhkəmə o nəticəyə gəlir ki, 2415 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə eyni zamanda cavabdehin etirazı ilə bağlı hallara dair qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamə zərər vurmuş üçüncü şəxslərdən regres qaydasında tələb hüququnu istisna etmir. Bundan başqa məhkəmə qeyd edir ki, ödəniş öhdəliyin icra edildiyi gün Azərbaycan Respublikasının məzənnəsinə uyğun hesablanmaqla Azərbaycan manatı ilə icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2415 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa iddia təmin edildiyinə görə iddia verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2415(iki min dörd yüz on beş) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla və 30(otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar